Aqressivliyin diaqnostikasi. Bass-Darki sorğusu


Valideynlər arasında aparılan psixoloji maarifləndirmə işinin məzmunu və formaları



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə10/14
tarix12.06.2023
ölçüsü1,26 Mb.
#116709
1   ...   6   7   8   9   10   11   12   13   14
Psixoloji-məsləhət-və-psixokonsultasiya-N.Məmmədova

 
Valideynlər arasında aparılan psixoloji maarifləndirmə işinin məzmunu və formaları 
Plan: 
1)
Valideynlər arasında aparılan psixoloji maarifləndirmə işinin məzmunu 
2)
Valideynlərlə məlumatverici -maarifləndirmə işləri 
3)
Ailədaxili münasibətlərin aparılmasının səbəbləri 
1.Məktəb psixoloqunun valideynlərə işi bir neçə istiqaməti əhatə edir. Şagirdlərin ailələri ilə ilə 
sıx əməkdaşlıq və qarşılıqlı inam şəraitində işləmək üçün praktik psixoloq ilk növbədə xeyirxah 
məsləhətçi rolunda çıxış etməli, ailənin daxili işlərinə fəal müdaxilə etmək cəhdlərindən uzaq 
olmalıdır. Psixoloq valideyn yığıncaqları və ailələrə getmək yolu ilə uşaqların aktual 
problemlərinin həll edilməsində , maarifləndirmə sahəsində görəcəyi işləri konkret olaraq 
əvvəlcədən planlaşdırmalıdır. Məktəb psixoloqu özünün peşəkar fəaliyyətinin bütün 
istiqamətlərində valideynlərlə birgə fəaliyyətin zəruriliyini daim diqqət mərkəzində 
saxlamalıdır. Bu zərurət ilk növbədə inkişafın sosial situasiyanın formalaşdırılmasında 
valideynlərin rolu ilə bağlı meydana çıxır. Uşağın lap kiçik yaşlarından əhatə olunduğu yaşlılarla 
ünsiyyət onun normal inkişafının zəruri şərtidir. Ailə mühitinin mənəvi-psixoloji cəhətdən 
qeyri-sağlam olması, ailə üzvləri arasında qarşılıqlı münasibətlərin qeyri-. Uşağın koqnitiv 


sferası ilə yanaşı, ünsiyyət sferasının formalaşmasına da mənfi təsir göstərir. Çox vaxt qeyri-
sağlam təsirlər və həyat tərzi müxtəlif psixi pozğunluqlararın, normadan kənaraçıxma hallarının 
və şəxsiyyətin disharmoniyasına səbəb olur, aşağı özünüqiymətləndirmənin və aqressivliyin 
yaranma səbəbi kimi yanaşma tərzi, onların şəxsiyyət keyfiyyətlərindəki əlverişsiz əlamətləri: 
prinsipiallıq, hədsiz tələbkarlıq, səbirsizlik, yüksək iddialılıq, eqoizm, tez-tez təkrarlanan 
nevrotik hallar, affektivlik (qışqırmaq, hədə-qorxu, söyüş, və.s) , uşaqlara qarşı inamsızlıq 
onlarla valideynlər arasında qarşılıqlı sevgi və etibarın itməsinə gətirib çıxarır. Bu baxımdan 
psixoloq valideynlərlə psixoprofilaktika və korreksiya məqsədilə apardığı işlərdə aşağıdakı 
cəhətlərə xüsusi diqqət yetirməlidir: 
-
Ailə münasibətlərindəki disharmoniyanın və ailə tərbiyəsindəki qüsurların aradan 
qaldırılmasının profilaktikası məqsədilə maarifləndirici işin həyata keçirilməsi; 
-
Ailə tərbiyəsi tipinin müəyyənləşdirilməsi və ailədaxili münasibətlərin öyrənilməsi 
məqsədilə diaqnostik işlərin həyata keçirilməsi; 
-
Ailə üzvləri arasında sağlam qarşılıqlı münasibətlərin bərpa edilməsi məqsədilə 
korreksiyaedici tədbirlərin həyata keçirilməsi 
2. Valideynlərlə məlumatverici-maarifləndirmə işləri ailə tərbiyəsində və ailədaxili 
münasibətlərdə yol verilmiş mümkün qüsurların profilaktikası məqsədilə həyata keçirilir. Bu 
məqsədlə valideynləri uşaq və yeniyetmələrin rəftar və davranışında pozğunluqlara səbəb olan 
ailə münasibətləri tipləri ilə tanış etmək lazımdır. Ailədaxili münasibətlərdəki qüsurların əsas 
mənbəyi ailə cütlüyü adlanan ərlə-arvad arasındakı disharmoniya və onu şərtləndirən ailə 
münaqişələridir. Ailə münaqişələri mürəkkəb sosial hadisədir. Bu münaqişələrə səbəb bir 
tərəfdən ərlə arvadın münasibətlərindəki soyuqluq, yadlaşma , digər tərəfdən rol 
gözləmələrinin təhrif olunmasıdır. 
Sağlam ailədə hər bir ailə üzvünün psixoloji rolu olur. Ailədaxili münasibətlərdə yarana biləcək 
ziddiyyətləri və münaqişələri ailənin hər bir üzvü sərbəst aradan qaldırmaq istəyi olur 
Ər-arvad cütlüyü arasındakı disharmoniya uşağın emosional və şəxsi inkişafına mənfi təsir 
göstərir ki, bu da uşaq və yeniyetmələrin davranışında normadan kənaraçıxma hallarının əsas 
mənbələrindən biridir. Korlanmış ər-arvad münasibətləri dolayı yolla valideyn-övlad 
münasibətlərinə , bununla da uşaq və yeniyetmələrin davranış və tərbiyəsində qüsurların 
yaranmasına güclü təsir göstərmiş olur . Buna görə də psixoloqun valideynlərlə apardığı 
maarifləndirmə işləri ər-arvad cütlüyü arasındakı münasibətlərin uşaqların tərbiyəsinə təsirinin 
izahına yönəlməlidir. Belə iş formaları mühazirələrdən , seminarlardan, söhbətlərdən, 
mütəxəssislərin də cəlb edildiyi valideyn yığıncaqlarından ibarət ola bilər. 


3.Psixoloji tədqiqatlar müəyyən etmişdir ki, ailədaxili münasibətlərin pozulmasının əsas 
səbəbləri aşağıdakılardır: 
-
Ailənin saxlanılması və uşaqların sağlamlığının qorunmasında valideynlərin məsuliyyəti 
öz üzərinə götürmək istəməməsi; 
-
Uşaqlarda valideynlərdən birinin temperament xüsusiyyətləri və xarakter əlamətlərinin 
olmasının digər valideyn tərəfindən qəbul edilməməsi və qarşılıqlı isti münasibətlərin 
olmaması; 
-
ər-arvadlıq münasibətlərində uzunmüddətli stressi nəticəsi olaraq valideynlərdən 
birində və ya hər ikisində ümumi energetik potensialın zəifləməsi; 
-
valideynlərin qeyri-ixtiyarı olaraq keçmişdə baş vermiş günah, qorxu və inciklikləri tez-
tez xatırlaması; 
-
dalğınlıq, depressiya və nevrozların nəticəsində sinir proseslərində yaranan çətinliklər; 
-
valideynlərdən birinin nevrotik pozğunluğa düçar olması nəticəsində ailədə emosional 
əlaqələrin itirilməsi və tez-tez baş verən münaqişələr 
Çətin və ya mürəkkəb davranışlı uşaqlarla aparılan profilaktika və korreksiya işləri, ailə və 
valideynlərlə iş çox mühüm, mürəkkəb və zəruri fəaliyyət sahəsidir. Bu istiqamətdə aparılan 
işlər həm pedaqoq, həm də psixoloqun xidmət sahələrini əhatə edir. Psixoloqun valideynlərlə 
apardığı psixoloji maarifləndirmə işində uşaqların bağçaya adaptasiyası və məktəbə 
hazırlanması, eyni zamanda onların texniki informasiya mənbələrindən (televizor, video, 
kompüter, mobil telefon) istifadə ilə əlaqədar məsələlər üstünlük təşkil edir. Psixoloq uşaqların 
hüquqlarının müdafiəçisi olsa da, övlad-valideyn ünsiyyəti ilə bağlı yaranan problemlərin 
həllində fəal iştirak etməli, zəruri hallarda valideynlərə psixoloji dəstək göstərməlidir. 

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə