Aqressivliyin diaqnostikasi. Bass-Darki sorğusu


birbaşa və ya dolayı aqressivlik indekslərini



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix12.06.2023
ölçüsü1,26 Mb.
#116709
1   2   3   4   5   6   7   8   9   ...   14
Psixoloji-məsləhət-və-psixokonsultasiya-N.Məmmədova

birbaşa və ya dolayı aqressivlik indekslərini
birləşdirir.
21 4 həddində toplanmış ballar aqressivliyi, 6,5-7 3 həddində toplanmış ballar 
isə düşmənçilik əhval-ruhiyyəsini əks etdirir.
Qeyd etmək lazımdır ki, aqressivlik şəxsiyyətin keyfiyyəti, aqressiya isə davranış aktı kimi şəxsiyyətin 
motivasiya-təlabat sahəsinin psixoloji təhlili kontekstində başa düşülməlidir. Ona görə də, Bass-Darki 
sorğusu psixi vəziyətləri öyrənən digər şəxsiyyət testləri ilə (Kettel, Stilberger və b.) birgə, kompleks 
şəklində tətbiq edilməlidir 
Kiçik yaşlı məktəblilərin şəxsiyyət keyfiyyətlərinin diaqnostikası Filipsin 
“məktəb həyəcanlılığı testi” 
 
Bu test kiçik və orta məktəb yaşlı şagirdlərin məktəbdən qorxusu və ya məktəb 
həyəcanlılığının tədqiq edilməsi məqsədilə yaradılmışdır. Test-sorğu 58 sualdan ibarətdir. 
Diaqnostika üzrə iş şifahi (sualları şagirdlərə oxumaqla) və yazılı formada aparıla bilər. Hər 
bir sual “hə” və ya “yox” olmaqla cavablandırılmalıdır.


T
əlimat.
“Uşaqlar, indi sizə blankda suallar yazılmış vərəq veriləcəkdir. Suallar sizin 
məktəbdə özünüzü necə hiss etdiyinizi öyrənmək məqsədilə tərtib olunmuşdur. Çalışın ki, 
suallara səmimi və doğru cavab verəsiniz. Burada yaxşı və pis cavablar yoxdur. Suallar 
üzərində çox fikirləşməyə ehtiyac da yoxdur. Sizə verilən cavab vərəqinin yuxarı hissəsində 
adınızı, soyadınızı və oxuduğunuz sinfi göstərin. Suallara cavab verərkən sualın nömrəsinin 
qarşısında sualdakı fikirlə razısınızsa “+”, razı deyilsinizsə, “-” işarəsini qoyun.
Sorğunun mətni: 
1. 
Özünü sinfin uşaqları ilə eyni səviyyədə saxlamaq sənə çətindirmi?
2. 
Müəllim keçilmiş mövzunu soruşmağa hazırlaşdıqda sən həyəcan keçirirsənmi?
3. 
Müəllimin tələb etdiyi qaydada sinifdə işləmək sənə çətindirmi?
4. 
Dərsi bilmədiyin vaxtlar müəllimin sənə qəzəbləndiyi hərdən yuxuna girirmi?
5. 
Sinif yoldaşlarından kimin isə səni döydüyü hallar olmuşdurmu?
6. 
Hərdən belə istək ürəyindən keçirmi ki, müəllim yeni materialı izah edərkən, nə olayda 
tələsməyəydi.
7. 
Cavab verərkən və ya tapşırığı yerinə yetirərkən güclü həyəcan keçirirsənmi?
8. 
Kobud səhv buraxacağından qorxaraq dərsdə cavab verməkdən çəkindiyin hallar 
olurmu?
9. 
Səni cavab verməyə çağırdıqda dizlərin əsirmi?
10. 
Müxtəlif oyunlar oynadıqda sinif yoldaşların sənə tez-tez gülürlərmi?
11. 
Elə hallar olurmu ki, sənə gözlədiyindən aşağı qiymətlər yazsınlar?
12. 
Sinifdə qalmaq qorxusu səni bərk həyəcanlandırırmı?
13. 
Bir qayda olaraq sinif yoldaşların oyun zamanı səni seçmədiklərini irəlicədən bildiyinə 
görə oyundan qaçırsanmı?
14. 
Səni cavab verməyə çağırarkən bədəninin əsməsi halları olurmu?
15. 
Səndə belə duyğu əmələ gəlirmi ki, sənin sinif yoldaşlarından heç kim sənin istədiyini 
etməyəcək?
16. 
Tapşırıqları yerinə yetirməzdən qabaq güclü həyəcan keçirirsənmi?
17.Valideynlərinin səndən gözlədikləri qiymətləri almaq sənin üçün çətindirmi?
18. 
Sinifdə əhvalının korlandığı hallar olurmu?
19. 
Səhv cavab verdiyin vaxt sinif yoldaşlarının sənə güldükləri hallar olurmu?


20. 
Sən öz sinif yoldaşlarına oxşayırsanmı?
21. 
Tapşırıqları yerinə yetirdikdən sonra onların yaxşı olub-olmadığından narahatçılıq 
keçirirsənmi?
22. 
Sinifdə işləyərkən hər şeyi yaxşı yadda saxladığına əminsənmi?
23. 
Məktəbdə müəllimin sullarına bəzən cavab verə bilmədiyin yuxuna girirmi?
24. 
Uşaqların çoxunun səninlə dostluq etdiyi doğrudurmu?
25. 
Sənin ev tapşırıqlarının sinif yoldaşlarına nümunə göstəriləcəyini bilsən, daha səylə 
çalışardınmı?
26. 
Tez-tez arzu edirsənmi ki, səndən dərsi soruşan zaman az həyəcan keçirəydin?
27. 
Tez-tez mübahisəyə girməkdən qorxursanmı?
28. 
Müəllim sənin dərsə hazırlığını yoxlayacağını bildirdikdə, ürəyinin güclü
döyündüyünü hiss edirsənmi?
29. 
Sən yaxşı qiymətlər aldıqda dostlarından kiminsə sənin özünü gözə soxduğunu 
düşündüyü hallar olurmu?
30. 
Sinif yoldaşların səninlə oxuyan uşaqlardan birinə xüsusi diqqətlə yanaşdıqda özünü 
yaxşı hiss edirsənmi?
31. 
Sənin incidildiyin barədə bəzi sinif yoldaşlarının nə isə danışdığı hallar olurmu?
32. 
Sən necə düşünürsən, dərslərini oxumayan uşaqlar sinifdəki mövqelərini itirirmi?
33. 
Sinif yoldaşlarının çoxunun əhəmiyyət verməməsi sənə pis təsir edirmi?
34. 
Mənasız adam kimi görünməkdən tez-tez qorxursanmı?
35. 
Müəllimlərinin sənə münasibətindən razısanmı?
36. 
Sinif yoldaşlarının anaları kimi sənin anan da gecə şənliklərinin təşkilində sənə kömək 
edirmi?
37. 
Ətrafdakı adamların sənin haqqında nə isə düşünməsindən həyəcanlanırsanmı?
38. 
Gələcəkdə indikindən daha yaxşı oxuyacağına arxayınsanmı?
39. 
Digər sinif yoldaşların kimi özünün də yaxşı geyindiyini hesab edirsənmi? 40. Dərsdə 
cavab verdiyin vaxt başqalarının sənin barədə nə düşünmələri səni narahat edirmi?
41. 
Sinifdəki başqa uşaqlardan qabiliyyətlərinə görə seçilən uşaqlar hər hansı üstün 
hüquqlara malik olmalıdırmı?
42. 
Sinif yoldaşlarından bəziləri onlardan yaxşı olduğuna görə sənə paxıllıq edirlərmi?


43. 
Sinif yoldaşlarının sənə qarşı münasibətindən razısanmı?
44. 
Müəllimlə təkbətək qalanda özünü yaxşı hiss edirsənmi?
45. 
Davranışına və xarici görkəminə görə sinif yoldaşlarının sənə güldükləri vaxtlar 
olubmu?
46. 
Başqa uşaqlarla müqayisədə məktəb işlərinin çox olmasının səndə narahatçılıq 
yaratması barədə fikirləşirsənmi?
47. 
Səndən dərsi soruşduqda cavab verə bilmədiyinə görə az qala ağlayacağını hiss 
edirsənmi?
48. 
Gecələr yataqda uzanarkən hərdən narahatçılıqla sabah məktəbə nələrin baş 
verəcəyi haqqında narahatçılıq keçirirsənmi?
49. 
Çətin tapşırıqlar üzərində işləyərkən hiss edirsənmi ki, əvvəllər yaxşı bildiyin şeyləri 
indi tamamilə unutmusan?
50. 
Tapşırıqlar üzərində işləyərkən əlinin yüngülcə titrədiyini hiss edirsənmi?
51. 
Müəllim sinifdə tapşırıq verməyə hazırlaşdıqda əsəbləşməyə başladığını hiss 
edirsənmi?
52. 
Məktəbdə biliklərinin yoxlanılması səni qorxudurmu?
53. 
Müəllim sinfə tapşırıq verməyə hazırlaşdığı vaxt, onların öhdəsindən gələ 
bilməyəcəyinə görə qorxu hiss edirsənmi?
54. 
Sinif yoldaşlarının bacardıqlarını sənin bacarmadığın hərdən yuxuna girirmi?
55. 
Müəllim yeni materialı izah edərkən sənə elə gəlirmi ki, sinif yoldaşların dərsi səndən 
yaxşı başa düşür?
56. 
Məktəbə gələrkən müəllimin sənə yoxlama işi verə biləcəyi barədə fikirləşdikdə 
narahatçılıq keçirirsənmi?
57. 
Tapşırıqları icra edərkən adətən onu pis yerinə yetirdiyini hiss edirsənmi?
58. 
Müəllim səni lövhədə işləmək üçün çağırdıqda yüngülcə əllərin əsirmi?
Nəticələrin işlənilməsi və interpretasiyası
 
Nəticələrin işlənilməsi zamanı testin açarı ilə uyğun gəlməyən cavablar müəyyən edilir. 
Məsələn, 58-ci suala uşaq “hə” cavabını vermişdir. Açarda isə bu sualın qarşısında “-” işarəsi 


qoyulmuşdur ki, bu da “yox” deməkdir. Açarla uyğun gəlməyən cavablar həyəcanlılığın 
təzahürüdür.
Əgər uşağın verdiyi cavabların 50%-i açarla uyğun gəlmirsə, bu onun 

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə