Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə16/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   12   13   14   15   16   17   18   19   ...   228

 

 

55 



“Yanındakı kimdir?” deyə soruşdu. O: “Muhəmməddir!” dedi. (Gözətçi): “Onu 

çağırıblarmı?”  deyə  soruşdu.  Cəbrail:  “Bəli!”  dedi.  (Gözətçi)  qapını  bizim 

üzümüzə  açdı  və  dedi:  “Xoş  gəlib,  səfa  gətirib!  O,  nə  gözəl  ziyarətçidir!”  Biz 

(içəri  keçib)  Adəmin    yanına  gəldik...”.  Ravi  bu  hədisi  nəql  etmiş  və 

demişdir: “O, ikinci səmada İsa və Yəhyaya üçüncü səmada Yusufa, dördüncü 

səmada İdrisə və beşinci səmada Haruna  rast gəldi”. Peyğəmbər  davam 

edib  dedi:  “Sonra  biz  yolumuza  davam  etdik  və  nəhayət,  gəlib  altıncı  səmaya 

çatdıq.  Mən  Musanın    yanına  gəldim  və  ona  salam  verdim.  O  (mənim 

salamımı  aldıqdan  sonra)  dedi:  “Xoş  gəlmisən,  ey  əməlisaleh  qardaş  və 

əməlisaleh peyğəmbər!” Mən onun yanından keçib getdikdə, o ağladı. Ondan: 

“Niyə  ağlayırsan?”  deyə  soruşdular.  Dedi:  “Ey  Rəbbim!  Məndən  sonra 

göndərdiyin  bu  cavan  oğlanın  ümmətindən  Cənnətə  daxil  olanların  sayı, 

mənim ümmətimdən ora daxil olanların sayından qat-qat artıq olacaq”. Sonra 

biz  yolumuza  davam  etdik  və  nəhayət,  gəlib  yeddinci  səmaya  çatdıq.  Orada 

mən İbrahimin 

 yanına gəldim”. Bu hədisdə ravi belə demişdir: “Peyğəmbər 



xəbər  vermişdir  ki, orada o,  (son  həddəki)  Sidr  ağacının  dibindən çıxan  dörd 

çay  görmüşdür.  Bu  çaylardan  ikisi  üstdən,  ikisi  də  altdan  axırdı.  Mən 

soruşdum: “Bu nə çaylardır, ey Cəbrail?” Dedi. “Altdakı çaylar Cənnətdən axır 

(Seyhan  və  Ceyhan)  Üstdəki  çaylar  isə  Nil  və  Furat  çaylarıdır”.  Sonra  mənə 

Beytul  Məmuru  göstərdilər.  Soruşdum:  “Bu  nədir,  ey  Cəbrail?”  Dedi:  “Bu 

Beytul  Məmurdur.  Hər  gün  onun  içinə  yetmiş  min  mələk  girir.  Oradan 

çıxdıqdan sonra bir daha ora qayıtmırlar. Sonra mənə iki qab gətirdilər, birində 

şərab,  digərində  isə  süd  var  idi.  Onları  mənə  uzatdılar  və  mən  südü  seçdim. 

Onda  mənə:  “Sən  (fitrətinə) uyğun  seçim  etdin. Allah sənə  (xeyir)  nəsib  etdi. 

Ümmətin  də  fitrət  üzərində  olacaq”  deyildi.  Bundan  sonra  mənə  gündəlik 

olaraq əlli (vaxt) namaz qılmaq vacib buyuruldu”. Sonra ravi hədisi axıra kimi 

rəvayət etdi. (Buxari 3207, Muslim 238, 434) 

 





 



104. İbn Abbas   rəvayət edir  ki, Peyğəmbər    buyurdu:  “Mən isra gecəsində 

Musanı 


 

gördüm.  Qarabuğdayı,  hündürboylu  və  qıvrımsaçlı  bir  adam  idi, 

lap  Şənuə  qəbiləsinin  kişiləri  kimi.  (Məryəm  oğlu)  İsanı 

 

da  gördüm. 



Ortaboylu,  alyanaq,  ağbəniz  və  nazik  saçlı  bir  adam  idi.  Həmçinin 

Cəhənnəmin  gözətçisi  Maliki  və  Allahın  mənə  göstərdiyi  əlamətlərə  uyğun 

şəkildə  dəccalı  gördüm.  “Elə  isə  sən  onunla  görüşəcəyinə  şübhə  etmə”.  (əs-

Səcdə 23). (Buxari 3239, Muslim 239, 240, 436, 437) 



 

 

56 



 

 



 

105. İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Musa 

 

gəlincə, mən 



sanki  onun  bu  vadiyə

23

 endiyi  zaman  təlbiyə  gətirdiyini  görürəm.”  (Buxari 



1555, 5913, Muslim 243, 440) 

 

 



 

106.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Mən  İsra 

gecəsində  Musanı 

  gördüm.  (Peyğəmbər    onu  belə  vəsf  etdi;)  Baxdım  ki, 



Musa 

 (Yəmənin) Şənuə qəbiləsinin kişiləri kimi qarabuğdayı, hündürboylu, 



dolubədənli,  düzsaçlı  bir  adamdır.  İsaya 

  gördüm.  (Peyğəmbər    onu  vəsf 



edib dedi;) İsa 

 

ortaboylu, sanki hamamdan çıxmış adam kimi qırmızıyanaq 



idi. (İbrahimı 

 gördüm). Övladları içində ona ən çox oxşayanı mənəm. Sonra 



mənə iki qab gətirdilər; birində süd, digərində isə şərab var idi. Mənə dedilər: 

“Hansını  istəyirsənsə,  iç  (götür)”.  Mən  südü  götürüb  içdim.  Onda  mənə:  “Sən 

fitrətə  hidayət  olundun,  (yaxud  fitrətinə  uyğun  seçim  etdin).  Əgər  şərabı 

seçsəydin, ümmətin azğınlığa düşərdi”. (Buxari  3394,  3437,  4709, 5576, Muslim 

245, 442, 3751, 5358) 

 

 

 

Məsih Dəccəlin Və Məryam Oğlu İsanın  Zikri 

 

 



 

 

107.  Abdullah  İbn  Ömər    deyir  ki:  “Bir  gün  Peyğəmbər    camaat  arasında 



Məsih Dəccalı yad edib dedi: “Uca və böyük olan Allah tək göz (kor) deyildir. 

Məsih  Dəccalın  isə  sağ  gözü  kordur.  Onun  gözü  sanki  üzüm  salxımından 

çıxmış iri üzüm dənəsi kimidir”. (Buxari 3439, 7407, Muslim 444, 5218, 7546) 

 

                                                



23

 Burada Məkkədən bir mil aralıda yerləşən Əzrəq vadisi nəzərdə tutulur. 




 

 

57 



 



108.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyudu:  “Mən  keçən  gecə 

Kəbənin  yanında  yatarkən  yuxuda  qarayanız  bir  adam  gördüm.  (Bu  adam) 

qarayanız adamların ən gözəli idi. Saçları kürəyinin arasına düşürdü, həm də 

daranmış  idi,  başından  da  su  damırdı.  Özü  də  əllərini  iki  kişinin  çiyninə 

qoymuş  halda  Kəbəni  təvaf  edirdi.  Mən  soruşdum:  “Bu  kimdir?”.  Dedilər: 

“Bu, Məryəm oğlu Məsihdir!” Sonra mən onun arxasında buruqsaç və sağ  gö-

zü  kor  olan,  özü  də  İbn  Qatana  (Xuzaə  qəbiləsindən  olmuş  və  hələ  İslam 

gəlməmişdən əvvəl vəfat etmişdir) bənzəyən birisini gördüm. Adam əllərini bir 

kişinin  çiyninə  qoymuş  halda  Kəbəni  təvaf  edirdi.  Mən  soruşdum:  “Bu 

kimdir?”  Dedilər:  “Məsihid  Dəccaldır!”  (Buxari  3440,  Muslim  246,  248,  443, 

445) 

 

 



 

109. Cabir İbn Abdullah  rəvayət etmişdir ki, o, Peyğəmbərin  belə dediyini 



eşitmişdir:  “Qureyşlilər  (gecə  səfərim  haqqında  dediklərimi)  təkzib  etdikdə 

mən  (gedib)  Hicrədə  durdum.  (Bu  vaxt)  Allah  Beytul  Məqdisi  mənə  göstərdi 

və  mən  ona  baxaraq  onun  əlamətlərini  onlara  bildirdim.”  (Buxari  3886,  4710, 

Muslim 249, 446) 

 

 

 

Sıdratul Muntəhanın Zikri 

 





 

110.  Zirr  İbn  Hubeyşdən  Allahın  bu  ayəsi  barəsində  soruşduq:  “O,  iki  yay 



uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. Sonra Allah Öz quluna nazil 

edəcəyini  vəhy  etdi”.  (ən-Nəcm  9-10).  Abdullah  İbn  Məsud    Uca  Allahın: 

ayəsini  təfsir  edib  demişdir:  “Peyğəmbər    Cəbraili  gördü.  Onun  altı  yüz 

qanadı var idi.” (Buxari 3232, 4856, Muslim 434, 452) 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə