Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə223/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   220   221   222   223   224   225   226   227   228

 

 

834 



buyurursan?”  deyə  soruşdular.  Peyğəmbər:  “Yaxşı  olar  ki,  insanlar  onlardan 

uzaq dursunlar.” (Buxari 3604, Muslim 7509, 2917/74) 

 

 

 



1848.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Xosrov  (Fars 

imperatoru)  həlak  olacaq  və  ondan  sonra  onun  yerinə  xosrov  gəlməyəcək. 

Qeysər  (Rum  imperatoru)  həlak  olacaq  və  ondan  sonra  onun  yerinə  qeysər 

gəlməyəcək.  Onların  sahib  olduqları  xəzinələr  isə  Allah  yolunda  (qənimət 

olaraq) paylaşdırılacaq.” (Buxari 3027, Muslim 7513, 2918/76) 

 

 



 

1849.  Cabir  İbn  Səmura    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Bizans 

imperatoru)  Qeysər  öldükdən  sonra  başqa  bir  Qeysər  (Sasani  hökmüdarı) 

Kisra öldükdən sonra başqa bir Kisra gəlməyəcəkdir. Canım əlində olan Allaha 

and  olsun  ki,  onların  xəzinələrini  Allah  yolunda  xərcləyəcəksiniz”.  (Buxari 

3120, 3121, 6629, Muslim 7511, 2918/75)  

 

 

 



1850.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Vaxt 

gələcək) siz yəhudilərlə  vuruşacaqsınız  hətta onlardan  bəziləri daşın arxasında 

gizlənəcək  və  daş  dilə gəlib  deyəcək:  “Ey  Allahın  qulu,  arxamda  gizlənən  bu 

(adam)  yəhudidir.  Durma,  öldür  onu!”  (Buxari  2925,  2926,  Muslim  7522, 

2921/81) 

 

 



 

1851.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İki  ordu  bir-

birilə  hərb  etmədikcə  Qiyamət  qopmaz.  Bu  iki  cəmaat  bir  iddiada  olduqları 

zaman aralarında böyük bir hərb olacaqdır. Yenə otuza yaxın yalançı dəccəllər 

çıxmadıqca  Qiyamət  qopmaz.  Bu  dəccəllərin  hamısı  da  özlərini  Rəsul 

olduqlarını iddia edəcəklər”. (Buxari 3609, Muslim 7526, 2923/84)  




 

 

835 



 

 

İbn Səyyadın Qissəsi 

 

 

 



1852. İbn  Ömər    demişdir:  “(Bir  dəfə)  Ömər    Peyğəmbərlə   və  başqa  bir 

neçə  adamla  birlikdə  İbn  Sayyadın  yanına  getdi.  Onlar  onu  Bəni  Məğalə 

qəbiləsinin istehkamı yanında uşaqlarla oynayan  yerdə  tapdılar.  (O  vaxt) ibn 

Sayyad  artıq  həddi-büluğa  çatmışdı.  Peyğəmbər    əli  ilə  (yavaşca  ibn 

Sayyadın çiyninə) vuranadək o, (onların gəldiyini) hiss etmirdi. Peyğəmbər   

İbn  Sayyaddan  soruşdu:  “Sən  mənim  Allahın  elçisi  olduğuma  şahidlik  edir-

sənmi?”  İbn  Sayyad  ona  baxıb  dedi:  “Mən  şahidlik  edirəm  ki,  sən  ümmilərə 

(yazıb oxumağı bacarmayan) göndərilmisən.” Sonra İbn Sayyad Peyğəmbərdən 

  soruşdu:  “Sən  mənim  Allahın  elçisi  olduğuma  şahidlik  edirsənmi?” 

Peyğəmbər  ona cavab verməyib dedi: “Mən Allaha və onun elçilərinə iman 

gətirmişəm!” Sonra ondan soruşdu: “(Yuxuda) nə görürsən?” İbn Sayyad dedi: 

“(Yuxuda) mənə həm doğru xəbərlər, həm də yalan xəbərlər gəlir.” Peyğəmbər: 

“İşin  qarışığa  düşüb  (gördüklərini  şeytan  sənə  qarmaqarışıq  göstərir).”  Sonra 

Peyğəmbər: “Sənin üçün fikrimdə bir şey tutmuşam” dedi. İbn Sayyad: “Bu, əd-

Duxdur” deyə cavab verdi. Peyğəmbər: “İtil buradan! Sən heç vaxt həddini aşa 

bilməyəcəksən”.  Ömər:  “Ya  Rəsulullah,  burax  onun  boynunu  vurum.” 

Peyğəmbər: “Əgər o, odursa (Məsih Dəccəl), sən ona bata bilməyəcəksən, yox 

əgər  o  deyilsə,  onu  öldürməyinin  sənə  heç  bir  xeyri  yoxdur”.  (Buxari  1354, 

3055, Muslim 7538, 2930/95) 

 

 




 

 

836 



 

1853. İbn Ömər  rəvayət edir ki, bir dəfə Peyğəmbər  Ubey İbn Kəb ilə İbn 

Səyyadın  olduğu  xurmalıq  yerə  getmişdir.  Peyğəmbər    xurmalığa  çatdığı 

zaman  İbn  Səyyad  gizlənərək  xurma  ağaclarıyla  görülməsin  deyə  özünü 

örtürdü.  Peyğəmbər   istəyirdi  ki,  İbn  Sayyad onu görmədiyi  halda onun nə 

danışdığını  eşitsin.  Peyğəmbər    onun  bürüncəyinə  bürünüb  uzandığını  və 

əcaib  səslər  çıxartdığını  gördü.  (Bu  vaxt)  İbn  Sayyadın  anası  Peyğəmbərin   

xurma  ağacının  arxasında  gizləndiyini  görüb  İbn  Sayyada:  “Ey  Safi!  (Bu  İbn 

Sayyadın adıdır). Muhəmməd buradadır” dedi və  İbn Sayyad dərhal sıçrayıb 

ayağa  qalxdı.  Peyğəmbər    buyurdu:  “Əgər  qadın  onu  oyatmasaydı,  (onun 

kim olduğu bizə) bəlli olardı.” (Buxari 3056, Muslim 7539, 2931/96) 

 

 



 

1854.  İbn  Ömər    demişdir:  “Peyğəmbər    camaatın  arasında  ayağa  qalxıb 

Allaha – Ona layiq tərzdə təriflər dedikdən sonra dəccalı yada salıb dedi: “Mən 

sizi  ondan  xəbərdar  edib  çəkindirirəm.  Elə  bir  peyğəmbər  olmamışdır  ki, 

ümmətini  ondan  çəkindirmiş  olmasın.  Nuh  da  öz  ümmətini  ondan 

çəkindirmişdir.  Lakin  mən  dəccal  barəsində  sizə  elə  bir  söz  deyəcəyəm  ki, 

(onu)  heç  bir  peyğəmbər  öz  ümmətinə  deməmişdir.  Bilin  ki,  o,  təkgözdür. 

Allah isə təkgöz deyildir.” (Buxari 3057, 3337, 6175, Muslim 7540, 2932/97) 

 

 

Dəccalın Qissəsi, Vəsfi Və Onunla Olan Şeylər Barəsində 

 

 



 

1855.  İbn  Ömər    rəvayət  edir  ki,  bir  dəfə  Peyğəmbər    insanlar  içərisində 

Məsih  Dəccəli  zikr  etdi.  Allah  tək  göz  deyildir.  Dəccəl  isə  sağ  gözü  təkdir. 

Onun gözü sanki üzüm salxımından irəli çıxmış üzüm giləsi kimidir”. (Buxari 

3439, Muslim 7546, 2933/100) 

 

 



 


 

 

837 



1856.  Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Elə  bir 

Peyğəmbər  göndərilmədi  ki,  ümmətini  yalançı,  tək  göz  dəccəldən 

çəkindirməsin. Xəbəriniz olsun ki, o tək gözdür. Rəbbiniz isə tək göz deyildir. 

Dəccəlin  iki  gözü  arasında  kafir  yazılmışdır”.  (Buxari  7131,  Muslim  7548, 

2933/101) 

 

 



 

1857.  Huzeyfə    demişdir:  “Mən  Peyğəmbərin    belə  dediyini  eşitmişəm: 

“Dəccal zühur edəcəyi zaman onun yanında su və od olacaq. İnsanlar nəyi od 

zənn  edəcəklərsə,  əslində,  bu,  soyuq  su  olacaq.  Nəyi  soyuq  su  zənn 

edəcəklərsə,  o,  yandırıb-yaxan  bir  od  olacaq.  Sizlərdən  kim  o  vaxta  qədər 

yaşasa,  od  zənn  etdiyi  şeyin  içinə  girsin.  Həqiqətdə,  o,  şirin  və  sərin  bir  su 

olacaq.” (Buxari 3450, Muslim 7555, 2934/107) 

 

 



 

1858.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizə  Dəccəl 

barədə  bir  şeylər  xəbər  verəcəyəm  ki,  heç  bir  Peyğəmbər    bunu  qövmünə 

söyləməmişdir.  Onun  bir  gözü  kordur.  Cənnətin  və  Cəhənnəmin  yalançı 

misalları  onunla  bərabərdir.  Lakin  onun  Cənnət  adlandırdığı  məkan 

Cəhənnəm,  Cəhənnəm  adlandırdığı  da  Cənnətdir.  Nuh  öz  qövmünü  ondan 

çəkindirdiyi kimi mən sizi bundan çəkindirirəm”.  (Buxari 3338, Muslim  7558, 

2936/109) 

 

 

 

Dəccəlin Vəsfi, Mədinənin Ona Haram Edilməsi Və 



Möminin Öldürülüb Dirilməsi Barədə 

 

 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə