dostumdur o. Qarabağ savaşının da, Sovet ordusunun Bakıya yeridilməsinin bizim
xalqa qarşı ədalətsizlik və cinayət olduğunu da ondan gözəl yazan yoxdur. Siz
dolayı şəkildə Xalq Cəbhəsinə işarə vurdunuz. Mən Xalq Cəbhəsini
yaradanlardanam, onun İdarə Heyətinin üzvüyəm. Xalq Cəbhəsi siyasi bir
təşkilatdır. Siyasi təşkilatı dağıtmaq üçün ordu göndərmək lazım deyildi...
Komendant sakitcə:
– Mən də şəhərin komendantıyam, əhalinin çörəyini, işığını, suyunu
çatdırmalıyam. Şəhər rəhbərliyinin əvəzinə zibili də mən təmizlətdirirəm kü-
çələrdən. Siyasətlə məşğul olmuram, – dedi.
Bir gün sonra fövqəladə vəziyyətdə olan şəhərdə oxucuların dörd gözlə
gözlədikləri qəzet yayıldı.
– Bu sizin xidmətinizdir, – deyə Altay qəzet fəaliyyətə başlayan kimi redaksiyaya
gəlmiş akademikə çatdırdı, oğlu ilə görüşünü təfərrüatı ilə danışdı ona... Lakin bu
xəbər akademikin halını dəyişdirmədi. Onun dərdi oğlunun tezliklə Rusiyaya
qayıtması, şəhərdə komendant saatının götürülməsi idi.
***
Demək olar ki, iki gündən bir gördüyü işlər və bu işlərin nə qədər çətinliklə başa
gəlməsi haqqında atasına məlumat verirdi. Bu işə bir az da yumor qatırdı:
– Ata, Bakının son iki günü haqqında raportumu qəbul edərsənmi?
Nə söz ola bilər? Ata Bakıyla nəfəs alır, bu fövqəladəlik həyatının tez bitməsini
və XI Qırmızı ordu töküntülərinin tezliklə rədd olub getmələrini arzulayır. Raporta
marağının birinci səbəbi budur, ikinci səbəb də camaatın vəziyyətidir. Şəhərin min
dənə dərdi var, hamısının da məsuliyyəti qalıb komendantın, yəni onun oğlunun
boynuna. Vladimir şikayətini gizlətmirdi: “Sanki şəhər rəhbərliyinin əlinə işləmə-
mək fürsəti düşüb. Əlləri əllərinin üstündə müqəvvaya dönüblər. İş o yerə çatıb ki,
şəhərin zibilini də mən təmizlətdirirəm. – Sonra gülümsəyərək əlavə edir: – Əl-
bəttə, daşıtdıracağam, bura atamın şəhəridir, mənim öz şəhərimdir. Ancaq gərək
bunların da canında bir tərpəniş olsun! Elə bil ordunun şəhərə girməsinə
sevinirlər: qoy əsgərlər işləsin, biz də tamaşa edək!..”
Burda atasının gül ağzı açılırdı. Rusiyada doğulmuş, ağzının senzurası olmayan
əsgər mühitində böyümüş Vladimir onun dilindən indiyədək eşitmədiyi
çoxmərtəbə və qatı rus söyüşlərini eşidəndə qulaqlarını tutur və gülməkdən
uğunub gedirdi.
Atasının ürəyindən keçənləri bilir və bu narahatlığa sayğıyla yanaşırdı; eyni
zamanda, atasıyla bu axşamkı görüşün Allahın onlara verdiyi bir fürsət, həm də
bəlkə son fürsət olduğunu da dəyərləndirir və bu görüşlərin tez bitməsini
istəmirdi.
Bu günlər həm də qızının həyatı, gələcəyi üçün çox önəmlidir; Bakı meriyasıyla
üzbəüzdəki məktəbə gedir. Elə yaşadıqları ev də oradadır, axşamlar atasıgilə
piyada gəlib-gedirlər. Qız babasının onu çox sevdiyini bilir, bununla qürur duyur.
Hər kəsin tanıdığı, sevdiyi qəhrəmanın bir neçə dəfə məktəbə, onun dalınca
gəlməsi, dərsləriylə maraqlanması, gəzməyə çıxarması isə babasının sevə-sevə
“sarışka” dediyi nəvə üçün əsl bayramdır. Babanın gəlişi sinifdə və məktəbdə
“komendantın qızı” kimi özəl statusu olan “sarışka”nı bir az da qanadlandırmışdı.
O, babasının məşhur tarixçi olduğunu bilir və gözlənilməz suallarla onu
Azərbaycan tarixi haqqında danışdırmaqdan ləzzət alırdı; bu ləzzətin bir səbəbi də
oydu ki, babasının da bu mövzuda həvəslə və sanki bu sualları gözləyirmişcəsinə
danışdığını hiss edirdi.
Amma bu ailə, ata-oğul, baba-nəvə incəliklərinə baxmayaraq, evdəki söhbətlərin
başlıca mövzusu ermənilərin torpaq iddiası, Moskvanın onlara yardım eləməsi və
SSRİ-nin sürətlə dağılmağa doğru getməsiydi. Akademik bunun labüd olduğunu
söyləyir və Qorbaçovun vəzifəyə məhz bu məqsədlə gətirildiyinə əmindir. Onun
əvəzinə bizim ağsaqqal seçilsəydi, bu ölkənin dağılmasına imkan verməzdi.
Ancaq onun birinciliyinə imkan verməzdilər. Stalindən gözləri qorxub. Elə
bilirlər, qafqazlı liderlərin hamısı Stalin kimi olar.
Vladimir atasıyla razılaşmırdı. Əksinə, indi rusların bir hissəsi ölkəni Stalin kimi
güclü bir əlin idarə etməsini arzulayır. Atasından fərqli olaraq, o, SSRİ-nin
dağılmasını istəmirdi: “Dünya birliyə doğru gedərkən bura niyə dağılsın?
Dünyanın altıda birini Avropa kimi birləşdirsələr, dünyadakı münasibətlər
dəyişilər. Onda bu həyasız qonşuların da səsi kəsilər. SSRİ dağılsa da, Moskva
Ermənistanı əldən buraxmayacaq, ermənilər Rusiyadan gələn yardım hesabına
daha da aqressivləşəcək. Müharibə böyüyəcək. Boş əllə nə edə bilərsiniz siz?”
Atası oğlunun təhlillərinə diqqətlə qulaq asır, qonşuların aqressiyası ilə bağlı
dedikləriylə razılaşmaqla bərabər, Rusiya təəssübkeşliyini də görürdü. “Başqa
necə ola bilər? Anasının təsiridir”.
Vladimir sözarası anasını da yada salırdı. Daha doğrusu, anasına verə bilmədiyi
sualların cavabını atasından qoparmağa çalışır və illərlə davam etmiş
müşahidələrini də gizlətmirdi: “Düzdür ikinci dəfə ərə getdi, ancaq xoşbəxt
olmadı. Sənin kimi bir adamdan sonra o, kimi sevə bilərdi?”
Bu sözlərdə həm də onun özünün atasına sevgisi gizlənirdi...
***
1990-cı il 20 yanvar faciəsindən bir il keçdi, ancaq Bakıdan matəm ovqatı
dağılmadı. Ordunun susdurduğu, əlini-qolunu bağladığı şəhər qaralmış ocağa
bənzəyirdi. Tərkibində olduğu dövlət ona xəyanət etmiş və onun ruhunu
öldürmüşdü. Dağıdılan yolları, yandırılan evləri bərpa etmək olardı, ancaq
Moskvaya olan ümidləri bərpa etmək mümkün deyildi.
Akademik yazı masasından ayrılmırdı. Repressiya haqqında əsərini tamamlamaq
üzrəykən yeni repressiya dalğasının vurması onun bütün planlarını pozmuşdu. 37-
nin dalınca bu günləri yazmalı idi.
Vəzirov getmiş, yerinə Mütəllibov gəlmişdi, ancaq Qarabağ məsələsinin həlli
üçün ciddi bir addım atılmırdı. Əksinə Bakıdakı fövqəladə vəziyyətdən istifadə
edərək Dağlıq Qarabağda xüsusi idarəetmə sistemi yaradılmışdı və bunun nə
demək olduğunu akademik hamıdan yaxşı bilirdi. Bu yolla vilayəti öncə Bakıdan
qoparacaq, sonra Ermənistana təslim edəcəkdilər. Buna baxmayaraq, Azərbaycan
rəhbərliyi hələ də satqın bir itaətkarlıqla Moskvanın ətəyindən bərk-bərk yapışmış
və hələ də Qorbaçovun qanun daxilində hərəkət edəcəyinə, respublikanın torpaq
bütövlüyünü qoruyacağına ümid edirdi. 1991-ci ilin martında rəhbərlik öz şərəfsiz
itaətkarlığını “referendum” deyilən saxta bir yolla rəsmiləşdirdi. Guya
Azərbaycan SSRİ-nin tərkibindən çıxmaq istəmir, ancaq xalq ayaq üstə idi və ən
ucqar kəndlərdə də xalq hərəkatının özəkləri yaradılırdı.
Hər həftə qəzetdə yeni yazıları çıxırdı. Və hər kəs qırmızı ordunun və qırmızı
imperiyanın 20-30-cu illərdə törətdiyi vəhşiliklər haqqında oxuyarkən müəllifin
həm də Bakıda sərhədsiz hakimiyyəti olan indiki işğal ordusunu nəzərdə tutduğunu
anlayırdı.
Hər həftə qəzetdə “Baş redaktordan” köşəsindən gedən yazıları da oxuyur və gənc
dostunun köhnəlmiş rejimin eybəcərliklərini, pula söykənən dünya siyasətinin iç
üzünü, məmurların fəaliyyətsizliyini, milli müqavimət duyğusunun zəyifliyini
göstərən, bir-birindən sərt mənəvi problemlər qaldıran yazıları içini qürurla
doldurur. Ancaq görüşəndə Altay ona başqa yazılarından da danışırdı. Prezident
ailəsinin vertolyota doluşub qaçmaq əhvalatı haqqında pyesi ona ləzzət verirdi
Altay qüssə ilə: “Başqa bir pyesim şəhid oldu. Yanvarın 18-də ilk tamaşası idi,
19-da ordu şəhərə girdi və bütün tamaşalar bağlandı” – dedi.
Ancaq Ziyad bəyə görə daha mühüm məsələ gənc dostunun Azərbaycan SSR Ali
Sovetinə deputat seçilməsiydi, yetkin yaşına gəlib çatmışdı və xalqın sözünü deyə
bilirdi.
– Özümün Moskvaya, SSRİ Ali Sovetinə seçilməməyimə bərk hirslənmişdim,
çünki seçicilər bütünlüklə məni dəstəkləyirdi... Ancaq sənin seçilməyin hirsimi
yatırdı.
– Ziyad bəy, Moskva, orda küt bağlamış erməni mafiyası və onların Bakıdakı
Dostları ilə paylaş: |