Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə24/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   20   21   22   23   24   25   26   27   ...   228

 

 

80 



136. (Bir dəfə) Abdullah İbn Zeyddən Peyğəmbərin   (necə) dəstəmaz aldığını 

soruşdum.  (Bunu  eşitdikdə)  o,  bir  qab  (su)  istədi  və  onlar  üçün  Peyğəmbərin 

dəstamaz aldığı kimi dəstəmaz aldı. Sonra qabdan əllərinə su tökdü və onları üç 

dəfə yudu. Sonra (sağ) əlini qabın içinə salıb bir ovuc su ilə həm ağzını yaxaladı, 

həm də burnunun içini yudu. Bunu üç dəfə təkrar etdi. Sonra (yenə) əlini qabın 

içinə  salıb  (ovuclarındakı  su  ilə)  üç  dəfə  üzünü  yudu.  Sonra  hər  iki  əlini 

dirsəklərə qədər iki dəfə yudu. Sonra (yenə) əlini qabın içinə salıb (yaş əlləri ilə) 

əllərini  qabağa  və  dala  apararaq  bir  dəfə  başına  məsh  çəkdi.  Sonra  hər  iki 

ayaqlarını  topuqlara  qədər  yudu.  (Sonra  dedi:  “Peyğəmbər    belə  dəstəmaz 

alardı)”. (Buxari 186, 192, Muslim 346, 578) 

 

 

 

İstinsar Və İsticmarın Tək Edilməsi 

 





 

137.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qoy  dəstəmaz 

alan kəs burnuna su alıb (içini) yusun, (ayaqyolunda) daşla təmizlənən kəs tək 

sayda (daşla silinsin).” (Buxari 161, Muslim 350, 585) 

 





 

138. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Biriniz yuxudan 

oyanıb  dəstəmaz  aldığı  zaman  burnunun  içini  üç  dəfə  yusun.  Çünki  şeytan 

burun deşiyində gecələyir.” (Buxari 3295, Muslim 351, 587) 

 

 

 

İki Ayağın (Topuq Daxil Olmaqla) Tam Yuyulmasının 



Vacib Olması 

 



 

 



139.  Abdullah  İbn  Amr    rəvayət  edir  ki,  səfərdə  olduğumuz  zaman 

Peyğəmbər    bizdən  geri  qaldı,  sonra  da  namazın  vaxtının  çıxmağına  az 




 

 

81 



qalmış  gəlib  bizə  çatdı.  (Namazın  vaxtı  çıxacaqdı  deyə,)  biz  dəstəmaz  alıb 

ayaqlarımıza məsh etməyə başladıq. Peyğəmbər  (bunu görcək) uca səslə iki 

və ya üç  dəfə  belə  buyurdu:  “Atəşə  girən  topuqların vay  halına!”  (Buxari  60, 

96, 163, Muslim 355, 595) 

 

 

 



 

 

140.  Əbu  Hureyrə    yanımızdan  keçirdi.  İnsanlar  təmizlik  üçün  hazırlanmış 



bir  su  qabından  dəstəmaz  alırdılar.  Əbu  Hureyrə:  “Dəstəmazı  tam  və  kamil 

alın,  çünki  Əbul  Qasım    buyurdu:  “Oda  yanacaq  dabanların  vay  halına!” 

(Buxari 165, Muslim 242, 357, 597) 

 

 

 

Dəstəmazda Vacibdən Artığının Yuyulmasının Müstəhəb 

Olması 

 



 

141.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Ümmətim 



Qiyamət günü üzləri parlaq, əlləri və ayaqları nurlu olduğu halda gələcəklər”. 

Əbu Hureyra: “Aranızdan kim üzünün parlaqlığını artıra bilirsə, qoy artırsın!” 

(Buxari 136, Muslim 246, 363, 603) 

 

 

 

Misvaq 

 



 

142. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Əgər ümmətimə 



(və ya insanlara) ağır gəlməsəydi, onlara əmr edərdim ki, hər namazdan əvvəl 

(dişlərini) misvakla təmizləsinlər.” (Buxari 887, Muslim 252, 370, 612) 

 





 


 

 

82 



143.  Əbu  Musa    rəvayət  edir  ki,  mən  Peyğəmbərin    yanına  gəlib  onun 

əlindəki  misvakla  (Ərak)  dişlərini  təmizlədiyini  və  ağzında  misvak  olduğu 

halda  sanki  öyüyürmüş  kimi  «u',  u'»–  səsi  çıxartdığını  gördüm.  (Buxari  244, 

Musim 254, 373, 615) 

 





 

144. Huzeyfə  rəvayət edir ki, Peyğəmbər  gecə yuxudan oyandıqda ağzını 

misvakla təmizləyərdi. (Buxari 245, Muslim 255, 374, 375, 618) 

 

 

 

Fitrətin Xisləti 

 



 

 

145.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Fitrət  beşdir 



(yaxud  beş  şey  fitrətdəndir),  sünnət  etmək,  qasığı  qırxmaq,  qoltuqaltı  tükləri 

qopartmaq, dırnaqları kəsmək və bığları qısaltmaq”. (Buxari 5889, Muslim 257, 

377, 620) 

 



 

146. İbn Ömər   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Müşriklərə müxalif 



olun – saqqal buraxın və bığları qısaldın.” (Buxari 5892, Muslim 259, 382, 625) 

 



 

147.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Bığları  qısaldın 



saqqal buraxın”. (Buxari 5893, Muslim 259, 380, 381, 623, 624) 

 

 

 

Ehtiyacı Ödədikdən Sonra Təmizlənmək 

 



 

 

83 



 

 



 

148.  Yəhya  İbn  Yəhya  demişdir:  “Mən  Süfyan  İbn  Uyeynəyə  dedim:  “Sən 

Zuhrinin (belə bir hədis) rəvayət etdiyini eşitmisənmi? Zuhri Əta İbn Yezid əl-

Leysidən, o  da Əbu  Əyyubdan, o  da  Peyğəmbərdən    rəvayət  etmişdir  ki, o, 

belə  buyurmuşdur:  “Ayaqyoluna  getdiyiniz  zaman  təbii  ehtiyacınızı  rəf 

etdikdə  üzünüzü  və  ya  arxanızı  qibləyə  çevirməyin.  Üzünüzü  şərqə  və  ya 

qərbə  tərəf  çevirin”.  Əbu  Əyyub:  “Biz  Şama  gəldik  və  ayaqyollarının  üzü 

qibləyə  tikildiyini  gördük.  Biz  (onların  içində)  yana  çevrilir,  (sonra  da) 

Allahdan bağışlanma diləyirdik”. (Buxari 394, Muslim 264, 388, 632) 

 



 

149.  Abdullah  İbn  Ömər    dedi:  “Bəzi  adamlar:  “Təbii  ehtiyacınızı  rəf  etmək 



üçün  oturduğunuz  zaman  üzünüzü  qibləyə  və  ya  Beytül  Məqdisə  tərəf 

çevirməyin”  deyirlər.  Mən  (isə  yalnız  onu  deyə  bilərəm  ki,)  bir  gün  evimizin 

damının üstünə çıxmışdım. Bu vaxt mən Peyğəmbəri  üzünü Beytül Məqdisə 

tərəf  tutaraq,  iki  kərpic  üstündə  oturub  təbii  ehtiyacını  rəf  etdiyini  gördüm.” 

(Buxari 145, Muslim 266, 390, 634) 

 



 

150.  İbn  Ömər    demişdir:  “(Bir  gün)  mən  bacım  Həfsənin  evinin  üstünə 

çıxdım  və  Rəsulullahın    üzü  Şama  və  arxası  qibləyə  tərəf  oturub  təbii 

ehtiyacını rəf etdiyini gördüm”. (Buxari 148, 3102, Muslim 266, 391, 635;) 

 

 

 

Sağ Əllə Təmizlənməyin Qadağan Olunması 

 





 

151. Əbu Qətadə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizdən biriniz (bir 

şey)  içdikdə  qabın  içinə  üfürməsin,  subaşına  çıxdıqda  sağ  əli  ilə  cinsiyyət 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə