Aqressivliyin diaqnostikasi. Bass-Darki sorğusu



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix12.06.2023
ölçüsü1,26 Mb.
#116709
  1   2   3   4   5   6   7   8   9   ...   14
Psixoloji-məsləhət-və-psixokonsultasiya-N.Məmmədova



Aqressivliyin diaqnostikasi. 
Bass-Darki sorğusu
1. Hərdən məndə başqalarına ziyan vurmaq istəyi baş qaldırır. (hə, yox); 2. Bəzən 
sevmədiyim adamlar haqqında dedi-qodu yaymağı xoşlayıram. (hə, yox);
3. 
Mən tez hövsələdən çıxsam da, çox keçmədən sakitləşirəm. (hə, yox);
4. 
Öz xoşu ilə məni bağışlamasalar, mən heç kimdən üzr istəmirəm. (hə, yox);
5. 
Mən heç də həmişə təklif olunanla qane olmuram. (hə, yox);
6. 
Bilirəm ki, adamlar həmişə mənim arxamca danışırlar. (hə, yox);
7. 
Mən dostlarımın hərəkətlərini bəyənmədikdə, bunu onlara başa salıram.
(hə, yox);
8. 
Kimi isə nə vaxtsa aldatdıqda, sonradan üzücü vicdan əzabı çəkirəm. (hə, yox);
9. 
Mənə elə gəlir ki, kimi isə vurmağı bacarmaram. (hə, yox);
10. 
Mən heç vaxt o qədər əsəbləşmirəm ki, əşyaları ora-bura atım. (hə, yox);
11. 
Mən həmişə başqalarının nöqsanlarını bağışlamağı bacarıram. (hə, yox);
12. 
Qoyulmuş qayda məni qane etmirsə, onu pozmaqdan çəkinmirən. (hə, yox);
13. 
Məncə, başqa adamlar həmişə əlverişli vəziyyətdən istifadə etməyi bacarırlar. (hə, 
yox);
14. 
Gözlədiyimdən də artıq səviyyədə mənə dost münasibəti ilə yanaşan adamlarla 
ehtiyatlı davranıram. (hə, yox); 15. Mən tez-tez adamlarla razılaşmıram. (hə, yox);
16. 
Hərdən ağlıma mənə utancaqlıq gətirən fikirlər gəlir. (hə, yox);
17. 
Əgər kimsə mənə birinci zərbə endirsə, mən ona cavab vermərəm. (hə, yox)
18. 
Mən əsəbləşəndə qapıları çırpıram. (hə, yox);
19. 
Mən göründüyündən də daha artıq əsəbiyəm. (hə, yox);
20. 
Kim isə özünü rəisə oxşatmağa çalışırsa, mən həmişə onun ziddinə gedirəm. (hə, 
yox);
21. 
Gələcək taleyim məni bir qədər məyus edir. (hə, yox);
22. 
Belə hesab edirəm ki, adamların çoxu məni sevmirlər. (hə, yox);,
23. 
Adamlar mənim mövqeyimlə razılaşmadıqda özümü ələ ala bilmirəm.
(hə, yox);


24. 
İşdən boyun qaçıran adamlar işlətdikləri günahı boyunlarına almalıdırlar.
(hə, yox);
25. 
Məni və ailəmi təhqir edən hər kəs məni davaya məcbur etdiyini bilməlidir.
(hə, yox);
26. 
Mənim kobud zarafatlarla aram yoxdur. (hə, yox);
27. 
Kimsə arxamca gülərsə, mən bundan bərk qəzəblənərəm. (hə, yox);
28. 
Özlərini rəis kimi aparmaq istəyən adamların lovğalığının qarşısını almaq üçün mən 
lazım gələn hər şeyi edərəm. (hə, yox);
29. 
Demək olar ki, hər həftə xoşlamadığım adamlarla rastlaşıram. (hə, yox);
30. 
Mənim paxıllığımı çəkən adamlar olduqca çoxdur. (hə, yox);.
31. 
Mən tələb edirəm ki, adamlar mənə hörmət etsin. (hə, yox);
32. 
Valideynlərimə lazımi qayğı göstərə bilməməyim mənə əzab verir.
(hə, yox);.
33. 
Sizi məhv etmək istəyən adamların mühakimə olunmasını istəyirdinizmi?
(hə, yox);
34. 
Qəddar hərəkətlərimə görə heç vaxt qəmgin olmuram. (hə, yox);
35. 
Kim isə mənə layiq olduğumdan pis münasibət göstərərsə, bundan heç vaxt pərt 
olmaram. (hə, yox);
36. 
Kim isə məni özümdən çıxarmağa çalışsa da, buna əhəmiyyət vermirəm. (hə, yox);
37. 
Bunu gizlətməyə çalışsam da, hərdən məni qibtə hissi bürüyür. (hə, yox);
38. 
Bəzən elə gəlir ki, mənim hərəkətlərim gülməlidir. (hə, yox);
39. 
Hətta əsəbləşdikdə belə, kobud ifadələr işlətməkdən qaçıram. (hə, yox);
40. 
İstərdim ki, mənim günahlarım bağışlanaydı. (hə, yox);
41. 
Kim isə məni döysə də, nadir hallarda buna cavab verərdim. (hə, yox);
42. 
İstədiyimə nail olmadıqda, bəzən bundan inciyirəm. (hə, yox);
43. 
Bəzən insanlar öz adi gəlişləri ilə məni qıcıqlandırırlar. (hə, yox);
44. 
Mənim nifrət etdiyim hər hansı bir adam yoxdur. (hə, yox);


45. 
Mənim həyat prinsipim belədir: “Tanımadığım adamlara heç vaxt etibar etməməli”. 
(hə, yox); 46. Kim isə məni əsəbiləşdirdikdə, onun haqqında fikirləşdiyim hər şeyi üzünə
deyərdim. (hə, yox);
47. 
Axırda təəssüf hissi keçirməyim deyə, əvvəlcədən hər şeyi götür-qoy edirəm. (hə, 
yox);
48. 
Bərk əsəbləşdikdə kimə isə zərbə vura bilərəm. (hə, yox);
49. 
Uşaqlıqdan bəri mən heç vaxt hirslənməmişəm. (hə, yox);
50. 
Mən tez-tez özümü partlamağa hazırlaşan “barıt çəlləyi” kimi hiss edirəm. (hə, yox);
51. 
Mənim hiss etdiklərimi başqaları bilsəydi, onda məni inadkar adam hesab edərdilər. 
(hə, yox);
52. 
Mən həmişə düşünürəm ki, hansısa sirli səbəblər adamları mənim xoşuma gələn 
işlər görməyə vadar edir. (hə, yox);
53. 
Kim isə mənim üstümə qışqırarsa, cavabında mən də onun üstünə qışqıraram. (hə, 
yox);
54. 
Uğursuzluqlarım məni bərk məyus edir. (hə, yox);
55. 
Mən başqalarından fərqli olaraq ya tez-tez, ya da hərdənbir dava edirəm.
(hə, yox);
56. 
Elə halları xatırlaya bilərəm ki, qəzəbli olduğum vaxtlar əlimə keçən əşyaları sındırırdım. 
(hə, yox);
57. 
Bəzən hiss edirəm ki, birinci olaraq davaya başlamağa hazıram. (hə, yox);
58. 
Bəzən hiss edirəm ki, həyat mənə qarşı ədalətsizliklə doludur. (hə, yox);
59. 
Əvvəlllər belə hesab edirdim ki, adamların çoxu doğru danışırlar, ancaq indi buna 
inanmıram. (hə, yox);
60. 
Mən ancaq acıqlı olanda söyüş söyürəm. (hə, yox);
61. 
Yanlış hərəkətlər etdikdə vicdanım mənə əzab verir. (hə, yox);
62. 
Öz hüquqlarımı müdafiə edərkən fiziki qüvvə lazım gəldikdə, mən bu addımı 
atmaqdan uzaq olmağa çalışıram. (hə, yox);
63. 
Bəzən günahımı yada salarkən yumruğumla stolu döyəcləyirəm. (hə, yox);
64. 
Xoşuma
gəlməyən
adamlara
qarşı münasibətdə kobudluqdan 
çəkinmirəm.


(hə, yox);
65. 
Mənə zərər vurmağa çalışan düşmənlərim yoxdur. (hə, yox);
66. 
Mənə pislik etmiş adamlara qarşı eyni cür hərəkət etməyi bacarmıram.
(hə, yox);
67. 
Tez-tez fikirləşirəm ki, həyatımın ötən illərini düzgün yaşamamışam. (hə, yox);
68. 
Elə adamlar tanıyıram ki, onlar məni davakarlıq etməyə sövq edə bilərlər.
(hə, yox);
69. 
Mən hər xırda şeyə görə məyus olmuram. (hə, yox);
70. 
Adamların məni hirsləndirmək və ya təhqir etmək cəhdləri haqqında fikirlər nadir 
hallarda ağlıma gəlir. (hə, yox);
71. 
Tez-tez adamları hədələsəm də, heç vaxt dediklərimi etməyə cəhd göstərmirəm. 
(hə, yox);
72. 
Son vaxtlar mən təkəbbürlü olmuşam (hə, yox);
73. 
Mübahisə vaxtı mən səsimi tez-tez qaldırıram. (hə, yox);
74. 
Adətən mən adamlara qarşı olan pis münasibətimi gizlətməyə çalışıram. (hə, yox);
75. 
Məncə uzun-uzadı mübahisə etməkdənsə, nə isə bir razılığa gəlmək daha yaxşıdır. 
(hə. yox).
Sınanılan şəxslərdə aqressivlik Bass-Darki sorğusu əsasında aşağıdakı reaksiyalar üzrə belə 
qiymətləndirilir:

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə