Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə54/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   50   51   52   53   54   55   56   57   ...   118

Cübran Xəlil Cübran 
 
 
 
 
– 169 –  
öz  ürəyinizin  sirrini  dərk  edəsiniz  və  bu  biliklə  Həyatın  ürəyinin  bir 
hissəsinə çevrilə biləsiniz. 
Lakin əgər siz qorxaqcasına məhəbbətin yalnız sakitliyini və ləz-
zətini axtaracaqsınızsa, onda yaxşı olar ki, öz çılpaqlığınızı örtüb mə-
həbbətin xırmanından uzaqlaşasınız. 
Elə bir fəsilsiz dünyaya ki, orada güləcəksiniz, amma tam gülü-
şünüzlə yox. Ağlayacaqsınız, amma gözüdolusu yox. 
Məhəbbət özündən başqa heç nə vermir. Özündən başqa da heç 
nəyi geri almır. 
Məhəbbət  heç  nəyə  sahib  deyil.  Heç  kimin  də  ona  sahib  olması 
mümkün deyil. 
Zira, məhəbbət üçün məhəbbət bəsdir. 
Əgər sevirsinizsə, deməyin ki, “Allah mənim ürəyimdədir”. Da-
ha düzgün olar ki, deyəsiniz: “Mən Allahın ürəyindəyəm”. 
Düşünməyin ki, məhəbbətə yol göstərə bilərsiniz, 
Əgər sizi buna layiqli bilsə, o özü sizə yol göstərəcəkdir. 
Məhəbbətin  özünü  gerçəkləşdirməkdən  başqa  heç  bir  arzusu 
yoxdur,  
Lakin əgər siz sevirsinizsə və sizin hansısa arzularınız olmalıdır-
sa, qoy, sizin arzularınız bunlar olsun: 
Ərimək və gecəyə öz nəğməsini oxuyan çay kimi axıb getmək. 
Şəfqətin çoxluğundan ağrı hiss etmək. 
Eşqi dərk etməyimizdən yaralanmaq. 
Razılıq və sevinc hissi ilə qanına qəltan olmaq. 
Səhərlər  qanadlanmış  ürəklə  məhəbətin  daha  bir  gününə  görə 
şükranlıqlarını ifadə etmək; günorta saatında dincəlmək və eşqin eks-
tazını sezmək; 
Qürub vaxtı evə minnətdarlıq duyğusu ilə qayıtmaq; 
Sonra isə ürəyinizdə sevdikləriniz üçün dua, dodaqlarınızda şük-
ranlıq nəğməsi ilə yuxulamaq”. 
 
 
 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 170 – 
 
 
Nikah 
 
Sonra yenidən əl-Mitra dilləndi və soruşdu: “Bəs nikah nə olan 
şeydir, ustad?” 
O belə cavab verdi: 
“Siz birlikdə doğulmusunuz və həmişə də birlikdə olacaqsınız. 
Ölümün ağ qanadları günlərinizi pərən-pərən salanda da siz bir-
likdə olacaqsınız. 
Bəli, hətta Allahın sükuta qərq olmuş yaddaşında da siz birlikdə 
olacaqsınız. 
Lakin bu bərabərliyinizdə, qoyun, bəzi məsafələr qalsın. 
Qoyun, cənnətin rüzgarları aranızda rəqs edə bilsinlər. 
Bir-birinizi sevin, lakin məhəbbəti boyunduruğa çevirməyin. 
Yaxşı  olar  ki,  o,  qəlblərinizin  sahilləri  arasında  dalğalanan  bir 
dəniz olsun. 
Bir-birinizin camlarınızı doldurun, lakin bir camdan içməyin. 
Bir-birinizlə çörəyinizi bölüşün, lakin bir tikədən yeməyin. 
Birlikdə  nəğmə  oxuyun,  rəqs  edin  və  sevinin,  lakin  bir-birinizin 
ayrılığını pozmayın. 
Udun simləri kimi. Onlar ayrı-ayrı olsalar da, bir musiqinin sə-
daları altında titrəşirlər. 
Ürəklərinizi verin bir-birinizə, amma tutub saxlamağa yox. 
Zira, yalnız Həyatın əlinə yerləşə bilər ürəkləriniz. 
Yanaşı durun, lakin çox da yaxın yox. 
Axı, məbədin sütunları da aralı dururlar, 
Palıdla sərv isə bir-birinin kölgəsində bitmirlər”. 
 
 
Uşaqlar 
 
Qucağında  uşaq  tutmuş  bir  qadın  söylədi:  “Uşaqlardan  danış 
bizə”. 


Cübran Xəlil Cübran 
 
 
 
 
– 171 –  
Əl-Mustafa dedi: 
“Sizin uşaqlar – sizin uşaqlarınız deyil. 
Onlar Həyatın özünün özünə qarşı həsrətinin oğul və qızlarıdır. 
Onlar sizin vasitənizlə gəlir, lakin sizdən gəlmirlər, 
Sizinlə olmaqlarına baxmayaraq, sizə məxsus deyillər. 
Siz onlara öz məhəbbətinizi verə bilərsiniz, amma öz fikirlərinizi 
yox. 
Zira, onların öz fikirləri var. 
Siz  onların  bədənlərinə  sığınacaq  verə  bilərsiniz,  amma  ruh-
larına yox. 
Zira, onların ruhları sabahkı gündə sığınacaq tapmışdır, siz ora 
heç xəyalınızda belə gedə bilməzsiniz. 
Siz  onlar  kimi  olmağa  can  ata  bilərsiniz,  lakin  onları  özünüzə 
oxşatmağa çalışmamalısınız. 
Axı, həyat geriyə axmır və dünəndə ləngimir. 
Siz  bir  yaysınız  ki,  uşaqlarınız  canlı  oxlar  təki  sizdən  irəliyə 
atılmışlar. 
Nişançı  sonsuzluq  yolunda  nişanını  görür  və  O,  sizi  Öz  qüdrəti 
ilə elə gərir ki, oxlar sürətlə və uzağa uça bilsinlər. 
Qoy, sizin, Nişançı əlinə tabeliyiniz xoşbəxtlik gətirsin. 
Zira, O, uçan oxu sevdiyi kimi, tərpənməz yayı da sevir”. 
 
 
Vermək 
 
Onda varlı adam dedi : “Verməkdən danış bizə”. 
O, cavab verdi: 
“Malınızdan verəndə, siz yalnız cüzi bir hissəni verirsiniz. 
Özünüzdən verəndə isə həqiqətən vermiş olursunuz. 
Zira,  sizin  malınız  sabahkı  günün  qorxusundan  yığıb  saxladığı-
nız şey-şüydən başqa nədir axı? 
Bəs  Sabah?  İz  saxlamayan  qumda  sümük  basdıran  və  zəvvarla-
rın  arxasına  düşüb  müqəddəs  şəhərə  yollanan  çox  ehtiyatlı  bir  itə  nə 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 172 – 
 
gətirə bilər ki, sabah? 
Ehtiyac qorxusu özü bir ehtiyac deyilmi? 
Susuzluq  qorxusu  quyularınızı  ağzınacan  yanğı  ilə  doldurmaq-
dan yaranmayıbmı? 
Elələri var ki, malik olduqları çoxdan azını verirlər və bunu ta-
nınmaq üçün eləyirlər. Onların gizli niyyətləri onların bəxşişlərini pu-
ça çevirir. 
Lakin elələri də var ki, aza malikdirlər və onun hamısını verirlər. 
Onlar  həyata,  həyatın  səxavətinə  inananlardır,  gətirənlərdir  və 
onların xəzinəsi heç zaman boşalmır. 
Onlar o kəslərdir ki, sevinclə verirlər və sevinc onların mükafatı 
olur. 
Elələri də var ki, ağrı ilə verirlər və bu ağrı onların vəftizi

 olur. 
Elələri də var ki, verirlər və bu zaman nə ağrı bilir, nə sevinc ax-
tarırlar, nə də yaxşılıq etdiklərinin fərqində olurlar. 
Onların verməyi, bax, o vadidəki mərsinin ətrini fəzaya yayması 
kimidir. 
Allah  belələrinin  əlləri  ilə  danışır  və  onların  gözləri  ilə  yer 
üzünə gülümsünür. 
İstəyənə  vermək  yaxşı  işdir,  lakin  istəməyənə  anlayaraq  vermək 
daha yaxşı işdir. 
Səxavətli  üçün  ehtiyacı  olanı  aramaq  sadəcə  verməkdən  daha 
böyük sevincdir. 
Məgər elə bir şey varmı ki, onu özünüzdə saxlaya biləsiniz? 
Nəyiniz varsa bir gün alınacaq. 
Odur  ki,  indi  verin,  vermək  mövsümünü  varislərinizin  öhdəsinə 
buraxmağa nə lüzum? 
* * * 
Çox vaxt deyirsiniz: “Mən verərdim, amma layiqli birisinə.” 
Amma  nə  bağınızdakı  ağaclar,  nə  də  çəmənlərinizdəki  sürülər 
belə demirlər. 
Onlar  verirlər  ki,  yaşaya  bilsinlər,  çünki  verməmək  onlarçün 
                                                 

 Xaç suyuna salınma. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə