Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə33/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   29   30   31   32   33   34   35   36   ...   118

Ə
min ər-Reyhani 
 
 
 
 
– 103 –
Azadlığı  ər-Reyhani  föv-
qəladə  dərəcədə  geniş  başa 
düşür  –  bu,  həm  şəxsiyyət 
azadlığı, 
həm 
yaradıcılıq 
azadlığı,  həm  də  xalqın  əsa-
rətdən azad olmasıdır.  
Aida İmanquliyeva 
 
 Sivilizasiyadan fərqli olaraq, milli mədəniyyətlər dil və din mü-
əyyənliyi ilə də seçilir. Bu baxımdan, milli mədəniyyətin aralıq mərhə-
lə  kimi  təsbit  edilməsi,  tamamilə  qanunauyğundur.  Şərq  və  Qərb  böl-
güsündə isə, dil və din amilləri istisna olunur. Yuxarıda göstərdiyimiz 
kimi, coğrafi amil də burada həlledici deyil. Bəs bu bölgü, nəyə əsasla-
nır?  –  İlk  növbədə,  düşüncə  tərzinə,  fərdi  və  ictimai  şüurun  qarşılıqlı 
əlaqəsinə və bu əlaqəni təmin edən ictimai təşkilatlanma formalarına!  
Şərq və Qərb arasında fərqi qısaca ifadə etmək istəsək, belə de-
mək olar: “Şərq təfəkkürü təəssüratçılıqla, Qərb təfəkkürü təfərrüatçı-
lıqla səciyyələnir” (Əbu Turxan). Bəli, Qərb düşüncəsi, konkret təhlilə, 
hissi  təcrübəyə,  təfərrüatların  öyrənilməsi  və  ümumiləşdirilməsinə, 
induktiv  metoda,  subyektin  obyektdən  ayrılmasına  əsaslanır.  Şərq 
düşüncəsi isə, daha çox fitrətə, duyğuya, bütövlüyün hissi və əqli sezgi 
ilə  mənimsənilməsinə,  obyektin  sub-
yektə itməsinə əsaslanır.  
Lakin  bu  xüsusiyyətlər,  ancaq 
düşüncənin  daxili  mexanizminə  aid-
dir. Nəzərə alınmalıdır ki, qərarlaşmış 
sosial mədəni durum, dəyərlər sistemi 
də düşüncə tərzinə təsir göstərir. Mü-
hit özü, insanın fəallaşması və tən-
bəlləşməsi  üçün  şərt  ola  bilər. 
Mühit ideyanı, düşüncəni, təşəbbüsü stimullaşdıra da bilər, onun qarşı-
sını ala da bilər.  Düşüncənin inertləşməsi, fikir tənbəlliyi bu gün Şər-
qin əlamətlərindən birinə çevrilmişdir. Halbuki, məhz Şərqdə düşüncə 
soyuq ağla deyil, qaynar zəkaya, qəlbin döyüntüsünə, şövq və ehtirasa 
söykənir. Əql məhəbbət kontekstində ortaya çıxır… 
Və bütün bunlar Şərq poeziyasında yüksək bir dəyər, böyük mə-
ziyyət kimi tərənnüm olunur. Halbuki, Şərqin ətalətini şərtləndirən də, 
onun elə məhz hərarətidir. Adi məntiqlə düşünmək, ölçüb-biçmək, in-
sandan böyük daxili enerji tələb etmədiyi halda, hər bir məqamda, bü-
tün varlığı ilə obyektə doğru yönəlmək (fenomenologiyada buna – in-
tensiallıq deyirlər), obyekti öz «mən»ində əritmək, idrakı sevgi məqa-


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 104 – 
 
Təbiət açıq-aşkar bizə za-
manı  yetişəndə  qəti  və  dön-
məz  şəkildə  zahiri  görkə-
min,  tənqidin  qayğısını  çək-
mədən  bir  məqsədə  irəli-
ləməyi öyrədir.  
Uitmen 
mına yüksəltmək, çox çətindir. Məhz buna görədir ki, Şərqdə əqli fəa-
liyyət istənilən insanın deyil, seçilmişlərin nəsibi olur. Fəhmlə dərk et-
mək  üçün,  ağıldan  ziyadə  fəhmə,  intuisiyaya  malik  olmaq  gərəkdir. 
Böyük həqiqətləri, qəlbin işıqlanması məqamında görmək üçün, alışıb-
yanmaq, nurlanmaq siqləti tələb olunur.  
Fərdi  müstəvidə,  əlbəttə,  hər  şey  aydındır.  Şərq  düşüncə  tərzi 
daha yüksək, daha ali bir məqamı ifadə edir. Lakin bu yüksək məqama 
hamı  yüksələ  bilmirsə,  onda  ictimai  şüurun  seçilmişlərin  fərdi  şüur-
larından  geri  qalması  kimlərinsə  dalınca  getmək,  kimə  isə  kor-koranə 
inanmaq zərurətini də ortaya çıxardır. İctimai təşkilatlanmadakı fərqlər 
də,  düşüncə  tərzindəki  fərqlərdən 
irəli  gəlir.  Şərqin  ictimai  müstəvi-
də geri qalması, onun həqiqət məzən-
nəsini  çox  yüksəklərə  qaldırması  ilə 
bağlıdır və bu yüksəklik ictimai müs-
təvidə öz əksliyinə çevrilir.  
Hər  dəfə  fikirləşmək  üçün  sə-
maya  qalxmaq,  daxili  yüksəliş  keçir-
mək  zərurəti,  geniş  kütləni  fikir  tən-
bəlliyinə  sürükləyir.  Və  fikir  tənbəlliyi  kütlə  miqyasında  Şərqin  bir 
göstəricisinə  çevrilir.  İctimai  mühitin,  sosial  infrastrukturun  ənənəvi-
ləşmiş təsir formaları Şərq anlayışına və səhvən  «Şərq düşüncə tərzi» 
anlayışına da daxil edilir. 
Halbuki burada Şərqin ikiləşməsi, yaxud “iki Şərq” konsepsiyası 
nəzərə  alındıqda  bütün  anlaşılmazlıqlar  aradan  qalxır.  C.Cübranın,  Ə. 
Reyhaninin tərənnüm etdiyi Şərq,  yuxarıda göstərdiyimiz kimi, ancaq 
klassik Şərqdir. Onlar öz dövrlərində Şərq ölkələrindəki vəziyyəti nə-
inki nümunə göstərmir, kəskin tənqid edir və öz ideallarını itirdiklərinə 
görə, Qərb dəyərlərinin təqlidçisinə çevrilmələri ilə heç cür razılaşmır-
lar.  Əsas  məsələ  düşüncə  tərzindəki  deformasiyanı  aradan  qaldırmaq-
dır.    
Yeni  dövrdə  müsəlman  dünyasında  ideoloji  infrastrukturun  dü-
şüncə  tərzi  ilə  yanaşı,  düşüncənin  məzmununa  da  təsir  etməsi,  Cə-
maləddin Əfqani tərəfindən gözəl şərh edilir: «Təfəkkürün tərzi və me-


Ə
min ər-Reyhani 
 
 
 
 
– 105 –
Tənqidçinin  vəzifəsi  zöv-
qü  inkişaf  etdirməkdir.  Bu-
nunla da əsl tənqidçi cəmiy-
yətin tərbiyəçisi və müəllimi 
olur. 
Aida İmanquliyeva 
 
yarı  olan  məntiq  elmini,  hər  kəs  öyrənməlidir  ki,  həqiqəti  yalandan, 
düzü əyridən seçə bilsin. Halbuki, bizim müsəlman məntiqçilərinin ba-
şı  mövhumatla  və  boş-boş  şeylərlə  doludur.  Bunların  təfəkkürü  ilə, 
avamların təfəkkürü arasında heç bir fərq  yoxdur. Hikmət elmi ətrafı-
mızdakı mövcud səbəblərdən və əlaqələrdən bəhs edir. Qəribə burası-
dır  ki,  bizim  alimlər  «Sədri»  və  «Şəmsül-bariə»  oxuyurlar  və  fəxrlə 
özlərini  hikmət  sahibi  hesab  edirlər.  Di  gəl,…  soruşmurlar  ki,  biz  ki-
mik  və  nəyik?  Elektrik,  buxar  gəmisi,  dəmir  yolu  nədir?»
1
 M.Ə.Sabi-
rin məşhur satirası yada düşür:  
 
Dindirir əsr bizi, dinməyiriz, 
Açılan toplara diksinməyiriz, 
Əcnəbi seyrə balonlarla çıxır, 
Biz hələ avtomobil minməyiriz.
2
 
 
M.F.Axundovdan  Cəmaləddin  Əfqaniyə,  Əfqanidən  Sabirə  və 
Hadiyə,  M.İqbala  və  ər-Reyhaniyə, 
Cavidə  və  C.Cübrana  gedən  ideya  yo-
lu, özünütənqid və vəhdətə çağırış  yo-
lu!  
Məhz fikir tənbəlliyinin və ətalə-
tin  nəticəsidir  ki,  Avropa  yeni-yeni 
texniki  nailiyyətlər  əldə  etdiyi  bir 
vaxtda,  bizimkilər  ərəb  əlifbası  və 
ərəb  sözlərinin  təfərrüatları  sahəsində  baş  sındırmaqla  məşğul  idilər. 
C.Əfqani elə bil ki, M.F.Axundovun əlifba islahatı uğrunda mübarizə-
sinə səs verərək, yazırdı: «Müsəlmanlar təlim-tərbiyədən heç bir xeyir 
görmürlər.  Məsələn,  onlar  nəhv  elmini  öyrənməklə  məşğul  olurlar. 
Nəhv  elmində  məqsəd  də  budur  ki,  ərəb  sözlərini  düzgün  yazıb-oxu-
mağı  öyrənsinlər.  Halbuki,  bizim  zəmanəmizdə  müsəlman  alimləri, 
nəhv  elmini  son  məqsəd  və  qayə  kimi  qarşılarına  məqsəd  qoymuş-
                                                 
1
 C.Əfqani.  Seçilmiş  əsərləri.  (Tərtib  edəni  –  professor  Şamil  Qurbanov),  B., 
1998, səh. 31.  
2
 M.Ə.Sabir. Hophopnamə. II cild. Bakı, Minarə, 2000, səh. 5. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə