Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə45/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   41   42   43   44   45   46   47   48   ...   118

Ə
min ər-Reyhani 
 
 
 
 
– 141 –  
 Bir gecə dağda yol ilə gedirdim. Birdən kiçik kilsənin yanındakı 
tut yarpağından tüstü qalxdığını gördüm. O tərəfə yönəldim və birdən 
gözüm  sac  üstə  çörək  bişirən  bir  qadına  və  sacın  altını  əncir  və  qoz 
ağacı budaqları ilə qalayan bir qıza sataşdı. Bu zaman öz-özümə sual 
verdim: “Bu qızın alışdırdığı odun qüvvəsi məhduddurmu?” Bu dəmir 
lövhənin  altında  yanan  köz,  maddənin  hər  bir  hissəsində  şaxələnən 
ümumi qüvvədən ayrıdırmı? Sən nə səfeh adamsan! Ağıllı adam da heç 
belə  suallar  verər?  Kainatda  başqa  qüvvədən  tamamilə  ayrı  olan  bir 
qüvvə məgər varmı? Bəli. Maddə həqiqətən də parçalanır. Ancaq sən 
orada olan gizli qüvvəni hərəkətə gətir! O tərpənər, titrəyişli hərəkət-
lər edər, alışar və sonra ayrıldığı və ya başlanğıcdan birlikdə olduğu 
əsas hissəsinə geri dönər.  
O qızın sacın altında qaladığı od bilirsənmi haradan gəlib və ha-
raya gedir? Ağaclar və bitkilər ancaq və ancaq Günəşin havada möv-
cud  olan  oksigendən  ayırdığı  karbondur.  Odun  gücü  günəşin  gücün-
dən  gəlir.  Günəşin  gücü  isə  daim  onun  üstünə  düşən  meteorların  gü-
cündən.  Bəs  meteorlar?  Yoxdan  var  edən  Allah  necə  də  xeyirxahdır! 
Ola bilər ki, o meteor öz yolunda Urandan, Saturndan və ya Siriusdan 
keçsin. O da ola bilər ki, Siriusdan da uzaq olan bir planetdən keçsin. 
Həmin  planet  Siriusun  Günəşdən  uzaq  olduğu  qədər  Siriusdan  özün-
dən uzaq ola bilər. Bəli. Bizim indi gördüyümüz şölə çox qədimdir, ey 
cahil!  Ola  bilsin  ki,  o,  milyon  ildir  ki,  Günəşimizdən  milyonlarla  mil 
uzaqda olan bir ulduzda alovlanıb. Bu alovlu qüvvə alışdırılıb ki, baş-
qa qüvvələr törətsin. Uca bir məqsəd üçün alovlanıb. Ona görə alov-
lanmayıb  ki,  nurunu  fəzada  yaysın,  ya  da  tüstüsü  evlərin  kənarında 
toplaşsın.  Alovlanıb  ki,  öz  cövhəri  və  fərd-toplu  cövhəri  arasında  ta-
mamlansın  və  bundan  çörəkdə  olan  yeni,  gizli  qüvvə  meydana  çıxsın. 
O  çörək  də  şairin  mədəsində  odlu  qüvvədən  ayrılan  başqa  bir  qüvvə 
doğursun. Bu qüvvə də qan vasitəsilə beyinə getsin və orada özü ilə in-
di  qəribə  oxşarlıq  gördüyümüz  alov  arasında  fikirlərin  hərəkətini  do-
ğursun. Siriusdan günəş yolu ilə yerə tərəf – bu, od yollarından biridir. 
Yerdən  günəş  yolu  ilə  Siriusa  –  bu  da  fikrin  yollarından  biridir.  Bu, 
bəşəri nəfsin (ruhun) etdiyi səfərlərdən biridir. Dayanmadan, ara ver-


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 142 – 
 
mədən  və  sonsuz  olan  bir  səfər.  Özündə  “HARADAN?”ilə  “HARA-
YA?”nı birləşdirən böyük, qəribə və sirli bir dövran. 
 
 Bəli. Mən qəti əminəm ki, fikir yoxa çıxmır və nəfs də fani deyil. 
Əkinçinin  əlindən  qaya  parçasının  üzərinə  düşən  toxum  mənə  imkan 
verir  ki,  sizə  tam  əminliklə,  zəif  də  olsa  bir  sübut  göstərim.  Bu  düşən 
toxum ölmür. Onu gələn ilə kimi gözlə! Gör küləklər ona necə xidmət 
edəcək, qış onu necə canlandıracaq, qopan tufan ona necə qayğı gös-
tərəcək – onun üçün dağların zirvələrindən torpaq sovurub gətirəcək, 
buludların suyunu çəkib gətirəcək. Sən bir onun səxavətinə görə günə-
şə, xidmətinə görə də buluda təşəkkür etmək üçün başını necə qaldır-
masına nəzər sal! 
 
 
Hədəfim və yolum
∗∗∗∗
 
 
 Bu həyatdakı hədəfim insanı cəhalət, kasıbçılıq və qorxu buxov-
larından azad etmək, bəşəri ağrı-acıları yüngülləşdirmək, kabusları və 
əqidədə,  siyasi,  ictimai  və  dini  təlimlərdə  olan  azğınlıqları  yox  etmək 
üçün var gücümü sərf edib yazı yazmaq, çıxış etmək və əməl etməkdir. 
 Ona gedən yolum: Partiyaçılıqdan, təəssübkeşlikdən və şəxsi ar-
zu və həvəslərdən xali azad fikir, azad araşdırma və azad sözdür.
 
 
 
Sübh kitabı 
 
Cənablar!  Bu  gecənin  mövzusu  “Şərq  ruhu  və  Qərb  maddi  mə-
dəniyyətidir”. Ancaq Şərq ruhu haqqında danışmazdan və Qərb mədə-
niyyətinin  əsasına  daxil  olmazdan  öncə,  gəlin  öyrənək  görək  o  nədir. 
Biz gərək bugünkü dünyada hökm sürən ruzi dalınca qaçmaq və özünü 
müdafiə etmək kimi ilk heyvani instinktlərə yaxın olan arzular və mü-
naqişələrə nəzər salaq.  
                                                 

 1935-ci ildə Amerika Universitetinin bir qrup tələbəsinin “Sizin mübarizənizin 
ən ali qayəsi nədir və bu qayəyə necə çatmaq istəyirsiniz?” sualına cavab. 


Ə
min ər-Reyhani 
 
 
 
 
– 143 –  
Bu  istəklərin  hamısı  və  ya  böyük  bir  hissəsi,  belə  demək  müm-
künsə,  “müharibədən  sonrakı”

  düşüncə  tərzi  ilə  məhdudlaşır.  Bu, 
pessimizm  və  ondan  törəyən  ümidsizlik,  məsuliyyətsizlik  düşüncəsidir. 
Bu  günün  insanı  pessimistlərin  nəzərində  ya  hiyləgər  meymun,  ya  da 
xain canavardır. 
Pessimistlər hesab edirlər ki, Qərb mədəniyyəti artıq qocalıb və 
əcəli  yaxınlaşıb.  İnsan  da  mədəniyyət  kimidir  –  inkişafın  kulminasiya 
nöqtəsinə çatır və ondan o yana keçə bilməyib yuvarlanaraq dərəyə – 
əslinə geri dönür. Əgər kütlə hakimiyyətə gələrsə, intiqam yolunu tuta-
caq.  İqtisadi  quruluşlar  da  siyasi  quruluşlar  kimidir  –  aşıb-daşır  və 
yerini  mədə  və  şəhvətlər  tutur.  Başqa  sözlə  desək,  onlar  inanırlar  ki, 
bütün mənəvi qüvvələr məhv olmaq üzrədir. Yəni Birinci Dünya Müha-
ribəsindən sonra insanda olan əxlaqi, əqli və ruhi keyfiyyətlər zəifləyib 
və  get-gedə  yox  olur.  İnsanda  ancaq  iti  dişli  heyvanları  xatırladan 
qüvvə qalıb. 
Lakin  bu  dumanlı-çiskinli  günlərdə  səsi  az-az  eşidilən  bir  qrup 
var: mətbuatda, siyasət meydanında və ya ticari-iqtisadi dairələrdə sə-
si az eşidilən qrup. Bu qrup da pessimistlərin gördüyünü görür. Ancaq 
eyni  zamanda  bunun  arxasında  olanları  da  görür.  Maddi  və  mənəvi 
həyatda əzəli bir qanun görür. Daim ucalığa – Əkizlər bürcünə insan 
uğruna uzanan əl görür. Əlamətləri həmin səmavi nurlardan və onun 
arxasında  olan  Ali  Varlığın  nurundan  gələn  bir  ümid  görür.  İnsanın 
mənəvi  keyfiyyətlərini  yeniləşdirməkdə  sakit  və  təvazökar  olan  opti-
mistlər bəşəriyyətin düşdüyü bu pis vəziyyəti inkar etmirlər. Ancaq on-
lar inanırlar və qəti əmindirlər ki, həyatın ali prinsipi və ya mədəniy-
yətin əzəli qanunu zahirən hərəkətsiz görünsə də, hələ də öz daxilində 
yaşayır. Cənablar! Budaq hələ təzədir, toxum da hələ ki yaşıldır. Bəli, 
ikinci toxum da çıxacaq, böyüyəcək və əvvəl necə bərəkətli, tər, qollu-
budaqlı və kölgəsi dörd bir yanı tutan ağac idisə, elə də qayıdacaq və 
əvvəlkindən  daha  çox  xeyirli  və  barlı-bəhərli  bir  ağac  olacaq.  Bu, 
böyümə, inkişaf etmə, yeniləşmə və davamlılıq qanunudur. 
Doğrudan da, bu optimistlərin səsi bu gün Şərqə az-az gəlib ça-
                                                 

 
Birinci Dünya müharibəsini nəzərdə tutur. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə