Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə59/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   55   56   57   58   59   60   61   62   ...   118

Cübran Xəlil Cübran 
 
 
 
 
– 185 –  
 
 
Azadlıq 
 
Natiq dilləndi: “Bizə azadlıqdan danış”. 
O, dedi: 
“Şəhər qapılarında və ocaqlarınızın başında, sizin öz azadlığınız 
qarşısında  necə  əyilib,  səcdə  etdiyinizi  görmüşəm;  eyni  ilə  qullar  öz 
zülmkarı  qarşısında  beləcə  alçalır  və  onu  öyürlər;  baxmayaraq  ki,  o 
onları öldürməkdə davam edir. 
Hə, məbədin meşəliyində və qalanın kölgəsində aranızda ən azad 
sayılanları azadlığı boyunduruq və qandal kimi geyinərək daşıdıqları-
nı görmüşəm. 
Ürəyim qan ağlayır içimdə. Zira, siz o zaman azad ola bilərsiniz 
ki, hətta azadlığı axtarmaq arzusunun özü belə sizin üçün artıq bir yü-
kə  çevriləcək  və  siz  azadlıq  haqqında  bir  məqsəd  və  həyatın  mənası 
haqqında danışırmış kimi danışmayacaqsınız. 
Siz  o  zaman  həqiqətən  azad  olacaqsınız  ki,  günləriniz  qayğısız, 
gecələriniz isə ehtiyac və qüssədən uzaq olacaq. 
O  zaman  ki,  bütün  bunlar  həyatınızı  saranda  belə,  siz  çılpaq  və 
bağlanmamış halda onların üzərinə yüksələ biləcəksiniz. 
İdrakınızın  səhərində  öz  günorta  saatınızın  ətrafına  doladığınız 
zəncirləri  qırmasanız  öz  gecə  və  gündüzləriniz  üzərinə  necə  yüksələ 
bilərsiniz? 
Əslində sizin azadlıq adlandırdığınız – zəncirlərin ən möhkəmi-
dir,  hərçənd  ki,  onun  halqaları  günəşdə  parıldayır  və  gözlərinizi  qa-
maşdırır. 
Azad olmaq üçün qırıb atmaq istədikləriniz məgər sizin mənliyi-
nizin parçaları deyilmi? 
Əgər  ləğv  etmək  istədiyiniz  ədalətsiz  qanundursa,  bu  qanunu 
özünüz öz əllərinizlə yazmısınız öz alnınıza. 
Hüquq kitablarınızı yandırmaqla silə bilməzsiniz onu; hakimləri-
nizin alnından da yuya bilməyəcəksiniz onu, lap bütöv bir dənizi onla-


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 186 – 
 
rın üstünə töksəniz belə. 
Əgər taxtdan salmaq istədiyiniz despotdursa, əvvəlcə baxın, gö-
rün içinizdə onun üçün ucaltdığınız taxt hələ dururmu? 
Zira, azad və vüqarlıları tiran necə idarə edə bilər, əgər onların 
azadlığında bir tiranlıq və vüqarlarında bir ayıb olmasa? 
Əgər canınızı qurtarmaq istədiyiniz qayğıdırsa, bilin ki, onu sizə 
sırımayıblar – özünüz seçmisiniz. 
Əgər  qovmaq  istədiyiniz  qorxudursa,  o  sizin  ürəyinizdə  oturub, 
qorxudanın əlində deyil. 
Həqiqətən, varlığınızda hər şey yarı qucaqlaşmış halda daim hə-
rəkətdədir; arzuladığınız və qorxduğunuz, ikrah etdiyiniz və sevdiyiniz, 
təqib etdiyiniz və uzaq qaçdığınız.  
Bütün bunlar içinizdə işıq və kölgə kimi cüt gəzişirlər. 
Kölgə ağararaq yox olanda, sönməkdə olan işıq başqa bir işığın 
kölgəsinə çevrilir. 
Beləcə  sizin  azadlığınız  da  qandallarını  itirəndə,  daha  böyük 
azadlığın qandallarına çevrilir”. 
 
 
Ağıl və Ehtiras 
 
Yenidən  məbədin  kahinəsi  dilləndi  və  söylədi:  “Bizimlə  Ağıl  və 
Ehtiras barədə danış”. 
O belə cavab verdi: 
“Çox  zaman  qəlbiniz  döyüş  meydanını  xatırladır;  ağıl  və  dər-
rakəniz ehtiras və meyllərinizə qarşı müharibə aparırlar bu meydanda. 
Kaş, mən sizin qəlbinizdə sülh yarada biləydim, sizin hissələriniz 
arasındakı qarşıdurma və rəqabəti vəhdət və harmoniyaya çevirəydim! 
Lakin mən bunu necə edə bilərəm, əgər siz özünüz öz daxilinizdə 
sülh yaratmasanız və bir-birinizi və hər bir hissənizi sevməsəniz? 
Sizin  ağlınız  və  ehtirasınız  –  dənizdə  üzən  ruhunuzun  sükanı  və 
yelkənləridir. 
Əgər  sizin  yelkənləriniz  cırılmış  və  ya  sükanınız  qırılmışsa,  siz 


Cübran Xəlil Cübran 
 
 
 
 
– 187 –  
yalnız axına düşüb hara gəldi gedərsiniz, yaxud dənizin ortasında hə-
rəkətsiz qalarsınız. 
Zira,  təkbaşına  idarə  edən  ağıl  məhdudlaşdırıcı  qüvvə,  nəzarət-
dən çıxan ehtiras isə özünü yandırıb külə döndərən alovdur. 
Odur  ki,  qoyun,  ruhunuz  ağlınızı  ehtiras  səviyyəsinə  yüksəltsin 
ki, o, nəğmə oxuya bilsin; qoyun, ruhunuz ehtirasınızı ağılla istiqamət-
ləndirsin  ki,  ehtiras  hər  gün  dirilərək  yaşaya  bilsin;  və  simurq  quşu 
kimi öz külünün içindən pərvazlansın. 
İstərdim  ki,  düşüncə  və  istəklərinizə  evinizin  iki  ən  əziz  qonağı 
kimi  yanaşasınız;  yəqin  ki,  qonağın  birini  digərindən  üstün  tutmazsı-
nız;  
Zira, birinə aşırı diqqətli olan kəs, hər ikisinin sevgi və etibarını 
itirmiş olur. 
Təpələr  arasında,  ağ  qovaqların  kölgəsində  oturaraq  uzaqdakı 
çöl və çəmənlərin sakitliyini və əmin-amanlığını bölüşərkən icazə verin, 
ürəyiniz öz sükutunda söyləsin: “Allah ağılda dincəlir”. 
Lakin tufan qopub qüvvətli külək meşəni silkələyəndə, ildırım və 
şimşəklər  göylərin  əzəmətindən  xəbər  gətirəndə,  icazə  verin,  ürəyiniz 
öz həyəcanında dillənsin: “Allah ehtirasda hərəkət edir”. 
Bir halda ki, siz İlahi aləmin nəfəsi və İlahi meşənin yarpaqları-
sınız, onda siz də ağılda dincəlib ehtirasda hərəkət edin. 
 
 
Ağrı 
 
Bir qadın dilləndi: “Ağrıdan danış bizə”. 
O dedi: 
«Sizin ağrınız – idrakınızın qabığının sındırılmasıdır. 
Meyvə  çəyirdəyinin  içini  işığa  çıxarmaq  üçün  onu  sındırmaq 
lazım olduğu kimi, siz də ağrını yaşamalısınız. 
Əgər  ürəyiniz  gündəlik  həyatınızın  möcüzələrinə  təəccüblənmək 
qabiliyyətini saxlaya bilsəydi, onda ağrı sizə sevincdən az maraqlı gö-
rünməyəcəkdi; 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə