Aqressivliyin diaqnostikasi. Bass-Darki sorğusu



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə14/14
tarix12.06.2023
ölçüsü1,26 Mb.
#116709
1   ...   6   7   8   9   10   11   12   13   14
Psixoloji-məsləhət-və-psixokonsultasiya-N.Məmmədova

Psixoloji maarifləndirmə 
Plan: 
1.
Psixoloji maarifləndirmənin mövzusu 
2.
Psixoloji maarifləndirmənin vəzifələri 
3.
Psixoloji maarifləndirmə işində verbal və qeyri verbal vasitələrdən istifadə
Təhsil sistemində praktik psixoloji xidmətin strukturunda psixoloji maarifləndirmə işi 
özünəməxsus yer tutur. Onun əsas məqsədi təhsil sisteminə daxil olan müxtəlif tipli 
müəssisələrdə çalışan müəllim və tərbiyəçiləri psixologiya elminin son nailiyyətləri ilə tanış 
etməkdən, pedaqoq və valideynləri uşaqların inkişafında və davranışında müşahidə olunan 
normadan kənaraçıxma halları haqqında məlumatlandırmaqdan ibarətdir. Deməli, təhsil 
müəssisələrində psixoloji maarifləndirmə işi təhsilləndirici və profilaktik məqsəd daşıyır. 
Praktik psixoloq müəllim, tərbiyəçi və valideynlər arasında müxtəlif formada maarifləndirmə 
işi aparmaqla onların “ Uşaq psixologiyası “ “Ailə psixologiyası” “ Şəxsiyyət psixologiyası” və.s 
kimi konkret bilik sahələri ilə tanış edir, uşaqların psixologiyasında meydana çıxan böhranların 
psixoloji təbiəti ilə tanış edir, yaranan münaqişələrin həlli yolları haqqında məsləhətlər verir. 
Maarifləndirmə sahəsində görülən işlərin əsas təşkilat forması qrup şəklində aparılan işlərdir. 
Bunların sırasında mühazirələr, söhbətlər,diskussiya xarakterli disputlar, seminarlar, treninqlər, 
zəruri ədəbiyyatın seçilməsi və.s əsas yer tutur. Qeyd olunan maarifləndirici tədbirlərin həyata 
keçirilməsinin əsas vasitəsi verbal kommunikativ vasitələrdir. Bu cür təsir formaları monoloji 
(mühazirə) , dialoji(diskussiya) və qrup (disputlar) ünsiyyətinin imkanları nəzərə alınmaqla təşkil 


olunur. Maarifləndirmə işinin tematik məzmunu müəllim, tərbiyəçi və valideynlərin sorğuları və 
psixoloqun təşəbbüsləri müəyyənləşdirilir. 
Psixoloji maarifləndirmədə praktik psixoloqun ən mühüm vəzifələrindən biri başqalarında 
özünə qarşı inam yaratmaqdır. Bunun üçün psixoloq Azərbaycanlı mentalitetində “ağıllı insan” 
“ ağsaqqal”, “ağbirçək” obrazlarına şamil edilən bütün keyfiyyətləri mənimsəməli, onun xarici 
və daxili şərtlərini gözləməlidir . Bununla yanaşı, öz kliyentlərinin şəxsiyyətinə hörmətlə 
yanaşmalı, situasiyanı hərtərəfli təhlil etməli, obyektiv nəticə çıxarmalıdır. 
İkinci mühüm vəzifə cəmiyyətdə psixoloji xidmətin mahiyyətini aydınlaşdırmaq, nəticələr 
haqqında faktlarla çıxış etmək, onun əhəmiyyətini izah etməkdən ibarətdir. Eyni zamanda 
psixoloji problemlərin güzəran psixologiyası kontekstindən deyil, elmi aspektdən həllinin 
səmərəliliyinə inanmaqdır. 
Üçüncü vəzifə ayrı-ayrı insan qrupları və fərdlərdə psixoloji mədəniyyətin yüksəldilməsinə nail 
olmaqdır. Beləliklə, psixoloji maarifləndirmənin vəzifələrini aşağıdakı kimi konkretləşdirə 
bilərik: 
-
İnsanların vacib informasiyalarla təmin etmək;.
-
Bu informasiyalardan istifadə edərək psixoloji problemlərin nizama salınması yollarını 
göstərmək; 
-
Özünümüdafiənin təşkilində insanlara kömək etmək 
Psixoloji maarifləndirmənin vəzifəsi insanların psixoloji problemlərdən çıxış yollarının 
mövcudluğuna inandırmaqdır. Psixoloji maarifləndirmə işini aktuallaşıdıran səbəb cəmiyyətdə 
psixoloji mədəniyyətin yüksəldilməsi zəruridir. 
Bu yolla psixoloji maarifləndirmə işi aşağıdakı məsələlərin həllini təmin edir; 
-
Cəmiyyətdə sabit, etibarlı psixoloji xidmət ənənəsi yaranır; 
-
Cəmiyyət praktik psixoloqun funksiyası, fəaliyyəti, vəzifələri haqqında məlumatdırılır ; 
-
Hər bir insanın psixoloji xidmətə ehtiyacının olmasının mümkünlüyü izah edilir; 
-
Uşaqların psixoloji problemləri və onların bir çoxunu həll etməyin mümkünlüyü barədə 
valideynlərdə inam yaradılır; 
-
Cəmiyyətdə psixoloji xidmətin uğurlu nəticələri ilə tanış edilir; 
-
Cəmiyyətdə praktik psixoloji xidmət mədəniyyəti inkişaf edir. 


Burada psixoloji mədəniyyət dedikdə onun 3 əsas komponenti nəzərdə tutulur: 
1.
Özünü dərketmə və özünü qiymətləndirmə 
2.
Başqalarını dərk etmə 
3.
Öz hərəkətlərini, hissə emosiyalarını, ünsiyyətini idərə etmək, münasibətlərini 
tənzimləmək 
Psixoloji maarifləndirmə işində verbal kommunikativ vasitələrdən istifadə olunur. Bu zaman 
maarifləndirmə işi bir neçə formada aparılır; 
-
Fərdi maarifləndirmə 
-
Qruplar və yarım qruplarla iş (ailə, mikroqruplar)
-
İctima maarifləndirmə: elmi və ictimai mətbuat, elmi kütləvi, ictimai tədbirlər 
Psixoloji maarifləndirmə işində verbal- kommunikativ vasitələrlə yanaşı, qeyri-verbal (əyani) 
vasitələrdən də geniş istifadə olunur. Məktəbəqədər müəssisələrdə və məktəbdə stendlərdən, 
xüsusi mətnlərdən, illüstrativ materiallardan, kitab və broşüralardan, test və anket 
nümunələrindən ibarət guşələrin hazırlanması məqsədəuyğundur. Müəllim və tərbiyəçilər üçün 
guşədə pedaqoji-psixoloji ədəbiyyatlar saxlanılır 
Məktəbəqədər uşaq tərbiyə müəssisələrində və məktəbdə psixoloqun yardıma ehtiyacı olan 
şəxslərə göstərdiyi kömək əsasən kommunikativ təsirə əsaslanmaqla tövsiyə xarakteri daşıyır. 
Bu həmçinin valideyn və uşaqların sorğuları əsasında həyata keçirilir. Praktik psixoloqun 
tövsiyyələri mümkün münaqişələrin yumşaldılması, dramatikləşməsinin qarşının alınması 
strategiyasına yönəlməli və bu məqsədə xidmət etməlidir. 
Təhsil müəssisəsinə cəlb edilmiş uşaqların davranış qüsurlarına görə onların günahlandırılması 
halları baş verdikdə asosial davranışının motivlərini müəyyənləşdirmək, onun təzahürlərini 
aradan qaldırmaq məqsədilə əlaqədar şəxslərə məsləhət və tövsiyələr verilir. Psixoloq ona 
ünvanlanan sorğuların təhlili əsasında yaşlıların uşaqla qarşılıqlı münasibətində yaranan real 
çətinliklərin aradan qaldırılması üçün elmi cəhətdən əsaslandırılmış psixoloji təsir 
strategiyasınaı qürur, taktiki variantlarını müəyyənləşdirir. 


Mövzu 11 :Psixoloji konsultasiyanın əsas istiqamətləri. 
Plan: 
1.
Psixoloji konsultasiyanın elmi –nəzəri əsasları. 
2.
Psixoloji konsultasiyanın məqsədi və vəzifələri. 
3.
Psixoloji konsultasiyanın prinsipləri. 
4.
Valideynlərlə aparılan konsultasiya işinin məzmunu və formaları. 
5.
Müəllimlərlə aparılan konsultasiya işləri. 
Ədəbiyyat. 
1.
Çələbiyev N.Z. Təhsil sistemində psixoloji xidmət. I hissə Bakı, 2008, II hissə Bakı, 
2009. 
2.
Əmrahlı L.Ş. Psixoloji xidmətin əsasları. Bakı, 2008 
3.
Əmrahlı L.Ş. Uşaqların məktəb hazırlığının psixoloji məsələləri. Bakı 2006. 
4.
Qədirova R. , Babayeva T. Psixologiya praktikumu. Metodik vəsait. Bakı, 2004. 
5.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 2004 
6.
Mehrabov A. , Abbasov Ə., Zeynalov Z., Həsənov. Pedaqoji texnologiyalar. Bakı, 2006. 
7.
İsa Məmmədov .Məktəb psixoloqunun məlumat kitabı. Bakı,2003. 
1.Psixoloji konsultasiyanın elmi –nəzəri əsasları. 
Psixoloji yardımın strukturunda psixoloji konsultasiyalar ( məsləhətlər) mühüm yer tutur. 
“Psixoloji yardım” öz mahiyyətinə görə, psixoloji xidmət sistemində geniş işlədilən tutumlu 
anlayışlardan biridir. O, özündə nəzəri və praktik əhəmiyyətli, çoxcəhətli, geniş bilikləri əks 
etdirir. “Psixoloji yardım” anlayışı insanın psixi həyatına aid çətinliklərlə bağlı problemlərin, 
məsələlərin həll edilməsi, aradan qaldırılması ilə əlaqədar fəaliyyət sahəsini, psixososial 
praktikanı əhatə edir. 
XX əsrdə insanların psixoloji yardıma olan təlabatı sosial işçi, psixoloq- məsləhətçi, psixoloq-
psixoterapevt kimi bir sıra yeni peşələrin meydana gəlməsinə səbəb olmuşdur. Çoxsaylı elmi 
ədəbiyyatların təhlili göstərir ki, insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, o, şəxsi və ictimai 
həyatda qarşılaşdığı problemlərin həllində, çətinliklərin aradan qaldırılmasında başqa 
adamların köməyinndən istifadəyə ehtiyac duymasın.
Müasir psixoloji ədəbiyyatlarda psixoloji yardımın aşağıdakı tətbiqi sahələrinin adları qeyd 
olunur: 


1.
Uşağın psixi-ruhi inkişafına yardım (“Edip, kompleksi”nin aradan qaldırılması, 
emosional tələbatların təmin edilməsi, dayanıqlı əxlaq normalarının qazanılması və s.; 
2.
Yeniyetmənin ekzistensial və şəxsi problemlərinin həllinə yönəldilən yardım; 
3.
Ailə və nigah problemi ilə bağlı psixoloji yardım; 
4.
Psixi və şəxsi sağlamlıq problemlərinin həlli; 
5.
Ölməkdə olan adama psixoloji yardım və kədərin psixoterapiyası; 
6.
Qocalıq dövrünü keçirən adamlara psixoloji yardım; 
7.
Kazarma, xəstəxana, həbsxana rejiminə rejimində, tələbə şəhərciyində yaşayan 
şəxslərə psixoloji yardım; 
8.
Böhranlı vəziyyətlərdə (qəfil ölüm, zorlanma, xəyanət, məhəbbətin itirilməsi və s.) 
insanlara göstərilən psixoloji yardım; 
9.
Məktəblilərə psixoloji yardım; 
10.
Mühacirlərə, etnik azlıqlara yeni həyat şəraitinə uyğunlaşma ilə əlaqədar göstərilən 
psixoloji yardım; 
11.
Peşəkar məsləhətvermə;
12.
İdarəetmə sahəsində psixoloji yardım. 
Müasir psixoloji ədəbiyyatlar da psixoloji yardımın formaları müxtəlif göstəricilər əsasında 
təsnif edilir: 
1.
Təsir müddətinə görə: təxirəsalınmaz, təcili psixoloji yardım. Psixoloji yardımın bu 
forması mürəkkəb psixoloji vəziyyətlərdə zəruridir. Məsələn, təqib, intihar cəhdi, 
zorlanma zamanı və s. Belə yardımları inam xidməti, inam telefonları vasitəsilə 
göstərilir, anonimliyə zəmanət verir. Çətin həyatı situasiyalarda, psixoloji böhran, 
münaqişələr zamanı psixoloji yardım məsləhətvermə şəklində həyata keçirilir. 
2.
İstiqamətinə görə: birbaşa psixoloji yardım. Belə yardım müştərinin müraciətinə əsasən 
ona bilavasitə göstərilən yardımı nəzərdə tutur. Burada həmrəylik və qabaqlayıcı 
xarakterli yardım formalarına da rast gəlinir ki, bu da adətən ailə xidmətində səciyyəvi 
olan yardım formaları hesab olunur; 


3.
Təşkil olunma yerinə görə: kontakt (bu zaman psixoloq müştəri ilə üz-üzə söhbət 
aparır) və distant psixoloji yardım. (bu zaman müştəri yardım telefonla və yazılı şəkildə 
göstərilir); 
4.
Psixoloq yerinə yetirdiyi funksiyalara görə: diaqnostik (psixoloji diaqnozun qoyulması, 
fərdiliyin psixoloji portretinin təsdiq edilməsi), dispetçer (lazımı mütəxəssisin 
göndərilməsi), informativ ( müştəri, onun ailəsi, sosial əhatəsi, vəziyyəti haqqında 
məlumatların toplanması,) korreksion, konsultativ, terapevtik xarakterli psixoloji 
yardım; 
5.
Iştirakçıların sayına görə: fərdi və qrup formalı psixoloji yardım; 
6.
Psixoloqun müdaxiləsinə görə; direktiv (məsləhət vermənim icbariliyi) və qeyri-direktiv 
(müştərinin istəyinə uyğunlaşan). 
İctimai təcrübənin müxtəlif sahələrində geniş tətbiq olunan psixoloji xidmətin zəruri 
komponentlərindən biri olan psixoloji yardımın ən geniş forması psixoloji məsləhətvermədir. 
Psixoloq – məsləhətçinin fəaliyyət semini şərti olaraq aşağıdakı kimi göstərmək olar: 
Problemin aşkar edilməsi diaqnoz faktların təhlilinə müdaxilə planı məsləhətvermə şəklində 
müdaxilə müştəri ilə məsləhətçinin birgə fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi.
2.Psixoloji konsultasiyanın məqsədi və vəzifələri. 
Psixoloji konsultasiya psixoloji praktikanın terapiyadan ayrılmış nisbətən yeni və müstəqil 
sahələrindən biridir. Bu sahə klinik qüsurları olmayan, lakin psixoloji yardıma ehtiyacı olan 
insanların həyati tələbatlarından yaranmışdır. Psixoloqlar psixoloji konsultasiyanın predmetini 
müxtəlif nöqteyi -nəzərdən izah edirlər. Məsələn, ABŞ psixoloqları H.Burks və B. Steffirin 
fikrincə, “konsultasiya ixtisaslı konsultantın və müştəriyə “şəxsiyyət-şəxsiyyət” tipli 
münasibətlər çərçivəsində göstərdiyi peşəkar yardımdır”.
Psixoloji konsultasiyanın məqsədi müştərinin gündəlik həyatda qarşılaşdığı şəxsiyyətlərarası 
və emosional xarakterli çətinliklərə anlamaqda və onların həll edilməsinə kömək göstərməkdən 
ibarətdir. Konsultasiya hər bir insana öz şəxsi istəklərinə uyğun davranış proqramı seçməkdə 
və ona müvafiq hərəkət etməkdə, yeni şəraitə uyğunlaşmaqda, şəxsiyyətin iradi, intellektual və 
emosional sahədə yaranan problemlərin həllində kömək göstərmək məqsədi daşıyır. 
Müasir psixoloji konsultasiya praktikasında aşağıdakı istiqamətlər geniş yayılmışdır: 

Psixoanalitik istiqamət; 



Adler istiqamət; 

Davranış terapiyası; 

Rasional-emosional terapiya (A.Ellis); 

Müştəriyə yönəlmiş terapiya ( K.Rocers); 

Ekzisteksial terapiya. 
Psixoloji yardımın konsultasiya psixoterapiya olmaqla 2 əsas sahəsi vardır. Çox vaxt isə 
bunları bir birindən qəti şəkildə ayırmaq mümkün olmur. 
Abş psixoloqlar Gelso, Fretz və Bloşer psixoloji konsultasiyanın və psixoterapiyadan 
fərqləndirən aşağıdakı əlamətlərini göstərmişlər: 

Konsultasiya kliniki baxımdan sağlam olan insanlara yönəlmişdir; Bu adamlar 
gündəlik həyatda nevrotik xarakterli şikayətləri və psixoloji çətinlik problemləri 
olan adamlardır; 

Konsultasiya psixi qüsurların səviyyəsindən asılı olmayaraq sağlam adamlara 
yönəlmişdir. Bu təmayül ona əsaslanır ki, hər bir insan, hətta maliyyə 
vəsaitinin çatmadığına, xəstəliyə, əlilliyə, qocalığa görə sosial deprivasiyaya 
məruz qalsa belə, öz həyatını və özünü dəyişdirə bilər. Bu isə onun həyatının 
yaxşılaşmasına gətirib çıxarmış olar 

Konsultasiya müştərinin bu günü və gələcəyi ilə bağlı narahatlıq doğuran 
problemlərin həllinə yönəlməlidir;

Konsulatasiya adətən qısamüddətli köməkdir (ən çox 15 görüş ); 

Konsultasiya şəxsiyyət və mühit arasında qarşılıqlı təsir zamanı yaranan 
problemlərin həllinə yönəlmişdir; 

Konsultasiya müştərilərin şəxsiyyətinin inkişafına və onların davranış və 
davranışının dəyişdirilməsinə yönəlmişdir.
4.
Psixoloji konsultasiyanın prinsipləri. 
Təhsil müəssisələrində praktiki istiqamətdə iş aparan psixoloq konsultasiya sahəsində 
fəaliyyətində aşağıdakı prinsiplərə əməl etməlidir. 



Humanizm prinsipi- “ziyan vurma!”. Bu prinsipə görə, psixoloqun apardığı iş 
uşağın psixi imkanlarının öyrənilməsinə, onun inkişafına kömək göstərməyə 
xidmət etməlidir; 

Obyektivlik prinsipi – uşağın psixologiyasının inkişaf xüsusiyyətlərinin nəzərə 
alınmasını nəzərdə tutur. 

Sistemlilik prinsipi- vəzifələrin müəyyənləşdirilməsində ardıcıllığın 
gözlənilməsini, hərtərəfliliyi və proqramlaşdırmanın zəruriliyi əks etdirir. 

Determinizm prinsipi- bu prinsip uşağın inkişaf xüsusiyyətləri arasında səbəb-
nəticə əlaqələrinin aşkara çıxarılmasının ( həyat şəraiti, tərbiyə və s.) vacibliyini 
ifadə edir 

İnkişaf prinsipinə görə, uşaq yalnız fəaliyyətdə inkişaf etmir. Fəaliyyət həm də
uşağın öyrənilməsinin və onun aşkar edilmiş qüsurlarının korreksiya edilməsi 
vasitəsidir. 

Fərdi yanaşma prinsipi- konsultasiya prosesində hər bir uşağın fəaliyyətinin, 
özünəməxsus inkişaf tempinin nəzərə alınması əks etdirir. 

Şüurla davranışın vəhdəti prinsipi- şüurun fəaliyyət vasitəsilə öyrənilməsinin
zəruriliyini ifadə edir. 

Könüllülük və anonimlik prinsipi- konsultasiya prosesinə cəlb edilənlərin 
könüllülüyünü və aparılan işin mahiyyətini gizli saxlanılmasını nəzərdə tutur.
5.
Valideynlərlə aparılan konsultasiya işinin məzmunu və formaları. 
Ailədə uşağa qulluq onun tərbiyəsi hər bir valideyni düşündürən və qayğılandıran 
problemlərdən biridir. Ilk tərbiyəçiləri olan ata anaların bir çoxu uşağın tərbiyəsi ilə bağlı 
meydana çıxan suallara cavabları özləri axtarıb tapdıqları halda əksəriyyəti bu sahədə təcrübəsi 
olan yaşlılarla, hörmətli və nüfuzlu adamlarla, tərbiyəçi və müəllimlərlə məsləhətləşməyə 
ehtiyac duyurlar. Ona görə də təhsil sistemində psixoloji xidmət işində pedaqoji-psixoloji 
konsultasiyalar mühüm istiqamətlərdən biri kimi nəzərdə tutulmuşdur. Məktəb təhsilinin 
yarandığı həm ötən əsrlərdə, həm də müasir dövrdə valideynlərlə aparılacaq, konsultativ işin 
ağırlığı həmişə məktəb müəllimlərinin üzərinə düşmüşdür və bu gün də bu işdə müəllimlərin və 
sinif rəhbərlərinin rolu böyükdür.
Psixoloji konsultasiyalar özlərinin təşkili formalarına görə fərd və qrup olmaqla 2 yerə ayrılır. 
Psixoloqun təşkil etdiyi fərdi konsultasiyalar ayrı-ayrı valideynlərlə təklikdə, qrup 
konsultasiyaları isə bir neçə valideynin birgə iştirakı ilə keçirilir.


Konsultasiyalar aşağıdakı konkret mövzular üzrə də keçirilə bilər.
1.
Uşaqların tərbiyəsində valideyn nüfuzu. 
2.
Uşağın inkişafında fəaliyyətin rolu. 
3.
Ailədə yeganə ərköyün uşaq. 
4.
Natamam ailədə uşağın tərbiyəsi xüsusiyyətləri. 
5.
Fiziki cəhətdən zəif və xəstə uşaqların ailədə tərbiyəsi. 
6.
Uşağın geyimində gigiyenik tələblər. 
7.
Ailədə uşağın təlim əməyinin təşkili. 
8.
Uşaqlar və virtual məkan. 
9.
Mobil telefonlar uşaq üçün əyləncə və ünsiyyət vasitəsidirmi?
10.
Yeniyetmələrin problemləri və s. 
Təhsil sistemində çalışan praktik psixoloq konsultasiya alaraq keçirilməsində aşağıdakı tələblərə 
əməl etməlidir.

Konsultasiyanın keçirilməsi zamanı valideynlər hiss etməlidirlər ki, psixoloq 
onların və övladlarının tərbiyəsində xeyirxah və səmimi mövqe tutmuşdur, o,
bu tədbirləri görüntü xatirinə keçirmir, əksinə, valideynlərə uşağın tərbiyəsində 
əməli kömək göstərmək istəyir. 

Valideynlərə verilən tövsiyələr, konkret olmalı, ailənin həyat şəraitini, uşaqların 
fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. 

Hər bir konsultasiya valideynlərə nə isə yeni, faydalı bir şey verməli, onların 
pedaqoji və psixoloji biliklərini genişləndirməlidir. 

Konsultasiyanın uğurlu olması bir çox cəhətdən psixoloqun səriştəsindən, 
valideynlərə qarşı həssaslıqdan, onun təqlidetmə və inandırma məharətindən 
asılıdır. 

Konsultasiya hazırlıq tələb edir. Psixoloq valideynlərin sualları elmi cəhətdən 
əsaslandırılmış cavablar verməlidir. 

Valideynlərə tövsiyyələr verməzdən əvvəl psixoloq valideyni ona müraciət 
etməyə məcbur edən faktı ətraflı öyrənməli, elmi ədəbiyyatlara istinad edərək, 
həyati nümunələrə əsaslanaraq sübutlar gətirməyi bacarmalıdır. 
Məktəb psixoloqunun valideynlərlə işi bir neçə istiqaməti əhatə edir; 



Ailə situasiyasına müdaxilə etmədən uşağın tərbiyəsində ailənin təsirini 
artırmaq üçün əməkdaşlıq mühitinin yaradılması; 

Uşaqların aktual həyat problemləri ilə əlaqədar maarifləndirmə və 
konsultasiya işləri; 

Valideynlərin sorğuları əsasında uşaq-valideyn ünsiyyəti məsələləri ilə bağlı 
konsultasiyaların keçirilməsi; 

Valideynlərin psixoloji cəhətdən himayə edilməsi. 
6.
Müəllimlərlə aparılan konsultasiya işləri. 
Psixoloqun müəllimlərlə apardığı psixoloji konsultasiya işlərinin sistemində əsas vəzifəsi hər 
bir şagirdin şəxsiyyət kimi inkişafı üçün bu inkişafetdirici optimal mühitin yaradılmasına kömək 
göstərməkdən ibarətdir. 
Təlim-tərbiyə prosesində, şəxsiyyətyönümlü və nəticəyönümlü pedaqoji əməkdaşlıq 
şəraitinin yaradılmasında ixtisaslı mütəxəssis kimi məktəb psixoloqunun rolu böyükdür. 
Psixoloqdan ixtisaslı məsləhət və yardım alan müəllimlər özlərinin gündəlik peşəkar 
fəaliyyətində hər bir şagirdə fərdi yanaşmanın priyomlarını öyrənir, onların konkret psixoloji 
xarakteristikaları haqqında etibarlı məlumatlar əldə etmək imkanı qazanır. Onlar arasındakı 
peşə əməkdaşlığı, ümumi və ortaq vəzifələrin birgə həllinə yönəlmişdir. Psixoloq müəllimlər 
arasında müasir pedaqoji psixoloji təlimi nəzəriyyələrinə, yeni, fəal və interaktiv texnologiya və 
innovasiyaları təbliğ edir, onları təlim prosesində şagirdlərin fəaliyyətinin motivləri, təlim-
tərbiyə proseslərinin idarə olunmasının texnologiyası və şagird nailiyyətlərinin 
qiymətləndirilməsi metodikaları ilə tanış edir. Müəllimlərlə keçirilən konsultasiyalar zamanı 
psixoloq müəllimlər tərəfindən tətbiq edilən təlim metodları və metodikalarının qarışmır və 
onlara müdaxilə etmək hüququna malik deyildir.
Müasir pedaqoji psixoloji biliklərin fəal təbliğatçısı olan psixoloq müəllimlərlə şagirdlər və 
şagirdlərin özləri arasında qarşılıqlı münasibətlərin xarakterinin öyrənilməsi xüsusi diqqət 
yetirir. O, bu münasibətlərin humanist və demokratik olmasına, mənəvi və işgüzar dəyərlər
əsasında qurulmasında fəal yardımçı rolunda çıxış edir. 
Psixoloqun konsultativ işinin sistemində müəllimlərin pedaqoji psixoloji mədəniyyətinin 
yüksəldilməsi, peşə hazırlığının təkmilləşdirilməsi, onlarda mənəvi və peşə şüurunun, yeni 
pedaqoji və metodik təfəkkürün formalaşdırılması məsələləri mərkəzi yer tutur. Bu məqsədlə 
psixoloq müəllimlərin daimi fəaliyyət göstərən seminarını təşkil edir və burada onların peşəkar 
fəaliyyəti prosesində meydana çıxan müxtəlif pedaqoji psixoloji problemlərin işgüzar 
müzakirələrini keçirir. 


Psixoloq məktəb rəhbərliyinin və yuxarı təhsil orqanlarının göstərişi ilə müəllimlərin 
peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində fəal iştirak edir, öz rəyini bildirir. Belə 
qiymətləndirmə zamanı psixoloq pedaqoji fəaliyyətin və müəllim şəxsiyyətinin aşağıdakı əsas 
cəhətlərinə xüsusi diqqət yetirməlidir: 

Müəllimin ixtisas -peşə hazırlığı və təlim tərbiyə işindəki uğurları; 

Müəllim şəxsiyyətinin tipoloji xüsusiyyətləri, kollektivdə və şagirdlər arasında 
reytinqi; 

Müəllimin aqressivliyinin qiymətləndirilməsi; 

Onun ünsiyyətlilik səviyyəsi və şagirdlərlə qarşılıqlı münasibətlərinin tərzi; 

Konfliktli situasiyalarda davranışı; 

Müəllimin peşə fəaliyyətində mövcud maneə və əngəllər; 

Müəllimin mühüm şəxsi peşəkar keyfiyyətləri.
İstifadə olunmuş ədəbiyyat 
1. N.Z.Çələbiyev "Təhsil sistemində psixoloji xidmət" I hissə Bakı, 2008 s-273. 
2. N.Z.Çaləbiyev "Təhsil sistemində psixoloji xidmət" II hissə Bakı, 2008.
3. İ.Məmmədov "Məktəbdə psixoloji xidmət psixoloji praktikanın elmi metodik problemləri və 
yaradılması təcrübəsi"Bakı, 2002.
4. S.Nuriyav, D.İbrahimova “Təhsildə sosial - psixoloji xidmət" Bakı, 2016 s- 638. 
6.L.Omrahlı "Məktəb psixoloqu* metodik vəsait. Bakı, 2014. 6.H.Əliyeva, P.Mədədov, G.Əlixanlı 
"Təhsildə psixoloji xidmət" məktəb psixoloqunun stolüstü kitabi, Baki, 2010. 
7. R.Oliyev. G.Öliyeva "Şəxsiyyət psixologiyası" Bakı, 2010, dərs vəsaiti s 
144. 



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə