Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə56/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   52   53   54   55   56   57   58   59   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 176 – 
 
Bu, yaratdığınız hər bir əşyanı öz ruhunuzla doldurmaq, 
bütün  müqəddəslərin  ətrafınızda  duraraq  sizi  müşahidə  etdiyini 
bilmək deməkdir. 
Çox vaxt eşidirəm ki, yuxulu-yuxulu belə danışırsınız: 
“Mərmərlə  işləyən  öz  qəlbinin  formasını  daşda  tapan  torpağı 
şumlayan sadə əkinçidən daha yüksəkdir. 
Göy qurşağını kətana köçürə bilən bizim ayaqlarımız üçün çarıq 
toxuyandan daha artıqdır.” 
Lakin mən sizə deyirəm, özü də yuxulu yox, günorta ayıqlığında.  
Külək kiçicik bir otla nəhəng palıddan daha az nəzakətlə danış-
mır. 
Həqiqətən o kəs böyükdür ki, küləyin səsini məhəbbətindən şirin-
ləşmiş nəğməyə çevirə bilir. 
Zəhmət – görünən məhəbbətdir. 
Əgər məhəbbətlə işləyə bilmirsinizsə və iş sizdə ikrah yaradırsa, 
yaxşı olar ki, işi dayandırasınız və məbədin qapılarının ağzında oturub 
sevinclə işləyənlərdən sədəqə istəyəsiniz. 
Zira, çörəyi biganəliklə  bişirirsinizsə, deməli, dadsız çörək bişi-
rirsiniz, insanın aclığını da doyurmaz. 
Üzümü  də  narazılıqla  sıxırsınızsa,  sizin  narazılığınız  zəhər  olub 
şərabınıza qarışacaq. 
Siz  lap  mələk  kimi  oxusanız  belə,  əgər  oxumağınızda  eşq  yox-
dursa, yalnız gündüzün və gecənin səsini batırmış olursunuz”. 
  
 
Sevinc və kədər 
 
Daha sonra bir qadın dilləndi: “Sevinc və Kədərdən danış bizə”. 
O, cavab verdi: 
“Sizin sevinciniz üzündən maskası düşmüş kədərinizdir. 
O quyudan ki, sizin gülüşünüz yüksəlir, onu dəfələrlə doldurmu-
sunuz göz yaşlarınızla. 
Və başqa cür də necə ola bilər axı? 


Cübran Xəlil Cübran 
 
 
 
 
– 177 –  
Kədər  içinizi  nə  qədər  dərin  qazıbsa,  varlığınız  bir  o  qədər  se-
vinc tuta bilər. 
İçinə şərab süzdüyünüz piyalə, həmin o piyalə deyilmi ki, dulus-
çu sobasında bişirilib əvvəlcə? 
Məgər ruhunuzu oxşayan bu ud, həmin o ağac deyilmi ki, əvvəl-
cə bıçaqlarla oyulub? 
Sevinəndə ürəyinizin dərinliyinə boylanın və onda görərsiniz ki, 
sizə indi sevinc gətirən əvvəl sizi kədərləndirərdi. 
Kədərlənəndə yenə ürəyinizin dərinliyinə boylanın və görəcəksi-
niz ki, əslində indi yasını tutduğunuz əvvəl sizin heyrət mənbəyiniz idi. 
Bəziləriniz:  “Sevinc  kədərdən  artıqdır,”  digərləriniz  isə:  “Yox, 
kədər daha böyükdür,”– deyəcək. 
Lakin mən sizə deyirəm: onları ayırmaq olmaz. 
Onlar birlikdə gəlirlər. Əgər biri indi səninlə süfrə başındadırsa, 
əmin ol ki, digəri çarpayında dincəlir. 
Həqiqətdə siz tərəzinin oxu kimisiniz – öz kədəriniz və sevinciniz 
arasında. Yalnız boş olanda sakitləşir, tarazlıqda olursunuz. 
Hər  dəfə  Xəzinədar  öz  qızıl-gümüşünü  sizdə  çəkmək  istəyəndə, 
sizin sevinc və kədəriniz qalxır-düşür”. 
 
 
Evlər  
 
Bir bənna qabağa çıxaraq söylədi: “Evlərdən danış bizə”. 
O, belə cavab verdi: 
“Şəhər divarları arasında ev tikəndə təsəvvür edin ki, vəhşi təbi-
ətin ortasında bir alaçıq tikirsiniz. 
Daxilinizdəki  qərib  yolçu  alatoranlıqda  evini  axtaranda  onu  ta-
pa bilsin. 
Eviniz sizin genişlənmiş bədəninizdir. 
O, günəş altında böyüyür və gecənin sakitliyində uyuyur. Əlbət-
tə, onun da öz yuxuları var. 
Elə bilirsiniz, eviniz yuxu görmür? Yuxularında şəhəri tərk edə-


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 178 – 
 
rək meşəliyə, yaxud təpənin başına səyahət etmir? 
Kaş  ki,  yığa  biləydim  evlərinizi  ovcuma.  Onda  mən  bir  səpinçi 
kimi səpələyərdim onları meşələrə, düzlərə. 
Onda  vadilər  sizin  küçələriniz,  yaşıl  cığırlar  isə  xiyabanlarınız 
olardı.  Siz  bir-birinizi  üzümlüklərin  arasında  axtarardınız  və  gələndə 
paltarlarınızda torpağın qoxusunu gətirərdiniz. 
Amma bunun vaxtı hələ gəlib çatmamışdır. 
Əcdadlarınız qorxularından bir-birlərinə çox sıx yaxınlaşmışlar. 
Bu  qorxu  hələ  bir  müddət  çəkəcək.  Bu  qala  divarları  hələ  bir 
müddət də ocaqlarınızı çəmənlərinizdən ayıracaq. 
Deyin mənə, ey Orfalesin camaatı, bu evlərdə nəyiniz var? Bağlı 
qapılar arxasında qoruduğunuz nədir axı?  
Orda qüdrətinizin nişanəsi olan sülh və sakitlik varmı? 
Orda xatirələriniz – insan idrakının zirvələrini bir-birinə bağla-
yan sayrışan tağlar – varmı? 
Orda  elə  bir  gözəllik  varmı  ki,  taxtadan  və  daşdan  düzəldilmiş 
əşyalardan ayırıb ürəyi müqəddəs dağa doğru yönləndirsin? 
Deyin görüm, bütün bunlar evlərinizdə varmı? 
Yoxsa siz ancaq rahatlığa və rahatlıq hərisliyinə maliksiniz? Bu, 
gizlincə evinizə qonaq kimi daxil olur, sonra ona yiyələnir və nəhayət, 
ağasına çevrilir. 
Hə, o, bir heyvan təlimçisinə çevrilərək, qarmaq və qamçı ilə si-
zin ən böyük ehtiraslarınızı özünə ram edir. 
Əlləri ipək kimi olsa da, onun ürəyi dəmirdəndir. 
O, sizi ona görə yuxuya verir ki, çarpayınızın başında durub cis-
minizin ləyaqətini ələ sala bilsin. 
O,  sizin  sağlam  hisslərinizə  rişxənd  edərək  onları  saxsı  qablar 
kimi qanqallığa tullayır, mənasızlaşdırır. 
Beləcə,  rahatlıq  həvəsi  qəlbin  qüdrətini  məhv  edərək  onun  dəf-
nində irişə-irişə addımlayır. 
Lakin sizə – fəzanın övladlarına, yuxularında belə dincəlməyən-
lərə – nə tələyə düşmək, nə də əhliləşmək yarayar. 
Lövbər yox, dor ağacı olmalıdır sizin eviniz. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə