Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə26/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   22   23   24   25   26   27   28   29   ...   48

yaratmağı eyni dərəcədə tələb edir.

Bəzi hallarda ATƏT dövlətləri ciddi maliyyə çatışmazlıqları ilə rastlaşırlar ki, 

bu  da  onların  təhsil  siyasətini  və  milli  azlıqların  rifahı  üçün  proqramlarını 

gerçəkləşdirmək  imkanlarına  obyektiv  şəkildə  maneçilik  törədə  bilir.  Bəzi 

hüquqların  təcili  yerinə  yetirilməli  olmasına  baxmayaraq,  dövlətlər  mümkün 

resurslardan, o cümlədən, iqtisadi, sosial və mədəni hüquqlar barədə Beynəlxalq 

paktın  2-ci  maddəsinin  ruhuna  uyğun  beynəlxalq  yardım  və  əməkdaşlıq 

resurslarından maksimum istifadə etməklə milli azlıqların hüquqlarının tədricən 

reallaşmasına cəhd göstərməlidirlər.

Dcscntralizasiya və iştirak

_Milli azlıqların müdafiəsi  barədə Çərçivə Konvensiyasının  15-ci maddəsində,

ATƏM-in  insan  ölçüsü  üzrə  Konfransının  Kopenhagen  müşavirəsi  Sənədinin 

30-cu  paraqrafında  və  milli,  yaxud  etnik,  dini  və  dil  azlıqlarının  hüquqları 

barədə  BMT  Bəyannaməsinin  3-cü  maddəsində  milli  azlıqların  qərar  qəbulu 

prosesində,  xüsusən  bilavasitə  onlara  aid  məsələlərin  nəzərdən  keçirilməsində 

milli  azlıqların  iştirakının zəruriliyi qeyd olunur.

Qərar  qəbulu  prosesində,  xüsusən  də  bu  qərar  azlıqlara  aiddirsə,  səmərəli 

iştirak  demokratik  prosesin  vacib komponentlərindəndir.

Yerli  və  bölgə  səviyyələrində  təhsil  prosesinə  azlıqlara 

aid  dərs 

proqramlarının hazırlanması da daxil olmaqla valideynlərin fəal cəlb olunması, 

milli  azlıqları  təmsil  edən  idarələrin  səmərəli  iştirakı  dövlət  tərəfindən,  milli 

azlıqların  dövlət  işlərinə,  o  cümlədən  azlıqların  müdafiəsi  və  onların 

özünəməxsusluqlarının təşviqi işində səmərəli iştirakının əhəmiyyətini qeyd edən 

Kopenhagen  sənədinin  35-ci  paraqraftnın  ruhunu  uyğun  şəkildə  təşviq 

olunmalıdır.

İctimai və özə)  idarələr

Mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  paktın  27-ci  maddəsi 

azlıqların  öz  dillərindən  onların  qruplarının  digər  üzvləri  ilə  birlikdə  istifadə 

etmək  hüququndan  danışır.  İqtisadi,  sosial  və  mədəni  hüquqlar  haqqında 

Beynəlxalq  paktın  13-cü  maddəsi  valideynlərə  öz  uşaqları  üçün  hakimiyyətin 

təsis elədiyi məktəblərdən  başqa məktəblər seçmək hüququna zəmanət verir.  Bu 

maddə  eyni  zamanda  şəxslərin  və  təşkilatların  dövlətin  müəyyənləşdirdiyi 

təhsilin  minimal standartlarına cavab verən alternativ  təhsil idarələri  yaratması 

və  köməklik  etməsi  hüququna  zəmanət  verir.  Milli  azlıqların  müdafiəsi 

haqqında  Çərçivə  Konvensiyasının  13-cü  maddəsi  azlıqların  özlərinin  xüsusi 

təhsil  idarələrini  yaratmaq  və  idarə  etmək  hüququndan  danışır,  baxmayaraq, 

dövlət  bu  idarələri  maliyyələşdirməyə cavabdeh deyildir.  Kopenhagen Sənədinin 

32-ci maddəsi  bu  idarələri  maliyyələşdirməyi dövlətin  üzərinə öhdəçilik qoymur, 

amma müəyyənləşdirir ki, bu idarələr "milli qanunvericiliyə uyğun şəkildə dövlət 

yardımı  axtara"  bilərlər.

Milli azlıqların təhsil də daxil olmaqla özlərinin idarələrini yaratmaq və idarə 

etmək  hüququ  beynəlxalq  hüquqda  yaxşı  əsaslandırılıbdır  və  beləcə  də  qəbul 

olunmalıdır. Bu prosesləri inzibatı baxımdan və özünün qanunvericiliyinə uyğun 

şəkildə müşahidə etmək hüququnun olmasına  baxmayaraq, dövlət əməli şəkildə 

mümkünsüzləşdirən  əsaslandırılmamış  tələblər  irəli  sürməklə  milli  azlıqların 

özlərinin  şəxsi  təhsil  idarələrini  yaratmaq  hüququnun  gerçəkləşdirilməsinə 

maneəçilik  törətməməlidir.

Dövlətin  bu  özəl  idarələrin  maliyyələşdirilməsini  formal  öhdəsinə

62

götürməməsinə  baxmayaraq,  onların  yerli  və  beynəlxalq  mənbələrdən  vəsait 



axtarışlarına maneəçilik törətməməlidir.

Azlıqların ibtidai və orta səviyyələrdə təhsili

Azlıqların  dillərində  təhsilə  aid  beynəlxalq  sənədlər  bəyan  edirlər  ki, 

azlıqların  özlərinin  özünəməxsusluqlarına  doğma  dilləri  vasitəsi  nəinki 

köməklik  göstərmək  hüquqları  var,  onların  eyni  zamanda  dövlət  dilini 

öyrənmək  yolu  ilə  geniş  milli  cəmiyyətə  inteqrasiya  olmaq  və  onun  həyatında 

iştirak etmək hüququ da  vardır.

Yuxarıda  deyilənlərə  istinad  etsək,  ATƏT  ölkələrində  milli  azlıqların 

çoxdillilik  uğurlarına  həm  milli  azlıqların  müdafiəsinə,  həm  da  onların 

inteqrasiyasına  aid  beynəlxalq  sənədlərin  məqsədə  çatdığının  ən  səmərəli 

yollarından biri kimi baxıla bilər. İbtidai və orta təhsilə aid tövsiyyələr azlıqların 

dil  təhsili  siyasətinin  inkişafına  və  uyğun  proqramların  gerçəkləşdirilməsinə 

xidmət edənə rəhbərlik kimi nəzərdə tutulubdur.

Belə  yanaşma  təhsil  sahəsində  tədqiqatlara  əsaslanır  və  uyğun  beynəlxalq 

normaların  realist yozumunu  nəzərdə tutur.

Belə  yanaşmanın  səmərəliliyi  bir  sıra  faktorlardan  asılıdır.  Birinci  səviyyə 

ondan  ibarətdir  ki,  belə  yanaşma  doğma  dildən  təlim  vasitəsi  kimi  istifadə 

etməklə  azlıqların  daha  zəif  dillərini  gücləndirir.  Başqa  faktor  ikidilli 

müəllimlərin  bu  prosesə cəlb olunması səviyyəsidir.

Bundan  başqa,  azlıqların dillərininin  və dövlət  dilinin  12  illik  təlimdə tədris 

olunduğu  və  nəhayət,  uşağın  təhsilinin  müxtəlif  mərhələlərində  hər  iki  dildən 

optimal istifadə edildiyi səviyyəni də nəzərə almaq  lazımdır.

Belə  yanaşma  azlıqların  daha  zəif  dillərinin  inkişafı  üçün  zəruri  məkan 

yaradılması  ilə bağlıdır.  Bu  yanaşma  məqsədi  yalnız dövlət  dilində  təhsilə ilkin 

keçidi  yüngülləşdirmək  naminə  azlıqlara  dillərin  ləlim  edilməsi  və  ya azlıqların 

dillərində  minimal  təhsili  gerçəkləşdirmək  olan  başqa  yanaşmalarla  kəskin 

kontras  təşkil edir.

Dərs  kursu  yalnız  dövlət  dilində  tədris  edilən  və  azlıqların  uşaqları  sinifdə 

çoxluğun  uşaqlar  ilə  tam  inteqrasiya  olan  yanaşma  beynəlxalq  standartlara 

uyğun deyildir.

Bütün  təlim  prosesi  boyu  ləlimin  azlıqların  doğma  dilində  aparıldığı  və 

çoxluğun dili ya keçilməyən ya da az dərəcədə keçilən "milli" məktəblərə də bunu 

aid etmək olar.

Peşə məktəblərində azlıqlar üçün  təhsil

Kopenhagen  Sənədinin  34-cü  paraqrafında  əksini  tapmış  milli  azlıqlara 

mənsub şəxslərin doğma dilini öyrənmək və ya doğma dildə təhsil almaq hüququ 

xüsusi  predmetlər  üzrə  doğma  dildə  peşə  təhsili  almaq  hüququnu  da 

bildirməlidir.  ATƏT ölkələri  buna  aşkar cəhd göstərilən  və  arzulayanların  sayı 

haqq  qazandıran  yerdə  belə təhsilə bərabərlik  və  qeyri-diskriminasiya  ruhunda 

təminat  yaratmalıdırlar.

Digər tərəfdən  dövlətin  özünün  iqtisadi  və təhsil siyasətini  planlaşdırmaq  və 

nəzarət etmək  bacarığı  da ziyan görməməlidir.  Peşə məktəblərinin  məzunlarının 

öz  peşələrində  dövlət  dilində  danışmaq  imkanları  onlar  üçün  üstünlük  olacaq. 

Bu  onlara  həm  azlıqlar  toplaşmış  bölgədə,  həm  də  dövlətin  istənilən  yerində 

işləməyə  imkan  verəcək.  Məhsulun,  xidmətin  və  əməyin  sərbəst  hərəkətini 

nəzərdə tutan  bazar iqtisadiyyatına  keçid vaxtı  dövlət dilini  bilmək  sahəsindəki 

məhdudiyyət  dövlətin  işə  düzəltmək  imkanını  və  ümumi  iqtisadi  inkişafı

63



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə