Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə42/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   38   39   40   41   42   43   44   45   ...   75



İKİNCİ BÖLMƏ


VƏTƏNƏ DÖNÜŞ
Bir ailənin və buna bənzər minlərlə ailənin suçu yurd sevdası, azadlıq və
müstəqilliyi hər şeydən yüksək tut​ma​ları, doğulub yaşadıqları yerlərin ruhunu və
xatirəsini yadellilərdən qorumaq istəyidir. Bir gecədə vaqonlara doldurularaq
sürülmələrinə, qalan bütün ömürlərini qürbətdə çü​rütmələrinə hökumətin
uydurduğu səbəblərin hamısının bir adı var: Allahsızlıq.
Atalar ölüb getmiş, oğullar yaşa dolmuşdu, nə​vələrin ərsəyə gəlib dünyanı dərk
edən və öz qədərləri ilə bağlı böyükləri sorğu-suala tutan çağlarıydı. Əvvəlki
nəsillər o qədər faciələr yaşamış, o qədər qorxu, haqsızlıq görmüşdü ki, “bizim
günahımız nədir?” deyə soruşmağa cəsarəti qalmamışdı. Başda yoldaş Bığı bəy
olmaqla şanlı partiya və hökumət belə məsləhət görürsə, belə də olmalı imiş! Hər
hansı başqa fikir dövlətin iradəsinə qarşı çıxmaqdır. Əsl sovet vətəndaşının, başı
yerində olan adamın partiyanın qərarlarına şübhə ilə yanaşmasının, onu təftiş
etməsinin nəticəsini hamı bilirdi: “Əks inqilabçılıq”, “Xalq düşmənçiliyi”.
Ancaq 80-ci illər gəlişi ilə buzları əritmiş, pə​rəstişkarlıq və ehkamçılığın
gizlinləri üstündən bər-bəzəkli pərdələri cırıb atmışdı.
Ölkənin qanlı qırğınlarla, xəyanətlərlə, milli düş​mən​çiliklə dolu keçmişinin,
alayarımçıq olsa da, təh​lili yavaş-yavaş əya​lətlərə, ailələrə də yayılırdı; hətta
bütün dünyadan gizlədilərək bu sonsuz və min illər boyu yaşanılmayan çöllərin
dərinliyinə atılmış sürgün əhlinin insan gücünün fövqündə olan zəhməti ilə indi-
indi yaradılmış qəsəbə və kəndlərinə də gəlib çatır, adamların qırışığı açılırdı.
Bunun göstərgələrindən biri hədd-buluğa çatan yeni​yetmə​lərin imkan düşən kimi
vətənə, babalarının doğulduğu və indi boş qalmış, adını eşidib üzünü görmədikləri
kəndlərə can atmaları, öz vətənlərinin ali məktəblərində oxumaq istəkləri idi.
Görünür adamları da quşlar, balıqlar kimi yozumu çətin olan sirli bir instinkt idarə
edir. Lap xarabalığa çevrilsin, daldalanmağa salamat guşəsi qalmasın, yolları
dağılsın, gedib-gəlmək it əzabına dönsün, fərqi yoxdur, vətən vətəndir.
Böyüklərdən eşitdikləri xatirələri ilə, nəsil-nəsil doğmalara qucaq açmış
qəbiristanları ilə, dağı, daşı, havası, suyu ilə çəkir. Uzun və ağır sürgün illərində
yurd xatirələri böyüklərə güc verib, uşaqların ən şirin və dönə-dönə dinlədikləri
nağılları olub.
Murad da bu nağıllarla böyümüşdü. Orta mək​təbin buraxılış sinfində ürəyini
atasına açmışdı:
– Qismət olsa, vətəndə oxuyacağam, bəlkə sonra orda da işlədim. Lap elə gedib


öz kəndimizdə ocağımızı təzədən yandıraram.
– Qızılqayada kim qalıb ki, oğul?! Sən dağda yaşamamısan, şəraitini bilmirsən, nə
iş görə bilərsən oralarda?
– Axı özün deyirdin kəndimizdən köçürülənlərin bəzi​ləri son illərdə geri qayıdır.
– Mən də ordan-burdan eşidirəm, düzdü, yalandı, bil​mirəm. Qayıdanlar var,
deyirlər, ancaq rayon mərkəzində qalırlar. Çünki sərhədçilər hələ də icazə
vermirlər köhnə yerlərində ev tikib məskunlaşmağa. Hökumət idarələrinə ayaq
döyməkdən canları boğaza yığılıb.
– Mən universiteti qurtarana icazə verərlər.
– Allah ağzından eşitsin!
Əlican kişi ürəyində oğlunun qərarına sevinirdi. Ancaq razılıq verməyə
tələsmirdi, bir yandan da arvadı Mü​nəvvəri yola gətirmək olmurdu:
– Mən oğlumun niyyətini gözündə qoya bil​mərəm, ancaq... – deyən Münəvvərin
yerli-yataqlı fikirləri Əlicanın düşüncələrini alt-üst edirdi: – Get deyirsən, getsin!
Gözünə böyük görünür oğlun, fi​kir​ləşmirsən ha vaxt böyüdü. 17 yaşlı uşağı tək-
tənha ta​nımadığı bir şəhərə buraxmağa ürəyin necə gəlir? Qohum yox, qardaş yox,
harda qalacaq, kim baxacaq ona?
Düz sözə nə deyəsən? Kənardan onları dinləyən Muradın da cavabı hazırdı:
– Narahat olma, ana, küçədə qalmaram, universitetin yataqxanası da olar yəqin
ki... Oxumağımda çətinliyim olmayacaq, bilirsən, yəni təqaüd də alacam, hətta
ucuzvari bir otaq da kirəliyə bilərəm. Ehtiyacım olsa, gecələr işləyərəm. Oxumaq
istəyən gərək bu əziyyətlərə dözsün. İllər uzunu burda “bizim dağlar” deyib
sızıldamısınız. Beynimizdə sizin söhbətlərdən yaranmış xəyali bir vətən var.
Böyüklərimiz nə çəkiblər orda, fərqi yoxdur, bizim təsəvvürümüzdə o boşaldılan
yerlər bir cənnətdir. Mən də gedib tapacağam o cənnəti, görüm orda nə sirr var ki,
illərdən sonra da unudulmur.
Haqq dünyasına qovuşmuş babasının söhbətlə​rinin Muradın yaddaşında dərin iz
buraxması və bəlkə də elə buna görə vətəndə oxumaq istəməsi Müsavat hökuməti
zamanında Ərdəbildə dini təhsil alsa da, o dövrdə dünyada baş verən hadisələrin
təsiri altında mütərəqqi düşüncəli, ayıq bir adam kimi yetişmiş, Bakı mə​dənində
işləyən bir qohumunun söhbətlərindən milli hökumətə ürəyində böyük rəğbəti olan
və o hökumətin tez yıxılmasından dərin sarsıntı keçirən Əlican kişiyə xoş gəlirdi.
Məktəb rusca olsa da, evdə uşaqlarla ancaq azərbaycanca danışırdı, dili
unutmalarına imkan verməmişdi. Son vaxtlar kənd camaatının tələbiylə məktəbdə
ayrıca Azərbaycan dili fənnini də proqrama salmış​dılar. Necə deyərlər, uşaqların
vətən sevgisi yerindəydi. Sürgündə taledən qisas almağın bir yolu da bu idi:
“Məni hara atırsan at, kökümü unutmaram”. Buna görə də imkan düşdükcə


övladlarının qulaqlarını böyüdükləri yerin xatirələri, yadda qalan əhvalatları ilə
doldurardılar. Tək Murad deyildi, digər oğulları Fikrət, Fərhad və Nicatın, qızları
Nisan və Aycanın hamısı uzaq Azərbaycan haqqında söhbətlərə həmişə aludəlik
və dərin bir həsrətlə qulaq asardılar, bu söhbətlər onların ən gözəl nağılları idi.
Sinifdən-sinfə keçdikcə, özəlliklə Bakıdan gətirilən dərsliklərdən və əllərinə
düşən başqa kitablardan baba yurdu haqqında nə varsa, acgözlüklə öyrənirdilər.
Məsələn, hamısı bilirdi ki, Nisanın adını babası qoyub, təkcə aprel ayında
doğulduğuna görə yox, həm də vaxtilə özünün də iştirakçısı olduğu milli hərəkat
nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ilin faciəli tarixi ilə bağlı
olduğuna görə. Atası Azərbaycanda adlarının yasaq edilməsini nəzərə almadan, öz
nəvələrinə Əhməd Cavad, Hüseyn Cavid adlı şairlərdən, milli hökuməti
dəstəklədiyinə görə Bakıda öldürülən və ya Sibirə sürülən ziyalıların qohum-
əqrəbalarının hələ indiyə kimi Qazaxıstanda yaşadığından danışar, bu yolla
özlərinin sürgündə olduqlarının ağrısını azaltmağa, tez-tez eşitdiyi suallara dolayı
yolla cavab verməyə çalışar və Nisanın yadında qalsın deyə, Əhməd Cavaddan
misallar çəkərdi.
Mən hər gələn nisan üçün,
Pək çox həsrətlər saxlaram.
Hər gələn bir mayıs üçün,
Vətən ağlar, mən ağlaram.
Qazaxıstan və Sibir böyükdür, yolsuz-izsiz yerdə məskunlaş​mışdılar, ancaq Allah
istəyəndə havadan, sudan, buludlardan da xəbər göndərilir. Məsələn, Çu
vilayətində yurd salmış azərbaycanlıların Qazaxıstanın başqa bölgələrində,
Qırğızıstanda, Özbəkistanın Amu-Dərya rayonunda yaşayan həmyerliləri ilə
əlaqələri vardı. Ürəkləri əsə-əsə qohum əqrəbalarını soraqlaşıb tapır və bu
ağlasığmaz vəhşiliyin, nifrətin səbəbini dərk etməyə çalışırdılar. Çünki bəzi
ailələri sürgünə göndərməklə ürəkləri soyumamışdı, həm də onları pərən-pərən
salmışdılar, ər bir yerə gedəndə arvadı başqa yerə göndərmişdilər. Bir qardaş Öz​-
bə​kistana, bir qardaş Sibirə; ata Həştərxana, oğul Qaraqandaya... Sadalamaqla
bitirmək olmaz.
Qonşular danışırdı ki, Stalin Orta Asiyada yaşayan özbəklərin də başına bu
faciəni gətirmişdir. On​ları da tərsinə, Qafqaz tərəflərə göndərmişlər.
Özbəkistandan basmaçı nəsli adına sürülənlər Rusiyanın cənubundakı Noqay və
Kalmık səhralarına, Ukraynaya dağıdılırmış.
Naxçıvandan Əlicangillə eyni vaxtda sürülmüş qonşu bir hadisəni tez-tez


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə