Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə225/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   220   221   222   223   224   225   226   227   228

 

 

843 



 

 

1868. Əbu Hureyra   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Sizdən biriniz 



özünə  var-dövlət  və  (gözəl)  bədən  quruluşu  bəxş  edilmiş  bir  kimsəyə  baxsa, 

qoy  özündən  aşağı  təbəqədə  olan  kimsəyə  də  baxsın.”  (Buxari  6490,  Muslim 

7617, 2963/8) 

 

 



 

 

 



 

 

 



1869.  Əbu  Hureyra    Peyğəmbərin    belə  dediyini  eşitmişdir:  “(Vaxtı  ilə) 

Allah İsrail oğullarından üç nəfəri – cüzam xəstəliyinə tutulmuş birisini, keçəli 

və  kor  adamı  imtahana  çəkmək  istədi.  Odur  ki,  onların  yanına  bir  mələk 

göndərdi.  Mələk  (insan  qiyafəsində  əvvəlcə)  cüzam  xəstəliyinə  tutulmuş 

kimsənin yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Gözəl 

rəng  və  gözəl  dəri!  İnsanlar  artıq  məndən  diksinirlər.”  Mələk  əlini  onun 

vücuduna sürtdü  və  bu çirkinlik  keçib getdi, onun  rəngi  və  dərisi  gözəlləşdi. 

Mələk  soruşdu:  “Sənin ən  çox sevdiyin  mal  nədir?”  O:  “Dəvə ya  da inəkdir” 

deyə  cavab  verdi.  Ona  on  aylıq  boğaz  dəvə  verildi  və  mələk  dua  edib  dedi: 

“(Allah)  bunu  sənin  üçün  bərəkətli  etsin!”Sonra  mələk  keçəlin  yanına  gəlib 

dedi:  “Sənin ən çox  istədiyin şey  nədir?”  O  dedi:  “Gözəl  saçım  (olsun)  və  bu 

(keçəllik) məndən getsin. İnsanlar artıq məndən diksinirlər.” Mələk əlini onun 

başına  çəkdi  və  onun  keçəlliyi  keçib  getdi,  ona  gözəl  saç  bəxş  edildi.  Mələk 

soruşdu:  “Sənin  ən  çox  sevdiyin  mal  nədir?”  O:  “İnəkdir”  dedi.  Ona  boğaz 

inək verildi və mələk dua edib dedi: “(Allah) bunu sənin üçün bərəkətli etsin!” 



 

 

844 



Bundan  Sonra  mələk  korun  yanına  gəlib  dedi:  “Sənin  ən  çox  istədiyin  şey 

nədir?”  O  dedi:  “Allah  gözlərimi  özümə  qaytarsın  və  mən  insanları  görə 

bilim.”  Mələk  əlini  (onun  gözlərinə  sürtdü)  və  Allah  onun  gözlərini  özünə 

qaytardı. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “Qoyundur” 

dedi. Ona balalı bir qoyun verildi (və mələk dua edib dedi: “Allah bunu sənin 

üçün  bərəkətli  etsin!)”.  Bundan  sonra  bu  ikisinin  heyvanları  bala  verdi, 

üçüncüsünün  də  (qoyunu)  balaladı.  Bir  müddət  keçdikdən  sonra  birinin  bir 

vadi dolusu dəvəsi, o birinin bir vadi dolusu mal-qarası, üçüncüsünün də bir 

vadi dolusu qoyunu oldu. Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə 

cüzam  xəstəliyinə  tutulmuş  kimsənin  yanına  gəlib  dedi:  “Mən  kasıb  bir 

adamam. Səfərdə ikən mənim bütün vəsaitim tükənmişdir. Bu gün mən yalnız 

və  yalnız  Allahın  köməyi  ilə,  sonra  da  sənin  köməyinlə  (istəyimə)  nail  ola 

bilərəm.  Sənə  gözəl  rəng,  gözəl  dəri  və  (bu  qədər)  sərvət  bəxş  etmiş  Allah 

rizasına  mənə  bir  dəvə  ver,  onun  sayəsində  səfərimi  başa  çatdıra  bilim.”  (Bu 

adam  cavabında  ona)  dedi:  “Düzü,  (özümün)  o  qədər  verəcəyim  var  ki!” 

(Mələk)  ona  dedi:  “Gərək  ki,  mən  səni  tanıyıram.  Məgər  sən  həm  cüzam 

xəstəliyinə  tutulmuş,  həm  insanların  diksindiyi,  həm  də  kasıb  bir  adam 

deyildinmi? Sonra da Allah sənə (istədiklərini) vermədimi?” Adam dedi: “(Bu 

var-dövlət) mənə ata-babalarımdan miras qalmışdır.” Mələk dedi: “Əgər yalan 

danışırsansa, Allah səni əvvəlki halına qaytarsın!” Sonra mələk ilk dəfə gəldiyi 

görkəmdə  və  qiyafədə  keçəlin  yanına  gəldi  və ona  da  əvvəlkinə  dediklərinin 

eynisini söylədi.  Əvvəlki  adam ona  rədd  etdiyi kimi  keçəl  də ona yox  cavabı 

verdi. (Onda Mələk) dedi: “Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına 

qaytarsın!”  Sonra  mələk ilk  dəfə gəldiyi görkəmdə  və  qiyafədə  korun yanına 

gəlib  dedi:  “Mən  kasıb  adamam, yolda qalmışam.  Səfərdə ikən  mənim  bütün 

vəsaitim  tükənmişdir.  Bu  gün  mən  ancaq  və ancaq  Allahın  köməyi  ilə, sonra 

da sənin köməyinlə (istəyimə) nail ola bilərəm. Sənin gözlərini özünə qaytaran 

Allah  rizasına  mənə  bir  qoyun  ver,  onun  sayəsində  səfərimi  başa  çatdıra 

bilim.”  Adam  dedi:  “(Doğrudur,)  mən  kor  idim,  Allah  gözlərimi  mənə 

qaytardı, kasıb idim, O mənə var-dövlət nəsib etdi! Odur ki, nə qədər (qoyun) 

istəyirsənsə, götür. Vallahi ki, bu gün mən sənin Allah rizası üçün götürdüyün 

şeylərə hədd qoymayacağam.” Mələk dedi: “Malını özünə saxla. Bu sizin üçün 

yalnız bir imtahan idi. Allah səndən razı qaldı, lakin o biri iki dostuna qəzəbi 

tutdu!” (Buxari 3464, Muslim 7620, 2964/10) 

 

 

 




 

 

845 



1870. Sad İbn Əbi Vaqqas  deyir ki, mən Allah yolunda ilk ox atan Ərəbəm. 

Peyğəmbər    ilə  birlikdə  Hublə  ilə  Səmur  ağacının  yarpağından  başqa 

yeyəcəyimiz  bir  şey  olmadığı  halda  döyüşə  gedərdik.  Hətta  bizlərindən  biri 

ayaq yoluna çıxdıqda nəcisi qoyunun qığı kimi (bərk) olurdu. Sonra Bəni Əsəd 

İslam  naminə  məni  töhmət  etdi.  Bu  halda  mən  xəsarətə  uğradım  və  əməlim 

batil oldu”. (Buxari 6453, Muslim 7623, 2966/12) 

 

 

 



1871.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allahım, 

Muhəmmədin  ailəsinə gündəlik  yemək  nəsib  et!”  (Buxari  6460,  Muslim  7630, 

2969/17) 

 

 



 

1872. Aişə  demişdir: “Muhəmmədin   ailəsi Mədinəyə gəldiyi gündən ta 

onun  vəfat  etdiyi  günədək  (heç  vaxt)  üç  gün  dalbadal  buğda  çörəyindən 

doyunca yeməmişdir.” (Buxari 5416, 6454, Muslim 7633, 2970/20) 

 

 

 



1873.  Aişə    demişdir:  “Muhəmmədin    ailəsi  bir  gündə  iki  dəfə  yemək 

yemədi.  Yediyi  iki  yeməkdən  biri  xurma  idi”.  (Buxari  6455,  Muslim  7638, 

2971/25) 

 

 



 

 

1874.  Aişə    Urvaya  demişdir:  “Bacım  oğlu!  Olurdu  ki,  biz  bir  hilal  görür, 



sonra yenə  bir hilal görür,  hətta iki  ayda  üç hilal  (üç  ay)  görürdük,  (lakin  bu 

müddət  ərzində)  Peyğəmbərin    evlərində  od  qalanmırdı  (yemək 

bişirilməzdi)”.  (Urva  dedi:)  “Mən  soruşdum:  “Xalacan,  bəs  nə  ilə 

dolanırdınız?”  O  dedi:  “Xurma  və  su  ilə.  Bundan  başqa  Peyğəmbərin   

ənsardan olan qonşuları var idi. Onların da sağmal dəvələri və qoyunları var 

idi.  Onlar  bu  heyvanların  südündən  Peyğəmbərə    hədiyyə  edər,  o  da  onu 

bizə içirdərdi.” (Buxari 2567, Muslim 7642, 2972/28) 

 

 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə