Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə49/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   45   46   47   48   49   50   51   52   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 154 – 
 
Başqasının mahiyyəti onun 
sənə açdığında deyil, sənə aça 
bilmədiyindədir.  Ona  görə 
də,  onu  anlamaq  istəyirsən-
sə,  onun  nə  dediyini,  yox,  nə 
demədiyini eşit. 
Cübran 
elmi-nəzəri şərhi ilk dəfə Aida İmanquliyeva tərəfindən verilmişdir. O, 
yazır: «Cübran və ər-Reyhaninin yaradıcı potensialı Qərbin romantizm 
dəyərlərinin mənimsənilməsi sayəsində güclənirdi ki, bu da ərəb yazı-
çılarını daha geniş, qlobal, ümumbəşəri problemlər qoya bilmək səviy-
yəsinədək yüksəldir və son nəticədə onları yalnız dünya ədəbi prosesi-
nin bərabərhüquqlu iştirakçısı deyil, həm də yeni bədii dəyərlərin car-
çısı  edirdi»
1
.  A.İmanquliyeva  sadəcə  olaraq  C.X.Cübran,  ər-Reyhani 
və  M.Nüaymə  ədəbi-bədii  yaradıcılığını  təhlil  etməklə  kifayətlənmə-
yib,  onların  timsalında  bütövlükdə  planetimizdə  gedən  yeni  tipli  pro-
seslərin; Şərq və Qərb dünyagörüşlərinin və ədəbi-bədii dəyərlər siste-
minin vəhdəti məsələsinin elmi-fəlsəfi təhlilini verir. O, bu proseslərin 
adı çəkilən ərəb yazıçılarının yaradıcılığında bədii ifadəsini araşdıraraq 
yazır:  «Onlara  əzəldən  Şərq  xalqlarının  mədəniyyətinə  xas  olan 
ümumbəşəri  və  humanist  ideallar 
əsasında  öz  doğma  mədəniyyətlə-
rində  bu  dəyərlərin  təsdiqi  üçün  mü-
vafiq  üsullar  tapmaq  asan  idi.  Eyni 
zamanda, heç vaxt unutmaq lazım de-
yil ki, bu yazıçıları öz vətəninin adət-
ənənələrini  və  öz  dilini  qoruyub-sax-
layan  mühacirlər  mühiti  əhatə  edirdi. 
Buna görə də, onlar iki mədəni ənənə-
nin  –  həm  Şərqin,  həm  də  Qərbin  mədəni  əlaqələrinin  daşıyıcıları 
oldular».
2
  
Bu kontekstdə Azərbaycanın böyük romantik şairi Hüseyn Cavid 
yada düşür. Cavidi də, Cübranı da əgər bir  yığcam fikirlə səciyyələn-
dirmək istəsək, ən yaxşı sözlər Cabbarlının söylədiyi «günbatan fikirli, 
gündoğan duyğulu bir sima…» ifadəsi olardı.  
Zahiri əlamətlərə görə Cavid və Cübran xeyli dərəcədə müxtəlif 
şəxsiyyətlərdir. Biri – türk, o biri – ərəb, biri – müsəlman, o biri – xris-
tian.  Lakin  onlar  mahiyyət  müstəvisində  çox  yaxındırlar.  Hər  ikisi 
                                                 
1
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 63. 
2
 Yenə orada, səh. 55. 


Cübran Xəlil Cübran 
 
 
 
 
– 155 –  
 Gözəlliyin  qavramı  insa-
nı yüksəldir və nəcibləşdirir, 
onu  xeyirxahlığa  və  təmən-
nasızlığa qovuşdurur. 
Aida İmanquliyeva
 
 
Qərb mədəniyyətinə yüksək dərəcədə bələd olan, amma öz şərqli təbi-
ətini  dəyişməyən,  hətta  müasirlik  axtarışında  da  Şərq  ruhundan  çıxış 
edən mütəfəkkir-şairlərdir. Eyni zamanın məzmununu və pafosunu ey-
ni  janrlarda  ifadə  edirlər.  İkisinin  də  səcdəgahı  gözəllikdir.  (Cavid: 
«Mənim  Tanrım  gözəllikdir,  sevgidir»,  Cübran:  «Gözəlliyin  hüdudla-
rından kənarda nə din var, nə elm»
1
). 
Cavid  və  Cübranın  yaradıcılığını,  onların  həyat  və  fəaliyyətini 
daha  ətraflı  öyrəndikdə  gözlərimiz  önündə  fəlsəfədən  də,  poeziyadan 
da,  publisistikadan  və  bütün  digər  vasitələrdən  də  məhz  öz  xalqının, 
millətinin,  habelə  bütün  bəşəriyyətin  tərəqqisi  naminə  bir  vasitə  kimi 
istifadə  edən  böyük  ziyalı,  əsl  huma-
nist insanlar canlanır. 
Cavid  üçün  də,  Cübran  üçün  də 
əsas məqsəd ideyanı çatdırmaqdır. Bə-
dii  üsul  və  təhkiyə  ola  bilsin  ki,  hətta 
təsadüfi  seçilmiş  vasitələrdir.  Yəni 
əsas  inkişaf  xətti  ideya  ilə  bağlı  ol-
duğundan hadisələr sonradan seçilir və bu ideyanın təkamülünə uyğun-
laşdırılır.  Hər  ikisi  irəlicədən  qoyduğu  bir  fəlsəfi  ideyanın  bədii  yolla 
açılışına çalışarkən cari, gerçək hadisələrdən daha çox tarixi mövzula-
ra  və  rəvayətlərə  müraciət  edirlər.  Bu  mövzular  ümumbəşəri  mövzu-
lardır. Konkret zaman və məkanla bağlı deyildir. Hətta tarixdə həqiqə-
tən  məlum  olan  hadisələr  də  konkret  zaman-məkan  müəyyənliyindən, 
dövrün  spesifik  xüsusiyyətlərindən,  milli-etnoqrafik  mündəricədən 
azad olunur, bütün bunlar ancaq rəmzlərlə təqdim edilir və təhkiyə yal-
nız ideyanın açılışına xidmət edir. Sanki bədii xarakter də, milli kolorit 
də  arxa  plana  keçir  və  ideyanın  inkişaf  yolunu  kölgədə  qoymamaq 
üçün bir fon rolunu oynamaqla kifayətlənir. Yəni hər ikisində hadisələr 
ikinci  plandadır,  fokusdan  kənardadır  və  burada  hər  hansı  detalın  elə 
bir əhəmiyyəti yoxdur.  
Cavid  də,  Cübran  da  ənənəvi  Şərq  fəlsəfəsinə  dərindən  bələd 
                                                 
1
 C.X.Cübran. Seçilmiş kəlamlar // “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2007, 
№ 4, səh. 84. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 156 – 
 
Fikrin  gücü  təbiətin  gü-
cündən daha böyükdür. 
Reyhani 
olan, daha doğrusu, bütün ruhu Şərq hikmətindən yoğrulmuş, lakin ey-
ni zamanda Yeni dövrün rasional düşüncə ənənələrini də gözəl mənim-
səmiş olan mütəfəkkirlərdir. Başqa sözlə desək, onların yaradıcılığı bir 
sintezdir;  min  illərin  keşməkeşlərindən  keçib  gələn  və  bir  dağ  çayını 
xatırladan qəlb çırpıntıları dənizin lal sularına qatılaraq sakit və möhtə-
şəm Qərb düşüncəsini dalğalandırır. 
Emosional-mənəvi pafos, çılğın zəka məntiqi təfəkkürün sürəkli 
və geniş fəzasında rahatlıq tapır.  
C.X.Cübranın yazdıqları forma etibarilə də hədisləri, hekayətləri, 
aforizmləri  xatırladır  və  ilk  baxışda  ənənəvi  Şərq  hikmətindən  heç  nə 
ilə fərqlənmir. Diqqətlə araşdırdıq-
da  isə  Cübranın  ənənəvi  Şərq  fəl-
səfi  fikrini  Qərb  oxucusuna  daha 
yaxşı çatdıra bilmək üçün epik və li-
rik  ifadə  formalarının  vəhdətindən 
çıxış etdiyinin şahidi oluruq. 
Məsələn,  Şərq  düşüncəsində  dərin  kök  atmış  belə  bir  ifadəni 
yada  salaq:  “Allah  insanın  qəlbindədir”.  Bu  obrazlı  deyilişə  düzəliş 
vermək  heç  kimin  ağlına  da  gəlmir.  Cübran  isə  Peyğəmbərin  adı  ilə 
yazır: “Əgər sevirsinizsə deməyin ki, “Allah mənim qəlbimdədir”; da-
ha düzgün olar ki, deyəsiniz: “Mən Allahın qəlbindəyəm”.
1
 Yəni bura-
da  söhbət  insanın  Allahı  ehtiva  etməsindən  deyil,  onun  Allah  tərəfin-
dən ehtiva olunmasından gedir.  
Sufizmdə geniş yayılmış “haqqa çatmaq”, “haqq məndədir” fikri 
düzgün təfsir olunmadıqda insanın ən ali məqam kimi başa düşülməsi-
nə  gətirir.  Halbuki,  insan  Allah  məqamına  çata  bilməz,  sadəcə  Onda 
itə bilər. Məqsəd – özünü itirərkən haqqı tapmaqdır. Cübran bu ideyanı 
ən ümumi şəkildə ifadə etməklə  yanaşı, onu əyani obrazlarla da kon-
kretləşdirir:  “Ərimək  və  gecəyə  öz  nəğməsini  oxuyan  çay  kimi  axıb 
getmək!”.
 2
 
                                                 
1
 C.X.Cübran. Peyğəmbər  //  “Fəlsəfə  və  sosial-siyasi  elmlər”  jurnalı,  2007,  №3, 
səh. 31. 
2
 Yenə orada. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə