Aqressivliyin diaqnostikasi. Bass-Darki sorğusu


Psixoloji xidmət kabinetinin təşkili



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə12/14
tarix12.06.2023
ölçüsü1,26 Mb.
#116709
1   ...   6   7   8   9   10   11   12   13   14
Psixoloji-məsləhət-və-psixokonsultasiya-N.Məmmədova

Psixoloji xidmət kabinetinin təşkili 
Plan: 
1)
Psixoloji xidmət kabinəsinin zonaları 
2)
Psixoloji xəritənin tərtibi
3)
Fərdi- psixolojı xəritə 
Praktik psixoloqun fəaliyyətində işin məzmunu və texnoloji komponentlə yanaşı, təşkilatı 
parametrlərin də özünəməxsus rolu və əhəmiyyəti vardır. Aydındır ki, peşəkar psixoloji 
xidmətin təşkilində zəruri şərtlərdən biridə təhsil müəssisələrində psixoloq üçün normal iş 
şəraitinin olmasıdır. Bunlar peşə səriştəliliyinin anlayışı ilə bağlı olub, praktik psixoloqun iş 
yerində öz vəzifələrini səmərəli şəkildə yerinə yetirməsini şərtləndirir. 
Məktəbdə pr.psixoloq üçün mütənasib ölçülü 10-12 nəfərin yerləşə biləcəyi, təxminən 25-30 
kv-metr sahəsi, həm təbii, həm də süni işıqlandırılmasi normal olan kabinet olmalıdır. Kabinet 
uşaqlarla fərdi və qrup halında söhbətlərin aparılması, diaqnostika və korreksiya üzrə işlərin 
yerinə yetirilməsinə xidmət etməlidir. Psixologiya kabinəti məktəb binasının 1-ci mərtəbəsində 
təsərüfat, idman və musiqi otaqlarından aralıda, səs-küysüz bir yerdə olmalıdır. Otağın rəngləri 


sakitləşdirici mavi, yaşıl, sarı rəng çalarlarına uyğun olmalıdır. Otaqda canlı otaq bitkilərinin 
olması, heç də az əhəmiyyətə malik deyildir. Psixoloqun iş yerində 3 zona olmalıdır. 
1-zona uşaqlarla iş zonasıdır. Burada müvafiq mebel və avadanlıqlar, stimul yaratmaq üçün 
yaşamüvafiq diaqnostik, korreksiya edici materialların ( test və sorğu dəstələri ), köməkçi 
materialların ( həndəsi fiqur dəstələri, oyuncaqlar,uşaq kitabları) həmçinin texniki materialların 
(rəngli kağızlar, qayçı, adı və rəngli qələmlər , flomasterlər, ağ kağız dəsti, plastilin, karton və.s ) 
olması vacib şərtlərdən biridir. 
2-zona yaşlılarla (valideyn və müəllimlər) qarşılıqlı fəaliyyət zonası adlanır. Burada komnukativ 
fəaliyyət üçün zəruri olan vasitələr, yumşaq divan və kreslolar, diaqnostik- korreksiya-edici 
metodiklar və testlər, psixologiya aid müxtəlif ədəbiyyatlar və informasiya materialları ( 
psixonevroloq, psixiatr, laqopedik rəyləri, xəstəxanadan verilmiş arayış və rəylər və.s) 
yerləşdirilir. 
3-zona psixoloqun təşkilati- planlaşdırma işinin təşkilinə xidmət edən vasitələrlə təchiz edilir. 
Bu zonada mebel və avadanlıqlar, kompüter və çap vasitələri, yazı stolu və stullar, əsasnamə, 
təşkilatı-metodik sənədlər , psixoloji ədəbiyyatlar və dövrü çap məhsulları (qəzet və jurnallar) 
müxtəlif proqramlar, psixoloji testlər, psixoloji xəritələr, illik və aylıq iş planları , yekun 
hesabatlar və.s saxlanılır. 

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə