Aida xanım İmanquliyevanın


Aida İmanquliyeva yaradıcılığının izi ilə



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə13/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   9   10   11   12   13   14   15   16   ...   118

Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 41 – 
Şərqdə  idrakın  işığı  eşq 
işığının 
kölgəsində 
qalır, 
Qərbdə – əksinə.
  
Ə
bu Turxan 
özünə  qapıldığından,  insan  daha  çox  öz  dünyasında  yaşadığından, 
onun xarici dünya ilə, maddi həyatla əlaqəsi əsasən iki formada həyata 
keçir: 
1. Fərdi mənəviyyat aləminin qapıları ani olaraq açılır və xarici mü-
hitlə  intensiv  əlaqə  yaranır.  Bu  əlaqə  özü  müstəqilləşir  və  insanın  xarici 
təsirə məruz qalmadığı dövrdə, soyuqqanlı düşüncə şəraitində qərarlaşmış 
fərdi mənəviyyat oyundankənar vəziyyətdə qalır. Fərdi aləm unudulur və 
insan  dünyaya  ancaq mühitlə intensiv  əlaqənin təsirindən, emosional  re-
aksiyadan doğan konkret bir tapşırıq, hökm, qərarla çıxır. İllər boyu for-
malaşmış konseptual düşüncə  arxa plana keçir,  emosiya vulkanının  püs-
kürdüyü lavanın altında qalır. 
Şərqdə məqam düzgün dəyərləndirilə bilmədi. Xəyal gerçəkliklə bir 
araya gətirilmədi.  
Şərqdə insanın dünyaya münasibəti əsasən aksioloji xarakter daşı-
yır,  fərdi  mənəviyyat  prizmasından 
kənar  hadisəyə  sadəcə  qiymət  verilir, 
ona yaxşı və ya pis münasibət bəslənir, 
sonra isə bu münasibət  ya poetik  yolla 
vəsf  edilir  (mədhiyyə  və  ya  həcv 
yazılır),  ya  da  daha sistemsiz və da-
ha impulsiv yolla adi şüur səviyyəsində büruzə verilir.  
İnformasiyanın  qəbul  olunması  da  əsasən  təəssürat  formasında, 
aksioloji xətlə həyata keçir.  
2.  Fərdi  mən  prizmasından  baxdıqda  dünya  ancaq  ağ  və  qara 
rənglərdə göründüyündən, çox vaxt təsadüfi amillər nəticəsində ya ağ-
ların, ya da qaraların siyahısına düşən hadisələr uyğun olaraq təriflənir 
və  ya  pislənir.  Eyni  hadisənin  müxtəlif  yönümlərdə  müxtəlif  rəngləri 
üzə  çıxarılmır,  məsələyə  dialektik  baxımdan,  sistemli  şəkildə  yanaşıl-
mır.  Təhlil  aparılmadığına  görə,  bir  münasibətdə  “yaxşı”  kimi  qəbul 
olunan hadisənin pis cəhətləri aşkar edilmir və əksinə. 
 
Professor A.İmanquliyevanın yaradıcılığı ən çox romantik poezi-
ya ilə bağlıdır. O, təkcə ərəb mühacir şairlərinin romantikasını araşdır-


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 42 – 
 
Şair  –  taxtdan  salınmış 
şahdır,  öz  sarayının  külü 
üzərində  oturub  küldən  su-
rəti  yenidən  qurmağa  çalı-
şır.  
Cübran 
maqla kifayətlənməyərək, onları Qərb romantik poeziyasının görkəmli 
nümayəndələri ilə müqayisəli surətdə təhlil edir. Lakin tədqiqatını bu-
nunla  da  məhdudlaşdırmayaraq,  bütövlükdə  romantik  poeziyanı  ədə-
biyyatda  yeni ruhlu bir hadisə kimi nəzərdən keçirir və bu kontekstdə 
ədəbi-bədii metodlar və onların mahiyyəti haqqında olduqca dəyərli fi-
kirlər  söyləyir  ki,  bunlar  da  Azərbaycan  ədəbiyyatşünaslığında  bu  sa-
hədə aparılan araşdırmalar sırasında xüsusi yer tutur. Təəssüf ki, Aida 
xanım bir ədəbiyyat nəzəriyyəçisi kimi hələ indiyə qədər öyrənilmədi-
yindən, onun bu sahədəki qiymətli fikirləri də dərsliklərimizdə yer al-
mamışdır. 
Azərbaycanda  romantizm  haqqında  ilk  geniş  həcmli  tədqiqat 
əsəri  akademik  Məmmədcəfər  Cəfərovun  “Azərbaycan  ədəbiyyatında 
romantizm”  (1963)  kitabıdır.  Bu 
kitabda Azərbaycan ədəbiyyatında 
romantizmin bir ədəbi-bədii cərəyan 
kimi  formalaşması  və  inkişafı  onun 
başlıca 
nümayəndələri 
sayılan 
M.Hadi,  H.Cavid,  A.Şaiq  və  s.  tim-
salında 
geniş 
şərh  edilmişdir. 
M.Cəfərin özü isə bu sahədə ilk qiy-
mətli  addımların  50-ci  illərin  ortalarında  Mir  Cəlal  Paşayev  və  Cəfər 
Xəndan Hacıyev tərəfindən atıldığını qeyd edir.
1
 Sonrakı dövrdə Yaşar 
Qarayevin “Faciə və qəhrəman”, Məsud Əlioğlunun “Hüseyn Cavidin 
romantizmi”  əsərləri  də  romantizmin  mahiyyətinin  açılması  və  ölkə-
mizdə romantik poeziyanın əsas qayəsinin və ideya çalarlarının müəy-
yənləşdirilməsi baxımından ciddi hadisə hesab oluna bilər. Lakin təəs-
süf  ki,  Azərbaycan  ədəbiyyatında  bu  problem,  M.Cəfərin  tədqiqatları 
istisna  olmaqla,  nəzəri  səpkidə  az  araşdırılmışdır  və  milli  ədəbiyyat 
çərçivəsi ilə məhdudlaşdırıldığından, onun müxtəlif təzahürlərini dün-
yada  gedən  ədəbi  proseslər  kontekstində  nəzərdən  keçirmək  mümkün 
olmamışdır.  Yaxşı  ki,  bu  cəhəti  romantizm  tədqiqatçılarının  özləri  də 
                                                 
1
 M. Cəfər. Azərbaycan ədəbiyyatında romantizm // Seçilmiş əsərləri, 2-ci cild, 
Bakı, Azərnəşr, 1974, səh. 13. 


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 43 – 
Təcrübə  müdriklikdir;  la-
kin  müdriklik  uzaqgörənlik-
dən  məhrum  olanlarda  möv-
cud  olanda,  hər  vaxt  güc 
ifadə etmir. 
Reyhani 
görür  və  etiraf  edirlər:  “...Romantizmi  lokal  milli  çərçivədə  araşdır-
maq... doğru olmazdı. O, ümumdünya miqyaslı ədəbi hadisədir. Bu isə 
milli zəminlə yanaşı, onu vahid dünya romantizm mədəniyyəti işığında 
araşdırmağı şərtləndirir. Buna bizim Azərbaycan romantizminin xüsu-
silə ehtiyacı vardır. Dünya romantizmi ilə əlaqələrin indiyə qədər lazı-
mi  səviyyədə  öyrənilməməsi  romantiklərimizin  tarixi-milli  ədəbi  xid-
mətini  lazımınca  qiymətləndirməyə  mane  olmuşdur”.
1
 Vəli  Osmanlı 
bunu  1985-ci  ildə  yazır.  Və  sanki  bu 
boşluğu  doldurmaq  üçün  1991-ci  ildə 
Aida  İmanquliyevanın  haqqında  bəhs 
etdiyimiz  fundamental  tədqiqat  əsəri 
işıq üzü görmüşdür.  
Bizim 
fikrimizcə, 
dünya 
ədəbiyyatında romantizmin əsas isti-
qamətlərini həm Şərq, həm də Qərb 
şairlərinin  timsalında  araşdırmaqla  Aida  İmanquliyeva  bu  ədəbi-bədii 
metod  haqqında  daha  geniş  miqyaslı  təsəvvür  yaratmış,  onun  təməl 
prinsipləri  və  mahiyyətini  açmaq  sahəsində  məqsədyönlü  nəzəri 
tədqiqat  aparmışdır.  Aida  xanım  müqayisəli  təhlil  sayəsində  habelə 
romantizmin  müxtəlifliyi  və  rəngarəngliyinə  baxmayaraq,  bütöv, 
ümumbəşəri bir hadisə olduğunu, ancaq Qərb mədəniyyətinin məhsulu 
olmadığını  və  əslində  Şərq  poetik  vüsətinin  sanki  Qərbə  transfer  olu-
naraq sosial təhlillə bir sintez kimi  yarandığını göstərmişdir. Təsadüfi 
deyildir  ki,  Qərb  ədəbiyyatşünasları  romantik  poeziyanın  təməlində 
J.J.Russonu görürlər.  Lakin cəmiyyətin rasional təhlilindən çıxış edən 
“soyuq düşüncəli” Russo bu qədər çılğın, qaynar bir ədəbi-bədii hadi-
sənin  təməllərindən  ancaq  biri  ola  bilərdi;  bəs  o  biri?  O  biri  təməlin 
Şərqlə bağlılığını bəzən qərblilər özü də etiraf edir. Məsələn, İ.V.Göte-
nin  “Şərq-Qərb  divanı”  bütövlükdə  belə  bir  etirafın  bədii  ifadəsidir. 
C.Bayronu  Şərqə,  Şərq  mövzusuna  çəkib  aparan  da  məhz  “o  biri  tə-
məl” idi.  
Aida xanım da əgər bir tərəfdən Qərb romantik poeziyasının ərəb 
                                                 
1
 V.Osmanlı. Azərbaycan romantikləri, Bakı, Yazıçı, 1985, səh. 6. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə