Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə25/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   21   22   23   24   25   26   27   28   ...   228

 

 

84 



üzvünə  toxunmasın  və  (onu)  sağ  əli  ilə  təmizləməsin.”  (Buxari  153,  5630, 

Muslim 267, 392, 636, 637, 638) 

 

 

 

Təmizlikdə Və S. İşlərdə Sağdan Başlamaq 

 





 

152. Aişə  rəvayət edir ki, “Peyğəmbər  ayaqqabılarını geyindikdə, saçını 

daradıqda,  yuyunduqda  və  bütün  işlərində  sağdan  başlamağı  sevərdi.”  (Buxari 

168, Muslim 268, 396, 640) 

 

 

 

Böyük Ayaq Yolundan Sonra Su İlə Təmizlənmək 

 





 

153. Ənəs  rəvayət edir ki, Peyğəmbər  ayaqyoluna getdikdə mən və mənim 

kimi  bir  uşaq  ona  bir  cürdək  su  və  ağac  parçası  aparardıq.  O,  su  ilə 

təmizlənərdi.” (Buxari 152, Muslim 271, 399, 643) 

 





 

154. Ənəs İbn Malik  rəvayət edir ki, Peyğəmbər  təbii ehtiyacını rəf etmək 

üçün  bayıra  çıxdıqda  mən  ona  su  gətirərdim  və  o,  su  ilə  yuyunardı.  (Buxari 

217, Muslim 271, 400, 644) 

 

 

 

Xuflara Məsh Etmək 

 





 

155. Cərir İbn Abdullahdan  rəvayət edilir ki, (bir dəfə) o təbii ehtiyacını rəf 

etdikdən  sonra  dəstəmaz  aldı  və  məstlərinə  məsh  çəkdi.  Sonra  da  qalxıb 



 

 

85 



namaz  qıldı.  (Bu  haqda)  ondan  soruşduqda:  “Mən  Peyğəmbərin    bu  cür 

etdiyini görmüşəm” dedi. (Buxari 387, Muslim 272, 401, 645) 

 

 

 



 

156. Huzeyfə  digər rəvayətində deyir ki, mən kənara çəkildim. O, məni işarə 

ilə (yanına) çağırdı. O, (təbii ehtiyacını rəf edib) qurtaranadək mən onun arxa 

tərəfində dayandım. (Buxari 225, Muslim 273, 403, 648) 

 

 

 



 

 

157.  Muğirə  İbn  Şobədən    rəvayət  edilir  ki,  (bir  dəfə)  Peyğəmbər    təbii 



ehtiyacını rəf etmək üçün çölə çıxdı. Muğirə bir  cürdək su ilə onu təqib etdi. 

Peyğəmbər    təbii  ehtiyacını  rəf  etdiyi  zaman  Muğirə  onun  əlinə  su  tökdü. 

Peyğəmbər    dəstəmaz  aldı  və  məstlərinin  üzərinə  məsh  çəkdi”.  (Buxari  203, 

Muslim 274, 404, 649) 

 





 

158. Muğira İbn Şobə  rəvayət edir ki, (bir dəfə) mən Peyğəmbərlə  birlikdə 



səfərdə  olarkən  o  mənə:  “Ey  Muğira,  götür  bu  qabı”  deyə  buyurdu.  Mən  də 

onu götürdüm. Peyğəmbər  gözdən itənədək uzağa gedib təbii ehtiyacını rəf 

etdi. Onun əynində Şam cübbəsi var idi. O, əlini cübbənin qolundan çıxarmaq 

istədikdə onun çox dar olduğunu gördü və (buna görə də) əlini cübbənin aşağı 

tərəfindən  çıxartdı.  Mən  onun  əlinə  su  tökdüm  və  o,  namaz  üçün  dəstəmaz 

aldığı  qaydada  dəstəmaz  alıb  məstlərinə  məsh  çəkdi,  sonra  da  namaz  qıldı. 

(Buxari 363, Muslim 274, 407, 653) 

 



 

 

 




 

 

86 



159. Muğirə İbn Şobə  demişdir: “Səfərlərin birində gecə ikən Peyğəmbərin  

yanında  durmuşdum.  Məndən:  “Yanında  su  varmı?”  deyə  soruşdu.  Mən: 

“Bəli!”  deyə  cavab  verdim.  O,  miniyindən  yerə  endi  və  (təbii  ehtiyacını  rəf 

etməyə)  getdi.  Nəhayət,  gecənin  qaranlığında  gözdən  itdi.  Sonra  (mənim 

yanıma)  gəldi  və  mən  onun  əlinə  su  tökdüm.  O,  üzünü  yudu.  Əynində  yun 

cübbə  var  idi.  O,  qollarını  cübbənin  qolundan  çıxarda  bilmədi.  Nəhayət, 

qollarını cübbənin aşağısından çıxardıb onları yudu və başına məsh etdi. Sonra 

mən onun məstlərini çıxartmaq üçün aşağı əyildim. (O mənə): “Dəymə onlara! 

Mən onları (ayaqlarım) pak olduğu halda  geyinmişəm”  dedi və  (məstlərinin 

üzərinə) məsh çəkdi”. (Buxari 5799, Muslim 274, 408, 654) 

 

 

 

İtin (Qabı) Yalamasının Hökmü 

 





 

160.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurmuşdur:  “İt  sizdən 

birinizin qabından su içsə, qoy o qabı yeddi dəfə yusun”. (Buxari 172, Muslim 

279, 419, 420, 676, 678) 

 

 

 

Durğun Suya Bövl Etməyin Hökmü 

 





 

161.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Heç  biriniz 

durğun  suya  bövl  etməsin.  (Çünki)  sonra  ondan  yuyunmaq  üçün  istifadə 

edəcək.” (Buxari 239, Muslim 282, 424, 682) 

 

 

 



 

 

87 



Bövl Və Digər Nəcasətlər Məsciddə Hasil Olarsa Onları 

Yuyulmasınn Vacib Olması Və Yeri Qazmağa Ehtiyac 

Qalmadan Su İlə Təmizlənməsinin Kifayət Etməsi 

 

 



 

 

162. Ənəs  demişdir: “(Bir dəfə) bir bədəvi gəlib məscidə bövl etdi. (Camaatın) 



bir qismi dərhal qalxıb ona tərəf getdi. (Bunu görəndə) Peyğəmbər  buyurdu: 

“Buraxın onu, təbii ehtiyacını rəf etməyə mane olmayın!” Bədəvi işini bitirdikdən 

sonra  (Peyğəmbər)  bir  çəllək  su  gətizdirib  həmin  yerə  tökdü”.  (Buxari  6025, 

Muslim 284, 427, 685) 

 

 

 

Sudəmər Uşağın Bövlünün Və Onun Yuyulmasının Hökmü 

 

 

 



 

 

163.  Peyğəmbərin    zövcəsi  Aişə    demişdir:  “(Səhabələr)  körpə  uşaqları 



Peyğəmbərin  yanına gətirərdilər. (O da (Allahdan) onlar üçün bərəkət diləyər 

və xurmanı ağzında əzib körpənin damağına sürtərdi). (Bir dəfə) onun yanına bir 

körpə  gətirdilər  və  bu  uşaq  onun  libasına  bövl  etdi.  Peyğəmbər    bir  qab  su 

gətizdirib körpənin sidiyi bulaşmış yerə tökdü və onu yumadı

30

”. (Buxari 6355, 



Muslim 286, 430, 688) 

 



 



164.  Ummu  Qeys  bint  Mihsan    rəvayət  edir  ki,  o,  hələ  yemək  yeməyən 

(südəmər)  oğlunu  Peyğəmbərin    yanına  gətirdi.  Peyğəmbər    körpəni 

                                                

30

 Burada  südəmər  oğlan  uşağı  nəzərdə  tutulur.  Belə  ki,  onun  sidiyinin  bulaşdığı  yerin  təmizlənməsi  üçün 



həmin  yerə  su  səpmək  kifayətdir.  Yemək  yeyən  körpənin,  habelə  qız  uşağının  sidiyinin  bulaşdığı  yeri  isə 

yumaq  vacibdir.  Əli  İbn  Əbu  Talib    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Oğlan  uşağının  sidiyinin 

üstünə  su  çilənməli,  qız  uşağının  sidiyi  bulaşdığı  yer  isə  yuyulmalıdır”.  Qətadə    dedi:  “Bu,  yemək 

yeməyən  körpələrə  aiddir.  Elə  ki,  yemək  yeməyə  başladılar,  hər  ikisinin  sidiyi  yuyulmalıdır”.  “Musnəd 

İmam Əhməd” 757, “Sunən Əbu Davud” 376, “Sunən Tirmizi” 71, “Sünən Nəsai” 304. Körpə oğlan uşağı süd 

əmdiyi  müddətdə  onun  sidiyinin  üstünə  su  səpmək  bəs  edir.  Yemək  yeməyə  başladıqda  isə  artıq  onun 

yuyulması vacib olur.  



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə