Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə42/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   38   39   40   41   42   43   44   45   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 130 – 
 
mühafizəkar olan bu şəhərdə məşhur ailələrdən birinin qızı müasir ge-
yimdə və çadrasız şəkildə bazardan keçərkən fanat bir şeyx tərəfindən 
üzünə şapalaq ilişdirilmişdir. Bu iki nümunə primitiv kişi üstünlüyü id-
diasına  əsaslanır  və  üzdən  baxdıqda  təsirli  görünür.  Bu  yolla  onlar 
ekstravaqant  üslubu  əngəlləmiş  olurlar.  Lakin  üzdəkinin  o  tərəfində, 
qadının nəfsinin dərinliklərində onlar yuxulayan qüvvəni oyatmış olur-
lar.  Və  həqiqətən  Suriya  qadını  üzdə  nümayiş  etdirdiyindən  daha  bö-
yük  müqavimət  sərgiləməyə  qadirdir  və  mən  inanıram  ki,  yaxın  gələ-
cəkdə  hamı  bunun  şahidi  olacaqdır.  İctimai  protest  əvəzinə  onlar  bu 
gün təşkilatlanma ilə məşğuldurlar. Və Qadın Konqresinin tarixdə bi-
rinci dəfə olaraq Şərqin bu qədim şəhərində baş tutması da fanat şeyx-
lərə layiqli cavabdır. 
Suriya, Fələstin və İraqdakı hərəkatın mahiyyətli özəlliklərindən 
biri də odur ki, ən müxtəlif əqidəli qadınlar, müsəlmanlar, xristianlar, 
druzlar əl-ələ çalışırlar; və onlar razıdırlar ki, təbliğat ən müdrik siya-
sət  deyil  və  təşkilatlanma  ilə  də  kifayətlənmək  olmaz.  Onlar  təhsilin 
Paris  modasından  daha  populyar  olması  əminliyindədirlər.  İyirmi  il 
əvvəl Şərqin ən böyük dörd şəhərinin müxtəlif məktəblərində otuz-qırx 
qız  şagird  güclə  tapmaq  olardı;  lakin  bu  gün  təkcə  Beyrutda,  təhsil 
nazirinin məni məlumatlandırdığı kimi, minə yaxın qız təhsil alır.  
Yaxın Şərqin aparıcı təhsil mərkəzi olan Beyrutda bu gün bu öl-
çüdə  olan  şəhərlərlə  müqayisədə  daha  çox  əcnəbi  və  milli  məktəb  və 
kollec vardır. Lakin Dünya müharibəsinə qədər burdakı qız məktəbləri 
əsas  etibarı  ilə  əcnəbi  və  missioner  xarakterli  məktəblər  idilər.  Buna 
görədir ki, müsəlmanlar öz qızlarını bu məktəblərə göndərməkdən im-
tina edirdilər.  
Lakin müharibə zamanı bütün əcnəbi məktəblər bağlananda, su-
riyalı qadın Mari Qəssab əvvəllər özünün təhsil aldığı ingilis missiya-
sının  binasında  milli  məktəb  açmağa  müvəffəq  oldu.  Bu  məktəb  elə 
uğurlu oldu ki, bir neçə il ərzində onun şagirdlərinin sayı iyirmidən üç 
yüzə  qədər  yüksəldi,  qonşu  ölkələrdə  belə,  təhsilə  marağı  qızışdırdı. 
Mari Qəssabın Əhliyah Məktəbinə İraqdan, Fələstindən, ərəb dünyası-
nın  hər  yerindən  ən  müxtəlif  inanclı  qızlar:  müsəlmanlar,  xristianlar, 
druzlar axışmağa başladılar. Məktəbin populyarlığının sirri prinsipial 


Ə
min ər-Reyhani 
 
 
 
 
– 131 –  
olaraq,  onun  milli  olmasından  savayı,  həm  də  sektantlığa  meyl  etmə-
məsindədir. Texniki və idarəçilik baxımından da məktəbin reputasiyası 
yüksəkdir. 
Türkiyədə  qadın  azadlığı,  gördüyümüz  kimi,  prinsipial  olaraq 
qanunvericilik yolu ilə inkişaf etmişdir; Misirdə, Suriyada, bütün ərəb 
dünyasında  və,  o  cümlədən,  İranda  isə  bu  yol  təhsildən  keçmişdir. 
Məktəblərin rolunu qeyd edərkən hərəkat liderləri hökumətin iradəsini 
də inkar etmirlər. İkisi bir yerdə olanda isə onlar Qərbin sivil qanun-
larına söykənən diktator sərəncamlarından daha effektivdirlər. Məqa-
lənin  əvvəlində  qeyd  olunan  kardinal  məqsədlərdən  savayı  Dəməşq 
Konqresi qərarlarına 1) oğlan və qızlar üçün icbarı təhsilin təmini; 2) 
qanunvericilik  yolu  ilə  on  dörd  yaşdan  kiçik  uşaqların  əməyə  cəlb 
olunmasının qadağan edilməsini; 3) və hökumətlərin hər iki cins üçün 
texniki məktəblər yaratması məsələlərini nəzərdə tutan müddəalar əla-
və etdi. 
 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 132 – 
 
 
 
 
“Mistiklərin nəğməsi  
və digər şeirlər”  
kitabından 
 
 
Sufi nəğməsi 
 
Mənim qəlbim tarladır, Sənin üçün səpmişəm, 
Sənin üçün suvarılır, yığılır. 
Mənim qəlbim evdir, Sənin üçün açmışam 
Sənin üçün havalanır, tozlanır, təmizlənir. 
Mənim qəlbim xalçadır, Sənin üçün sərilib, 
Sənin üçün üzərində rəqs edilir, dua oxunur, yatılır. 
Mənim qəlbim mirvaridir, Sənin üçün düzmüşəm, 
Sənin üçün taxılır, sındırılır, qorunur. 
Mənim qəlbim sehrli şeylərin yatağıdır –  
Sehrli xalılar, badələr, üzüklər –  
Sənin üçün bu xəzinə ta uzaqdan,  
Ta Dərindən gətirilir.  
 
 
Uzaqların Allahı, bizi dinlə 
(şeirdən parçalar
 

 
Uzaqların Allahı, bizi dinlə –  
Dinlə bizi, bu gün bizə yol göstər. 
Sənin heç vaxt bizə yaxın olmayan addımların 
Çarpışmaların toz-dumanında itib. 


Ə
min ər-Reyhani 
 
 
 
 
– 133 –  
Sənin həmişə danışmış uca müqəddəslərinin 
Diqqətdə saxlanılan sözləri laldır.  
Onların işığı söndürülüb; onların işarətinə 
Şübhə yaranıb, fikir ayrılığına, müəmmaya düşüb, 
Uzaqların Allahı heç vaxt insan olmayıb. 
Hələ zindanda olsa da, o, elə azaddır ki, 
Öz ulduzu ilə meydan oxuyur,  
Özünü keçmişdən də, səndən də ayırır. 
Ancaq ruhlarımız sındırılsa da,  
Yenə, həmən səni arayır; 
Biz Sənə güvənirik, Allah,  
Sənin ayətin səhraya, əhdin günəşə dönsə də. 
Uzaqlar daim bizi çağırır –  
Uzaqlar xəyallarla örtülüb; 
Biz gəlirik başımıza nə gəlsə də, 
Sənin bizdəki, əmanətin bizi qoruyur. 
Biz gəlirik; tez-tez dəyişsək də 
İstiqamətimiz qorxunun qapılarınadır. 
Biz heç vaxt keçmişə, səhvlərə baxmırıq, 
Heç vaxt yolumuzdan peşman deyilik. 
Uzaqların Allahı, bizi dinlə –  
Dinlə bizi, bu gün bizə yol göstər. 
 
 
Yağışın nəğməsi 
 
Allah rəhmandır, Allah mehribandır, 
Onun qəlbi yerin göz yaşlarında qorunub saxlanır. 
O, tufanların, atəşlərin 
İstəklərini bir-birinə calayır. 
Quraqlıq, səmum, onların bütün gücü, 
Onun qüssəsinin kölgələri sürətlə yayılaraq ah çəkir: – 
Yağış yağır, yağış yağır. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə