Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə27/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   23   24   25   26   27   28   29   30   ...   48

çətinləşdirə  bilər.  Deməli,  milli  azlıqlar  üçün  peşə  təhsili  ehtiva  etməlidir  ki, 

tələbələr dövlət dilində (dillərində) uyğun  təhsil alırlar.

Azlıqların ali  təhsili

Əvvəlki  halda  olduğu  kimi,  Kopenhagcn  Sənədinin  34-cü  paraqrafında 

yazıldığı  doğma  dili  öyrənmək  və  ya  doğma  dildə  təhsil  almaq  hüququ  milli 

azlıqların  doğma  dillərində  ali  ləhsil  almaq  hüququnu  nəzərdə  tuta  bilər.  Bu 

halda da bərabər imkanlar və diskriminasiyaya yol verməmək prinsiplərinə, eyni 

zamanda cəmiyyətin ehtiyacına  və aızıı edənlərin kifayət sayda olmasına diqqət 

yetirilməlidir.  Dövlət  tərəfindən  maliyyələşdirmə  olmadıqda  azlıqların  öz  ali 

təhsil  idarəsini  yaratmaq azadlığı  məhdudlaşdırılmamalıdır.

_ Kopenhagcn  Sənədinin  35-ci  paraqrafı  azlıqların  yalnız  özünəməxsus­

luğunun  qorunmasında  deyil, eyni zamanda  təşviqində dövlətin  mühüm rolunu 

xüsusi  qeyd edir.  Yuxarıda qeyd edilənlərdən çıxış edərək, dövlət ehtiyac özünü 

göstərən  və  azlıqların  sayı  haqq  qazandıran  yerdə  azlıqların  dilində  ali  təhsili 

mümkünləşdirmok  imkanlarını  nəzərdən  keçirməlidir.  Bu  kontekstdə  doğma 

dildə təhsil müəllim hazırlığı  ilə məhdudlaşdırılmamalıdır.

Yuxanda  deyilənləri  müəyyənləşdirəndən sonra  bazar iqtisadiyyatına  keçən 

müddətdə dövlətin  qarşılaşdığı  maliyyə məhdudiyyətini  nəzərə almaq  lazımdır. 

Azlıqların  dillərində  ali  təhsilin  təmin  edilməsi  paralel  infrastruktur 

yaradılmasının sinonimi olmamalıdır.  Bundan  başqa, ali məktəblər səviyyəsində 

paralel  müəssisələrin  gücləndirilməsi  azlıqların  çoxluqdan  təcridinə  gətirib 

çıxara  bilər.  İnsan  hüquqlarının  Ümum  Bəyannaməsinin  26-cı  maddəsi  təhsilin 

məqsədinin  millət,  irqlər  və dini qruplar  arasında  anlaşılmaya, dözümlülüyə  və 

dostluğa  yardım  göstərilməsi  olduğunu  qeyd  edir.  Bu  maddənin  ruhunu  və 

inteqrasiyasının  məqsədini  nəzərə  almaqla  demək  olar  ki,  çoxluq  və  azlıqların 

intellektual  və  mədəni  inkişafı  bir-birindən  tədric  olunmuş  şəkildə  baş 

verməməlidir.

Dərs proqramlarının hazırlanması

İkinci  Dünya  Müharibəsinin  axırlarından  qəbul  olunmuş  çoxsaylı 

beynəlxalq  sənədlər  təhsilin  məqsədinə  xüsusi  əhəmiyyət  verir.  Bu  sənədlərə 

əsasən  təhsil yalnız akademik  və ya  texniki  hazırlığın  təminatı  üçün zəruri deyil, 

eyni zamanda dözümlülük, plüralizm, faşizmə qarşı dözümsüzlük, beynəlxalq və 

icmalararası harmoniya kimi dəyərlərin təsdiqi üçün zəruridir.  Belə tələblər milli 

azlıqlar  yaşayan  dövlətlərin  öhdəsinə xüsusi  məsuliyyət  qoyur.  Bu  dövlətlərdə 

qruplar  və etniklərarası  birgəyaşayış  və harmoniya  həm  də  regionda  sülhün  və 

sabitliyin saxlanılmasının əsas  faktorudur.

Milli və ya etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında 

BMT-nin  Bəyannaməsinin  4-cü  maddəsində  dövlətdən  tələb  olunur  ki, 

"ərazilərindəki  mövcud  azlıqların  öz  tarixlərini,  ənənələrini,  dillərini  və 

mədəniyyətlərini  bilmələrinə  təşviq  elsin".  Milli  azlıqların  müdafiəsi  haqqında 

Çərçivə  Konvensiyasının  12-ci  maddəsi  dövlətlərdən  tələb edir ki, "onların  milli 

azlıqlarının  mədəniyyətini,  tarixini, dilini  və dinini  bilməni  təşviq etsinlər".

ATƏM-in  insan  ölçüləri  üzrə  Kopenhageıı  müşavirəsi  Konfransının 

Sənədinin  34-cü  paraqrafında  belə  bir  tələbdən  danışılır  ki,  dövlətlərin  məktəb 

təhsil proqramında "həm də milli azlıqların  tarixi və mədəniyyəti nəzərə alınsın".

Bu  tələblər  dövlətlərin  öhdəsinə  öz  sərhədləri  daxilində  yaşayan  müxtəlif 

milli  azlıqların  tarixi  və  ənənəsinin  öyrənilməsi  üçün  məktəb  proqramında  yer 

ayırmaq  vəzifəsini  qoyur.  Amma  dövlət  hakimiyyəti  uyğun  milli  azlıqların

64

iştirakına  lazımi  diqqəti  yetirmədən  bunu  özləri  do  edə  bilər.  Belə  yanaşma 



məsləhət  bilinmir və mənfi nəticələri ola bilər.

Milli  azlıqların  müdafiəsi  haqqında  Çərçivə  Konvensiyasının  15-ci  maddəsi, 

ATƏM-in  insan  ölçüləri  üzrə  Kopenhagcn  müşavirəsi  Konfransının  Sənədinin 

30  paraqrafı  və  milli  və  ya  etnik,  irqi  və  dil  azlıqlarına  mənsub  şəxslərin 

hüquqları  haqqında  BMT  Bəyannaməsinin  3-cü  maddəsi  milli  azlıqların  qərar 

qəbulu  prosesində,  xüsusən  nəzərdən  keçirilən  məsələlərin  birbaşa  onlara  aid 

olduğu hallarda  iştirakının  zəruriliyini qeyd edir.

Azlıqların  dillərində  dərs  proqramlarının  hazırlanması  üzrə  mərkəzlərin 

yaradılması  bu  ikili  prosesi  yüngülləşdirər  və  onu  keyfiyyətlə  və  peşəkarlıqla 

təmin edər,

Yckuıı qeydlər

Azlıqların  təhsil  hüququ  problemi  ATƏT-in  bir  sıra  dövlətləri  üçün 

mürəkkəb məsələdir.  Bununla belə, təhsil prosesi vasitəsi ilə iştirakçı  dövlətlərdə 

müxtəlif icmalar arasında qarşılıqlı hörməti və anlaşılmanı gücləndirmək  və ona 

səmərəli təsir göstərmək  mümkündür.

Hazırda  bu  məsələnin  həssaslıq  tələb  edən  təbiətindən  çıxış  edərək  və  insan 

hüquqları  ilə  bağlı  beynəlxalq sənədlərdəki  normaların  bu  və  ya  digər dərəcədə 

qeyri-müəyyən  və  ümumi  xarakterini  nəzərə  alaraq  ümid  etmək  olar  ki,  silsilə 

tövsiyyələrin  işlənməsi  azlıqların  təhsil  hüquqları  məsələlərinin  daha  yaxşı 

anlaşılmasına  və  yanaşılmasına  töhfə  verəcəkdir.  Haaqa  tövsiyyələıi  dolğun 

yekun  kimi  düşünülməyibdir.  Bu  tövsiyyələr  dövlətlərə  azlıqlarla  bağlı  təhsil 

məsələləri  siyasətinin  hazırlanması  prosesində  kömək  ola  biləcək  ümumi  əsas 

kimi istifadə üçün nəzərdə tutulubdur.

65



MİLI.l  AZLIQLARIN  DİL HÜQUQLARI  HAQQINDA 

OSLO TÖVSİYYƏLƏRİ

Ad  vo yer adları

1)  Milli  azlıqlara  mənsub  şəxslərin  öz  adını,  soyadını  və  atasının  adım  öz 

ənənələrinə  və  linqvistik  sistemlərinə  uyğun  doğma  dilində  işlətmək  hüququ 

vardır;  bu  ad, soyadı  vo ala  adı  rəstnən  lanınır və dövlət  hakimiyyəti  tərəfindən 

istifadə olunur.

2)  Milli  azlıqlara  mənsub şəxslər  tərəfindən  yaradılan  mədəni  assosiasiyalar 

vo  müəssisələr  kimi  özəl  təşkilatlar da  öz adlarına  münasibətdə eyni  hüquqdan 

istifadə edirlər.

3)  Milli  azlıqlara  mənsub  şəxslərin  əksəriyyət  təşkil  etdiyi  vilayətlərdə  və 

əsaslı  ehtiyac  olduğu  yerdə  dövlət  hakimiyyəti  yerli  adların,  küçə  adlarının  və 

əhali üçün digər topoqrafik göstəricilərin həm də azlıqların dilində yerləşdirmək 

üçün  tədbir görürlər.

„ 

Din


4)  Oz  dininə fərdi,  yaxud  birgə etiqad  vaxtı  hər  bir insanın  seçiminə uyğun 

dildən (dillərdən) istifadə etmək  hüququ ' ’ardır.

5) Mülki vəziyyətlə əlaqəli və mövcud dövlətdə qanuni gücü olan dini ayinlər 

və aktlar  üçün  dövlət  belə vəziyyətə aid sertifikatların  və sənədlərin  rəsmi və ya 

dövlət dilində də olmasını  tələb edə bilər.  Dövlət eyni zamanda mülki  vəziyyətə 

aid yazıların  dini  hakimiyyət  tərəfindən həm də rəsmi  dildə və ya  dövlət dilində 

aparılmasına  tələb edə bilər.

Cəmiyyətin həyatı və qeyri-hökumət  təşkilatlan

6) Azlıqlara mənsub şəxslər də daxil olmaqla bütün insanların  özünün qeyri- 

hökumət  təşkilatını,  assosiasiyasını  vo  müəssisəsini  yaratmaq  və  idarə  etmək 

hüququ  vardır.  Bu  qurumlar  seçimlərinə  uyğun  dildən  (dillərdən)  istifadə  edə 

bilərlər.  Dövlət  dil  əsasında  bu  qurumlara  qarşı  diskriminasiya  gerçəkləşdirə 

bilməz və bu qurumların dövlət büdcəsindən, beynəlxalq mənbələrdən və ya özəl 

sektordan  maliyyə  mənbəyi  axtarmaq  hüquqlarlarını  əsassız  şəkildə 

məhdudlaşdıra  bilməz.

7)  Əgər dövlət  başqa  sahələrlə yanaşı sosial,  mədəni  və  idman  sahələrindəki 

fəaliyyəti  fəal  dəstəkləyirsə,  dövlətin  ayırdığı  bütün  resursların  ədalətli  hissəsi 

milli  azlıqlara  mənsub  şəxslərin  cəhd  göstərdikləri  belə  fəaliyyətin 

dəstəklənməsinə gedir.  Milli  azlıqlara  mənsub şəxslərin dilində (dillərində) olan 

fəaliyyətə  dövlət  maliyyə yardımı  belə  sahələrdə qeyri-diskriminasiya  əsasında 

göstərilir.

İnformasiya vasitələri

8)  Milli  azlıqlara  mənsub  şəxslərin  azlığın  dilində  özünün  informasiya 

vasitəsini yaratmaq  və istifadə etmək  hüququ  vardır.  Veriliş  vasitələrinin dövlət 

tənzimlənməsi  obyektiv  və  qeyri-diskriminasiya  meyarlarına  əsaslanır  və 

azlıqların  istifadə  hüquqlarını  məhdudlaşdırmaq  üçün  istifadə edilməməlidir.

9)  Milli  azlıqlara  mənsub  şəxslərin  ictimai  cəhətdən  maliyyələşdirilən 

informasiya  vasitələrində öz dilində veriliş vaxtına imkanı olmalıdır.  Milli, bölgə 

və  yerli  səviyyələrdə  mövcud  azlıqların  dilində  veriliş  üçiin  ayırılmış  vaxtın 

həcmi  və  keyfiyyəti  milli  azlıqların  sayına,  konscntrasiyasına  mütənasib 

olmalıdır və onun  vəziyyətinə, ehtiyacına  uyğun gəlməlidir.

66

10)  İctimai  və  özəl  informasiya  vasitələrində  milli  azlıqların  dilində 



(dillərində)  aparılan  proqramların  müstəqil  xarakteri  qorunur.  İctimai 

informasiya  vasitələrinin  proqramlarının  məzmununu  və  istiqamətlərini 

müşahidə edən  redaksiya  şuraları  müstəqil  olmalıdırlar  və  fərdi  şəxs  kimi  milli 

azlıqlara mənsub şəxsi  tərkiblərinə daxil etməlidirlər.

11)  Xaricdən  olan  informasiya  vasitələrindən  istifadə  imkanı  əsassız şəkildə 

məhdudlaşdırılmır.  Belə  imkan  milli  azlıqlar  yaşayan  dövlətlərdə 

ictimai 

cəhətdən  maliyyələşdirilən  informasiya  vasitələrində  azlıqlara  ayrılan  vaxtın 

azaldılmasına haqq  qazandırmamalıdır.

İqtisadi  həyat

12)  Milli  azlıqlara  mənsub  şəxs  də  daxil  olmaqla  bütün  şəxslərin  fərdi 

sahibkarlığı  seçiminə  uyğun  dildə  və  dillərdə  aparmaq  hüququ  vardır.  Dövlət 

rəsmi  dildən  və  ya  dövlətlərin  dilindən  qanuni  ictimai  maraq  -  işçilərin  və 

istehlakçıların müdafiəsi ilə, yaxud da müəssisə və dövlət hakimiyyəti arasındakı 

münasibətlərlə  bağlı  maraqlar  özünü  göstərdiyi  yerlərdə  əlavə  istifadəni  tələb 

edə bilər.

inzibati hakimiyyət  və ictimai  xidmətlər

13)  Milli  azlıqlara  mənsub  şəxslərin  çoxluq  təşkil  etdikləri  bölgələrdə, 

yerlərdə  və  istək  olduğu  halda  həmin  azlığa  mənsub  şəxsin  bölgə  və  _yerli 

hakimiyyət  idarələrindən  həm  rəsmi  dildə,  yaxud  dövlət  dillərində,  həm  də 

həmin  milli azlığın dilində  mülki  sənədlər və sertifikatlar  almaq  hüququ  vardır. 

Bölgə  vo  yerli  hakimiyyət  idarələri  uyğun  mülki  qeydləri  də  milli  azlıqların 

dilində beləcə aparırlar.

14)  Milli  azlıqlara  mənsub  şəxslərə  inzibati 

hakimiyyətlə  öz  dilindən, 

xüsusən,  bu şəxslərin arzularını  bildirdikləri və çoxluq  təşkil etdikləri  bölgələrdə 

və  yerlərdə  istifadəyə  uyğun  imkanlar  yaradılır.  İnzibati  hakimiyyət  mümkün 

olan  yerdə  milli  azlıqların  dilində  ictimai  xidmət  göstərməyi  təmin  edir.  Bu 

məqsəd üçün onlar  işçi  və təlim  üzıə uyğun siyasət və ya  proqram qəbul edirlər.

15)  Milli  azlıqlara  mənsub şəxslərin  çoxluq  təşkil etdikləri  bölgə  və  yerlərdə 

dövlət  bölgə  və  yerli  dövlət  orqanlarının  seçkili  üzvlərinin  bu  orqanlarla  bağlı 

fəaliyyətlərində  həm  də  milli  azlıqların  dilindən  istifadə  imkanı  təmin  etmək 

üçün  tədbirlər görür.

Müstəqil milli  institutlar

16)  Milli  azlıqlara  mənsub  şəxslərin  yaşadığı  dövlət  həmin  şəxslər  özlərinin 

dil  hüquqlarının  pozulduğunu  hesab  etdikləri  halda  məhkəmə  orqanlarına 

müraciətin  uyğun  imkanlarına  əlavə  olaraq  ombudsmenlər  və  ya  insan 

hüquqları üzrə komissiyalar kimi müstəqil institutlara müraciət imkanı ilə təmin 

etməlidir.

Məhkəmə hakimiyyəti

17)  Milli  azlıqlara  mənsub  şəxslər  də  daxil  olmaqla  bütün  şəxslərin  başa 

düşdükləri  dildə  həbslərinin,  yaxud  da  saxlanmalarının səbəbləri,  özlərinə qarşı 

ittihamların təbiəti və səbəbi haqqında təcili məlumat almaq, özünü həmin dildə, 

zəruri  hallarda  məhkəməyə  qədər,  məlikəmə  vaxtı  vo  kassasiya  zamanı 

tərcüməçi vasitəsi  ilə müdafiə etmək  hüququ  vardır.

18)  Milli  azlıqlara  mənsub  şəxslərin  çoxluq  təşkil  etdiyi  bölgələrdə  və 

yerlərdə,  istək  olduğu  halda  həmin  azlığa mənsub şəxsin  məhkəmə araşdırması 

vaxtı  öz  dilində,  zəruri  halda  pulsuz  tərcüməçi  vasitəsi  ilə  fikrini  bildirmək 

hüququ olmalıdır.

67



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə