104
əlinin üstünü (sürtərək), sağ əlinin ovcu ilə sol əlinin üst tərəfinə və üzünə
məsh etdi”. Abdullah (ona etirazını bildirib) dedi: “Məgər sən Ömərin,
Əmmarın bu sözü ilə razılaşmadığını görmədinmi?!” (Buxari 347, Muslim 368,
542, 844)
208. Əmmar İbn Yasir Ömər İbn Xəttaba dedi: “Yadındadırmı? İkimiz
səfərdə idik. Sən namaz qılmadın. Mən isə yerə uzanıb o üz-bu üzə çevrilərək
bədənimi torpağa sürtdüm, sonra da namazımı qıldım. Mən bunu Peyğəmbərə
xəbər verdikdə o: “Sənə belə etmək kifayət edərdi” deyib əllərini yerə
vurdu, sonra əllərinin içinə üfürdü, sonra da ovuclarını üzünə və biləyə qədər
(əllərinə) sürtdü. (Buxari 338, Muslim 368, 553, 846)
209. Əbu Cuheym İbn Haris əl-Ənsari rəvayət edir ki, Peyğəmbər Bir-
Cəməldən (Mədinə yaxınlığında yer) gələrkən qarşısına çıxan bir nəfər ona
salam verdi, lakin Peyğəmbər onun salamını almadı. Nəhayət, divara
yaxınlaşdı, (əllərini divara vurub) üzünə və əllərinə sürtdükdən sonra o
kimsənin salamını aldı. (Buxari 337, Muslim 369, 544, 848)
Müsəlmanın Nəcis Olmamasının Dəlili
210. Əbu Hureyra rəvayət edir ki, bir gün o, cənabətli olduğu halda Mədi-
nənin küçələrindən birində Peyğəmbərlə rastlaşdı. Peyğəmbərdən
aralanıb getdi, sonra da qüsl alıb geri qayıtdı. Peyğəmbər: “Harada idin, ey Əbu
Hureyra?” deyə soruşdu. (Əbu Hureyra): “Cənabətli idim. Odur ki, təmiz
olmadığım halda sənin yanında oturmaq istəmədim” deyə cavab verdi.
105
Peyğəmbər: “Subhanəllah! Mömin murdar olmaz” dedi. (Buxari 283, 285,
Muslim 824, 850)
Ayaq Yoluna Daxil Olduqda Nə Deyilir
211. Ənəs rəvayət edir ki, Peyğəmbər ayaqyoluna girərkən belə deyərdi:
“Allahummə Inni Əuzu Bikə Minəl-Xubsi Vəl-Xəbais - Allahım, pislikdən və
pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram!”. (Buxari 142, 6322,
Muslim 375, 563, 857)
Oturaraq Yatanın Dəstəmazının Pozulmamasına Dəlil
212. Ənəs demişdir: “(Bir dəfə) namaza iqamə verildi, Peyğəmbər isə hələ
də məscidin bir tərəfində kiminləsə gizli söhbət edirdi. O, namaz qılmaq üçün
ayağa qalxanda (əshabələrdən) bəziləri artıq yuxulamışdı.” (Buxari 642,
Muslim 376, 564, 859)
106
Namaz Kitabı
107
Azanın Başlanması
213. İbn Ömər rəvayət edir ki, müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra
(əvvəl-əvvəl) namaz vaxtını təqribi hesablayıb bir yerə toplaşardılar. Çünki o
vaxt heç kəs (camaatı) namaza çağırmırdı. Bir gün müsəlmanlar bu haqda
söhbət açdılar və onların bəzisi dedi: “Xristianlar kimi zəng çalın.” Bəziləri də:
“Yox, yəhudilər kimi buynuzabənzər bir alətdən istifadə edin” dedi. Ömər:
“Bəlkə bir adam təyin edəsiniz (camaatı) namaza çağırsın?”. Peyğəmbər: “Ey
Bilal, qalx, (camaatı) namaza çağır!” (Buxari 604, Muslim 377, 568, 863)
Azanın İki-İki İqamənin Tək Olmasının Əmr Edilməsi
214. Ənəs rəvayət edir ki: “Atəş qalamağı və zınqırov çalmağı zikr etdilər,
Yəhudi və Xristianları da zikr etdilər. Bilala Aznın sözlərini cüt sayda
İqamənin sözlərini tək sayda söyləməyi əmr olundu”. (Buxari 603, 3457,
Muslim 864, 867, 378/2)
Müəzzinin Sözlərinin Eşidənə Onu Təkrarlaması Sonra
Peyğəmbərə Salavat Gətirməsi Və Onun Üçün Vəsilə
İstəməsi
108
215. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər buyurdu: “Azanı
eşidəndə müəzzinin dediklərini təkrar edin”. (Buxari 611, Muslim 383, 574,
874)
Azanın Fəziləti Və Şeytanın Onu Eşitdikdə Qaçması
216. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Namaz üçün
azan veriləndə şeytan bərkdən yel buraxaraq qaçır ki, bu çağırışı eşitməsin,
azan qurtardıqda isə geri qayıdır. İqamə veriləndə yenə dönüb qaçır, iqamə
bitdikdə isə geri qayıdır və nəhayət, insanla onun qəlbi arasında dayanıb ona:
“Filan şeyi və filan şeyi yadına sal” deyərək (namazı qurtarana qədər) onun
yadına düşmədiyi şeyləri ona təlqin edir. Axırda o adam neçə (rükət) qıldığını
(yadına sala) bilmir”. (Buxari 608, Muslim 389, 585, 885)
Ehram Təkbirində, Rukuda Və Rukudan Qalxdıqda Əlləri
Çiyinlərə Qədər Qaldırmağın Müstəhəb Olması, Səcdədən
Qalxdıqda İsə Bunun Edilməməsi
217. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər belə edərkən gördüm:
“Namaza durduğu zaman əllərini çiyinlərinə qədər qaldırardı (Yəni,
Təkbirdə). Bu əməli həmçinin Rukuya getdikdə və Rukudan qalxdıqda da edər
və Səmiallahu Limən Həmidəh – deyərdi. Lakin Səcdədə belə etməzdi (əllərini
qaldırmazdı)”. (Buxari 736, Muslim 390, 587, 888)
Dostları ilə paylaş: |