Aida xanım İmanquliyevanın


Aida İmanquliyeva yaradıcılığının izi ilə



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə22/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   18   19   20   21   22   23   24   25   ...   118

Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 69 – 
 Ərlərin  eşqi  gözəlliyi  tə-
yin  etməyin  meyarıdır.  Gö-
zəlliyin  üzərindəki  pərdəni 
parçalayan  bu  eşq,  eyni  za-
manda onu pərdələyər. 
Məhəmməd İqbal
 
biətdə  azadlıq,  harmoniya,  gözəllik  və  təbiilik  görürdülər».
1
 Ərəb  ro-
mantiklərinin  poeziyasında  bu  ideallar  təkcə  təbiətin  yox,  insan  ru-
hunun da əsas atributları kimi tərənnüm olunurdu.  
Gözəllik idealının ən yaxşı tərənnümçülərindən biri Cübran Xəlil 
Cübran  idi.  Aida  İmanquliyeva  da  onu  məhz  bu  mövqedən  təqdim 
edir:  “Cübran  ingilis  romantikləri  kimi,  gözəlliyi  ümumi  və  ideal  bir 
şey olaraq müəyyənləşdirir, təbiət kimi insan da gözəlliklə dolub daşır. 
Gözəllik adlı-sanlı və zəngin insanların imtiyazı deyil, o, «bütün insan-
lığın  müqəddəs  mülkiyyətidir»”.
2
 “Cübran  üçün  gözəllik  həyatın 
özəyidir”.
3
  
Ruhani  dünyanın  öz  “gözəllik”, 
öz  “həqiqət”  anlamı  olduğu  kimi, 
maddi dünyanın da öz “gözəllik” və öz 
«həqiqət»  anlamı  var.  Öz  xeyri,  öz 
haqqı,  öz  ədaləti  var.  Meyarlar  həmin 
dünyanın  hüdudu  daxilində  seçildi-
yinə  görə,  burada  hər  şey  nisbidir. 
Bir gözəllik ancaq başqası ilə nisbətdə gözəldir. Bir halda ədalətli sayı-
lan, başqa halda ədalətsiz ola bilər. Yəni hər şey nisbi imiş…  
Fani, keçici dünyanın nisbi həqiqətləri və nisbi idealları…  
Lakin  harada  isə  mütləq  meyarlar  varsa,  mütləq  Ədalət,  mütləq 
Həqiqət, mütləq Gözəllik və nəhayət, mütləq Xeyir varsa, onlara ancaq 
bu nisbiliklərin fövqünə qalxmaqla çatmaq olar.  
Romantizm bu mütləq dünyaya necə yüksəlməyin yollarını araş-
dırmır, o, sadəcə bu yolu poetik vüsətin iri addımlarla, bəzən də qanad-
ları üzərində qət edir. Bu mütləq dünyada bərqərar olan ideallar içəri-
sində  hansının  daha  ilkin  və  daha  universal  olduğunu  aydınlaşdırmaq 
da romantik poeziyanı deyil, tənqidin və fəlsəfənin işidir.  
Qədim yunan fəlsəfəsində Sokrat və Platon bir ideal kimi, varlı-
ğın  ali  mərtəbəsi  kimi  Xeyiri  önə  çəkirdilər.  Mütləq  aləmdə,  ruhun 
                                                 
1
 Yenə orada.  
2
 А.Н.Имангулиева. Корифеи новоарабской литературы, стр. 86. 
3
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 96. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 70 – 
 
Bəşəriyyət  –  əzəliyyətdən 
əbədiyyətə axan nur çayıdır. 
Cübran 
Haqqa qovuşmaq məqamında ancaq Xeyir var, Şər yalnız naqis dünya-
ya enəndə ortaya çıxır.  
Bununla  belə,  bu  “yoxluq”lar  cismani  həyatda  “vətəndaşlıq  hü-
ququ”  qazanaraq  varlıqlara  tərəf-müqabil  olmuş  və  bizim  dünyamız 
xalis şəkildə yox, əksliklərin vəhdəti şəklində mövcud olmuşdur.    
Dünyanı  ancaq  əksliklərin 
vəhdəti kimi: işıq və qaranlığın, ağ 
və  qaranın,  xeyir  və  şərin,  ideya  və 
materiyanın,  harmoniya  və  xaosun, 
hərəkət və sükunətin, iradə və süstlü-
yün  mübarizəsi  qarşılıqlı  keçidi  kimi  təqdim  etmək  təşəbbüsləri  az 
olmayıb. 
Lakin ikinci tərəflərin yoxluğundan çıxış edən və dünyanı ancaq 
birincilərin qradasiyası kimi izah edən təlimlər də mövcuddur.  
Ancaq İşıq var. Qaranlıq işığın yoxluğudur.  
Ancaq Xeyir var. Şər xeyirin yoxluğudur. 
Ancaq Harmoniya var. Xaos harmoniyanın yoxluğudur. 
Ancaq Həqiqət var. Yalan həqiqətin yoxluğudur. 
Ancaq Gözəllik var. Eybəcərlik gözəlliyin yoxluğudur. 
Ancaq İradə var. Süstlük iradənin yoxluğudur. 
Dünya  ancaq  İradə  kimi,  ancaq  Harmoniya,  ancaq  Həqiqət,  an-
caq Əql, ancaq İşıq, ancaq Xeyir kimi! 
Lakin dünya ya qütbləşmiş halda, ya da birqütblü dünya kimi tə-
səvvür olunarkən bunun ancaq idealizasiya olduğu nəzərə alınmalıdır. 
Yəni, bütün dünyanı bir  qütbdə əritmək bir növ onun rəngarəngliyini, 
müxtəlifliyini nəzərdən qaçırmaqdır.  
Bəli, həqiqi böyük varlıq saf halda, təmiz halda hər cür maddiy-
yatdan  ucada  durur.  Heçliyi  özündə  saxlamır.  Qaranlığı,  nadanlığı, 
süstlüyü özündə saxlamır. Lakin bu, ideal haldır, yeganə həqiqi varlıq 
olan  mütləq  ideyaya  –  Allaha  xas  olan  keyfiyyətlərdir.  Lakin  bizim 
mənsub  olduğumuz,  yaşadığımız  dünya  ona  görə  fani  və  naqisdir  ki, 
burada  işıq  qaranlıqla,  əql  nadanlıqla,  xeyir  şərlə,  ideya  maddiyyatla 
qatışıq haldadır. 
Və bu fani dünyanın əzəli və əbədi yolçusudur insan… Qaranlıq-


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 71 – 
Hər  şey  ruhani  sevinclə 
doludur və ara-sıra onu şüa-
landırır. 
Uitmen 
 
dan işığa, nadanlıqdan əqlə, xaosdan harmoniyaya gedən  yol! Həmişə 
yol  gedən  və  heç  vaxt  son  mənzilə  çatmayan  insan!  Reyhani  gözəl 
demişdir: “Həyat iki əbədiyyət arasında yarğan, iki qara bulud arasında 
çaxan şimşəkdir”.
1
 
Şərq  dünyası  əsrlər  boyu  fərdi  «mən»in  kamilləşməsi  yollarını 
axtarmış, dünyanı naqislikdən xilas etmək və mütləq varlığa yaxınlaş-
mağın yollarını, vasitələrini axtarmışdır. Şərq idealının əsasını ideyaya 
qovuşmaq  (Allaha  qovuşmaq,  maddi  başlanğıcdan  xilas  olmaq)  təşkil 
edir. Aida İmanquliyevanın dediyi kimi, “azad olmaq üçün heyvani tə-
ləbatlardan qurtulmaq gərəkdir.”
2
.  
Ümumiyyətlə,  nəfsin  “heyvani  nəfs”  və  “insani  nəfs”  deyə  iki 
yerə bölünməsi və nəfsə qarşı mübarizə ideyası  Şərqi səciyyələndirən 
mühüm cəhətlərdən biridir.  
Neçə minilliklər ərzində dünya-
da  yalnız  Şərq  ruhu,  Şərq  idealı  ha-
kim olmuşdur.  
Renessansdan sonrakı dövrdə 
– Yeni dövrdə, dünya iki yerə par-
çalanmış, səhnəyə Qərb ruhu daxil olmuşdur. Ənənəvi yolu tutanlar öz 
şərqliliyində  qalmış,  lakin  onlara  alternativ  olaraq  kamillik  zirvəsinə 
yeni  yolla  gedənlərin  düşüncə  tərzi,  fəaliyyət  metodologiyası  tarixə 
Qərb sivilizasiyası adı ilə daxil olmuşdur.  
Şərq ruhu və Qərb sivilizasiyası! 
Ruh və sivilizasiya! 
Hər bir şəxsin ruhani həyat axtarışı, nəfs üzərində qələbə çalaraq 
mənəvi  kamillik  zirvəsinə  qalxması.  Maddi  dünyaya  etinasızlıq.  Cə-
miyyətə etinasızlıq. Fərdi-mənəvi səadət.  
Yeni  dövr,  yeni  düşüncə,  kamilliyin  Qərb  yolu.  Maddi  həyatın 
kamilləşməsi. İctimai münasibətlərin təkmilləşməsi. Fərdi «mən» yox, 
ictimai «mən». Fərdi ruh yox, milli ruh. Qüvvələrin toplanması. Mənə-
vi enerjilərin toplanması. Tək fərdlərin yox, bütövlükdə xalqın, cəmiy-
                                                 
1
 Современная арабская проза, М., Л., Госизд., 1961, стр. 75. 
2
 Yenə orada, səh. 129. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə