Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə57/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   53   54   55   56   57   58   59   60   ...   118

Cübran Xəlil Cübran 
 
 
 
 
– 179 –  
O, yaranı gizləyəcək parıltılı lent yox, gözləri qoruyan göz qapa-
ğı olmalıdır.  
Qapıdan  keçə  bilmək  üçün  qanadlarınızı  yığmayın,  tavana  dəy-
məsin  deyə  başınızı  aşağı  əyməyin,  divarlar  çatlayıb  dağılacaq  deyə 
nəfəs almaqdan qorxmayın. 
Ölülərin  dirilər  üçün  yaratdığı  məzarlıqda  yaşamaq  sizə  yaraş-
maz. 
Necə gözəl və zəngin olsa belə eviniz, o nə sizin sirrinizi gizləyə 
biləcək, nə də həsrətinizə sığınacaq olacaq. 
Zira, daxilinizdəki sonsuzluq qapıları səhər dumanından, pəncə-
rələri  isə  nəğmələrdən  və  gecənin  sakitliyindən  ibarət  göy  sarayına 
sığa bilər yalnız”. 
 
 
Geyim
  
 
Toxucu: “Bizimlə Geyim barədə danış”,– dedi. 
O, cavab verdi: 
“Geyiminiz  sizin  gözəlliyinizin  çox  hissəsini  örtür,  lakin  sizdəki 
eybəcərliyi gizlədə bilmir. 
Hərçənd  ki,  libaslarınızda  sirr  saxlamaq  azadlığı  axtarırsınız, 
ancaq siz onlarda boyunduruq və zəncir də tapa bilərsiniz. 
Yaxşı olardı ki, günəşi və küləyi daha çox dərinizlə qarşılayaydı-
nız, nəinki paltarınızla. 
Axı, həyatın nəfəsi gün işığında, həyatın əli isə küləkdədir. 
Bəziləriniz deyir: “Məgər geydiyimiz paltarı şimal küləyi özü to-
xumayıbmı?”  
Bəli, mən də deyirəm – bu, şimal küləyi idi. 
Amma onun toxucu dəzgahı – həya, ipləri isə ərköyünlüyünüz idi. 
İşini bitirəndən sonra o sizə gülürdü meşədə. 
Unutmayın ki, utancaqlıq natəmizlərin gözündən qorunmaq üçün 
qalxandır. 
Natəmizlər qalmayanda, utancaqlıq ağılın əsarətindən və aldanı-


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 180 – 
 
şından başqa nə olacaq ki? 
Unutmayın  ki,  torpaq  sizin  yalın  ayaqlarınızın  təmasından  həzz 
alır, küləklərsə saçlarınızla oynamaq həsrətindədir”. 
 
 
Alış-veriş 
 
Bir tacir söylədi: “Alış-verişdən danış bizə”. 
O, belə cavab verdi: 
“Torpaq  öz  meyvələrini  sizin  üçün  yetişdirir,  lakin  siz  təkcə  öz 
əllərinizi doldurmağı öyrənmisinizsə onlardan bəhrələnə bilməyəcəksi-
niz. 
Çünki yalnız torpağın nemətlərinin mübadiləsində siz bolluq ta-
pa bilər və ehtiyaclarınızı ödəyərsiniz. 
Lakin  bu  mübadilə  məhəbbət  və  ədalətlə  həyata  keçirilmirsə,  o, 
bəzilərinizi hərisliyə, digərlərinizi isə aclığa gətirib çıxaracaq.  
Siz – dənizin, tarlaların və üzümlüklərin zəhmətkeşləri – bazarda 
toxucularla, dulusçularla və ədvaçılarla görüşəndə, yerin Ruhunu ça-
ğırın, gəlib dursun aranızda, tərəzilərinizi və haqq-hesabınızı işıqlan-
dırsın. 
İmkan verməyin ki, sizin sövdələşmələrinizdə avaralar, iş əvəzinə 
boşboğazlıq satanlar iştirak etsinlər. 
Belələrinə deyin: “Gedək bizimlə tarlaya, yaxud çıxın qardaşla-
rınızla dənizə və siz də tor atın; 
Torpaq  da,  dəniz  də  bizə  qarşı  olduğu  kimi,  sizə  də  səxavətli 
olacaqdır.” 
Əgər müğənnilər, rəqqaslar və ney çalanlar gəlsələr onların da 
nemətlərindən alın. 
Zira, onlar da meyvə və ətir yığanlardırlar. Gətirdikləri yuxular-
dan toxunsa da, ruhunuza qida və geyimdir. 
Bazarı  tərk  etməzdən  əvvəl  diqqət  edin  ki,  heç  kim  evinə  əliboş 
yollanmasın. 
Əgər  içinizdəki  ən  balacanın  da  ehtiyacları  ödənməyibsə,  yerin 


Cübran Xəlil Cübran 
 
 
 
 
– 181 –  
Ruhu küləyin altında rahat yata bilməyəcək”. 
 
 
Cinayət və Cəza 
 
Sonra  şəhərin  hakimlərindən  biri  qarşıya  çıxaraq  dedi:  “Bizə 
Cinayət və Cəzadan danış”. 
O, belə cavab verdi: 
“Ruhunuz rüzgar qabağına düşüb avaralanmağa gedəndə, 
siz  tənha  və  müdafiəsiz  olanda,  başqalarına  və  dolayısı  ilə  özü-
nüzə zülm etmiş olursunuz. 
Etdiyiniz  bu  zülmə  görədir  ki,  müqəddəsliyin  qapısını  döyərək 
bir müddət unudulmuş kimi gözləməyə məcbursunuz. 
Sizin ilahi mənliyiniz bir okean kimidir,  
O, əsla çirkləndirilə bilməz. 
O, bir efir kimi yalnız qanadı olanları yüksəyə qaldırır. 
Hətta sizin ilahi mənliyinizin günəşə də bənzəri var; 
O nə köstəbək yolları tanıyar, nə ilan deşiyi axtarar. 
Lakin ilahi mənliyiniz içinizdə yalnız deyildir. 
İçinizdə insani çox şey var, lakin bir çox şey hələ də insanlaşma-
sını gözləyir. 
O,  bir  biçimsiz  cırtdan  kimidir,  duman  içində  yuxulu-yuxulu  öz 
oyanışını arayır. 
İndi içinizdəki insandan danışmaq istəyirəm. 
Zira,  cinayətin  və  cinayətə  görə  cəzanın  nə  olduğunu  bilən  içi-
nizdəki ilahi məniniz, yaxud yuxulu cırtdan deyil, məhz odur. 
Tez-tez eşitmişəm bunu sizdən,  
Zülm etmiş adam haqqında elə danışırsınız ki,  
guya o sizlərdən birisi olmayıb, dünyanıza soxulmuş bir yaddır. 
Mən isə deyirəm: müqəddəs və mömin olan, daxilinizdəki alilik-
dən  yüksəyə  qalxa  bilmədiyi  kimi,  eləcə  zalım  və  zəif  olan  da,  həmçi-
nin, daxilinizdə gəzdirdiyiniz alçaqlıqdan aşağı enə bilməz.  
Bir yarpaq bütövlükdə ağacın səssiz razılığı olmadan sarala bil-


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə