Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə38/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   34   35   36   37   38   39   40   41   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 118 – 
 
Deməli, həyat vurma cədvəli kimi asan bir şey olsaydı, onun bü-
tün  illüziyalarını  məhv  etmək  onu  daha  möhkəm  və  daha  etibarlı  bir 
fundament üzərində yenidən formalaşdırmaq və yenidən qurmaq üçün 
yeganə  çıxış  yolu  olardı.  Əlbəttə  ki,  biz  hər  şeydən  əvvəl  reallıqlara 
baxmalıyıq  –  amansızlıqların  kökündə  dayanan,  acı  reallıqlar.  Amma 
həyatdakı  ən  aydın  faktlar  ipə  sapa  yatan  və  yaxud  elastik  deyilmi? 
Yalın  və  məhdud  reallıq  qədər  bütün  ruhi,  mənəvi,  sosial  və  ya  fiziki 
əlaqələrdən məhrum edilən başqa bir şey varmı? Təcrid olunmuş mad-
di  bir  fakt  kimi  elə  bir  şey  varmı  ki,  sən  onu  sanki  yolunun  üstündəki 
bir banan qabığı kimi götürüb bir kənara ata biləsən? Nəyə görə, hətta 
varlıqların  ən  çox  degenerasiyaya  uğramışı  da  sosial  və  mənəvi  im-
kanlar silsiləsində canlı bir halqadır?  
Həqiqətən  də,  hər  bir  reallıq  öz-özlüyündə  əsrarəngiz  inkişafın 
və çürümənin əbədi bir mənbəyidir. Hətta ilahiyyatçı da elm adamı ki-
mi səbəblilik nəzəriyyəsini və təbii qanunların sürəkliliyini qəbul edir. 
Bu mənada, nə xeyir, nə də şər qatı bir gerçək yox, ipə sapa yatan bir 
fenomendir. Və hər bir fərdi təzahür, hər bir əldəki fakt özündən əvvəl 
və sonra gələn minlərlə, milyonlarla öz növündən olan şeylərlə əlaqə-
lidir. Məsələn, peşmanlıq heç vaxt səhv bir hərəkəti kompensasiya edə 
bilmir.  Onu  ancaq  mürəkkəbləşdirir.  Ona  görə  də,  səhv  hərəkətə  son 
verilsə də, akt özü müvəqqəti və ya əbədi olaraq davam edir və yazıl-
mamış sosial qanunun bir hissəsinə çevrilir. Həmçinin, ola bilər ki, bir 
fərddə formalaşan müəyyən bir şüurun kökləri artıq mövcud olmayan 
bir nəsildə olar və ya ola bilər ki, bu şüur hələ dünyaya gəlməyən nə-
sillərə  öz  toxumlarını  aparır.  Biz  hal-hazırkı  vaxtda  yaşadığımıza  gö-
rə, ancaq vəziyyətlər silsiləsindəki halqanı görürük və tez-tez səbəblər-
lə nəticələri bir-birinə qarışdırırıq. Buna baxmayaraq, biz özümüzü elə 
göstəririk  ki,  guya  daxilimizdəki  çaşqınlığı  aydınlaşdırmaq  qabiliyyə-
tindəyik.  
Köməyimizə psixologiyanı çağırırıq. Lakin müasir mədəni insan 
özünün intellektual və mənəvi quruluşunun əsas təbəqələrinin tədqiqi-
nə hələ bu yaxınlarda başlayıb. Biz psixologiyanın əlifbasını hələ indi 
öyrənirik. Bəs onda nəyə görə qürrələnirik, özümüzü və dünyanı intro-
spektiv  ənginliklərlə  və  ya  ölçülüb-biçilmiş,  planlaşdırılmış  səmimiy-


Ə
min ər-Reyhani 
 
 
 
 
– 119 –  
yətlə, yaxud həyatın “Mən” üzərindəki təsirlərinin axtarışının və dər-
kinin yüksək səsli səmimi etirafları ilə aldadırıq?  
Ona görə də bu, dövrün hakim intellektual çılğınlıqlarından biri-
dir. Biz təcrübəni ancaq ona görə tədqiq edirik ki, onun bizə necə təsir 
göstərdiyini başa düşək. Biz təcrübədə gizli və çox vaxt da ruhi-mənəvi 
inkişafdan və təkmilləşmədən uzaqda olan amilləri yox, göz qabağında 
olan, konkret və maddi amilləri araşdırırıq.  
Lakin mən iddia etmirəm ki, bu, tamamilə eqoist amillərin təsiri 
ilə baş verir. Əksinə, eqoistlik, əgər varsa, “Mən”in aldadıcı genişlən-
məsinin  nəticəsidir  və  bu  da  bizim  öz  əməlimizin  bir  saxtalığıdır.  Bu, 
anormal  və  süni  şəkildə  formalaşdırılan  fərdiyyətçiliyin,  istixana  fər-
diyyətçiliyinin nəticəsidir. Bu, öz gülünclüklərindən xüsusi bir həzz du-
yan, öz ağılsız hərəkətlərindən zövq alan, hətta özünün iyrənc şeylərə 
xərçəng xəstəliyi kimi getdikcə artan marağı ilə lovğalanan “Mən”dir. 
Ruh sanki bir klinikaya çevrilir; ağıl isə bir dəlixanaya. Bu, qorxu ka-
merasına aparan təcrübə növüdür. Qərb dünyasının, hətta əsl incəsə-
nətdə  belə,  özünü  biruzə  verən,  ruhi-mənəvi  iflasının  səbəbi  məhz 
budur.  
Yuxarıda qeyd etdik ki, öz səmimiyyətləri ilə bizi tərkisilah edən, 
təəccüb doğuran etirafları ilə şübhələrimizi azaldan adamlar aldatma 
qabiliyyətinə sahib deyildirlər. Lakin göz çox vaxt dili təkzib edir. Ləz-
zətli  səmimiyyət,  səthi  açıqürəklilik  varlıqların  ruhuna,  yəni  gerçəkli-
yin  gizli  mənbələrinə  az  nüfuz  edir.  Misal  üçün,  aristokrat  bir  qadın 
sənə  desə  ki,  saçları  parikdir  onun  xarici  görünüşü,  kosmetikası,  kre-
mi, pomadası və geyimi ehtiva etdiyi daha ciddi bir iflasdan sənin nə-
zərini yayındırmaq məqsədilə planlaşdırılmış müflis bir gözəlliyin nü-
mayişi  ola  bilməzmi?  Bu,  hərbiçilərin  diqqəti  yayındırmaq  cəhdi  de-
dikləri şey ola bilməzmi?  
Əlbəttə ki, əgər gücümüz çatsa, biz dünyaya imkan verə bilmərik 
ki, az çox nüfuz etmək üçün bizim ruhumuzda gəzinsin. Bizim “kimsə-
siz ərazi”miz ikiüzlülüyün tikanlı məftilləri ilə əhatə olunub. Biz tez-tez 
bir ehtirasda, bir riyakarlıqda, bir ədəbazlıqda və yaxud da bir mistik 
əhval-ruhiyyədə  sığınacaq  tapırıq.  Bəzi  heyvanlar  kimi  biz,  özümüzü 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 120 – 
 
müdafiə  məqamında  mühitimizin  rənginə  bürünürük.  Və  biz  çox  vaxt 
öz  şüurumuzdakı  gizli,  doğma  piqmentlərdən  xəbərsiz  şəkildə  öz  eh-
tiras və çılğınlıqlarımızı aqressivcəsinə boyayırıq. Biz olmadığımız ki-
mi olmağa çalışırıq və buna müvəffəq olmayanda əsəbi və məyus olu-
ruq.  
Əhval-ruhiyyə  nə  qədər  keçici  xüsusiyyətə  sahib  olsa  da,  ruhi-
mənəvi bir əhəmiyyəti var, eyni zamanda maddi bir əhəmiyyətə də ma-
likdir. Onlar sanki, bizim varlığımızın psixologiyasının yaşayış otaqla-
rıdır. Hətta onların konkretlikdən ən uzaq, ən ani və anlaşılmaz olanı 
belə  daimilik  (əbədilik)  potensialına  malikdir.  O,  ətir  qoxusu  kimi  və 
yaxud  siqaret  tüstüsü  kimi  bizim  təhtəlşüurumuza  qarışıb  yox  olur  və 
orada  əsrarəngizliyi  (distillə  qazanında)  gizlincə  tədricən  dəyişir  və 
yaxud  kristallaşır.  O,  bizim  fani  (müvəqqəti)  bilik  dairəmizdən  uzaq 
qaçır.  Bizim  yüksək  zəka  qabiliyyətimizin  ciddi  maraq  göstərməsinə 
rəğmən, onun böyümə prosesini aşkar etmək mümkün deyil. Və əhval-
ruhiyyələrin mikroskopu hələ kəşf olunmayıb. Gəlin onda əsrarəngizli-
yin aurasına riayət edək – maddi olmayan, ruhi və mənəvi – hər bir re-
allığın təzahürü və eyni zamanda səmimiyyətin və açıqürəkliliyin kələ-
yi. Bizim psixoloji təhlilimiz bizi biliyin qapısına aparır və biz bu qapı-
dan içəri gözübağlı girməliyik, yoxsa hər şeyi öyrənmə həvəsi ilə yolu-
muza  cəsarətlə  davam  etməliyik.  Bax,  bu  suala  hələ  də  qaneedici  ca-
vab verilməyib.  
 
  
Şərq irsi 
 
Şərq yavaş, lakin bir uşaq kimi hərarətlə dəfedilməz füsunkarlığa 
sahib olan bir obyektə doğru hərəkət etməkdədir. Hətta modern düşün-
cə onu tədricən kütlüyün dərinliklərindən çıxararaq zahidanə məmnu-
niyyətlə inkişaf və həyəcan zirvələrinə qaldırmaqdadır. Lakin son mə-
qamda inkişafın onun həyəcanına üstün gəlib gəlməyəcəyi və yaxud da 
həyəcanın  gec  və  ya  tez  inkişafla  birlikdə  onu  xəyaldan  ayıldıb  ayılt-
mayacağı hələ bəlli deyil.  


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə