Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə58/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   54   55   56   57   58   59   60   61   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 182 – 
 
mədiyi  kimi,  sizin  hamınızın  buna  gizli  razılığınız  olmasa  zalım  da  öz 
pis əməlini eləyə bilməz. 
 Sanki bir izdiham kimisiniz, birlikdə yeriyirsiniz öz ilahi mənli-
yinizə doğru. 
 Siz həm yol, həm də yolçularsınız. 
 Əgər biriniz yıxılırsa, o, arxadan gələni ayaq altdakı daşdan xə-
bərdar etmək üçün yıxılır. 
 Lakin  yıxılan,  həm  də,  qabaqda  gedənlərə  görə  yıxılmış  olur; 
ayaqdan möhkəm və iti olmaqlarına baxmayaraq, o daşı yoldan götür-
məmişlər. 
 Bir söz də deyəcəm, ürəyinizə ağırlıq gətirəcək olsa belə: 
Öldürülənin öz ölümündə təqsiri yox deyil. 
Soyulanın soyğuna məruz qalanda günahı yox deyil.  
Zalımın zülmündə möminin də günahı vardır. 
Xatakar pis iş tutanda əlləri təmiz olan da təmiz qalmır. 
Bəli, çox zaman məhkum zərərçəkmişin qurbanı olur. 
Çox zaman da məhkum olunmuş günahlandırılmayan və mühaki-
mə edilməyənin yükünü daşımış olur. 
Siz haqlını haqsızdan və yaxşını pisdən seçə bilmirsiniz. 
Zira, ağ sapla qara sap birlikdə toxunan kimi onlar günəşin qar-
şısında birgə dayanmışlar. 
Qara sap qırılır, toxucu bütün parçanı gözdən keçirməli, dəzgahı 
da yoxlamalıdır. 
Əgər  aranızda  birisi  öz  xəyanətkar  arvadını  məhkəməyə  çəkmiş 
olsa, qoy, onda ərin də ürəyini tərəzidə çəksinlər. Ölçsünlər dəqiqliklə 
onun ruhunu. 
Qoy,  incidəni  şallaqlayacaq  adam  əvvəlcə  incidilmişin  ruhuna 
da boylansın. 
Aranızdan  bir  kimsə  haqq  naminə  şər  ağacını  baltalamağa  qal-
xıbsa, qoy, onun köklərinə də diqqətlə baxsın. 
Həqiqətən də, o, xeyir və şər, bəhrəli-bəhərsiz bütün kökləri ye-
rin səssiz-səmirsiz ürəyində bir-birinə sarmaşmış halda görəcəkdir. 
Siz, ədalətli olmalı olan hakimlər, əlləri təmiz, ruh isə oğru ola-
na nə hökm çıxaracaqsınız? 


Cübran Xəlil Cübran 
 
 
 
 
– 183 –  
Bəs  əlləri  ilə  qatil,  ruhu  ilə  zülmün  qurbanı  olana  hansı  cəzanı 
layiq biləcəksiniz? 
Davranışında yalançı və qəddar olan, lakin özü də incidilmiş və 
alçaldılmış birisini necə təqib edərdiniz? 
Bəs çəkdiyi peşmançılığı artıq çoxdan xatasını üstələdiyi birisini 
necə mühakimə edərsiniz? 
Məgər  sizin  xidmət  etdiyiniz  ədalət  məhkəməsinin  əsl  hədəfi  elə 
peşmançılıq deyilmi? 
Hər bir halda, siz nə günahsıza peşmanlıq çəkdirmək, nə də gü-
nahkarın ürəyindəki peşmanlığı ordan çıxarıb atmaq gücündə deyilsi-
niz. 
O, gecələr çağrılmadan  gəlir. Gəlir ki, insanlar oyanıb özlərinə 
baxa bilsinlər. 
Ey ədaləti anlamalı olan kimsələr, əgər bütün işlərə gün işığında 
baxmasanız bunu necə edə bilərsiniz? 
Yalnız o zaman anlayacaqsınız ki, ayaq üstə olan və yıxılan – əs-
lində öz cırtdan mənliyinin gecəsi ilə ilahi mənliyinin gündüzü arasın-
dakı alatoranlıqda gəzişən eyni insandır. 
Məbədin  guşə  daşı  təməldə  duran  ən  altdakı  daşdan  heç  də 
yüksəkdə deyil”. 
 
 
Qanunlar
  
 
Sonra  bir  hüquqşünas  soruşdu:  “Ustad,  bizim  qanunlar  barədə 
nə deyərdin?” 
O, cavab verdi: 
Qanun  qoymaqdan  xoşunuz  gəlir.  Lakin  onları  pozanda  daha 
çox həzz alırsınız. 
Okean sahilində oynayan uşaqlar kimisiniz, inadla qum qalaları 
ucaldırsınız ki, sonra gülərək onları uçurasınız. 
Amma başınız bu qum qalalarını tikməyə qarışıq ikən, okean sa-
hilə bir xeyli qum yenə gətirir.  


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 184 – 
 
Siz onları dağıdıb uçuranda, okean da sizə qoşularaq gülür. 
Həqiqətən, okean həmişə məsumlarla birgə gülür. 
Bəs  o  kəslərə  nə  deyəsən  ki,  onlar  üçün  həyat  okeanı,  insanın 
yaratdığı qanunlar isə qum qalalarını xatırlatmır. 
O  kəslərə  ki,  onlar  üçün  həyat  qaya,  qanunlar  isə  külüngdür, 
istədikləri kimi çapırlar həyatı.  
Onlara nə deyəsən? 
Neyləyəsən rəqqaslara nifrət edən topala? 
Neyləyəsən  öz  boyunduruğuna  vurğun  öküzə  ki,  meşədəki  sığın 
və maralı avara və sərgərdan sayır? 
Bəs  toya  hamıdan  tez  gələn,  yeyib,  içib  yorulan,  evinə  gedəndə 
isə bütün şənlikləri zorakılıq, bütün şənlənənləri isə qanun pozucuları 
adlandırana nə deyəsən? 
Nə deyə bilərəm ki, mən belələri haqqında? 
Onlar  da  gün  işığının  altında  durublar,  amma  arxaları  günəşə 
doğrudur. 
Onlar  yalnız  öz  kölgələrini  görə  bilirlər  və  onların  kölgələri 
onlar üçün qanundur. 
Günəş bir kölgə istehsalçısından savayı nədir onlar üçün? 
Məgər  qanunları  tanımaq,  əyilib  yerdəki  kölgələri  izləməkdən 
başqa bir şeydirmi? Amma sizi, üzü günəşə doğru yeriyənləri, yerə çə-
kilmiş hansısa şəkillər saxlaya bilərmi? 
Siz, küləklə birgə səyahət edənlər, hansı yelqovan sizə yol göstə-
rə bilər ki? Əgər siz boyunduruğunuzu qırarkən başqasının dustaqxa-
nasının  qapısına  toxunmamısınızsa  insanın  yaratdığı  hansı  qanunlar 
sizin əl-qolunuzu bağlaya bilər? 
Əgər  rəqs  edərkən,  başqasının  dəmir  zəncirlərinə  ilişmirsinizsə 
hansı qanundan qorxacaqsınız? 
Əgər siz libasınızı cırarkən onu bir kimsənin cığırına tullamamı-
sınızsa kim sizi məhkəməyə çəkə bilər? 
Orfalesin  camaatı,  siz  dəfin  səsini  ala,  udun  simlərini  boşalda 
bilərsiniz, bəs torağayı kim susdura bilər”? 
 
 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə