Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə28/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   24   25   26   27   28   29   30   31   ...   228

 

 

97 



buyurdu:  “Müşkə  batırılmış  yun  (və  ya  pambıq)  parça  götür  və  onunla 

təmizlən.” (Qadın): “Necə təmizlənim?” deyə soruşdu. (Peyğəmbər): “Onunla 

təmizlən”  deyə  buyurdu.  (Qadın  yenə):  “Axı  necə?”  deyə  soruşduqda  o: 

“Subhanəllah!  Onunla  təmizlən”  deyə  buyurdu.  Mən  o  qadını  özümə  tərəf 

çəkib:  “Onunla  qan  ləkələri  qalmış  yerləri  silib  təmizlə”  dedim.  (Buxari  314, 

Muslim 332, 449, 774) 

 

 

 

İstiğasə Ondan Yuyunmaq Və Namazı Babı 

 





 

190. Aişə  rəvayət edir ki, Fatimə Bint Əbu Hubeyş Peyğəmbərin  yanına 



gəlib dedi: “Ya Rəsulullah! Məndən davamlı olaraq qan gəlir deyə mən heç cür 

təmiz  ola  bilmirəm.  (Bu  səbəbdən)  namazı  buraxa  bilərəmmi?”  Peyğəmbər: 

“Xeyr,  bu  heyz  deyildir,  sadəcə  damar  qanıdır.  Heyz  qanı  gəldikdə  namazı 

burax.  Heyz  (vaxtı)  başa  çatdıqda  isə  qüsl  et,  sonra  namaz  qıl”.  Peyğəmbər: 

“(Növbəti  heyz)  vaxtı  gəlincəyə  qədər  hər  bir  namaz  üçün  dəstəmaz  al.” 

(Buxari 228, Muslim 333, 501, 783) 

 

 

 



191. Peyğəmbərin  zövcəsi Aişə  demişdir: “(Peyğəmbərin  baldızı, həm də 

AbdurRəhman İbn Aufun  həyat yoldaşı) Ummu Həbibə bint Cəhş yeddi il 

istihazə  gördü.  O,  bu  haqda  Peyğəmbərdən    soruşdu.  Peyğəmbər:  “Bu 

damardan gələn qanıdır və ona hər namaz üçün qüsl etməyi əmr etdi”. (Buxari 

327, Muslim 334, 505, 786;) 

 

 

 

Heyzli Qadına Namaz Xaric, Otucunun Qəzasınn Tutmağın 

Vacibliyi  

 



 

 

98 



 



192. Aişədən  rəvayət edilir ki, bir qadın (ondan): “Bizdən birimiz heyzdən 

təmizləndikdən  sonra  (heyz  vaxtı  buraxdığı  namazları)  qılmalıdırmı?”  deyə 

soruşdu.  Aişə:  “Sən  hərurilərdənsən?!

34

 Biz  Peyğəmbərin    vaxtında  heyz 



olurduq,  lakin  o  bizə  (buraxdığımız  namazları)  qılmağı  əmr  etməzdi,  yaxud 

biz (o namazları) qılmazdıq.” (Buxari 321, Muslim 335, 506, 787) 

 

 

 

Qüsl Alanın Paltar Və Ya Ona Bənzər Bir Şeylə Örtünməsi 

 





 

193.  Ummu  Hani  bint  Əbu  Talib    rəvayət    edir  ki,  Məkkənin  fəthi  ilində 



mən  Peyğəmbərin    yanına  getdim  və  onun  qüsl  etdiyini,  Fatimənin    də 

(ona)  pərdə  tutduğunu  gördüm.  Mən  Peyğəmbərə    salam  verdim.  O:  “Bu 

(qadın) kimdir?” deyə soruşdu. “Mənəm, Əbu Talibin qızı Ummu Hani” deyə 

cavab  verdim.  Peyğəmbər:  “Xoş  gəlibsən,  Ummu  Hani!”  dedi  və  qüsl  edib 

qurtardıqdan  sonra  tək  bir  örtüyə  bürünüb  səkkiz  rükət  namaz  qıldı.  Nama-

zını qılıb qurtardıqdan sonra mən dedim: “Ya Rəsulallah! Qardaşım himayəmə 

götürdüyüm  Hubeyranın  oğlu  filankəsi  öldürəcəyini  söyləyir.”  Peyğəmbər: 

“Sənin himayəyə götürdüyün kimsəni biz də himayəmiz altına götürürük, ey 

Ummu  Hani!”.  Ummu  Hani:  “O  vaxt  səhər  açılmışdı  (Duha  namazının  vaxtı 

idi).” (Buxari 357, 6158, Muslim 336, 509, 790, 1179, 1702) 

 

 

 

Xəlvətdə Çılpaq Qüsl Almağın İcazəli Olması 

 

                                                



34

 Hərura  –  Kufə  şəhərinin  yaxınlığında  yerləşən  kənddir.  Əli  İbn  Əbu  Talibdən    üz  döndərib  camaatdan 

ayrılmış on iki min xəvaric də məhz bu kənddə toplaşmış və camaata qarşı çıxmışlar. Onlar belə hesab edirdilər 

ki, heyzdən təmizlənmiş qadın heyz əsnasında buraxdığı namazlarını yenidən qılmalıdır. 




 

 

99 



 



194.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İsrail  oğulları 

çılpaq  olaraq,  bir-birilərinə  baxa-baxa  çimirdilər.  Musa  isə  təklikdə  çimərdi. 

(İsrail oğulları): “Musaya 

 

bizimlə birlikdə çimməyə mane olan, ancaq onun 



dəbə  (Qrija  xəstəliyi)  olmasıdır”  dedilər.  Bir  dəfə  Musa 

 

çimməyə  getdi  və 



paltarını daşın üstünə qoydu. Birdən daş onun paltarını götürüb qaçdı. Musa: 

“Paltarımı  (qaytar),  ey  daş!”  deyə-deyə  daşın  arxasınca  qaçdı.  Nəhayət, İsrail 

oğulları Musanı 

 

çılpaq gördülər və: “Allaha and olsun ki, Musada 



 

heç bir 


qüsur yox imiş” dedilər. Musa paltarını götürdü və daşı vurmağa başladı. Əbu 

Hureyra  dedi:  “Vallahi,  Musa 

 

daşa  altı  yaxud  yeddi  zərbə  vurmaqla  daşı 



tənbeh etdi.” (Buxari 278, Muslim 339, 513, 796, 4372, 6296) 

 

 

 

Övrəti Örtməyə Diqqət Yetirmək 

 

 



 



 

195.  Cabir  İbn  Abdullah    rəvayət  edir  ki,  Peyğəmbər    izarını

35

 belinə 


bağlayıb  qureyşlilərlə  birlikdə  Kəbə  (evinin  yenidən  tikilməsi)  üçün  daş 

daşıdığı  zaman  əmisi  Abbas    ona  dedi:  “Ey  qardaşoğlu!  Bəlkə  izarını  açıb 

çiyninə,  (daşıdığın)  daşların  altına  qoyasan.”  (Cabir)  dedi:  “O,  izarını  açıb 

çiyninə  qoyan  kimi  özündən  getdi  və  bundan  sonra  onu  bir  daha  heç  kim 

izarsız görmədi.” (Buxari 364, Muslim 340, 515, 798) 

 

 

 

Həqiqətən Su Sudandır 

 

                                                



35

 İzar – qurşaqdan aşağı bədən əzalarını örtmək üçün belə bağlanılan örtük. 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə