Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə51/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   47   48   49   50   51   52   53   54   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 160 – 
 
Özünü  tapmaq  üçün  əv-
vəlcə  özünü  itirmək  lazım-
dır.  
Ə
bu Turxan 
rın,  köləliyin  və  əsatirin,  müstəmləkəçiliyin  və  müstəmləkəçilərin  ol-
madığı möhkəm, güclü, azad ərəb ölkəsi görmək istəyir».
1
 Lakin təəs-
süf ki, Cübran da, digər böyük Şərq mütəfəkkirləri kimi, arzudan, uto-
piyadan o tərəfə gedə bilmir. Onun azad Ərəbistan ideyası da Qərb ra-
sionalizmindən daha çox, Şərq müdrikliyi ilə tərənnüm olunur. Bunun-
la belə Cübranın şərhində lirizm və rasionallıq sıx surətdə vəhdətdədir. 
O, romantizmi realizmdən gələn məqamlarla zənginləşdirir. Cübran si-
vilizasiyaya  vurğun  olmasa  da,  onu  inkar  etmir.  O,  Qərbin  gücünün 
nədə olduğunu gözəl anlayır. Cübran da Cavid kimi gücün ikili mahiy-
yətini,  daxili  dialektikasını  nəzərə 
alır  və  həqiqəti  güclə  tamamlamaq 
mövqeyindən çıxış edir.  
Həqiqət-Güc,  Şər-Xeyir  cütlü-
yündə tərəflərdən biri o birisiz müm-
kündürmü?  Yəni  Şər  olmasa  Xeyir 
ideyası özü mövcud ola  bilərdimi? Atəşin  yandırıcı-yaxıcı təbiəti mə-
lum olmasa idi, nurun məsum siqləti üzə çıxa bilərdimi? 
Cavid İblisin dili ilə yazır:  
 
Atəşsiz, inan, nur olamaz sabitü qaim, 
Atəş, günəş atəş, bəşəriyyət bütün atəş. 
Hər bir hərəkət, məbdəi-xilqət bütün atəş... 
Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası 
Həp atəşə tapdırmaq idi zümreyi-nası
2

 
Yandırmasa idi, atəşi daha parlaq nur zənn edərdilər.  
Cübranın İblisi də özündən razıdır. O da bu fikirdədir ki, İblissiz 
dünyada İblisin düşmənlərinə də, ədalət carçılarına, çörəyi İblisə qarşı 
mübarizədən çıxanlara da ehtiyac yoxdur: “Məgər sənə, müdrik din xa-
diminə, məlum deyilmi ki, məhz iblisin varlığı keşişlərin peyda olma-
sına səbəb olmuşdur və bu köhnəlmiş ədavət səbəbindəndir ki, qızıl və 
gümüşlər dindarların cibindən siz vaizlərin və ruhani ustadların cibinə 
                                                 
1
 Yenə orada, səh. 58. 
2
 H.Cavid. Əsərləri 5 cilddə, 3-cü cild, Bakı, “Lider”, 2005, səh. 13.  


Cübran Xəlil Cübran 
 
 
 
 
– 161 –  
İstək  –  həyatın  yarısıdır, 
laqeydlik – ölümün yarısıdır.  
Cübran 
axmaqda davam edir? Məgər sənin kimi bir üləma bilmirmi ki, səbəbin 
aradan  qalxması  ilə  nəticə  də  yoxa  çıxacaq?”
1
 Cübranın  İblisi  özünü 
Allah  kimi  əzəli-əbədi  göstərmək  üçün  onunla  bağlı  olduğunu  iddia 
edir.  İblisin  insan  təsəvvüründə  necə  dərin  kök  saldığını  izah  etmək 
üçün  belə  bir  hekayət  danışır:  «İnsan  ilk  dəfə  günəşi  görəndə  əllərini 
uzadaraq  söylədi:  “Bu  göy  qübbəsinin  arxasında  böyük  Allah  vardır, 
xeyrin yaradıcısı!” Sonra isə kürəyini işığa çevirdi və yerdəki kölgəsini 
görüb  dedi:  “Torpağın  dərinliyində  qorxulu  iblis  yaşayır,  şər  tö-
rədicisi”».
 2
 İşıq  varsa,  deməli,  kölgə  də  olmalıdır.  Lakin  İblisin  həm 
kölgə,  həm  də  atəş  ola  bilməsi  onun  ikili  təbiətini,  riyakarlığını  da 
ifadə edir.  
Bunu  da  qeyd  etmək  yerinə  düşər  ki,  Cübran  daha  çox  İblisin 
“kölgə” xislətinə, Cavid isə “atəş” xislətinə istinad edir.  
Caviddə də, Cübranda da İblis çevik, dinamik hərəkətverici qüv-
və  kimi  təqdim  olunur.  O  insanı  daim 
fəaliyyətə  səsləyir.  “Mənim  ürəyimin 
dayanması  ilə  bəşərdə  hər  hansı  hərə-
kət  də  dayanacaq”.  Lakin  Cübranın 
İblisi  daha  səmimidir.  O  öz  məqsə-
dini gizlətmir: “Mən ölümsüz və əbədi İblisəm. Mən  yalanın, riyanın, 
məkrin  və  alçaqlığın  ilhamvericisiyəm  və  əgər  bu  xüsusiyyətlər  dün-
yanı tərk edəsi olsa, bəşəriyyət baxımsız bağa bənzəyəcək ki, orda yal-
nız xeyir kollarının tikanları bitəcək”.
 3
  
Cavidin İblisi daha iblisanədir. O öz fəna işlərini fəzilət kimi, yı-
xıcılığı quruculuq kimi təqdim edir. Daha doğrusu, sanki bunların vəh-
dətini ifadə edirmiş: 
 
Əvət, İblis, o böyük sənətkar 
Həm yapar, həm də yıkar, qüdrəti var.
4
 
 
Azərbaycan  ədəbi  tənqidində  İblisin  çox  vaxt  müsbət  obraz  sə-
                                                 
1
 C.X.Cübran. İblis //“Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2007, № 3, səh.50-51. 
2
 Yenə orada. səh. 51. 
3
 Yenə orada. səh. 55. 
4
 H.Cavid. Əsərləri 5 cilddə, 3-cü cild, Bakı, “Lider”, 2005, səh. 32. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 162 – 
 
 Həyat  iki  əbədiyyət  ara-
sında  yarğan,  iki  qara  bulud 
arasında çaxan şimşəkdir. 
Reyhani
 
viyyəsinə qaldırılması da bu riyakarlığın necə ustalıqla həyata keçiril-
diyindən xəbər verir. 
Cübranın  İblisi Allahla qarşılaşdırılır, O-na alternativ kimi veri-
lir. Ona görə də İblis daha çox Allaha qulluq edən insanların, yəni ke-
şişlərin, rahiblərin çevrəsindədir – onlarla sıx surətdə bağlıdır. Cavidin 
İblisi ümumiyyətlə insanla bağlıdır. Sanki insan qəlbində əbədi lövbər 
salmışdır.  Ona  görə  də  bütün  şər  hadisələr  insanın  öz  ayağına  ya-
zılmalı imiş!  
 
Siz nə qədər məndən uzaqlaşsanız, 
Yer deyil, əflakə uçub qaçsanız, 
Qarşılaşıb birləşəriz daima, 
Ayrı deyil, çünki biriz daima
1

 
Təəssüf ki, Azərbaycan  ədəbi tənqidində bir çox müəlliflər  İbli-
sin  versiyasına  uyaraq  Şərin  mənbəyini  insanın  təbiətində  görmək 
mövqeyini  tuturlar.  Əslində  isə  insan  iblisləşdikcə,  öz  təbiətindən 
uzaqlaşır. Özünü dərk etdikdəcə, öz təbiətinə, missiyasına uyğun yaşa-
dıqda isə İblis üçün əlçatmaz olur.  
İnsanı  daim  müşaiyət  edən, 
ondan  heç  cür  ayrılmaq  istəməyən 
təkcə  iblis  deyil,  həm  də  Müqəddəs 
ruhdur. Bu ruhun daşıyıcıları isə coğ-
rafi  məkan  və  zaman  fərqlərinə  bax-
mayaraq, həmişə bərabərdirlər. Bu yerdə H.Cavidin «Xəyyam» əsərin-
də  söylənən  bir  fikiri  yada  salmaq  istərdik:  «Ayrı  olsaq  da,  həqiqətdə 
birik». Cavidlər və Cübranlar sağlığında bir-birini tanımasalar da, yüz 
illər  keçəndən  və  xırda  fərqlər  itəndən  sonra  ideya  zirvəsində  bir-
ləşirlər. 
Cübran  heç  də  yalnız  öz  poetik  yaradıcılığında  fəlsəfi  ideyalar, 
müdrik kəlamlar, qanadlı fikirlər söyləməklə kifayətlənmir. O öz mil-
lətinə  olan  sevgisini  ancaq  hisslər  səviyyəsində  ifadə  etmir.  Yüksək 
fəlsəfi savad və təfəkkür mədəniyyəti ona imkan verir ki, o, ərəb xalqı-
                                                 
1
 Yenə orada, səh. 68. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə