Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə29/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   25   26   27   28   29   30   31   32   ...   228

 

 

100 





 

196.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    ənsardan  olan  bir 



nəfərə  xəbər  göndərib  yanına  çağırtdırdı.  O  adam  gəldikdə  (biz  onun) 

başından  damcı-damcı  su  töküldüyünü  (gördük).  Peyğəmbər:  “Deyəsən,  səni 

tələsdirdik?”  deyə  soruşdu.  O:  “Bəli!”  deyə  cavab  verdikdə,  Peyğəmbər   

buyurdu:  “Səni  tələsdirsələr  və  ya  yaxınlıq  edib  məni  axıtmasan,  dəstəmaz 

almaq sənə yetər.” (Buxari 180, Muslim 345, 521, 804) 

 

 



 

197. Ubey İbn Kəb  demişdir: “Yə Rəsulullah! Zövcəsi ilə cinsi əlaqəyə girən, 

sonra  da  məni  ifraz  etməyən  kişinin  hökmünü  soruşdum.  Peyğəmbər: 

“Qadından ona bulaşmış şeyi yusun, sonra dəstəmaz alsın və namazını qılsın”. 

(Buxari 293, Muslim 346, 522, 805) 

 



 



 

198.  Zeyd  İbn  Xalid    rəvayət  edir  ki,  mən  Osman  İbn  Əffandan  :  “Necə 

bilirsən, cinsi əlaqədə olub məni axıtmayan kəs nə etməlidir?” deyə soruşdum. 

Osman:  “Namaz  üçün  dəstəmaz  aldığı  kimi  dəstəmaz  almalı  və  cinsiyyət 

üzvünü  yumalıdır”  deyə  cavab  verdi,  sonra  da:  “Bunu  Peyğəmbərdən   

eşitdim” deyə əlavə etdi. (Buxari 179, 292, Muslim 347, 524, 807) 

 

 

 

(Su Sudandır) Hədisinin Nəsx Olunması Və İki Sünnət 



Olunmuşun Birləşməsi Zamanı Qüslun Vacib Olması 

 



 

199.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Kişi)  qadının 



dörd  əzası  arasında  oturub  onunla  cinsi  əlaqəyə  girərsə,  (hər  ikisinə)  qüsl 

etmək vacib olar.” (Buxari 291, Muslim 348, 525, 809) 




 

 

101 



 

 

Odda Bişən Şeylərə Görə Dəstəmazın Alınmasının Nəsx 



Olunması 

 

 



 

200.  İbn  Abbas    demişdir:  “Peyğəmbər    (bişmiş)  qoyunun  kürəyindən 

yemiş,  sonra  dəstəmaz  almadan  namaz  qılmışdır”.  (Buxari  207,  Muslim  354, 

531, 817) 

 





 

201. Amr İbn Ümeyyə əd-Damri  rəvayət edir ki, o, Peyğəmbərin  (bişmiş) 

qoyunun  kürəyindən  kəsib  (yediyini)  görmüşdür.  O  vaxt  Peyğəmbər   

namaza  çağırıldıqda  əlindəki  bıçağı  yerə  atıb,  dəstəmaz  almadan  namaz 

qılmışdır. (Buxari 208, 5408, 5422, 5462, Muslim 355, 534, 820)  

 



 

202. Meymunə   rəvayət edir ki, Peyğəmbər   onun evində (qoyunun) kü-



rəyindən yedikdən sonra dəstəmaz almadan namaz qıldı. (Buxari 210, Muslim 

356, 535, 821) 

 





 

203.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    süd  içdikdən  sonra  ağzını 

yaxaladı və: “Bu, yağlıdır” dedi. (Buxari 211, 5609, Muslim 358, 537, 824) 

 

 

 

Təharətin Yəqinliyini Bildikdən Sonra Onun Pozulmasına 

Şəkk Edərsə Həmən Təharətlə Namaz Qılmağın Icazəli 

Olmasının Dəlili 

 



 

 

102 



 



204. Abdullah İbn Zeyd əl-Ənsari  rəvayət edir ki, bir nəfər namaz əsnasında 

özündən  sanki  yel  çıxdığını  hiss  etdiyini  Peyğəmbərə    xəbər  verdikdə 

Peyğəmbər    buyurdu:  “Bir  səs  eşitməyincə  və  ya  bir  iy  duymayınca 

namazdan çıxmasın!” (Buxari 137, 177, 2056, Muslim 361, 540, 830, 831) 

 

 

 

Ölü Heyvanın Dərisinin Aşılandıqdan Sonra Təmiz Olması 

 





 

205. İbn Abbas   demişdir: “Peyğəmbər  Meymunənin   kənizinə sədəqə 



olaraq verilmiş qoyunun öldüyünü görüb dedi: “Nə üçün bu qoyunun dərisini 

(aşılayıb  ondan)  istifadə  etmirsiniz?”  Onlar:  “Axı  o,  murdar  olub!”  dedilər. 

Peyğəmbər:  “Murdar  olmuş  heyvanın  yalnız  yeyilməsi  haram  edilmişdir.” 

(Buxari 1492, 5531, Muslim 363, 542, 832, 833) 

 

 

 

Təyəmmüm Babı 

 









 

206.  Peyğəmbərin    zövcəsi  Aişə    rəvayət  edir  ki,  biz  Peyğəmbərlə   



birlikdə səfərə çıxdıq. Nəhayət, Beyda və ya Zətul Ceyş deyilən yerə çatdıqda 

boyunbağım qırılıb yerə düşdü. Peyğəmbər  dayanıb onu axtarmağa başladı. 




 

 

103 



Onun  yanında  olanlar  da  dayanmağa  məcbur  oldular.  Ətrafda  su 

olmadığından  əshabələrdən  bəziləri  Əbu  Bəkr  əs-Siddiqin    yanına  gəlib 

dedilər: “Aişənin  nə  etdiyini  görürsənmi?  Allahın elçisi  və  bu  qədər  camaat 

ona  görə  dayanıb.  Onlarda  olan  su  ehtiyatı  qurtarıb,  özləri  də  su  olmayan 

yerdə dayanıblar.” Əbu Bəkr  (mənim yanıma) gəldi. Bu vaxt Peyğəmbər   

başını dizimin üstünə qoyub yatmışdı. Əbu Bəkr: “Allahın elçisini və bu qədər 

camaatı  su  olmayan  bir  yerdə,  həm  də  su  ehtiyatları  olmadığı  halda 

saxlamısan?” Sonra o, barmağı ilə böyrümdən vura-vura məni bir az da tənbeh 

etdi. Bu vaxt Peyğəmbərin  başı dizimin üstündə olduğuna görə mən tərpən-

mədim.  Peyğəmbər   ayıldıqda  (paklanıb  namaz  qılmaq  üçün)  su  tapmadı. 

(Elə  bu  səbəbdən  də)  Uca  Allah  təyəmmüm  ayəsini  nazil  etdi  və  onlar  da 

təyəmmüm etdilər. Useyd İbn Xudeyr  dedi: “Ey Əbu Bəkrin ailəsi! Bu sizin 

ilk  bərəkətiniz  deyildir.”  (Aişə)  dedi:  “Sonra  üstündə  oturduğum  dəvəni 

qaldırdıq  və  boyunbağını  onun  altından  tapdıq.”  (Buxari  334,  3672,  4607, 

Muslim 367, 550, 842) 

 

 



207.  Şəqiq  demişdir:  “(Bir  dəfə)  mən  Abdullah  (İbn  Məsud)  və Əbu Musa əl-

Əşariy  ilə birlikdə oturmuşdum. Əbu Musa (Abdullahdan): “De görək, əgər 

adam  cunub  olsa  və  bir  ay  su  tapa  bilməsə,  təyəmmüm  etməyəcək  və  namazı 

necə qılmalıdır?”– deyə soruşdu.  Əbu Musa: “Bəs onda “əl-Maidə” surəsindəki 

bu: “Su tapmasanız, təmiz torpaqla təyəmmüm edin”. (əl-Maidə 6). ayəsini (nə 

edək) necə izah edərsən?”. Abdullah: “Əgər insanlara bu ayəyə əsasən rüsxət 

verilərsə,  onlar  suyun  soyuq  olduğunu  gördükdə,  onu  qoyub  torpaqla  təyəm-

müm  etməyə  başlayacaqlar”.  Aməş,  Şəqiqdən:  “Siz  təyəmmümü  su  soyuq 

olduğu  üçünmü  pis  qarşıladız?”.  O:  “Bəli”  dedi.  Əbu  Musa,  Abdullaha  dedi: 

“Məgər  sən  Əmmarın    Ömərə    dediyi  bu  sözünü  eşitməmisənmi?  (O 

demişdir  ki,)  Peyğəmbər    məni  bir iş  dalınca  göndərmişdi.  (Səfər  əsnasında) 

mən  cunub  oldum  və  su  tapa  bilmədim.  Bu  səbəbdən  də  mən,  heyvanın 

ağnadığı  kimi,  yerdə  o  üzə-bu  üzə  çevrilib  bədənimi  torpağa  sürtməyə 

başladım.  Sonra  Peyğəmbərin    yanına  gəldim  və  bunu  ona  danışdım. 

Peyğəmbər:  “Sadəcə  iki  əlinlə  belə  etməyin  sənə  kifayət  edərdi”  dedi,  sonra 

əllərini  bir  kərə  yerə  vurdu  və  əlini silkələdi, sonra  da sol əlinin ovcu ilə sağ 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə