Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə224/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   220   221   222   223   224   225   226   227   228

 

 

838 



 

1859. Əbu Səid əl-Xudri  demişdir: “Peyğəmbər  dəccal barəsində bizə uzun 

bir hədis danışdı. Onun bizə danışdıqları bu idi ki: “Dəccala Mədinəyə girmək 

qadağan  olduğu  bir  vaxtda  o  gəlib  Mədinənin  kənarındakı  şoranlıqda 

dayanacaq.  Həmin  vaxt  ən  xeyirli  insan  (və  ya  xeyirli  insanlardan  biri)  onun 

yanına  gəlib  deyəcək:  “Mən  şahidlik  edirəm  ki,  sən,  Peyğəmbərin    sənin 

barəndə bizə xəbər verdiyi dəccalsan.” Dəccal (yanındakılara) deyəcək: “Deyin 

görüm, əgər mən bu adamı öldürüb sonra diriltsəm, mənim (tanrı) olduğuma 

şübhə  edəcəksinizmi?”  Onlar:  “Xeyr!”  deyə  cavab  verəcəklər.  Dəccal  onu 

öldürüb  sonra  dirildəcəkdir.  Onu  diriltdikdən  sonra  (həmin  adam)  deyəcək: 

“Vallahi, (sənin yalançı olduğuna dair) bu günə kimi heç vaxt mənim belə qəti 

inamım  olmamışdır.”  Onda  dəccal  deyəcək:  “Mən  onu  (yenə)  öldürərdim, 

lakin bunu edə bilməyəcəyəm”. (Buxari 1882, Muslim 7562, 2938/112) 

 

 

 

Dəccəl - Allah Dərgahında Qiymətsizdir (Dəyərsizdir) 

 

 



 

1860. Muğira İbn Şöbə   deyir ki, heç bir kimsə mənim qədər Peyğəmbərdən 

  Dəccəl  barədə  soruşmamışdır.  Peyğəmbər:  “Dəccəl  sənə  zərər 

verməyəcəkdir”  deyə  buyurdu.  Mən:  “İnsanlar  onunla  bərabər  çörək  dağları 

və  sudan  çaylar  vardır  deyirlər”  dedim.  Peyğəmbər:  “Möminlərin  (imtahanı) 

üçün  bu  cür  şeylər  etmək  Allah  üçün  asantdır”.  (Buxari  7122,  Muslim  7565, 

2939/115)  

 

 

 

Dəccəlin Çıxması və Yer Üzündə Qalma Müddəti 

 

 



 

1861.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Elə  bir  şəhər 

qalmayacaq  ki,  dəccal  ora  girməsin.  Yalnız  Məkkə  və  Mədinədən  başqa.  (Bu 

şəhərlərin)  girişlərindən  hər  birində  səf-səf  düzülmüş  halda  keşik  çəkən 




 

 

839 



mələklər olacaq. Sonra Mədinə öz sakinlərini üç dəfə silkələyəcək və beləliklə 

də,  Allah  hər  bir  kafiri  və  münafiqi  (oradan)  çıxardacaqdır.”  (Buxari  1881, 

Muslim 7577, 2943/129) 

 

 

 

Qiyamətin Yaxınlaşma Saatı 

 

 



 

1862.  İbn  Məsud    demişdir:  “Mən  Peyğəmbərin    belə  dediyini  eşitmişəm: 

“İnsanların ən pisi Qiyamətin qopduğu gün həyatda olub (bunun şahidi olan) 

kimsələrdir.” (Buxari 7067, Muslim 7590, 2949/131) 

 

 

 



1863. Səhl İbn Səd  demişdir: “(Bir dəfə) mən Peyğəmbərin  orta barmağıyla 

işarə  barmağını  birləşdirib:  “Qiyamət  Saatı  (insanlara,)  bu  iki  barmaq  qədər 

(yaxın olduğu zaman mən peyğəmbər) göndərildim” dediyinin şahidi oldum.” 

(Buxari 4936, Muslim 7592, 2950/132) 

 

 

 



1864.  Ənəs    rəvayət  edir  ki,  (bir  dəfə  mən  Peyğəmbərin    orta  barmağıyla 

işarə  barmağını  birləşdirib):  “Qiyamət  Saatı  (insanlara,)  bu  iki  barmaq  qədər 

(yaxın olduğu zaman mən peyğəmbər) göndərildim” dediyinin şahidi oldum.” 

(Buxari 4936, Muslim 7593, 2951/133) 

 

 

 

İki Sur Arasında Olan Vaxt 

 

 

 




 

 

840 



1865. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İki sura üfürmə 

arasında  qırx  vardır».  Səhabələr:  «Ya  Əbu  Hureyrə!  Bu  qırx  gündür?»  deyə 

soruşdular.  Mən  cavab  verməkdən  çəkindim.  Onlar:  «Bu  qırx  aydır?»  deyə 

soruşdular.  Mən  cavab  verməkdən  çəkindim.  Onlar:  «Bu  qırx  ildir?»  deyə 

soruşdular. Mən buna da cavab verməkdən cəkindim». Sonra: Allah səmadan 

bir  su  endirəcəkdir.  Onlar  yaşıl  yabanı  bitkisi  kimi  (yerdən)  bitəcəklər. 

Peyğəmbər  buyurdu: «Adəm oğlunun hər bədən üzvünü torpaq yeyəcəkdir. 

Yalnız bel sümüyünün aşağı hissəsində olan xırda sümük müstəsnadır. İnsan 

təkrar  ondan  Qiyamət  günü  yoğrulacaqdır.  Torpaq  əbədiyyən  onu 

yeməyəcəkdir». (Buxari 4935, Muslim 7603, 2955/141)  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

841 



 



 

 

 

 



 

Zahidlik Və Qəlb 

Yumşaqlığı Kitabı 

 

 



 

 

 



 

 

842 



 

 

Zahidlik Və Qəlb Yumşaqlığı Kitabı 

 

 

 



1866. Ənəs İbn Məlik  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Ölünü qəbrinə 

kimi  üç  şey  təqib  edər.  İkisi  geri  dönər,  biri  isə  onunla  bərabər  orada  qalar. 

Ölünü  ailəsi,  malı  və  əməli  təqib  edər.  Nəticədə  ailəsi  və  malı  geri  dönər. 

Onunla bərabər sadəcə əməli qalar”. (Buxari 6514, Muslim 7613, 2960/5)  

 

 

 



1867.  Bənu-Amir  İbn  Luey  qəbiləsinin  müttəfiqi  olmuş  və  Bədr  döyüşündə 

iştirak  etmiş  Amr  İbn  Auf  əl-Ənsari    rəvayət  etmişdir  ki,  (bir  dəfə) 

Peyğəmbər    Əbu Ubeydə  İbn  Cərrahı    Bəhreynə  cizyə yığmağa  göndərdi. 

Peyğəmbər  bəhreynlilərlə sülh müqaviləsi bağlamışdı və Əla ibn Hədrəmini 

onlara əmir təyin etmişdi. Əbu Ubeydə bəhreynlilərdən aldığı cizyəni götürüb 

(Mədinəyə)  gəldikdə  ənsar  onun  qayıtdığını  eşitdi  və  sübh  namazını 

Peyğəmbərlə  birlikdə qılmaq üçün məscidə gəldi. Peyğəmbər  namazı qılıb 

qurtardıqdan  sonra  oradakılar  ona  yaxınlaşıb  (cizyədən  pay  almaq 

istədiklərini  öz  baxışları  ilə)  hiss  etdirdilər.  Peyğəmbər    onları  görəndə 

gülümsəyib  dedi:  “Güman  edirəm  ki,  siz  Əbu  Ubeydənin  əlidolu  qayıtdığını 

eşitmisiniz.”  Onlar:  “Elədir,  ya  Rəsulullah!”  deyə  cavab  verdilər.  Peyğəmbər: 

“Sevinin  və  sizi  sevindirəcək  şeylərə  ümid  bəsləyin!  Vallahi,  mən  sizin 

yoxsulluğa  məruz  qalacağınızdan  qorxmuram.  Lakin  mən  sizdən  əvvəlkilərə 

gen-bol həyat nəsib edildiyi kimi, sizə də firavan bir həyat nəsib edilməsindən, 

bu səbəbdən də əvvəlkilər tək sizin də bir-birinizlə rəqabət aparmağınızdan və 

dünya malının onları məhv etdiyi kimi, sizi də məhv etməsindən qorxuram.” 

(Buxari 3158, 4015, Muslim 7614, 2961/6) 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə