Aida xanım İmanquliyevanın


Aida İmanquliyeva yaradıcılığının izi ilə



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə24/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   20   21   22   23   24   25   26   27   ...   118

Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 75 – 
Təbiətdəki  gözəllik  gö-
zəlliyin  ifadəsinin  yekunu 
deyil.  O,  daxili,  ruhani  gö-
zəlliyin  yalnız  carçısıdır  və 
öz-özlüyündə  əbədi  dəyər 
deyildir. O, təbiətin ali təyi-
natının  bir hissəsidir,  təcəs-
sümü deyil..  
Uitmen 
Kədərlilər  və  incimişlər  deyəcəklər:  “Gözəllik  –  xeyirxah  və 
mehribandır. 
Sanki  bir  gənc  ana  kimi,  o,  öz  hüsnündən  bir  qədər  utanmış 
halda aramızda gəzişir”. 
Çılğınlar deyəcəklər: “Yox, gözəllik – qorxulu və qüdrətlidir. 
Sanki  bir  fırtınadır  o;  ayaqlarımızın  altındakı  yeri  və  başımızın 
üstündəki göyü silkələyir”. 
Yorulmuş və əldən düşmüşlər deyəcəklər: “Gözəllik bir şirin pı-
çıltıya  bənzəyir.  Bizim  ruhumuzda  danışır  o.  Onun  səsi  bizim  sükutu-
muz  qarşısında  geri  çəkilir,  zəif  işıq  kölgə  qarşısında  qorxudan  əsən 
kimi”. 
Dəcəllərsə deyəcək: “Biz onu dağlarda qışqıran gördük”.
1
 
 
Lakin Cübrana görə “gözəllik eh-
tiyac  deyil,  vəcddir.  Alovlanmış  ürək 
və sehrlənmiş qəlbdir gözəllik”.
2
 
«Könül sevən gözəl olar» hikmə-
tinin  də  arxasında  məhz  ilkin  «layihə-
nin»  üzə  çıxması  dayanır.  Bir  tərəfdən 
könülün  mürəkkəbliyi,  digər  tərəfdən 
də,  obyektin  öz  mürəkkəbliyi  və  müx-
təlifliyi  gözəlliyin  mənbəyini  və  ün-
vanını  dəyişir,  daha  da  rəngarəng 
edir. U.Uitmen bir şeirində deyir:  
 
Sən deyəsən könlünü görmək istəyirdin?  
Onda özünə, öz sifətinin ifadəsinə bax;  
insanlara, əşyalara, heyvanlara bax, 
ağaclara və axar çaylara, qayalara və sahillərə bax. 
Hər  şey  ruhani  sevinclə  doludur  və  ara-bir  onu 
şüalandırır.
 3
 
 
                                                 
1
 C.X.Cübran. Peyğəmbər. // “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2007, № 4, 
s. 53-54. 
2
 Yenə orada, s. 54. 
3
 Г.У.Лонгфелло. У.Уитмен. Стихотворения и поэмы. М., Худож.лит., 1986, 
стр. 317. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 76 – 
 
 Romantiklərdə  gözəllik 
və  məhəbbət  şairin  ürəyini 
və  təxəyyülünü  işıqlandıran 
mənəviyyat nurudur. 
Aida İmanquliyeva
 
 
Kimlərsə ancaq realizasiyanı (real hissi obrazı), kimlərsə bu cari 
reallıq arxasında «layihənin» özünü görür.  
Elmi idrak da ancaq «layihələr»i araşdırır. Yəni elmi konkret tə-
zahürlər  yox,  ümumilər,  ümumilər  arasındakı  münasibətlər  maraqlan-
dırır. Qanun da təzahürlər dünyasını deyil, mahiyyətlər arasındakı mü-
nasibəti ifadə edir. Başqa sözlə, elm dünyası fani dünyanın təsadüfi kə-
naraçıxmalarını və sapmalarını deyil, mahiyyətləri ehtiva edir. Bu, əs-
lində həqiqətlər dünyasıdır. Həqiqət bir yanaşmada (aksioloji) – haqq-
ədalət,  bir  başqa  yanaşmada  (estetik)  isə  gözəllik  timsalı  kimi  ortaya 
çıxır. Eyni ideyanın müxtəlif rakurslarda təzahürü!  
Harada  ilahi  varlıqdan  nişanə  varsa,  orada  haqq-ədalət,  həqiqət 
və gözəllik var. Deməli, hər yerdə var. Sadəcə görmək lazımdır. Bunu 
görənlər bu dünyanı hissə-hissə yox, bütövlükdə sevirlər. Bunu görən-
lər  üçün  sevgi  universaldır.  Xris-
tian  dini  yamanlıq  edənləri,  «pis 
insanları»  da  sevməyi  tövsiyə  edir, 
çünki «pis insan» yoxdur.  
İslam isə nəinki bütün insanla-
rı,  hətta  bütün  dünyanı,  dünyanın 
bütün  hadisələrini  bir  ilahi  nişanə 
daşıyıcısı  kimi  qəbul  etdiyindən,  burada  nifrət,  kin-küdurət  və  yalan 
üçün  yer  yoxdur;  burada  gerçəyə  ancaq  şəfqətli  münasibət  mümkün-
dür. Bunun üçün kifir olanın gözəlləşməsini, qatışıq olanın saflaşması-
nı,  naqis  olanın  kamilləşməsini  gözləməyə  ehtiyac  duyulmur.  Bunun 
üçün  subyekt  –  «Mən»  özü  kamilləşməlidir;  zərrədə  sonsuzluğu, 
qaranlıqda  işartını,  naqis  olanın  keçmişindəki  və  ya  gələcəyindəki 
kamillik potensialını yalnız o zaman görmək mümkün olur.  
Romantizm  də  ilk  növbədə  onunla  səciyyələnir  ki,  o,  yarımçıq, 
naqis  gerçəyin  fövqünə  qalxaraq,  bütövlük,  kamillik  idealını,  ancaq 
potensial  imkan  şəklində  mövcud  olan,  amma  mövcudluğu,  varlığı 
şübhə doğurmayan, gerçəyin üfüqlərində əbədi qərar tutan mütləq bir 
varlığı  tərənnüm  edir.  Aida  İmanquliyeva  yazır:  «Gözəllik  və  huma-
nizm həmişə romantik sənətkarın idealı olmuşdur. Maarifçilərin əksinə 
olaraq, romantik şair dünyanı ilhamla,  yaradıcı şəkildə tərənnüm edir, 


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 77 – 
Məhəbbət  –  Allahın  xas-
səsidir və insanın bütün mə-
ziyyətlərinin  mükafatlandı-
rılması  üçün  yaranmışdır, 
tələskənlər üçün deyil. 
Emerson 
hadisə  və  predmetlərin  üzərindən  adilik  pərdəsini  götürərək,  onların 
arxasındakı gözəlliyi aşkara çıxarır».
1
 Bu isə artıq ilahi gözəllikdir.  
İlahi gözəllik adi məntiqlə, lokal ölçü daxilində başa düşülə bil-
məz. İbn Ərəbi də məhz buna görə «gördüyüm gözəllik idraka sığmır», 
– deyir. Gözəlliyin ancaq bir sıra əlamətləri ağıl, idrak güzgüsündə əks 
oluna  bilir,  qalanları  –  onun  sirli-sehirli  tərəfi  qəlbə  çökür,  ürəyi  fəth 
edir, amma dərk oluna bilmir.  
İnsana verilmiş məhdud idrak qabiliyyəti əslində yalnız müəyyən 
məkan və zaman hüdudunda baş verən 
sonlu hadisələrin öyrənilməsi üçün ye-
tərlidir.  Sonsuzluğu,  əbədiyyəti  mən-
tiqlə dərk etmək mümkün olmadığı ki-
mi,  duyğu  ilə  tam  ehtiva  etmək  də 
mümkün  deyil.  Qeyri-müəyyənlik  in-
sanı  bir  tərəfdən  cəlb  edirsə,  digər 
tərəfdən  də  qorxu  ilə  müşayiət  olu-
nur. Ona görə də, qorxu qədər əsrarəngiz bir duyğu yoxdur. İlahi eşqin 
komponentlərindən  biri  qorxu,  biri  də  pərəstiş  duyğusudur.  İnsanın 
məqsədi Allaha çatmaq yox, O-na səcdə etmək olmalıdır.  
Ən böyük ideal Allahı ehtiva etmək deyil, Allah duyğusu ilə eh-
tiva olunmaq, O-na tapınmaq, O-na sığınmaqdır. Allahı təbiətdə və in-
sanın  qəlbində  axtaranlar  da  var.  Əlbəttə,  hər  şeydə  O-nun  nişanəsini 
görmək olar. Yaradılmış olan ən azı Yaradanın iradəsinin məhsuludur. 
Lakin məqsəd O-nu özündə tapmaq deyil, özünü O-nda itirmək, dərya-
nın damlası olmaqla sonsuzluğa qovuşmaqdır. Nəfs pillələri ilə qalxa-
raq («nəfs üzərində qələbə çalaraq») ruh aləminə qovuşmaq, vəhy mə-
qamına  çatmaq,  özünün  Haqq  olduğunu  deyil,  Haqqa  qovuşduğunu, 
O-nun bir parçasına çevrildiyini duymaq – budur böyük səadət, budur 
kam almaq və budur kamala çatmaq! 
Cübran  məhəbbətlə  gözəllik  arasında  əlaqəni  belə  təsvir  edir: 
“Gözəllik qəlbimizlə duyduğumuz sirdir, qəlbimiz ona tabe olaraq şad-
                                                 
1
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 298. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə