Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə30/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   26   27   28   29   30   31   32   33   ...   228

 

 

104 



əlinin  üstünü  (sürtərək),  sağ  əlinin  ovcu  ilə  sol  əlinin  üst  tərəfinə  və  üzünə 

məsh  etdi”.  Abdullah  (ona  etirazını  bildirib)  dedi:  “Məgər  sən  Ömərin, 

Əmmarın bu sözü ilə razılaşmadığını görmədinmi?!” (Buxari 347, Muslim 368, 

542, 844) 

 







 

208.  Əmmar  İbn  Yasir    Ömər  İbn  Xəttaba    dedi:  “Yadındadırmı?  İkimiz 

səfərdə idik. Sən namaz qılmadın. Mən isə yerə uzanıb o üz-bu üzə çevrilərək 

bədənimi torpağa sürtdüm, sonra da namazımı qıldım. Mən bunu Peyğəmbərə 

  xəbər  verdikdə  o:  “Sənə  belə  etmək  kifayət  edərdi”  deyib  əllərini  yerə 

vurdu, sonra əllərinin içinə üfürdü, sonra da ovuclarını üzünə və biləyə qədər 

(əllərinə) sürtdü. (Buxari 338, Muslim 368, 553, 846) 

 



 



209.  Əbu  Cuheym  İbn  Haris  əl-Ənsari    rəvayət  edir  ki,  Peyğəmbər    Bir-

Cəməldən  (Mədinə  yaxınlığında  yer)  gələrkən  qarşısına  çıxan  bir  nəfər  ona 

salam  verdi,  lakin  Peyğəmbər    onun  salamını  almadı.  Nəhayət,  divara 

yaxınlaşdı,  (əllərini  divara  vurub)  üzünə  və  əllərinə  sürtdükdən  sonra  o 

kimsənin salamını aldı. (Buxari 337, Muslim 369, 544, 848) 

 

 

 

Müsəlmanın Nəcis Olmamasının Dəlili 

 

 



 

 



210. Əbu Hureyra   rəvayət edir ki, bir gün o, cənabətli olduğu halda Mədi-

nənin  küçələrindən  birində  Peyğəmbərlə    rastlaşdı.  Peyğəmbərdən   

aralanıb getdi, sonra da qüsl alıb geri qayıtdı. Peyğəmbər: “Harada idin, ey Əbu 

Hureyra?”  deyə  soruşdu.  (Əbu  Hureyra):  “Cənabətli  idim.  Odur  ki,  təmiz 

olmadığım  halda  sənin  yanında  oturmaq  istəmədim”  deyə  cavab  verdi. 



 

 

105 



Peyğəmbər:  “Subhanəllah!  Mömin  murdar  olmaz”  dedi.  (Buxari  283,  285, 

Muslim 824, 850) 

 

 

 

Ayaq Yoluna Daxil Olduqda Nə Deyilir 

 





 

211.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    ayaqyoluna girərkən  belə  deyərdi: 

Allahummə  Inni  Əuzu Bikə  Minəl-Xubsi  Vəl-Xəbais  -  Allahım, pislikdən  və 

pis  əməllərdən  (erkək  və  dişi  cinlərdən)  Sənə  sığınıram!”.  (Buxari  142,  6322, 

Muslim 375, 563, 857) 

 

 

 

Oturaraq Yatanın Dəstəmazının Pozulmamasına Dəlil 

 



 

212. Ənəs  demişdir: “(Bir dəfə) namaza iqamə verildi, Peyğəmbər  isə hələ 



də məscidin bir tərəfində kiminləsə gizli söhbət edirdi. O, namaz qılmaq üçün 

ayağa  qalxanda  (əshabələrdən)  bəziləri  artıq  yuxulamışdı.”  (Buxari  642, 

Muslim 376, 564, 859) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

106 



 



 

 

 

 



 

Namaz Kitabı 

 

 



 

 



 

 



 

 

107 



 

 

Azanın Başlanması 

 





 

213. İbn Ömər  rəvayət edir ki, müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra 

(əvvəl-əvvəl)  namaz  vaxtını  təqribi hesablayıb  bir  yerə  toplaşardılar. Çünki o 

vaxt  heç  kəs  (camaatı)  namaza  çağırmırdı.  Bir  gün  müsəlmanlar  bu  haqda 

söhbət açdılar və onların bəzisi dedi: “Xristianlar kimi zəng çalın.” Bəziləri də: 

“Yox,  yəhudilər  kimi  buynuzabənzər  bir  alətdən  istifadə  edin”  dedi.  Ömər: 

“Bəlkə  bir  adam  təyin  edəsiniz  (camaatı)  namaza  çağırsın?”.  Peyğəmbər:  “Ey 

Bilal, qalx, (camaatı) namaza çağır!” (Buxari 604, Muslim 377, 568, 863) 

 

 

 

Azanın İki-İki İqamənin Tək Olmasının Əmr Edilməsi 

 

 

214. Ənəs  rəvayət edir ki: “Atəş qalamağı və  zınqırov çalmağı zikr etdilər, 



Yəhudi  və  Xristianları  da  zikr  etdilər.  Bilala    Aznın  sözlərini  cüt  sayda 

İqamənin  sözlərini  tək  sayda  söyləməyi  əmr  olundu”.  (Buxari  603,  3457, 

Muslim 864, 867, 378/2)  

 



 

 

Müəzzinin Sözlərinin Eşidənə Onu Təkrarlaması Sonra 



Peyğəmbərə  Salavat Gətirməsi Və Onun Üçün Vəsilə 

İstəməsi 

 



 



 

 

108 



215.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Azanı 

eşidəndə  müəzzinin  dediklərini  təkrar  edin”.  (Buxari  611,  Muslim  383,  574, 

874) 

 

 



 

Azanın Fəziləti Və Şeytanın Onu Eşitdikdə Qaçması 

 



 

216.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Namaz  üçün 



azan  veriləndə  şeytan  bərkdən  yel  buraxaraq  qaçır  ki,  bu  çağırışı  eşitməsin, 

azan  qurtardıqda  isə  geri  qayıdır.  İqamə  veriləndə  yenə  dönüb  qaçır,  iqamə 

bitdikdə isə geri qayıdır və nəhayət, insanla onun qəlbi arasında dayanıb ona: 

“Filan  şeyi  və  filan  şeyi  yadına  sal”  deyərək  (namazı  qurtarana  qədər)  onun 

yadına düşmədiyi şeyləri ona təlqin edir. Axırda o adam neçə (rükət) qıldığını 

(yadına sala) bilmir”. (Buxari 608, Muslim 389, 585, 885) 

 

 

 

Ehram Təkbirində, Rukuda Və Rukudan Qalxdıqda Əlləri 



Çiyinlərə Qədər Qaldırmağın Müstəhəb Olması, Səcdədən 

Qalxdıqda İsə Bunun Edilməməsi 

 

 



 

217. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  belə edərkən gördüm: 



“Namaza  durduğu  zaman  əllərini  çiyinlərinə  qədər  qaldırardı  (Yəni, 

Təkbirdə). Bu əməli həmçinin Rukuya getdikdə və Rukudan qalxdıqda da edər 

və Səmiallahu Limən Həmidəh – deyərdi. Lakin Səcdədə belə etməzdi (əllərini 

qaldırmazdı)”. (Buxari 736, Muslim 390, 587, 888) 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə