Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə228/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   220   221   222   223   224   225   226   227   228

 

 

854 



 



 

 

 

 



 

Təfsir Kitabı 

 

 



 

 

 



 

 

855 



 

 

Təfsir Kitabı 

 

 

 



1894. Əbu Hüreyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İsrail oğullarına 

deyildi:  “Qapısından  (Allaha)  səcdə  edən  halda  “Hittə!  Bizi  bağışla!” 

söyləyərək  daxil  olun,  biz  də  günahlarınızı  bağışlayarıq”.  Onlar  isə  əmri 

dəyişdirib  arxaları  üstə iməkləyərək girdilər  və  “Hittə!” əvəzinə  “Həbbətun  - 

Tükün içində bir dən” dedilər. (Buxari 3403, 4641, Muslim 7708, 3015/1) 

 

 



 

1895.  Ənəs  İbn  Malik    demişdir:  “Peyğəmbərinin    vəfatından  əvvəl  Uca 

Allah ona ardıcıl olaraq vəhy nazil etdi. Nəhayət, onun vəfatına az qalmış Allah 

ona  lap  çox  vəhy  nazil  etməyə  başladı.  Bundan  sonra  Allahın 

etdi.” (Buxari 4982, Muslim 7709, 3016/2) 

 

 



 

1896.  Ömər  İbn  Xəttab    rəvayət  edir  ki,  bir  yəhudi  ona  belə  dedi:  “Ey 

möminlərin  əmiri!  Sizin  Kitabınızda  oxuduğunuz  elə  bir  ayə  vardır  ki,  o,  biz 

yəhudilərə  nazil  olsaydı,  həmin  günü  bayram  edərdik.”  Ömər:  “Hansı  ayədir 

o?” deyə soruşdu. (Yəhudi): “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan 

nemətimi  tamamladım  və  din  olaraq  sizin  üçün  İslamı  bəyənib  seçdim”.  (əl-

Maidə 3). ayəsidir deyə cavab verdi. Ömər: “Biz bu ayənin nazil olduğu günü 

də,  yeri  də  bilirik.  Bu  ayə  Peyğəmbərə    cümə  günü,  Ərəfatda  nazil 

olmuşdur.” (Buxari 45, Muslim 7710, 7711, 3017/3) 

 



 

 

856 



 

 

 



1897.  Ürvə  İbn  Zubeyr,  Aişədən    Allahın:  “Əgər  yetim  qızlarla 

(evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o 

zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə 

nikah  bağlayın!”.  (ən-Nisa  3)  ayəsini  soruşduğunu  rəvayət  edir.  Aişə:  “Ey 

bacımın oğlu! O himayədə saxlanılan yetim bir qızdı. O himayədə saxlayanı öz 

malına  şərik  edir.  Qızın  malı  və  gözəlliyi  kişinin  xoşuna  gəlir  və  istəyir  ki, 

onunla  mehrində  ədalətli  olmayaraq  evlənsin.  Başqasına  nə  qədər  mehir 

verirsə, ona da o qədər versin. Onlarla yalnız ədalətli olaraq və adətdə olan ən 

yüksək  mehiri  verməklə  nikah  bağlamağa  icazə  verildi  və  onlara  halal  olan 

(bəyəndikləri)  qadınlardan  nikah  bağlamaq  əmr  olundu”.  Ürvə,  Aişənin   

belə  dediyini  rəvayət  edir:  “İnsanlar  bu  ayədən  sonra  Peyğəmbərdən   fətva 

(əsasında  hökm  çıxarılan  şəri  məsləhət)  istədilər.  Allah  bu  ayəni  nazil  etdi: 

“(Ya  Rəsulum!)  Səndən  qadınlar  barəsində  fətva  istəyirlər.  De  ki:  “Onlar 



barəsində  fətvanı  sizə  Allah  və  Kitabdan  (Qurandan)  sizə  oxunan  (ayələr) 

verir.  Onlar  verilməsi  vacib  olanı  (mirası)  özlərinə  verməyərək  evlənmək 

istədiyiniz yetim qızlar (qadınlar) barədə olan ayələrdir”. (ən-Nisa 127) Aişə: 

“Allahın sizə Kitabda oxunan ilk ayətdir: “Əgər yetim qızlarla (evlənəcəyiniz 



təqdirdə)  ədalətlə  rəftar  edə  bilməyəcəyinizdən  qorxarsınızsa,  o  zaman  sizə 

halal olan (bəyəndiyiniz) başqa qadınlardan nikah bağlayın!”. Aişə: “Allahın 

digər ayəsində: “Onları nikah etmək istəyərsiniz” buyurması, sizdən birinizin 

tərbiyəsi  altında  olan  yetim  qızın  malı  və  gözəlliyi  az  olduğu  zaman,  ona 

rəğbət  göstərməsidir.  Beləcə  vəlilər  bunlara  rəğbət  göstərmədikləri  üçün, 

malına  və  gözəlliyinə  rəğbət  etdikləri  yetim  qadınları  nikah  etməkdən 

qadağan  olundular.  Ancaq  ədalət  göstərsələr,  onda  bu  müstəsnadır”.  (Buxari 

2494, Muslim 7713, 3018/6)  

 

 

 



1898. Aişə  Allahın:  “Yetimləri yetkinlik yaşına çatdıqda onları imtahana 

çəkin.  Əgər  onların  yetkinliyə  çatdıqlarını  görsəniz,  mallarını  özlərinə 

qaytarın. Onlar böyüyüb mallarını məndən alacaqlar deyə o malı israfçılıqla, 

tələm-tələsik  yeməyin.  Varlı  olan  nəfsini  saxlasın,  yoxsul  olan  isə  o  maldan 

insafla  yesin.  Yetimlərin  mallarını  özlərinə  qaytardığınız  zaman  onlara 


 

 

857 



şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər”. (ən-Nisa 6)  ayəsi haqqında 

dedi: “Bu ayə yetimi himayə edən və işlərini görən kimsə kasıb olduğu halda 

ondan  yeməsini  bəyan  etmək  üçün  nazil  olmuşdur”.  (Buxari  2212,  Muslim 

7714, 7718, 3018/7) 

 

 

 



1899.  Aişə    Allahın:  “Əgər  bir  qadın  öz  ərinin  kobud  rəftarından,  yaxud 

ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz aralarında barışığa gəlməsi 

onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik 

etməyə hazırdır. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorxsanız, bilin ki, 

Allah nə etdiklərinizdən xəbərdardır”. (ən-Nisa 128) ayəsi haqqında dedi: “Bir 

adamın  nigahında  bir  qadın  olur,  adam  o  qadınla  ayrılmağı  istəyər.  Qadın: 

“Mən sənə zövcəlik haqlarımı halal edirəm. Məni boşamadan yatağımda məni 

tərk edə bilərsən” deyər. Bu ayə bu haqda nazil olmuşdur. (Buxari 2450, 4601, 

Muslim 7715, 7717, 3018/8) 

 

 



 

1900. Səid İbn Cubeyr  deyir ki: “Bir ayə vardır ki, onun hökmü barədə Kufə 

alimləri  ixtilaf  etdilər.  Mən  də  onun  hökmünü  soruşmaq  üçün  miniyə  minib 

İbn  Abbasın    yanına  getdim.  Bu  ayənin  hökmünü  soruşdum.  O,  Allahın: 



“Hər  kəs  qəsdən  bir  mömini  öldürərsə,  onun  cəzası  içərisində  əbədi  qalacağı 

Cəhənnəmdir.  Allah  ona  qəzəblənər,  onu  lənətləyər  və  onun  üçün  böyük  bir 

əzab  hazırlayar”.  (ən-Nisa  93)  ayəsini  oxudu  və  dedi:  “Bu  ən  son  nazil  olan 

ayədir və onu heç bir şey nəsx etməyib”. (Buxari 4590, Muslim 7728, 3021/14) 

 

 

 



1901.  İbn  Abbasdan    Allahın  ayəsi  barədə  soşuldu:  ““Hər  kəs  qəsdən  bir 

mömini  öldürərsə,  onun  cəzası  içərisində  əbədi  qalacağı  Cəhənnəmdir.  Allah 

ona qəzəblənər, onu  lənətləyər  və  onun üçün böyük  bir  əzab hazırlayar”.  (ən-

Nisa 93) Həmçinin: “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın 

haram  etdiyi  cana  haqsız  yerə  qıymaz  və  zina  etməzlər.  Bunu  edən  kimsə 

cəzalandırılar, Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil 


 

 

858 



olub  əbədi  qalar,  Ancaq  tövbə  edib  iman  gətirən  və  saleh  əməllər  edənlərdən 

başqa.  Allah  onların  pis  əməllərini  yaxşı  əməllərlə  əvəz  edər.  Allah 

Bağışlayandır, Rəhmlidir”. (əl-Furqan 68-70). İbn Abbas: “Bu ayə nazil olduğu 

zaman  Məkkə  əhalisi:  Həqiqətən  bizlər  Allaha  şərik  qoşub,  Allahın  haram 

etdiyi  cana  haqsız  qıydıq,  çirkin  işlər  etdik”.  Allah:  “Ancaq  tövbə  edib  iman 

gətirən  və  saleh  əməllər  edənlərdən  başqa.  Allah  onların  pis  əməllərini  yaxşı 

əməllərlə  əvəz  edər.  Allah  Bağışlayandır,  Rəhmlidir”.  (əl-Furqan  70).  (Buxari 

2830, 4765, Muslim 7730, 3023/18) 

 

 

 



1902. Abdullah İbn Abbasın  rəvayət etdiyinə görə müsəlmanlardan bəziləri 

kiçik  bir  qoyun  sürüsü  içərisində  bir  adama  rast  gəldilər.  Adam:  “əs-Sələmu 



Aleykum”  dedi.  Onlar  isə  bu  adamı  tutub  öldürdülər  və  bu  kiçik  sürünü  də 

götürdülər. Onda bu ayə nazil oldu. “Sizə müsəlman olduğunu bildirən (salam 



verən)  bir  kimsəyə  (dünya  həyatının  puç  mənfəətinə  tamahlanaraq):  “Sən 

mömin deyilsən!”. (ən-Nisa 94) deməyin! (Buxari 4591, Muslim 7733, 3025/22) 

 

 



 

1903.  Bəra  İbn  Azib    deyir  ki,  bu  ayə  biz  Ənsarlar  barədə  nazil  oldu. 

Cahiliyyə zamanı Ənsar həcc edib evə döndükləri zaman evlərinin qapısından 

daxil olmazdılar, evlərinə arxa tərəfdən daxil olardılar. Bir dəfə Ənsardan biri 

yenə  belə  etdikdə  arxadan  deyil,  evinin  qapısından  girmişdi.  O,  kimsə  bu 

əməlinə  görə  danlanmışdı.  Buna  görə  Allah:  “Səndən  yeni  doğan  aylar 



barəsində  soruşurlar.  De:  "Bunlar  insanlar  və  həcc  üçün  vaxt  ölçüləridir". 

Evlərə  arxa  tərəfindən  daxil  olmağınız  yaxşı  əməl  deyildir.  Lakin  yaxşı  əməl 

sahibi  Allahdan  qorxan  şəxsdir.  Evlərə  qapılarından  daxil  olun!  Allahdan 

qorxun ki, bəlkə nicat tapasınız”. (əl-Bəqərə 189) ayəni nazil etdi. (Buxari 1803, 

4512, Muslim 7734, 3026/23) 

 

 

 

Allahın: “Onlarin Yalvardıqları Məbudlarin Özləri Də 



Rəbbinə – Hansı Daha Yaxın Olacaq Deyə Vəsilə Axtarırlar” 


 

 

859 



 

 

 



1904.  Abdullah  İbn  Məsud  :  “Onların  yalvardıqları  məbudların  özləri  də 

Rəbbinə  –  hansı  daha  yaxın  olacaq  deyə  vəsilə  axtarırlar”.  (əl-İsra  57)  ayəsi 

haqqında  deyir  ki:  “İnsanlardan  bir  topluluq  cinlərdən  bir  topluluğa  ibadət 

edirdilər.  Nəhayət  cinlər  İslamı  qəbul  etdilər.  İnsanlar  isə  cinlərə  ibadətdə 

(onların dinində) qaldılar”. (Buxari 4714, Muslim 7739, 7742, 3030/28, 3030/30) 

 

 

 

Bəra (ət-Tövbə), əl-Ənfal Və əl-Həşr Surələri 

 

 

 



1905.  Səid  İbn  Cubeyr  ,  İbn  Abbasa    rəvayət  edir  ki,  Tövbə  surəsi  (nə 

haqqında  endi?)”.  (İbn  Abbas)  dedi:  “Tövbə  surəsimi?  Xeyr,  o,  əl-Fadihədir. 

(ifşa  edən,  aşkara  çıxaran)  Çünki  o  surə  davamlı  olaraq  “Va  Minhum”  və 

Minhum” “Onlardan” və “Onlardan” deyə endi. Hətta bizlərdən hər kəsin bu 

surə içində zikr olunacağını zənn etdilər”. Ona: “əl-Ənfal” surəsi (nə haqqında 

endi?)” dedim. (İbn Abbas): “O, Bədr (döyüşü və bu döyüşlə əlaqədar hökmlər 

haqqında enmiş  ) surəsidir!”  dedi.  Ona:  “əl-Həşr  surəsi  (nə haqqında  endi)?” 

dedim.  O  (İbn  Abbas):  “Bu  surə  Nadr  oğulları  haqqında  endi!”  dedi.  (Buxari 

4882, Muslim 7743, 3031/31) 

 

 

 

Şərabın Haram Olması Barədə Nazil Olanlar 

 

 



 

1906.  İbn  Ömər    deyir  ki,  atam  Ömər    Peyğəmbərin    minbəri  üzərində 

xütbə verərkən dedi: “Şərabın haram olması ayəsi nazil olduqda bu haram beş 



 

 

860 



şeydən  hazırlanırdı:  “Üzümdən,  xurmadan,  buğdadan,  arpadan  və  baldan. 

Xamr  isə  ağlı  örtən  hər  şeydir.  Üç  şey  var  ki,  Peyğəmbər  onlar  haqında  bizə 

tam  bir  bilgi  verincəyə  qədər  bizlərdən  ayrılmamasını  təmənna  etdik.  Ata, 

Kələlə və bir də Riba haqqında”. (Buxari 5588, Muslim 7744, 7745, 3032/33)  

 

 

 

Allahın: “Onlar Öz Rəbbi Barəsində Höcətləşən İki Dəstədir 

 

 

 



1907.  Qeys  deyir  ki,  mən  Əbu  Zərrin    and  içərək  belə  dediyini  eşitdim: 

“Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar 

biçiləcək, başlarına da qaynar su töküləcəkdir”. (əl-Həcc 19) ayəsi Bədr günü 

bir-birilə  döyüşmək  üçün  çıxan  kişilər  haqqında  nazil  olmuşdu:  Həmzə,  Əli, 

Ubeydə İbn Həris, Rabiyənin iki oğlu Utbə və Şeybə, Vəlid İbn Utbə”.  (Buxari 

3969, Muslim 7747, 3033/34) 

 

 

 

 



İstifadə Olunan Ədəbiyyat 

 

“Muxtəsər Səhih Buxari” Tərcümə: Əlixan Musayev 



“Muxtəsər Səhih Muslim” Tərcümə: Anar İsrafilov 

“əl-Lulu  Vəl  Mərcən  –  Buxari  Və  Muslimin  İttifaq  Etdiyi  Hədislər”  Türk  Və 

Ərəb dilində.  

 

 



 

 

 



 

 



 

 

861 



MÜNDƏRİCAT 

 



Ön Söz 

 



Peyğəmbərin 



 Adından Yalan Danışmağın Aqibətinin Ağır 



Olması 

 



İman Kitabı 

11 

 



Təharət Kitabı 

78 

 



Heyz Kitabı 

90 

 



Namaz Kitabı  

106 

 



Məscidlər Və Namaz Qılınan Yelər Kitabı 

138 

 



Müsafirlərin Namazı Və Onun Qısaldılması Kitabı 

175 

 



Cümə Kitabı 

206 

 



İki Bayram Namazı Kitabı 

213 

 



İstisqa (Yağış) Namazı Kitabı 

218 

 



Kusuf (Günəş Tutulması) Namazı Kitabı  

222 

 



Cənazə Kitabı  

230 

 



Zəkat Kitabı  

243 

 



Oruc Kitabı 

282 

 



Etiqaf Kitabı 

308 

 



Həcc Kitabı 

311 

 



Nigah Kitabı 

372 

 



Süd Əmizdirmək Kitabı 

388 

 



Talaq Kitabı 

398 

 



Lənət Kitabı 

412 

 



Qul Azad Etmək Kitabı 

417 

 



Alış-Veriş Kitabı 

422 

 



Su İlə Təmin Etmək Kitabı 

434 

 



Miras Kitabı 

451 

 



Hədiyyə Kitabı 

454 

 



Vəsiyyət Kitabı 

458 

 



Nəzir Kitabı 

463 

 



Andlar Kitabı 

466 

 



And İçən Kimsə Kitabı 

475 

 



Cəzalar Kitabı 

483 

 



Mühakimə Kitabı 

491 

 



Tapıntı Kitabı 

497 

 



Cihad Kitabı 

501 

 



Əmirlik kitabı 

541 

 



Ov, Kəsilən Və Əti Yeyilən Heyvanlar Kitabı 

565 

 



Qurbanlar Kitabı 

575 


 

 

862 



 

İçkilər Kitabı 



581 

 



Libas Və Zinət Kitabı 

601 

 



Ədəb Kitabı 

617 

 



Salam Kitabı 

624 

 



Ədəb Sözləri, Tərbiyyə Və S. Kitabı 

645 

 



Şer Kitabı 

648 

 



Yuxu Kitabı 

650 

 



Fəzilətlər Kitabı 

658 

 



Səhabələrin Fəziləti Kitabı 

687 

 



Yaxşılıq, Qohumluq Əlaqələri Və Ədəb Kitabı 

735 

 



Qədər kitabı 

751 

 



Elm kitabı 

757 

 



Zikr, Dua, Tövbə Və İstiğfar Kitabı 

761 



 



Tövbə Kitabı 

Yüklə 5,61 Mb.


Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə