Aqressivliyin diaqnostikasi. Bass-Darki sorğusu



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə9/14
tarix12.06.2023
ölçüsü1,26 Mb.
#116709
1   ...   6   7   8   9   10   11   12   13   14
Psixoloji-məsləhət-və-psixokonsultasiya-N.Məmmədova

Davranışın 
variantı 
Sanqvinik 
Xolerik 
Fleqmatik 
Meqanxelik 









10 
11 
12 
Yekunu
 
1.3 2.1. 
3.4 
4.4 
5.2 
6.1 
7.3 
8.4 
9.2 
10.1 
11.3 
12.4 
1.2 
2.2 
3.1 
4.3 
5.4 
6.3 
7.1 
8.2 
9.4 
10.3 
11.1 
12.2 
1.1 
2.4 
3.3 
4.2 
5.1 
6.4 
7.2 
8.3 
9.1 
10.4 
11.2 
12.3 
1.4 
2.3 
3.2 
4.1 
5.3 
6.2 
7.4 
8.1 
9.3 
10.2 
11.4 
12.1 
Əgər əsas suallara sizin cavablarınız arasında yuxarıda verilənlərlə 3 və daha az 
uyğunluq aşkar edilərsə, bu əsasda sizin temperament xüsusiyyətlərinizi müəyyən etmək 
olar. Belə hesab edilir ki, əgər siz temperamentin uyğun xüsusiyyətinə görə 9 və daha çox


bal toplamışsınızsa, temperamentin bu xüsusiyyəti sizdə güclü, 5-8 bal toplamışsınızsa orta, 
4 və daha az bal toplamışsınızsa, zəif inkişaf etmişdir.
Valideynlərlə aparılan konsultasiya işləri 
Plan: 
1.
Valideynlərlə aparılan pedaqoji-psixoloji konsultasiya işləri 
2.
Aparılan konsultasiya işlərinin formaları
3.
Valideynlərlə konsultasiya zamanı praktik psixoloqa verilən tələblər
1.Ailədə uşağa qulluq və onun tərbiyəsi hər bir valideyni düşündürən və qayğılandıran 
problemlərdən biridir. İlk tərbiyəçilər olan ata və anaların bir çoxu uşağın tərbiyəsi ilə bağlı 
meydana çıxan suallara cavabları özləri axtarıb tapdıqları halda, əksəriyyəti bu sahədə təcrübəsi 
olan yaşlılarla, tərbiyəçi və müəllimlərlə məsləhətləşməyə ehtiyyac duyurlar. Məktəb təhsilinin 
yaratdığı həm ötən əsrlərdə, həm də müasir dövrdə valideynlərlə aparılacaq konsultatik işin 
ağırlığı həmişə məktəb müəllimlərinin və sinif rəhbərlərinin üzərinə düşmüşdür. Təhsil 
sistemində psixoloji xidmət yarandıqdan sonra isə valideynlərə göstərilən konsultasiyaların 
təşkili və keçirilməsində praktik psixoloqun rolu artmaqdadır. Uşağın həyatda müşahidə olunan 
hər hansı normadan kənaraçıxma halları və patoloji təzahürləri,təlimə, yaşlılara və 
həmyaşıdlarla münasibətdəki anomaliyaların səbəblərini bilməyən valideynlər ixtisaslı yardıma 
ehtiyyac duyurlar. Uşağın anotomik-fiziki inkişafı gedişində meydana gələn normal yaş 
böhranlarının simptomları ailədə valideynlər və yaxın qohumlar arasında ağır emosional 
təəssüratların yaranmasına səbəb olur. Belə hallarda ailəyə kömək etmək üçün üçün praktik 
psixoloq valideynlərə onların müsbət və mənfi keyfiyyətləri, güclü və zəif tərəfləri haqda 
məlumat verir
Böyük məktəbəqədər yaşın sonunda uşağın məktəbə hazırlanması ailədə yeni qayğılara səbəb 
olur. Valideynlər ailədə uşaqlarına irəlicədən yazmaq, oxumaq və hesablamaq kimi təlim vərdiş 
və bacarıqları aşılamağa çalışaraq vaxtı qabaqlamaq istəyirlər. Qarşılaşdıqları ilk çətinliklər çox 
vaxt onların səbrini tükəndirir, ailədə əsəbi mühit yaradır, uşağın qabiliyyətsizliyi haqqında 
yalnış qənaətlərə səbəb olur. Bu zaman yenə də mütəxəssis rəyinə ehtiyyac duyulur. 


Məktəbə qəbul ərəfəsində uşaqların təlimə hazırlığının diaqnostikasını keçirən psixoloq 
valideyərin müşahidəsi ilə müxtəlif metodikalardan istifadə etməklə, hər bir uşağın diferensial 
müayinəsini keçirir, uşağın intellektual inkişaf səviyyəsi,sensor funksiyaların vəziyyəti, bilik və 
bacarıqların səviyyəsi haqqında valideynlərə konkret məzmunlu tövsiyələr verir
2. Valideynlər üçün təşkil edilən konsultasiyalar öz xarakterinə görə söhbətə yaxındır. Burada 
əsas fərq ondan ibarətdir ki, psixoloq valideynlərin suallarını dinlədikdən sonra onlara ixtisaslı 
məsləhətlər verir, bir tərəfdən uşağın tərbiyə olunduğu ailəni daha yaxından tanıyır,digər 
tərəfdən isə onları uşaqların tərbiyəsi məsələlərinə həssaslıqla yanaşmağa təhrik edir. Bu 
zaman psixoloq valideynlərlə aşağıdakı anketdə qeyd olunan suallara yazılı cavablar verməyi 
xahiş edir. 
Sizin övladınızda hansı mənfi xüsusiyyətləri görürsünüz?.
– Sizin övladınız üçün hansı müsbət keyfiyyətlər səciyyəvidir?
- Övladınızda hansı xüsusiyyətləri tərbiyə etməyə çalışırsınız?
- Övladınız ailədə özünəxidmət qabiliyyətini nümayiş etdirə bilirmi? . – 
Ailədə uşağınızın gün rejimi varmı, rejimə necə əməl edir? - 
Övladınız ailə işlərində və bayramlarda fəallıq və təşəbbüs göstərirmi?
- Övladınız boş vaxtlarını harada keçirir? - 
Övladınız evdə ayrıca otağı varmı, o, dərslərə, hazırlığa nə qədər vaxt ayırır? 
Alınmış nəticələri təhlil etməklə növbəti görüşlərdə psixoloq hər bir valideynə zəruri 
məsləhətlər verir. P.k.t təşkili formalarına görə fərdi və qrup şəklində olur.
3.Təhsil sistemində çalışan praktik psixoloq konsultasiyaların keçirilməsində aşağıdakı tələblərə 
əməl etməlidir. 
Konsultasiyanın keçirilməsi zamanı valideynlər hiss etməlidirlər ki, psixoloq onların övladlarının 
tərbiyəsində xeyirxah və səmimi mövqe tutmuşdur. – 
Valideynlərə verilən tövsiyələr konkret olmalı, ailənin həyat şəraiti, uşaqların fərdi 
xüsusiyyətləri nəzərə almalıdır.
– Hər bir konsultasiya valideynlərə faydalı bir şey verməli, onların pedaqoji və psixoloji 
biliklərini genişləndirilməlidir.
– Konsultasiyanın uğurlu olması bir çox cəhətdən psixoloqun səriştəsindən, valideynlərə qarşı 
həssaslıqdan, onun təlqinetmə və inandırma məharətindən asılıdır;.
– Konsultasiya hazırlıq tələb edir psixoloq valideyərin suallarına elmi cəhətdən əsaslandırılmış 
cavablar verməlidir;. – Psixoloq ona 


müraciət edilən faktı ətraflı öyrənməli, elmi ədəbiyyatlara istinad edərək, həyati nümunələrə 
əsaslanaraq sübutlar gətirməyi bacarmalıdır. 
Konsultasiya zamanı valideynlərə yaş böhranı anlayışı başa salınmalı və böhrandan uşağın 
cavabdeh olmadığı bildirilməlidir 
Yeniyetmə dövrün yaş böhranı zamanı valideyn üçün uşaqla ümumi dil tapmaq sonuncu şans 
kimi qiymətləndirilir. Əgər uşaq görsə ki, o, başa düşülür, deməli gələcəkdə valideynlə birgə 
anlaşma təmin edilib, əks təqdirdə anlaşılmazlıq getdikcə dərinləşərək dəfedilməz maneəyə 
çevrilə bilər. Psixoloqun vəzifəsi məhz birincisini təmin etməkdə valideynlərə köməklik 
göstərməkdədir. 
Psixoloqun ailə ilə işi ailəyə sistemli dinamik model kimi yanaşmağı tələb edir. O, valideynlərin 
mövqelərinə və problemlərinə həssaslıq və hörmətlə yanaşılmalı, müxtəlif söhbətlər və 
sorğular keçirməklə onların problemlərini öyrənməli, təhlil etməli, düzgün məsləhət və 
tövsiyələr verməlidir. Eyni zamanda psixoloq valideynlərin sorğuları əsasında uşaq-valideyn 
ünsiyyəti məsələləri ilə bağlı konsultasiyalar keçirməlidir. 

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə