Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə48/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   44   45   46   47   48   49   50   51   ...   118

Cübran Xəlil Cübran 
 
 
 
 
– 151 –  
 Gözəllik  və  humanizm 
həmişə  romantik  sənətkarın 
idealı olmuşdur. 
Aida İmanquliyeva 
həyata keçirir ki, ona heyran olmamaq mümkün deyil. O, təkcə sözün 
yox, fikrin də virtuozudur.  
Bir  çox  tədqiqatçılar  Cübran  Xəlil  Cübran  yaradıcılığına  Qərb 
mütəfəkkirlərindən U.Bleyk, F.Nitsşe, U.Uitmen və s.-in ciddi təsir et-
diyini  vurğulayır,  müqayisələr  aparırlar.  Belə  bir  təsirin  mövcudluğu 
şübhə doğurmur. Amma bununla belə Cübran Xəlil Cübranın yaradıcı-
lığı təpədən-dırnağa Şərq hadisəsidir. Bənzəyiş isə daha  çox dərəcədə 
adı çəkilən Qərb mütəfəkkirlərinin də öz növbəsində Şərq mənbələrin-
dən  təsirlənməsinin  nəticəsidir.  Yəni 
təməldə  Şərq  dayanır.  Əgər  F.Nitsşe 
ənənəvi Şərq üslubuna müraciət edirsə 
və təfəkkür baxımından da Şərqlə Qər-
bin sintezindən çıxış etməyə çalışırsa 
və  bu  ahəng  böyük  daxili  səylər 
hesabına  əldə  edilirsə,  Cübran  buna  heç  bir  çətinlik  çəkmədən  nail 
olur. Onun təkcə düşüncəsi yox, ruhu da Şərq ruhudur. Əksinə, Cübra-
nın göstərdiyi səylər yazdıqlarını Qərb oxucusu üçün daha anlaşıqlı et-
mək  istiqamətində  ola  bilər.  Nəticələr  isə  bir-birinə  necə  də  bənzəyir. 
Şərq ruhunun Qərb düşüncəsinə doğru qət etdiyi yol qarşı tərəfin Şərq 
ruhuna doğru qət etdiyi yolla ortaq nöqtədə kəsişir. Və bu zaman unut-
maq  olmaz  ki,  kəsişmə  xətti  və  eyniyyət  məqamı  daha  çox  formaya, 
üsluba  aiddir.  Məzmuna  gəldikdə  isə  burada  bənzəyişdən  daha  çox 
fərq  vardır.  Təsadüfi  deyil  ki,  Aida  İmanquliyeva  da  diqqəti  məhz  bu 
məqama yönəldir: «Nitsşe belə hesab edirdi ki, müharibələr bəşəriyyə-
ti zəiflik qarışığından və şübhələrdən təmizləyir, gücün təntənəsinə və 
şəxsiyyətin  bütövlüyünə  doğru  aparır.  Lakin  Nitsşeyə  məxsus  olan 
«kütləyə» həqarətlə baxmaq və nifrət etmək, fərdiyyətçilik şüuru üçün 
tipik cəhət olan «kütlənin» «seçilmiş şəxsiyyətə», «fövqəlinsana» qarşı 
qoyulması  Şərq  romantikləri  üçün  xüsusilə  yabançı  idi».
1
 Aida  İman-
quliyeva Cübranın öz sözlərini misal gətirir: «Mən həmişə onun (Nits-
şenin  –  A.İ)  üslubunun  inandırıcı  olduğunu  hiss  etmişəm,  lakin  onun 
                                                 
1
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 122. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 152 – 
 
İnsan  öz  dünyasını  özü 
yaşadır;  ruhun  əzmi  həyat 
enerjisinə çevriləndə.  
Ə
bu Turxan 
fəlsəfəsi  mənə  dəhşətli  və  tamamilə  yalnış  fəlsəfə  təsiri  bağışlayıb».
1
 
Həqiqətən də, «gözəllik pərəstişkarı» olan Cübran nihilizmi, dünyanın 
qara  rənglərlə  təsvirini  qəbul  edə  bilməzdi.  Təsadüfi  deyildir  ki,  «bü-
tün zamanların dahisi» kimi Cübran nitsşeləri deyil,  İslam dünyasının 
böyük filosofu İbn Sinanı dəyərləndirir.  
C.Cübranın ilham mənbəyi insan daxili aləminin nurlu məqamla-
rı ilə bərabər, həm də təbiətin işıqlı ruhudur. Onun yaradıcılığında təbi-
ət canlı bir obraz kimi iştirak edir. Bu cəhəti xüsusi vurğulayan Aida 
xanım İmanquliyeva Cübran  yaradıcılığının cazibəsini ilk növbədə tə-
biətdən ilham alması ilə izah edir: «Cübran təbiəti ilahiləşdirir, təbiətə 
canlı bir insan kimi müraciət edirdi. …O, təbiətdə məhəbbət və nifrət, 
sevinc  və  kədər,  səadət  və  bədbəxtlik  arayır.  Yazıçı  təbiətlə  danışır, 
onu özünün müəllimi və ilhamvericisi hesab edir».
2
  
Bu  baxımdan,  müasir  türk  dünyasının  böyük  yazıçısı  Ç.Aytma-
tov  da  Cübranla  müqayisə  oluna  bilər.  Onun  da  yaradıcılığında  təbiət 
canlanır,  Boz  qurd,  Qara  nər,  Ana 
maral  insaniləşir,  duyğuların  da-
şıyıcısı  olan  konkret  varlıqlar  arxa 
plana keçir və dünya özü duyğuların 
vahid  məkanına  çevrilir.  Başqa  söz-
lə, cisimlər, varlıqlar arasındakı mü-
nasibətlər mücərrədləşrək və ümumiləşdirilərək duyğular arasında mü-
nasibət  kimi,  artıq  simvollaşmış  dünyanın  nağılları  şəklində  təqdim 
olunur. Onun bədii təfəkkürünün işığında təbii təbiətlə yanaşı, ikinci – 
ictimailəşmiş  təbiət  və  siyasiləşmiş  dünya  da  Şərq  müdrikliyinin  ənə-
nəvi üslubunda şərh olunur. Rus dilində yazan Aytmatov da, ingilis di-
lində yazan Cübran da mahiyyət müstəvisində Şərq lirizmindən bəhrə-
lənirlər.  
İnsanla,  təbiətlə  bağlı,  hikmətlə  dolu  hədislər,  qanadlı  sözlər, 
aforizmlər klassik Şərqdə elə yüksək bədii təcəssüm səviyyəsinə qalx-
mışdır  ki,  heç  bir  Qərb  yazıçısı  onlarla  yarışa  girə  bilməz.  Lakin  za-
                                                 
1
 Yenə orada. 
2
 A.İmanquliyeva. Cübran Xəlil Cübran. Bakı, 1975, səh. 78.  


Cübran Xəlil Cübran 
 
 
 
 
– 153 –  
Şərqlilərin...  yüksək  sa-
dəlik  məziyyətinə  sahib  ol-
maları səbəbindən onlar hə-
yatı  küll  halında  görürlər. 
Lakin  eyni  zamanda  məhz 
bu səbəbdən baxışları iflasa 
uğrayanda və ya sadəlikləri 
öz  ilahi  dayağını  itirəndə 
uzlaşmaz,  ram  olmayan  və 
tamamilə irrasional olurlar. 
Reyhani 
man özü dəyişmişdi. Yeni dövr elə yeni problemlər qoymuşdu ki, bun-
ların  şərhinə  ancaq  Qərb  tədqiqatçılarının  və  yazarlarının  əsərlərində 
rast gəlmək olurdu. Şərq şairləri isə təəssüf ki, yenə də köhnə hava ça-
lırdılar.  
Cübran və onun Əmin ər-Reyhani, Mixail Nüaymə kimi həmkar-
ları  bununla  fərqlənirlər  ki,  onlar  məhz  çağdaş  problemləri  ənənəvi 
Şərq müdrikliyinin predmetinə çevirir, yeni dövrün hikmət salnaməsini 
yazırdılar. 
İctimai inkişafda Şərqə qayıtmaq 
yox,  əksinə,  Qərb  dəyərlərini  mənim-
səmək  və  onları  Şərqin  ruhu  ilə  isidə-
rək  canlandırmaq,  maddi  həyatın  can-
sıxıcı  aurasına  təravət  gətirmək,  texni-
ka  əsrini  insani  mahiyyətdən  məhrum 
edən  ifrat  rasionalizmə  liriklik,  həzin-
lik,  şəfqət  qatmaqla  yeni  dövrü  daha 
ahəngdar  etmək  missiyası  Cübran  sə-
nətinin leytmotivi sayıla bilər.  
Cübran  Xəlil  Cübran  təbii  ki, 
orta əsrlərin ab-havasını hər nə olur-
sa-olsun  saxlamağa  çalışan  konservativ  qüvvələri  tənqid  edir.  Aida 
İmanquliyeva  yazır:  «Ətalətin və cəhalətin ifşası, azadlığın buxovlan-
ması  əleyhinə  etiraz,  dini  ehkamlara  qarşı  çıxmaq,  həyatdan  və  onun 
ictimai normalarından narazı qalaraq bəzən reallıq aləmindən sehrçilik 
aləminə, xəyal və fantaziya aləminə qaçmaqda, mədəniyyətdən uzaqla-
şıb təbiətdə pənah tapmaqda və onunla qovuşmağa çalışmaqda özünü 
göstərən məyusluq Cübranın yaradıcılıq yolunun xarakterik mərhələlə-
ri, onun əsərlərinin əsas xüsusiyyətləridir».
1
  
XIX əsr Avropa ədəbi mühitində Şərq poetik ənənələrinə və Şərq 
dəyərlər  sisteminə  marağın  artması  və  bu  prosesdə  Emerson,  Uitmen 
və  s.  ilə  yanaşı,  ərəb  mənşəli  şairlərin  (C.Cübran,  Əmin  ər-Reyhani, 
Mixail  Nüaymə  və  s.)  iştirakı,  bu  yeni  keyfiyyətli  sintez  hadisəsinin 
                                                 
1
 Yenə orada, səh.118. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə