Aida xanım İmanquliyevanın


Aida İmanquliyeva yaradıcılığının izi ilə



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə17/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   13   14   15   16   17   18   19   20   ...   118

Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 53 – 
Xeyirxahlıq  zahiri  məra-
simlərə riayət etməkdən yük-
səkdə durur.  
Aida İmanquliyeva 
 
kanlar açır. Bəs nəyə görə Aida İmanquliyeva öz yaratdığı metodoloji 
bazadan  istifadə  edərək  Azərbaycan  ədəbiyyatı  ilə  paralellər  aparmır? 
Bunun ancaq bir  cavabı  vardır. Sovet dövründə ideologiyanın təsirinə 
məruz qalmış ədəbiyyatşünaslıq ədəbi-bədii metod və  cərəyanların da 
obyektiv  elmi  təsnifatına  və  yazıçıların  yaradıcı  mövqeyinin  düzgün 
dəyərləndirilməsinə  imkan  vermirdi. 
Belə  ki,  romantizm  az  qala  bir  çatış-
mazlıq,  hətta  mürtəce  metod  kimi  də-
yərləndirilir,  realizm  isə  bir  məziyyət 
hesab  olunurdu.  Ona  görə  də,  tən-
qidçilər  bir  çox  sənətkarlarımızı 
sanki qınaqdan, “qara siyahıdan” xilas etmək, habelə onların bədii ya-
radıcılığının  daha  yüksək  metodoloji  səviyyəsində  olduqlarını  göstər-
mək üçün imkan daxilində realist ünsürlərini önə çəkirdilər. Görünür, 
məhz  buna  görədir  ki,  XX  əsrin  əvvəllərində  yazıb-yaradan  M.Ə.  Sa-
bir, Mirzə Cəlil kimi sənətkarlar ancaq əsərlərindəki realizm məqamla-
rına  görə  qiymətləndirilir,  romantizm  siyahısından  çıxarılırdılar.  Hal-
buki, onlar və həmin dövrün bu qəbildən olan yazıçıları da sadəcə tən-
qidi  realizm  mövqeyindən  yazıb-yaratmırdılar.  Burada  romantizmin 
açıq-aşkar izlərini görmək mümkündür. Təsadüfi deyildir ki, dünyada 
məhz romantik şairlər kimi tanınan, Aida xanımın da məhz bu mövqe-
dən təqdim etdiyi Cübran, Reyhani, Nüaymənin əsərləri təkcə Cavidlə 
yox,  həm  də  Sabir  və  Mirzə  Cəlillə  səsləşirdi.  A.İmanquliyevanın  da 
məqsədyönlü  müqayisələr  aparmasa  da,  yerinə  düşəndə  məhz  Sabirin 
adını  çəkməsi  heç  də  təsadüfi  deyil.  Ümumiyyətlə,  o  dövrdə  ro-
mantizmlə tənqidi realizm arasında dinamik qarşılıqlı keçidlər, bir növ 
ortaq  yaradıcılıq  zolağı  var  idi  ki,  onun  ayrıca  elmi-nəzəri  tədqiqinə 
böyük ehtiyac vardır. 
Belə hesab olunur ki, Cabbarlının ancaq inqilabaqədərki  yaradı-
cılığında  romantizm  var  imiş  və  yetkin  Cabbarlı  artıq  tənqidi  realizm 
və  ya  hətta  sosializm  realizmi  mövqeyindən  yazırmış.  Lakin  böyük 
dramaturqa təbiətən xas olan bir romantik ruh birdən-birə necə itib ge-
də bilərdi? Məgər “Almaz” sadəcə realist bir əsərdirmi? Əksinə, bura-


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 54 – 
 
da  yazıçı  zamanı  qabaqlamırmı  və  qurulmaqda  olan  yeni  həyatı  və 
onun  simvolikalarını  bəlkə  də  bilərəkdən  ifrata  vardırmaqla  onun  ab-
surd  məqamlarını  ortaya  qoymurdumu?  Təsadüfi  deyildir  ki,  bu  sətir-
lərin  müəllifi  Cavid  və  Cabbarlı  yaradıcılığının  müqayisəli  təhlilini 
apararkən yazır: “Keçən əsrin əvvəlində dünyanı, həyatı planetlər miq-
yaslı, qlobal bir proses kimi götürən Cavid nə qədər mücərrəd və «sə-
mavi» görünürdüsə, yeni əsrin əvvəlində, qloballaşma artıq həyatın bü-
tün sahələrinə nüfuz etdiyi bir vaxtda, bir o qədər realist görünür... Bir 
əsərdən sonra kimin daha çox realist, kimin daha çox romantik olduğu-
nu fərqləndirmək çətinləşmişdir.
1
 
Aida İmanquliyeva bu kontekstdə Azərbaycan ədəbiyyatını təhlil 
etməsə  də,  onun  romantizmlə  bağlı  irəli  sürdüyü  ümumi  müddəalar, 
orijinal mülahizələr və fəlsəfi səpkili ricətlər, çıxış etdiyi prinsiplər və 
qiymətləndirmə  meyarları  milli  ədəbi  prosesin  də  bu  elmi-nəzəri  və 
metodoloji zəmində araşdırılması üçün böyük imkanlar açır. Digər tə-
rədən, belə müqayisəli təhlillər və onların elmi-fəlsəfi dəyərləndirilmə-
si  Azərbaycan  romantik  ədəbiyyatının  dünya  ədəbiyyatı  kontekstində 
nəzərdən keçirilməsi üçün də baza yaradır.  
                                                 
1
 S.Xəlilov. Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti. Bakı, “Azərbaycan Univer-
siteti” nəşriyyatı, 2001, səh. 32. 


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 55 – 
 
 
 
 
 
 
Şərq və Qərb arasında  
ədəbiyyat körpüsü
 
 
 
Onlar iki mədəni ənənənin – həm Şərqin,  
həm də Qərbin mədəni irslərinin daşıyıcıları oldular. 
Aida İmanquliyeva 
 
Qədimdə  ancaq  Şərq  var  idi  və  o,  bütöv  idi.  Yeni  dövrdə  Qərb 
yarandı və dünya parçalanmış oldu. Şərq öz əvvəlki mahiyyətini saxla-
sa  da,  əvvəlki  nüfuzunu  saxlaya  bilmədiyindən  coğrafi  mənada  Şərq 
ölkələrində  yaşanyanlar  da  tədricən  Qərb  dəyərlərini  mənimsəməyə 
başladılar ki, bu da Şərqin özgələşməsi tendensiyasını yaratdı.  
Coğrafi mənada Şərq ölkələrinin çoxunda gedən özgələşmə pro-
sesi  Qərbin  böyük  şəxsiyyətləri  tərəfindən  təəssüflə  qeyd  olunurdu. 
Məsələn, A.S.Puşkin Şərq silsiləsindən olan şeirlərinin birində İstanbul 
və  Ərzurumu  müqayisə  edərək  yazır  ki,  İstanbul  artıq  qədim  Şərqin 
həqiqətlərindən  uzaqlaşmış  və  Qərbin  cəlbedici,  naqis  cəhətlərinə  uy-
muşdur…  Ərzurum  isə  öz  ilkinliyini  və  qədimliyini  saxlamaqda  da-
vam edir.
1
  
Lakin Şərq bir ideya kimi, mədəni-mənəvi dəyərlər sistemi kimi, 
Asiya ölkələrinin çoxunda itsə də, ən azı Avropada yaşamaqda davam 
edir. Avropa Şərqi əvvəlcə muzeylərdə, arxivlərdə, əlyazma fondların-
da, kitablarda saxlayırdı. Son əsrlərdə isə Avropa ancaq Qərb dəyərləri 
ilə  yaşamağın  qeyri-mümkünlüyünü  anlayaraq,  Şərqə  ekzotika  kimi 
                                                 
1
 И.С.Брагинский.  Западно-восточный  синтез  в  «Диване»  Гете.  //  И.В.Гете
Западно-восточный диван. М. 1988, стр. 597. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə