Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə50/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   46   47   48   49   50   51   52   53   ...   118

Cübran Xəlil Cübran 
 
 
 
 
– 157 –  
Duyğu həqiqi olduqda zə-
rif  şüşə,  əriyən  buz  deyil;  o, 
dünyada  olan  şeylərdən  ən 
möhkəmidir. 
Emerson 
Ənənəvi Şərq fəlsəfəsində, o cümlədən daosizmdə və sufizmdə, 
dərin kök atmış “könül rahatlığı” ideyası da Cübran tərəfindən bir növ 
təftiş  edilir  və  ona  daha  realistik  mövqedən  yanaşılır.  Mütləq  rahatlıq 
və ya mütləq tarazlıq mümkün deyil. Onların öz daxili strukturu var və 
ancaq dinamik tarazlıqdan danışmaq mümkündür. Sadəcə heç nə istə-
məmək, heç nə duymamaq mümkün deyil. Amma bütün duyğular əks-
liklərə bölünə və bir-birini kompensasiya edə bilər. Biz əks duyğular-
dan  birini  yaşayırıqsa  onun  qarşılığını  heç  olmazsa  rasional  idrak  sə-
viyyəsində nəzərə  almaqla tarazlıq  yarada bilərik. Sevinc eyforiyasın-
dan və kədər  yükündən ancaq bununla 
xilas olmaq mümkündür. “Bəziləri de-
yəcək:  –  sevinc  kədərdən  artıqdır;  di-
ğərlərimiz  isə  –  yox,  kədər  daha  bö-
yükdür, deyəcək. Lakin onları ayırmaq 
olmaz, onlar birlikdə gəlir”.
 1
 Cübran 
insan qəlbini bir tərəfinə kədər, o bi-
ri tərəfinə sevinc doldurulmuş tərəzi ilə müqaisə edir və göstərir ki, on-
lar  ancaq  bərabər  olarkən  tarazlıq  yaranır.  Bu  ideya  obrazlı  ifadələrlə 
daha  konkret  surətdə  açılır:  “İçinə  şərab  süzdüyünüz  piyalə  hıəmin  o 
piyalə deyilmi ki, əvvəlcə dulusçu sobasında bişirilib”. Yaxud: “Məgər 
ruhunuzu oxşayan bu ud həmin o ağac deyilmi ki, əvvəlcə bıçaqla oyu-
lub?”  Sonra  ümumiləşdirmə  aparır:  “Sevinəndə  ürəyinizin  dərinliyinə 
boylanın  və  onda  görərsiniz  ki,  sizə  indi  sevinc  gətirən  şey  əvvəl  sizi 
kədərləndirirdi”.
 2
 
Beləliklə, Cübran məlum Şərq hikmətini strukturlaşdırır və ənə-
nəvi qəlb rahatlığını dinamik tarazlıq kimi təqdim etməklə reallığın əs-
lində  bundan  kənaraçıxmalar  şəklində  mövcud  olduğunu  vurğulayır. 
Reallıq lal bir göl deyil. Reallıq sakit və möhtəşəm dənizin hər an dal-
ğalana  biləcək  təzahürləridir.  Yəni  sükut,  sakitlik  içərisində  fırtınalar 
şəklindədir. 
Cübran  Qərb  gerçəkliyinə,  rasional  idrakın  və  əməli  fəaliyyətin 
                                                 
1
 Yenə orada, səh. 38. 
2
 Yenə orada. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 158 – 
 
Fikrin-zikrin  haradadır-
sa, sən də oradasan.  
Ə
bu Turxan 
nasiranə  görkəminə  bir  lirizm,  şeiriyyət  gətirir.  Ənənəvi  Şərq  ancaq 
formaca  deyil,  məzmunca  da  Şərqdir.  Yəni  o,  əməldən  yox,  ruhdan 
bəhs edir. Yerləri deyil, göyləri vəsf edir. Lakin əməli fəaliyyətin, rasi-
onal biliyin və hətta texnologiyaların da öz ruhu və şeiriyyəti ola bilər-
miş!  Bu  kontekstdə  Cübranın  peyğəmbərin  dili  ilə  zəhmət  haqqında 
dediklərini misal gətirmək  yerinə düşər. Cübran sadəcə torpaqdan de-
yil,  «torpağın  qəlbindən»  danışır,  sadəcə  fiziki  əməkdən  deyil,  sevgi 
ilə  yoğrulmuş  əməkdən  danışır.  «Lakin  mən  sizə  deyirəm  ki,  siz  işlə-
yəndə torpağın ən ali istəyini həyata keçirmiş olursunuz».
1
 Daha sonra, 
Cübran yazır: «Zəhmət dolayısı ilə sevmək – həyatın ən gizli sirlərinə 
varmaq deməkdir».
2
 Torpağa canlı kimi baxanda, onun nəfəsini, pıçıl-
tısını duyanda, zəhmətə sevgi qatanda bəzən möcüzə də baş verir. Da-
ha  doğrusu,  möcüzə  ancaq  sevgi-
dən yarana bilər. Lakin Şərq poezi-
yasında  vəsf  olunan  mücərrəd  sevgi-
dən fərqli olaraq, burada söhbət məq-
sədyönlü  əməli  fəaliyyətdən  –  zəh-
mətdən  gedir.  «Alın  yazısını  da  məhz  alın  təri  ilə  yumaq  mümkün-
dür»
3
.  
Cübran yaradıcılığında məhəbbət mövzusu mərkəzi yer tutur. Bir 
Şərq şairi və mütəfəkkiri üçün tamamilə təbiidir. Lakin onun Şərq və 
Qərbin vəhdətində dayanan bir mütəfəkkir olması onun məhəbbət ide-
yasına  gətirdiyi  yeni  çalarlarda  görünür.  Çörəyə  dad  verən  də  sadəcə 
fiziki  əmək  yox,  ona  qatılan  sevgidir.  Sevgisiz  bişən  çörəyin  dadı  ol-
maz. Və burada cismani dünyanın ruhani mahiyyəti yad edilir. Cübran 
insanları  «yaratdıqları  hər  bir  əşyanı  öz  ruhları  ilə  canlandırmağa»
4
 
çağırır. 
Biz bədii ədəbiyyatda mövhumatın və xurafatın tənqidinə ən çox 
islam kontekstində rast gəlirik. Cübranın yaradıcılığı belə bir cəhətdən 
də əlamətdardır ki, o özü bir xristian olmaqla yanaşı, Şərq mühitini, o 
                                                 
1
 Yenə orada, səh. 36. 
2
 Yenə orada. 
3
 Yenə orada. 
4
 Yenə orada. səh. 37. 


Cübran Xəlil Cübran 
 
 
 
 
– 159 –  
Şərqlilər  kainatda  yaşa-
yırlar.  Dağın  arxasında  nə 
olduğunu  görə  bilirlər,  la-
kin gözlərinin önündə nə ol-
duğunu görmürlər. 
Reyhani 
dövrün  ictimai  gerçəkliyindəki  eybəcərlikləri  qələmə  alır.  Və  məlum 
olur  ki,  dini  mənsubiyyətdən  asılı  olmadan  Şərq  elə  Şərqdir.  Mövhu-
mat və dini fanatizm də əslində dinin özü ilə deyil, bütövlükdə Şərqin, 
Şərq  düşüncə  tərzinin  tənəzzülü  və  cırlaşması  ilə  bağlıdır.  «Qırılmış 
qanadlar» əsərində süjet sanki XIX əsrin – sonu XX əsrin əvvəllərində 
Azərbaycan  yazıçılarının  yaradıcılığında  tez-tez  qələmə  alınan  bir 
mövzunun eynidir.  
Professor Aida Imanquliyevanın qısa şəkildə nəql etdiyi məzmun 
belə səslənir:  «Səlma varlı və nüfuzlu atanın  yeganə qızıdır. O, başqa 
adamı sevməsinə baxmayaraq, öz iradəsi əleyhinə arxiyepiskopun qar-
daşı oğlu Mənsur bəyə ərə verilir. Səl-
ma  ilə  evlənmək  istəyən  Mənsur  bəyi 
qızın  gözəlliyi  və  nəcabəti  deyil,  ata-
nın  ona  verəcəyi  zəngin  cehiz  maraq-
landırır…»
1
 Epizod  bizə  çox  tanışdır. 
Sadəcə olaraq iştirakçılar molla əvəzi-
nə  arxiyepiskop,  avam  müsəlman 
əvəzinə isə fanatik xristian olan Fa-
ris  Kəramidir.  Aida  İmanquliyevanın  yazdığı  kimi,  «Mənsur  bəyin 
amansızlığına, tamahkarlığına, bütün eybəcərliklərinə yaxşı bələd olan 
Faris Kərami  yeganə qızının ona ərə getməsinin əleyhdarı olsa da, ar-
xiyepiskopun təklifinə etiraz etməyə, ona rədd cavabı verməyə heç cür 
cürət edə bilmir».

F.Kəraminin dini avtoritet qarşısında öz sevimli qı-
zını belə qurban verməyə razılaşması əslində xristian fanatizminin ba-
riz ifadəsidir. (Bu yerdə Mirzə Cəlilin «Ölülər»ini xatırlamamaq müm-
kün  deyil).  Deməli,  fanatizm  bu  və  ya  digər  dinin  təbiətindən  yox, 
düşüncə və seçim azadlığının yetərli olmamasından irəli gəlir.  
Cübran  yaradıcılığı  sadəcə  müdrik  sözlər,  hikmətli  hekayətlər, 
lirik  deyimlər  olmayıb,  həm  də  ciddi  sosial  məzmun  daşıyır.  «İctimai 
ədalətsizliyə qarşı mübarizə Cübran yaradıcılığının ən səciyyəvi cəhət-
lərindən  biri  idi…  O,  ən  ədalətli  insan  cəmiyyəti,  zülmün  və  zalımla-
                                                 
1
 A.İmanquliyeva. Cübran Xəlil Cübran, səh. 51. 
2
 Yenə orada, səh. 55. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə