Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə64/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   60   61   62   63   64   65   66   67   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 200 – 
 
qalmayacaqdı. 
Yetər  ki,  ətrafınıza  boylanasınız  və  O-nun  uşaqlarınızla  necə 
oynadığının şahidi olacaqsınız. 
Baxın fəzaya: Onun buludlar üzərində yeridiyini, əllərini şimşək-
lərdə uzadaraq yağışlarla yağdığını görərsiniz. 
Onun çiçəklərdə gülümsəməyini, sonra isə boy ataraq ağaclarda 
sizə əl etməsini görərsiniz». 
 
 
Ölüm
 
 
Sonra  əl-Mitra  dilləndi:  “İndi  isə  Ölüm  barədə  danışmağını 
istəyirik”. 
Əl-Mustafa dedi: 
«Ölümün sirrini bilmək istəyirsiniz. 
Onu həyatın ürəyində axtarmırsınızsa harda tapa bilərsiniz?  
Gündüzləri  kor  olan,  gecə  gözlü  bayquş  işığın  sirri  üzərindəki 
pərdəni qaldıra bilməz. 
Əgər  həqiqətən  ölümün  ruhunu  görmək  istəyirsinizsə,  ürəyinizi 
həyatın bədəninə geniş açın. 
Zira, həyatla ölüm birdir, çayla dəniz bir olan kimi. 
Ümid və arzularınızın dərinliyində qeybin lal biliyi yatmaqdadır; 
Qar  altında  uyuyan  toxumlar  təki,  ürəyiniz  yuxusunda  baharı 
görür. 
Yuxularınıza inanın, əbədiyyətin qapıları gizlənib onlarda. 
Sizin ölüm qorxunuz bir çobanın sultan qarşısında əsməsinə bən-
zəyir;  o  zaman  ki,  sultan  əlini  onu  şərəfləndirmək  üçün  uzatmışdır 
artıq. 
Məgər çobanın əsməsində üzərində sultan təmasını gəzdirəcəyin-
dən dolayı bir sevinc hiss olunmurmu?  
Məgər o, daha çox öz əsməsi barədə düşünmürmü? 
Zira, ölmək küləyin qarşısında çılpaq dayanmaq və günəşdə əri-
mək deyil, bəs nədir? 


Cübran Xəlil Cübran 
 
 
 
 
– 201 –  
Nəfəsin  kəsilməsi  nəfəsin  öz  narahat  qabarma  və  çəkilmələrin-
dən azad olması, qalxması, genişlənməsi və Allahı qayğısız şəkildə ax-
tara bilməsi demək deyilmi? 
Yalnız  sükut  çayından  su  içdikdə  həqiqətən  nəğmə  oxuyacaqsı-
nız. Yalnız dağın zirvəsinə çatanda həqiqi yüksəlişiniz başlayacaqdır. 
Cisminizi torpaq özünə istəyəndə həqiqi rəqsinizi oynayacaqsız». 
 
 
Vidalaşma
  
 
Budur, axşam düşdü. 
Görücü  əl-Mitra  söylədi:  “Eşq  olsun  bu  günə,  bu  yerə  və  sənin 
danışan ruhuna!” 
O  cavab  verdi:  «Məgər  danışan  mən  idim?  Məgər  mən  həm  də 
dinləyən deyildimmi?» 
Sonra o, məbədin pilləkanları ilə endi və bütün xalq da onun ar-
xasınca yollandı. O öz gəmisinə yetişib göyərtəyə qalxdı. 
Üzünü xalqa tutub səsini ucaltdı: 
«Orfalesin camaatı, külək sizi tərk etməyimi tələb edir. 
Külək qədər tələsməsəm də, getməliyəm. 
Biz,  daima  tənha  yollar  axtaran  yolçular,  heç  zaman  yeni  günü 
dünənin  qurtardığı  yerdən  başlamırıq;  səhər  şəfəqləri  bizi  heç  zaman 
qürubun bizi tərk etdiyi yerdə tapmayacaqdır. 
Hətta yer yuxuda olanda belə, biz yol gedirik. 
İnadkar  bitkinin  toxumlarıyıq  biz.  Və  elə  ki,  yetkinliyə  çatırıq, 
ürəklərimiz dolub daşır, külək alıb aparır bizi və səpələyir hər yana. 
Günlərim qısa oldu mənim, aranızda keçirdiyim, sizə söylədiyim 
sözlər isə daha qısa idi. 
Lakin səsim daha qulaqlarınızda səslənməyəcək və eşqim xatirə-
nizdən silinən bir zamanda mən yenidən qayıdacağam. 
Daha  zəngin  bir  ürəklə  və  ruha  yaxın  bir  nəfəslə  danışacam 
onda. 
Hə, dənizin qabarması ilə qayıdacam mən. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 202 – 
 
Baxmayaraq ki, ölüm məni gizləyə və böyük sükut məni öz ağu-
şuna ala bilər, anlamağınız üçün yollar axtaracam. 
Boşuna axtarmayacam mən. 
Əgər danışdıqlarımdan nəsə həqiqətdirsə, bu həqiqət daha aydın 
səs və sözlərlə, fikirlərinizə daha yaxın bir şəkildə aşkarlanacaqdır. 
Mən küləklə gedəcəm, Orfalesin camaatı, amma boşluğa düşmə-
yəcəm. 
Əgər  bu  gün  sizin  ehtiyaclarınız  ödənməyəcək  və  mənim  eşqim 
nakam  qalacaqsa,  qoy,  onda  o,  bir  vəd  olaraq  qalsın  gələn  günə 
qədər. 
İnsanın ehtiyacları dəyişir, amma eşqi dəyişmir.  Və o, eşqindən 
gözləyir ehtiyaclarının ödənməsini. 
Odur ki, bilin, böyük sükutun içindən qayıdacam mən». 
«Səhər  şəfəqləri  ilə  əriyən  və  çəməndə  şeh  qoyub  gedən  duman 
buludlarda yığılaraq yağış olub yerə yağır. 
Dumana oxşarım vardı mənim. 
Gecənin sakitliyində sizin küçələrinizi dolaşırdım və ruhum evlə-
rinizə daxil olurdu. 
Ürəyinizin  döyüntüsü  ürəyimdə,  nəfəsiniz  üzümdə  idi.  Və  mən 
sizin hamınızı tanıyırdım. 
Hə, mən həm sizin sevincinizə, həm də ağrınıza şərik idim. Və siz 
yuxulayanda sizin yuxularınız mənim yuxularım olurdu. 
Çox zaman aranızda dağlar qoynunda göl kimi idim mən. 
Zirvələrinizi, əyri-üyrü yamaclarınızı və hətta gəlib keçən fikir və 
arzu sürülərinizi əks etdirirdim özümdə. 
Uşaqlarınızın  gülüşü  bir  arx,  gənclərinizin  həsrəti  bir  çay  olub 
sükutuma dolurdular. 
Mənim dərinliyimə yetişəndə belə bu arx və çaylar oxumaqlarını 
kəsmirdilər. 
Lakin  nə  isə  gülüşdən  şirin  və  həsrətdən  böyük  bir  şey  gəldi 
mənə. 
Bu, sizdəki sonsuzluq idi; 
Bir azman insan ki, siz  onun yalnız hüceyrə və əzələlərini təşkil 
edirsiniz;  


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə