Aqressivliyin diaqnostikasi. Bass-Darki sorğusu


Nəticələrin işlənməsi və təhlili



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix12.06.2023
ölçüsü1,26 Mb.
#116709
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
Psixoloji-məsləhət-və-psixokonsultasiya-N.Məmmədova

Nəticələrin işlənməsi və təhlili  
1, 3, 4, 5, 6, 7, 10(b), 12-ci suallara “hə“ cavabı verməklə siz 1 bal, 2, 8, 9, 11, 12-ci 
suallara “yox“ cavabı verməklə də 1 bal qazanmış olursunuz? 10cu sualın (c) variantına görə 
isə 2 bal verilir.   
Əgər siz 8 baldan çox toplamışsınızsa, onda sizdə tənhalığa meyllilik kifayət qədər 
yüksəkdir. 4-8 bal həddi tənhalığa meylliliyin orta inkişaf səviyyəsini, 4 baldan aşağı göstərici 
isə tənhalığa meylliyin zəif inkişaf etdiyini əks etdirir.
Şagirdlərin sinir sistemi tipinin xassələrinin öyrənilməsinə aid metodikanın 
mətni
1.1. Əhvalınız sabit deyil, tez-tez dəyişir, coşğun, şən əhvalınızın enməsi halları baş 
verir.
1.2. Əhvalınız həmişə sabit və sakitdir.
1.3. Əhvalınız adətən yüksək, şən və həyatsevərlik ruhludur.
1.4. Əhvalınız adətən məyusdur, tez-tez qəmgin olursunuz.
2.1. Fəal davranışa, yüksək mütəhərrikliyə və enerjiyə maliksiniz. 2.2.
Davranışınız sakitdir, səsiniz sabit və təmkinlidir, nitqiniz və jestləriniz yavaş 
tempdədir.
2.3. Hərəkətləriniz sabit və inamsızdır, səsiniz zəif və sakitdir.
2.4. Hərəkətləriniz təlaşlı və narahatdır, həmişə tələsirsiniz, jestləriniz kəskindir, tez-
tez hərisliyi ifadə edir.
3.1. Uğursuzluq zamanı qarşıya qoyduğunuz məqsədə can atırsınız, başqa, daha asan 
yol axtarmırsınız.


3.2. Uğursuzluq zamanı çox qəmgin olur,ruhdan düşür, yenidən başladığınız işə baş 
qoşmursunuz.
3.3. Uğursuzluq zamanı problemin həlli üçün daha asan yol tapmağa cəhd 
göstərirsiniz.
3.4. Çox keçmədən uğursuzluğunuzu unudur, yenidən istənilən başqa bir işə 
qoşulursunuz.
4.1. Tez yorulub əldən düşür, xəyallara dalmağı və arzu etməyi
xoşlayırsınız.
4.2. Ehtirasla işləyir, lakin çox keçmədən əldən düşür, başladığınız işi
yarımçıq qoyursunuz.
4.3. İnadla işləyir, nəyin bahasına olursa, olsun başladığınız işi sona çatdırmağa 
çalışırsınız.
4.4. İstənilən işi boynunuza götürür, eyni vaxtda bir neçə işdən yapışırsınız.
5. 
1. Ünsiyyət zamanı özünüzü emosional aparır, bərkdən gülür, əl-qol
hərəkətləri edirsiniz.
5.2. 
Daim ətrafdakı adamlarla ünsiyyətə can atır, onları şənləndirmək;
əhvallarını yüksəltmək istəyirsiniz.
5.3. 
Adamlarla ünsiyyətdə olarkən özünüzü ciddi və nəzakətli
aparırsınız.
5.4. 
Ətrafınızdakı adamlarla ünsiyyətə can atmır, səs-küylü kompaniya-
ları sevmirsiniz. Lakin hərdən yaxın dostlarınızla ünsiyyətdə olursunuz.
6.1. 
Öz sevinc və kədərinizi başqa adamlarla bölürsünüz.
6.2. 
Tanımadığınız adamların əhatəsində açıq-saçıqlığa yol verilir, öz
hisslərinizi ancaq ən doğma adamlarla bölüşürsünüz.
6.3. 
Özünüzün bütün hisslərinizi gizlədir, onlarla təklikdə yaşamağa cəhd 
göstərirsiniz.
6.4. 
Hisslərinizi coşqun keçirirsiniz. Onları ətrafdakılarla, hətta
tanımadığınız adamlarla bölüşə bilərsiniz.Lakin buna heç də həmişə cəhd 
etmirsiniz.


7.1. 
Danlaq və göstərişləri sakitcə dinləyir, mübahisə etmirsiniz. Lakin eyni 
bir səhvi dəfələrlə təkrarlaya bilirsiniz.
7.2. 
Məzəmmətə qarşı coşqun reaksiya göstərir, mübahisə edir, özünüzə 
haqq qazandırmağa çalışırsınız.
7.3. 
Bütün nöqsanlarınızı diqqətlə dinləyir, səhvlərinizi dərhal düzəltməyə 
çalışırsınız.
7.4. 
İstənilən danlaq sizi məyus edir, belə hallarda qəmgin olursunuz.
8.1. 
Bir işi sona çatdırdıqdan sonra uzun müddət başqa işə başlamırsınız, 
özünüzü yorğun hiss edirsiniz.
8.2. 
Nadir hallarda yorulursunuz. Yeni işə çox çətinliklə qoşulursunuz.
8.3. 
Yeni işə asanlıqla başlasanız da, onu başa çatdırmadan uzaqlaşa, yarımçıq 
qoya bilərsiniz.
8.4. 
Çətin bir işi başa çatdırdıqdan sonra belə, başqa bir işdən yapışa bilərsiniz.
9.1. 
İnciklik və məyusluğu ağır keçirsəniz də, çox çəkmədən onları
unudursunuz.
9.2. 
İnciklik və məyusluq sizə o qədər də təsir etmir, onları tez unudursunuz.
9.3. 
İnciklik və məyusluq sizə güclü təsir edir, uzun müddət onları yadda 
saxlayırsınız.
9.4. 
İnciklik və məyusluğu dərindən yaşasanız da, zahirən bunu biruzə 
vermirsiniz.
10.1. 
Oyunda heç-heçə nəticə əldə etsəniz də, zarafat və yumoru sevir, 
heç vaxt incimirsiniz.
10.2. 
Nadir hallarda zarafat edir, başqalarının zarafatlarından
inciyirsiniz.
10.3. 
Yaxşı zarafatları qiymətləndirir və sevirsiniz. Heç-heçə nəticə əldə 
etdikdə, oyuna davam etmək istəmirsiniz.
10.4. 
Düşünmədən adamlarla zarafatlar etməyi sevirsiniz. Lakin bunun
onların xoşuna gəlib-gəlmədiyinin fərqinə varmırsınız.
11.1. 
İşə başlamazdan əvvəl hər şeyi götür–qoy edirsiniz. Planlar
pozulduqda isə yenidən qura bilmirsiniz.


11.2. 
Düşünmədən, “sonra necə olacaq?” demədən istənilən işi üzərinizə 
götürürsünüz. Situasiya dəyişdikdə isə asanlıqla yenidən uyğun yol tapa 
bilirsiniz.
11.3. 
Cəld iş planı qurmağı bacarır, onu yerinə yetirir, iş şəraiti dəyişdikdə yeni 
yollar tapmağı bacarırsınız.
11.4. 
Öz qətiyyətsizliyiniz ucbatından iş planı qurmaqda çətinlik çəkirsiniz. Hazır 
planlarla işləməyi üstün hesab edir, vəziyyət dəyişdikdə isə, sonra nə 
edəcəyinizi bilmirsiniz.
12.1. 
Siz təəssüratlarınızın, xüsusilə estetik təəssüratlarınızın güclü
olması ilə fərqlənirsiniz.
12.2. 
Adət etdiyiniz sahədə özünüzü rahat və yaxşı hiss edirsiniz. Yeni
təəssüratlar almağa cəhd etmirsiniz.
12.3. 
Zəngin təəssüratları çox sevir, onların tez-tez dəyişməsini istəyir-
siniz. Ancaq bunun üçün xüsusi fəallıq və cəhd göstərmirsiniz.
12.4. 
Təəssüratlarınızı dəyişməyə tez - tez can atırsınız. Tez - tez
qonaqlıqda və sərgilərdə olursunuz və s.
Cavablar blankı

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə