Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə21/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   17   18   19   20   21   22   23   24   ...   228

 

 

69 



veriləcək,  havadarlıq  et,  havadarlığın  qəbul  olunacaq.”  Mən  deyəcəyəm:  “Ey 

Rəbbim!  Ümmətim,  ümmətim!”  Allah  buyuracaq:  “Get,  qəlbində  zərrə  qədər 

və  ya  xardal  dənəsi  ağırlığında  imanı  olan  kimsələri  atəşdən  çıxart!”  Mən 

gedib onları (oradan) çıxardacağam. Sonra geri qayıdıb həmin həmd-sənalarla 

Allaha  təriflər  deyəcəyəm  və  Onun  qarşısında  səcdəyə  qapanacağam.  Onda 

mənə  deyiləcək:  “Ey  Muhəmməd!  Başını  qaldır,  danış,  sənə  qulaq  asılacaq, 

istə, sənə istədiyin veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq.” Mən 

deyəcəyəm:  “Ey  Rəbbim!  Ümmətim,  ümmətim!”  Allah  buyuracaq:  “Get, 

qəlbində  xardal  dənəsi  ağırlığından  daha  az,  daha  az,  daha  az  imanı  olan 

kimsələri  atəşdən  çıxart!”  Mən  gedib  onları  (oradan)  çıxardacağam.”  Digər 

rəvayətdə Peyğəmbər  demişdir: “Mən dördüncü dəfə qayıdıb həmin həmd-

sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. 

Onda  mənə  deyiləcək:  “Ey  Muhəmməd!  Başını  qaldır,  danış,  sənə  qulaq 

asılacaq,  istə,  sənə  istədiyin  veriləcək,  havadarlıq  et,  havadarlığın  qəbul  olu-

nacaq.”  Mən  deyəcəyəm:  “Ey  Rəbbim!  Mənə  izn  ver:  “Lə  Ilahə  Illəllah!”– 

deyən  kimsələrə  (şəfaətçi)  olum.”  Allah  buyuracaq:  “Mənim  izzətimə, 

əzəmətimə,  böyüklüyümə  və  ululuğuma  and  olsun  ki,  Mən:  “Lə  Ilahə 

Illəllah!” deyən kəsləri oddan çıxardacağam.” (Buxari 7510, Muslim 286, 500) 

 






 

 

70 



 

120.  Əbu  Hureyra    rəvayət  edir  ki,  (bir  dəfə)  Peyğəmbərə    cəmdək 

gətirdilər.  Sonra  bu  cəmdəyin  qol  tərəfini  (bişirib)  ona  verdilər.  Ətin  bu  yeri 

onun xoşuna gəlirdi. O, ətdən bir tikə dişlədikdən sonra dedi: “Qiyamət günü 

mən  insanların  ən  hörmətlisi  olacağam.  Bunun  nə  səbəbdən  belə  olduğunu 

bilirsinizmi?  Allah  əvvəlkiləri  və  sonrakıları,  –  (insanların  hamısını)  –  elə  bir 

yerə  yığacaq  ki,  carçı  onları  çağıra  bilsin,  gözlər  də  onları  əhatə  etsin.  Günəş 

insanlara yaxınlaşdıqdan sonra onları elə bir dərd və kədər bürüyəcək ki, onlar 

buna  nə  tab  gətirəcək,  nə  də  dözə  biləcəklər.  Onda  onlar  (bir-birilərinə) 

deyəcəklər:  “Başınıza  gələnləri  görmürsünüzmü?  Bəlkə,  Rəbbiniz  yanında 

sizin tərəfinizi saxlayan bir adam tapasınız?” İnsanların bəzisi digərlərinə de-

yəcək:  “Gərək  Adəmdən  xahiş  edəsiniz!”  Onlar  Adəmin 

  yanına  gəlib 



deyəcəklər: “Sən bəşəriyyətin atasısan! Özünü də Allah Öz Əlləri ilə yaratmış, 

Öz  ruhundan  sənə  üfürmüş  və  mələklər  Onun  əmri  ilə  sənə  səcdə  etmişlər. 

(Elə  isə)  Rəbbinin  yanında  bizdən  ötrü  havadarlıq  et  (şəfaətçi  ol)!  Məgər  sən 

bizim  nə  vəziyyətdə  olduğumuzu,  başımıza  nələr  gəldiyini  görmürsənmi?!”. 

Adəm: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə 

qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Çünki O mənə 

(bəlli)  bir  ağaca  yaxınlaşmağı  qadağan  etdi,  lakin  mən  Ona  asi  oldum.  Ah 

nəfsim,  nəfsim,  nəfsim!  Gedin  başqasının  yanına.  Gedin  Nuhun 

 

yanına!” 



Onda  onlar  Nuhun 

 

yanına  gəlib  deyəcəklər:  “Ey  Nuh!  Sən  yer  üzünə 



göndərilmiş ilk elçisən. Özünü də Allah şükür edən bəndə adlandırmışdır. (Elə 

isə)  Rəbbinin  yanında  bizdən  ötrü  havadarlıq  et!  Məgər  sən  bizim  nə 

vəziyyətdə olduğumuzu görmürsənmi?!”. Nuh: “Bu gün qüdrətli və əzəmətli 

Rəbbim elə qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə qəzəblənməmiş 

və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Mənim dua etməyə imkanım 

var  idi,  lakin  mən  qövmümün  əleyhinə  bəddua  etdim.  Ah  nəfsim,  nəfsim, 

nəfsim!  Gedin  başqasının  yanına.  Gedin  İbrahimin 

 

yanına!”  Onda  onlar 



İbrahimin 

 

yanına  gəlib  deyəcəklər:  “Ey  İbrahim!  Sən  həm  Allahın 



peyğəmbəri,  həm  də  yer  əhli  arasında  Allahın  ən  sevimli  dostusan.  (Elə  isə) 

Rəbbinin  yanında  bizdən  ötrü  havadarlıq  et!  Məgər  sən  bizim  nə  vəziyyətdə 

olduğumuzu görmürsənmi?!” İbrahim: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, 

O,  bundan  əvvəl  heç  vaxt  belə  qəzəblənməmiş  və  bundan  sonra  əsla  belə 

qəzəblənməyəcəkdir.  Mən  üç  dəfə  yalan  danışmışam.  Ah  nəfsim,  nəfsim, 

nəfsim!  Gedin  başqasının  yanına.  Gedin  Musanın 

 

yanına!”  Onda  onlar 



Musanın 

 

yanına gəlib deyəcəklər: “Ey Musa! Sən, Allahın elçisisən, Allah Öz 



risaləti  ilə,  üstəlik  səninlə  bilavasitə  danışmaqla  səni  digər  insanlardan  üstün 


 

 

71 



etmişdir.  (Elə  isə)  Rəbbinin  yanında  bizdən  ötrü  havadarlıq  et!  Məgər  sən 

bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!”. Musa: “Bu gün Rəbbim elə 

qəzəblənmişdir  ki,  O,  bundan əvvəl  heç  vaxt  belə  qəzəblənməmiş və  bundan 

sonra  əsla  belə  qəzəblənməyəcəkdir.  Mən  adam  öldürmüşəm.  Halbuki,  onu 

öldürmək  mənə  əmr  edilməmişdi.  Ah  nəfsim,  nəfsim,  nəfsim!  Gedin 

başqasının  yanına.  Gedin  Məryəm  oğlu  İsanın 

 

yanına!”  Onda  onlar  İsanın 



yanına gəlib deyəcəklər: “Ey İsa! Sən həm Allahın elçisi, həm Onun Məryəmə 

göndərdiyi Kəlməsi, həm də Onun ruhundansan. Sən hələ körpə  ikən beşikdə 

insanlarla  danışırdın.  (Elə  isə)  Rəbbinin  yanında  bizdən  ötrü  havadarlıq  et! 

Məgər  sən  bizim  nə  vəziyyətdə  olduğumuzu  görmürsənmi?!”.  İsa:  “Bu  gün 

Rəbbim elə qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə qəzəblənməmiş 

və  bundan  sonra  əsla  belə  qəzəblənməyəcəkdir.”  İsa  öz  xətasını  onlara 

bildirməyəcək, sadəcə belə deyəcək: “Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqa-

sının  yanına.  Gedin  Muhəmmədin    yanına!”  Onda  onlar  Muhəmmədin   

yanına  gəlib  deyəcəklər:  “Ey  Muhəmməd!  Sən  həm  Allahın  elçisi,  həm  də 

peyğəmbərlərin  sonuncususan.  Allah  sənin  keçmiş  və  gələcək  günahlarını 

bağışlamışdır. (Elə isə) Rəbbinin yanında bizdən ötrü havadarlıq et! Məgər sən 

bizim  nə  vəziyyətdə  olduğumuzu  görmürsənmi?!”  Onda  mən  Ərşin  altına 

gəlib, qüdrətli və  əzəmətli Rəbbimin qarşısında  səcdə  edəcəyəm.  Sonra  Allah 

mənə elə təriflər və alqışlar göndərəcək ki, məndən əvvəl heç kəsə belə təriflər 

və alqışlar göndərməmişdir. Sonra da belə deyiləcək: “Ey Muhəmməd! Başını 

qaldır  və  istə,  sənə  istədiyin  veriləcəkdir,  havadarlıq  et,  havadarlığın  qəbul 

olunacaqdır.”  Mən  başımı  qaldırıb  deyəcəyəm:  “Ümmətim,  ey  Rəbbim! 

Ümmətim,  ey  Rəbbim!  Ümmətim,  ey  Rəbbim!”  Onda  belə  deyiləcək:  “Ey 

Muhəmməd,  ümmətindən  sorğu-suala  çəkilməyəcək  kimsələri  Cənnətin  sağ 

qapılarından içəri daxil et! Halbuki, onlar başqa insanlarla birlikdə (Cənnətin) 

digər  qapılarından  da  keçə  bilərlər”.  Peyğəmbər:  “Canım  Əlində  olan  Allaha 

and  olsun  ki,  Cənnət  qapılarındakı  laylardan  hər  iki  lay  arasındakı  məsafə 

Məkkə  ilə  Himyər  (yaxud  Məkkə  ilə  Busra)  arasındakı  məsafə  qədərdir.” 

(Buxari 4712, Muslim 287, 501) 

 



 



 

Peyğəmbərin  Ümməti Üçün Şəfaəti Saxlaması 

 



 

 



121.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hər  bir 

peyğəmbərin  duası  olmuşdur.  Mən  isə  öz  duamı  İnşəAllah  Qiyamət  günü 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə