Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə17/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   13   14   15   16   17   18   19   20   ...   228

 

 

58 





 

 

Allahın Bu Sözünün: Və Peyğəmbərin  İsra Gecəsində 

Allahı Görməsi 

 







 

 



111.  Məsruq  rəvayət  edir  ki,  Aişədən    soruşdum:  “Ey  (möminlərin)  Anası! 

Muhəmməd Rəbbini gördümü?”. Aişə: “Söylədiyin sözlərdən tüklərim ürpəşdi, 

üç  şey  vardır  ki,  hər  kim  bunlardan  birini  dilinə  gətirsə,  Allaha  böyük  iftira 

yaxmış (yalan danışmış) olar” dedi. Dedi: “Hər kim Muhəmmədin  öz Rəbbini 

gördüyünü  iddia  etsə,  yalan  danışmışdır”.  Sonra:  “Gözlər  Onu  dərk  etmir.  O 

isə  gözləri  dərk  edir.  O,  Lətifdir,  (hər  şeydən)  Xəbərdardır”.  (əl-Ənam  103). 

deyə  buyurduğunu,  habelə  Onun:  “Allah  insanla  ancaq  vəhylə  və  ya  pərdə 



arxasından  danışır,  yaxud  bir  elçi  göndərir  və  o  da  (Allahın)  izini  ilə  Onun 

istədiyini  vəhy  edir.  Həqiqətən,  O,  Ucadır,  Müdrikdir”.  (əş-Şura  51).  deyə 

buyurduğunu  eşitməmisən?”  Aişə:  “Hər  kim  sabah  nə  baş  verəcəyini  xəbər 

verməyə  qadir  olduğunu  iddia  etsə,  yalan  danışmışdır.  Allah  buyurur:  “Heç 

kəs  sabah  nə  qazanacağını  bilə  bilməz...”.  (Loğman  34).  Aişə:  “Hər  kim 

Rəsulullahın    Allahın  Kitabından  bir  şey  gizlətdiyini  iddia  etsə,  yalan 

danışmışdır. Allah buyurur: “Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et! 

(Belə)  etməsən,  Onun  risalətini  (sənə  tapşırdığı  elçilik  vəzifəsini)  yerinə 

yetirmiş olmazsan...”. (əl-Maidə 67). Aişə: “Lakin Cəbrail iki dəfə öz surətində 

görmüşdür”. (Buxari 4855, Muslim 259, 457) 

 

 

112. Aişə  demişdir: “Kim iddia etsə ki, Muhəmməd Rəbbini görmüşdür, o, 



böyük günah işlətmiş olar. Lakin o, Cəbraili öz surətində və xilqətində, bütün 

üfüqü tutmuş vəziyyətdə görmüşdür” (Buxari 3234, Muslim 260, 460) 

 

 



 

 

59 



 

Möminlərin Axirətdə Rəbblərini Görməsinin İsbatı 

 

 



 

113. Abdullah İbn Qeys  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İki cənnət 



vardır  ki, onların içindəki  qab-qacaqlar  və  başqa  əşyalar  gümüşdəndir.  Digər 

iki  cənnət  də  vardır  ki,  onların  içindəki  qab-qacaqlar  və  başqa  əşyalar 

qızıldandır.  Əzəmət  pərdəsindən  başqa  heç  bir  şey  Ədn  cənnətində  olan 

kimsələrə  Rəbbinin  Üzünü  görməyə  mane  olmayacaq.”  (Buxari  4878,  7444, 

Muslim 265, 466) 

 

 

 

Allahı Görməyin Yollarının Bilinməsi 

 



 






 

 

60 





 

114.  Əbu  Hureyra    rəvayət  edir  ki,  (bir  dəfə)  camaat  soruşdu:  “Ey  Allahın 

elçisi! Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” (Peyğəmbər) dedi: “Məgər 

siz buludla  örtülməmiş  on dörd  gecəlik  ayı (görəcəyinizə)  şübhə  edirsiniz?” 

Onlar:  “Xeyr,  ey  Allahın  elçisi!”  deyə  cavab  verdilər.  (Peyğəmbər)  dedi: 

“Məgər siz buludla örtülməmiş günəşi (görəcəyinizə) şübhə edirsiniz?” Onlar: 

“Xeyr!” dedilər. Peyğəmbər: “Rəbbinizi də beləcə görəcəksiniz. Qiyamət günü 

insanlar məhşərə toplanacaq və Allah buyuracaq: “Kim nəyə ibadət edirdisə, 

qoy  onun  ardınca  getsin!”  Beləliklə,  onlardan  kimisi  günəşin,  kimisi  ayın, 

kimisi  də  tağutların  ardınca  gedəcək.  Axırda  bu  ümmət,  içində  olan 

münafiqlərlə birlikdə qalacaqlar. Allah onların yanına gəlib buyuracaq: “Mən 

sizin Rəbbinizəm!” Onlar (Onu tanımadıqlarına görə) deyəcəklər:  “Rəbbimiz 

gələnədək  bura  bizim  yerimiz  (olacaq),  Rəbbimiz  gələndə  biz  Onu 

tanıyacağıq.” Sonra Allah onların yanına gəlib buyuracaq: “Mən sizin Rəbbini-

zəm!”  Onlar  (Onu  tanıyacaq  və):  “Sən  bizim  Rəbbimizsən!”  deyəcəklər. 

(Bundan  sonra)  Allah  onları  çağıracaq,  Cəhənnəmin  üzərində  körpü  (Sırat) 

qurulacaq  və  ümməti  ilə  birlikdə  bu  körpüdən  keçən  elçilərin  birincisi  mən 

olacağam.  O  gün  elçilərdən  başqa  heç  kəs  danışa  bilməyəcək,  elçilər  isə 

deyəcəklər:  “Allahım,  xilas  et,  xilas  et!”  Cəhənnəmdə  sadan  (tikanlı  bitki) 

tikanlarına  bənzər  qarmaqlar  vardır.  Siz  sadan  tikanlarını  görmüsünüzmü?” 

(Əshabələr):  “Bəli”  dedilər.  (Peyğəmbər)  buyurdu:  “Bu  qarmaqlar  sadan 

tikanlarına bənzəyirlər, lakin Allahdan başqa heç kəs onların nə qədər böyük 

olduğunu  bilmir.  Onlar  insanları  əməllərinə  görə  tutacaqlar,  kimisi  əməlinə 

görə  məhv  olacaq,  kimisi  də  didik-didik  ediləcək,  lakin  axırda  xilas  olacaq. 

Nəhayət Allah Cəhənnəmə  vasil olanlardan  dilədiyinə mərhəmət  göstərmək 

istədiyi zaman mələklərə Allaha ibadət etmiş kimsələri (oradan) çıxarmağı əmr 

edəcək.  Mələklər  onları  (üzlərindəki)  səcdə  izindən  tanıyıb  (oradan) 

çıxaracaqlar. Belə ki, Allah Cəhənnəm oduna səcdə izlərini yandırıb-yaxmağı 

haram etmişdir. Beləliklə, onlar Cəhənnəmdən çıxacaqlar. Od Adəm övladının 

vücudunu – səcdə yerləri istisna olmaqla, başdan-ayağa yandırıb-yaxacaq və 

onlar  sümüklərinə  qədər  yanmış  halda  oddan  çıxacaqlar.  Bundan  sonra 

onların üstünə dirilik suyu töküləcək və onlar selin gətirdiyi toxumun cücərib 

yetişdiyi kimi diriləcəklər. Nəhayət Allah Öz qulları üzərində mühakiməsini 

bitirdikdə  Cənnətlə  Cəhənnəm  arasında  bir  nəfər  qalacaq.  Bu  adam 

Cəhənnəmdən  çıxıb  Cənnətə  girən  kimsələrin  axırıncısı  olacaq.  Onun  üzü 

Cəhənnəmə  tərəf  olacaq  və  o  deyəcək:  “Ey  Rəbbim,  mənim  üzümü  oddan 

döndər, çünki onun tüstüsü məni zəhərləmişdir, alovu da məni yandırıb-yax-



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə