Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə15/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   11   12   13   14   15   16   17   18   ...   228

 

 

52 



 

 



 

102.  Ənəs İbn  Malik    Əbu  Zərdən    belə  rəvayət  etmişdir  ki,  Peyğəmbər   



buyurdu:  “Mən  Məkkədə  ikən  evimin  damı  aralandı  və  Cəbrail    (yanıma) 

endi. Köksümü yardıqdan sonra onun içini Zəm-zəm suyu ilə yudu. Sonra içi 

hikmət və imanla dolu olan qızıl ləyən gətirib içindəkiləri köksümə boşaltdı və 

onu bağladı. Sonra əlimdən tutub məni yerə ən yaxın olan göyə qaldırdı. Mən 

yaxın  göyə  gəlib  çatdıqda  Cəbrail    səmanın  gözətçisinə:  “Aç”  dedi. 

(Gözətçi): “Kimdir?” deyə soruşdu. O: “Cəbraildir!” dedi. (Gözətçi): “Yanında 

kimsə  varmı?”  deyə  soruşdu.  Cəbrail:  “Muhəmməd    yanımdadır!”  dedi. 

(Gözətçi)  soruşdu:  “Ona  (gəlsin  deyə)  xəbər  göndərildimi?”  Cəbrail:  “Bəli!” 

dedi.  (Göy  qapıları)  açıldıqda  biz  yaxın  göyün  üstünə  qalxdıq  və  orada 

oturmuş  bir  adam  gördük  ki,  onun  sağ  və  sol  tərəfində  (insanlardan  ibarət) 

toplumlar var idi. Bu adam sağa baxanda gülür, sola baxanda isə ağlayırdı. O, 

(məni görüb) dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh oğul xoş gəlibdir!”. 

Mən  Cəbraildən:  “Bu  kimdir?”  deyə  soruşdum.  Dedi:  “Bu  Adəmdir,  onun 

sağında  və  solunda  olan  toplumlar  isə  zürriyyətinin  ruhlarıdır.  Sağında 

duranlar Cənnət əhli, solunda duranlar isə Cəhənnəm əhlidir. (Buna görə də) 

sağına  baxanda  gülür,  soluna  baxanda  ağlayır.”  Sonra  Cəbrail    mənimlə 




 

 

53 



ikinci  göyə  qalxdı  və onun gözətçisinə:  “Aç”  dedi.  Bu  gözətçi  də ona  əvvəlki 

gözətçinin  dediyini  deyəndən  sonra  (qapını)  açdı.  Ənəs:  “Əbu  Zərr   

Peyğəmbərin    göylərdə  Adəmi,  İdrisi,  Musanı,  İsanı  və  İbrahimi  –  onların 

hamısına  Allahın  salavatı  olsun  –  gördüyünü  söyləsə  də,  onların  məqamları 

barədə dəqiq bir söz demədi. Yalnız Adəmi aşağı göydə, İbrahimi  də altıncı 

göydə  gördüyünü  söylədi.  Ənəs:  “Cəbrail  Peyğəmbərlə    birlikdə  İdrisin 

 

yanına  gəldikdə  (İdris):  “Əməlisaleh  peyğəmbər  və  əməlisaleh  qardaş  xoş 



gəlibdir!”  dedi.  Peyğəmbər:  “Mən:  “Bu  kimdir?”  deyə  soruşdum.  Cəbrail: 

“İdrisdir”  dedi.  Sonra  mən  Musanın 

 

yanına  gəldim.  (Musa):  “Əməlisaleh 



peyğəmbər və əməlisaleh qardaş xoş gəlibdir!” dedi. Mən: “Bu kimdir?” deyə 

soruşdum.  Cəbrail:  “Musadır”  dedi.  Sonra  mən  İsanın 

 

yanına  gəldim.  İsa: 



“Əməlisaleh  qardaş  və  əməlisaleh  peyğəmbər  xoş  gəlibdir!”  dedi.  Mən:  “Bu 

kimdir?”  deyə  soruşdum.  Cəbrail:  “İsadır”  dedi.  Sonra  mən  İbrahimin 

 

yanına  gəldim.  İbrahim:  “Əməlisaleh  peyğəmbər  və  əməlisaleh  övlad  xoş 



gəlibdir!”  dedi.  Mən:  “Bu  kimdir?”  deyə  soruşdum.  Cəbrail:  “İbrahim 

” 



dedi.”  (Ravi:  İbn  Şihab)  İbn  Abbasdan    və  Əbu  Həbbə  əl-Ənsaridən   

rəvayət  edir  ki,  Peyğəmbər    demişdir:  “Sonra  (Cəbrail)  mənimlə  elə  bir 

yüksəkliyə  qalxdı  ki,  mən  qələmlərin  xışıltısını

20

 eşitdim”.  Ənəs  İbn  Malik   



rəvayət  edir  ki,  Peyğəmbər    demişdir:  “Allah  mənim  ümmətimə  əlli  vaxt 

namaz  qılmağı  vacib  buyurdu.  Mən geri qayıdarkən Musanın 

 

yanına  gəlib 



çatdıqda,  o:  “Allah  sənin  ümmətinə  nəyi  əmr  etdi?”  deyə  soruşdu.  Dedim: 

“Əlli  vaxt  namaz  qılmağı  vacib  buyurdu”.  Musa:  “Rəbbinin  yanına  qayıt  (və 

Ondan  bu  hökmü  yüngülləşdirməyi  xahiş  et).  Çünki  sənin  ümmətin  bunun 

öhdəsindən  gələ  bilməyəcək.”  Mən  yenidən  (Ona)  müraciət  etdim  və  O  (bu) 

sayı bir qədər azaltdı. Sonra Musanın 

 

yanına qayıdıb: “O, (bu) sayı bir qədər 



azaltdı”  dedim.  Musa:  “Yenə  Rəbbinə  müraciət  et.  Çünki  sənin  ümmətin 

bunun öhdəsindən gələ bilməyəcək.” Mən yenidən (Ona) müraciət etdim və O, 

(bu)  sayı  bir  qədər  də  azaltdı.  Sonra  Musanın 

 

yanına  qayıtdım.  O  dedi: 



“Yenə  Rəbbinə  müraciət  et.  Çünki  sənin  ümmətin  bunun  öhdəsindən  gələ 

bilməyəcək.”  Mən  yenidən  (Allaha)  müraciət  etdim,  O  isə:  “Onlar  (sayca) 

beşdir, (savab baxımından isə) əllidir, çünki Mənim sözüm dəyişməzdir” deyə 

buyurdu və mən Musanın 

 

yanına qayıtdım. O: “Yenə Rəbbinə müraciət et!” 



dedi.  Lakin  mən:  “Rəbbimdən  utanıram”  dedim.  Sonra  (Cəbrail)  məni  son 

həddəki  Sidr  ağacının  yanına  apardı.  Onun  rəngləri  vəsfəgəlməzdir.  Sonra 

məni Cənnətə daxil etdilər. Orada mən incilər düzülmüş boyunbağılar, habelə 

(Cənnət) torpağının müşk olduğunu gördüm.” (Buxari 349, 3342; Muslim 237, 

433) 

 

                                                



20

 Burada xışıltı deyildikdə Allahın buyruqlarını yazan mələklərin qələmlərinin xışıltısı qəsd edilir. 




 

 

54 





103. Malik  İbn  Səsə    rəvayət  edir  ki, Peyğəmbər    buyurdu:  “Bir  dəfə  mən 

Kəbənin  yanında  (Hətimdə

21

)  yarıoyaq-yarıyuxulu  ikən  bir  nəfərin:  “Üç 



kişidən biri, iki kişinin arasında (olanı götürün)”

22

 dediyini eşitdim. Elə bu vaxt 



onlar mənim yanıma gəldilər və məni götürüb apardılar. (Orada) yanıma içində 

Zəmzəm  suyu  olan  qızıldan  bir  ləyən  gətirdilər.  Sonra  köksümü  buradan  bura 

kimi yardılar. (Qətadə dedi: Yanımdakı adama: “O, nəyi qəsd edirdi?” dedim. 

Dedi:  “qarnının  alt  nahiyəsini”)  Sonra  qəlbimi  çıxardıb  Zəmzəm  suyu  ilə 

yudular  və onu yerinə qoydular.  Sonra  qəlbimə iman  və  hikmət  dolduruldu. 

Sonra mənim yanıma qatırdan alçaq və uzunqulaqdan hündür olan, ağ rəngli 

bir heyvan gətirdilər.  Onun adı Buraq idi. O, addımını gözünün gördüyü son 

nöqtəyə  qoyurdu.  Məni  ona  mindirdilər.  Sonra  biz  yolumuza  davam  etdik. 

Nəhayət,  dünya  səmasına  gəlib  çatdıqda  Cəbrail    qapının  açılmasını  xahiş 

etdi.  (Gözətçi):  “Kimdir  o?”  deyə  soruşdu.  O:  “Cəbraildir!”  dedi.  (Gözətçi): 

                                                

21

 Bu, Kəbəyə bitişik yarımdairə şəklində hörülmüş, hündür olmayan divarla Kəbənin arasındakı yerdir. Bu 



yer Hicr və ya Hətim adlanır. Diqqət edin! İmam Buxari “Səhih” əsərində “Yaradılışın başlanğıcı kitabında” 

nəql etdiyi  hədisdə: “Mən  Kəbənin  yanında  ikən...”, Zuhrinin Ənəsdən  , onun  da Əbu Zərdən   rəvayət 

etdiyi hədisdə: “Mən  Məkkədə  ikən evimin tavanı açıldı...” deyilir, habelə  Vaqidinin gətirdiyi rəvayətlərdə 

Peyğəmbərin    Əbu  Talibin  evindən,  Təbəraninin  rəvayətində  isə  onun  Ummu  Haninin  evindən  meraca 

getdiyi  xəbər  verilir.  Bu  rəvayətləri  cəm  edib  demək  olar  ki:  “Həmin  vaxt  Peyğəmbər    Ummu  Haninin 

evində imiş. Ummu Haninin evi isə Əbu Talibin həyətində yerləşirmiş. Sonra evin tavanı açılmış və Cəbrail 

 gəlib  Peyğəmbəri    Kəbənin  yanına aparmışdır.  O, Kəbənin yanında  uzanıb yarıoyaq-yarıyuxulu  ikən 

mələk onu məscidin qapısının yanına gətirmiş və Buraqa mindirmişdir”. “Fəth əl-Bari” 11/216. 

22

 Burada “Üç kişi” deyildikdə Peyğəmbər , Həmzə  və Cəfər  nəzərdə tutulur. Həmin vaxt Peyğəmbər 



 onların arasında uzanmışdı. 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə