Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə18/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   14   15   16   17   18   19   20   21   ...   228

 

 

61 



mışdır!”.  Allah  deyəcək:  “Bu  istədiyin  yerinə  yetirilsə,  başqa  bir  şey 

istəyəcəksənmi?”  (Bu  adam):  “Sənin  izzətinə  and  olsun  ki,  yox”  deyəcək  və 

Allaha  dilədiyi  qədər  and  içib  söz  verəcək.  Allah  da  onun  üzünü  oddan 

döndərəcək.  Allah  onun  üzünü  Cənnətə  tərəf  çevirdikdə  o,  (Cənnətin) 

gözəlliyini  görüb  Allahın  istədiyi  qədər  susacaq,  sonra  isə  deyəcək:  “Ey 

Rəbbim, məni Cənnətin qapısına yaxınlaşdır.” Allah ona deyəcək: “Məgər sən 

and içib söz verməmişdin ki, bu istədiyindən başqa heç nə istəməyəcəksən?” O 

deyəcək: “Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!” 

Allah deyəcək: “Bu istədiyin yerinə yetirilsə, başqa bir şey istəyəcəksənmi?” O 

(yenə):  “Sənin  izzətinə  and  olsun  ki,  mən  başqa  heç  nə  istəməyəcəyəm” 

deyəcək və Allaha dilədiyi qədər and içib söz verəcək. Allah da onu Cənnətin 

qapısına  yaxınlaşdıracaq.  Cənnətin  qapısına  çatdıqda  onun  gözəlliyini, 

içindəki sevinc və zövq-səfanı görüb Allahın istədiyi qədər susacaq, sonra da 

deyəcək:  “Ey  Rəbbim,  məni  Cənnətə  daxil  et!”  Allah  deyəcək:  “Vay  sənin 

halına, ey Adəm oğlu, sən nə qədər vədinə xilaf çıxırsan! Məgər sən and içib 

söz  verməmişdin  ki,  sənə  verilənlərdən  başqa  heç  nə  istəməyəcəksən?”  O 

deyəcək: “Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!” 

Belə  olduqda  Qüdrətli  və  Böyük  Allah  güləcək,  sonra  ona  Cənnətə  daxil 

olmağa  izn  verəcək  və  deyəcək:  “(Nə  diləyirsən,)  dilə!”  O  adam  o  qədər 

diləyəcək ki,  axırda  (heç  bir)  diləyi  qalmayacaq  və  Qüdrətli  və  Böyük  Allah 

deyəcək: “Filan və filan şeyləri də dilə!” Beləcə, Rəbbi ona (onun istəklərini) 

xatırladacaq. Artıq onun heç bir istəyi qalmadıqda Uca Allah buyuracaq: “Sənə 

bu  istədiklərin  və  bir  o  qədəri  də  (verilmişdir).”  Əbu  Səid  əl-Xudri    Əbu 

Hureyraya  demişdir: “Peyğəmbər  demişdir ki, Allah buyuracaq: “Sənə bu 

istədiklərin, üstəlik onun on misli (verilmişdir).” Əbu Hureyra  da (ona belə) 

cavab vermişdir: “Mən Peyğəmbərin: “Sənə bu istədiklərin və bir o qədəri də 

(verilmişdir)” dediyini yadda saxlamışam. Əbu Səid əl-Xudri: “Mən isə onun: 

“Sənə bu istədiklərin, üstəlik onun on misli (verilmişdir)” dediyini eşitmişəm. 

(Buxari 806, 6573, 7437, Muslim 267, 469) 

 



 

 

62 



 

 

 



 

 

115.  Əbu  Səid  əl-Xudri    rəvayət  etmişdir  ki,  Peyğəmbərin    (dövründə  bir 



dəstə adam): “Ya Rəsulullah! Biz Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” 

Peyğəmbər:  “Bəli!  Yanında  bulud  olmayan  açıq  bir  havada  günəşi  və  ayı 

görməkdə (basabas salıb) çətinlik çəkirsinizmi?”. Onlar: «Xeyr, Ya Rəsulallah». 

O:  «Günəşi  və  ayı  görməkdə  əziyyət  çəkmədiyiniz  kimi  Allahı  da  görməkdə 

heç  bir  əziyyət  çəkməyəcəksiniz»  deyə  buyurdu.  Qiyamət  günü  yetişdiyi  za-

man carçı səsləyib deyəcək: “Hər bir ümmət nəyə ibadət edirdisə, qoy onun ar-

dınca getsin!” Bundan sonra Allahdan qeyrisinə – bütlərə və dikinə qoyulmuş 

daşlara  ibadət  edən,  Allahdan  qeyrisinə ibadət  edən hər  bir  kəs  ibadət  etdiyi 

məbudunun  ardyca  düşər.  Axırda isə yalnız  Allaha ibadət  edənlər  – xeyirxah, 

yaxud  günahkar  adamlar  –  habelə  Kitab  əhlindən  (öz  peyğəmbərlərinə)  sadiq 

olmuş  kimsələr  qalacaqdır.  Sonra  Cəhənnəm  gətrilir.  Cəhənnəm  onlara  ilğım 

kimi göstərilir. (O vaxt) yəhudilər çağırılacaq və onlardan soruşulacaq ki: “Siz 

nəyə  ibadət  edirdiniz?”  Onlar  deyəcəklər:  “Biz  Allahın  oğlu  Üzeyirə  ibadət 

edirdik”


24

 Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də 

övlad  götürmüşdür.  (Bir  deyin  görək)  siz  nə  istəyirsiniz?”  Onlar  deyəcəklər: 

“Susamışıq,  ey  Rəbbimiz,  bizə su  ver.”  Onda onlara  (Cəhənnəm) göstəriləcək 

(və  deyiləcək):  “(Bundan)  içmək  istəmirsinizmi?”  Onlar  ilğıma  bənzər, 

alovlanan atəşin (kənarına) toplanacaq və bir-birilərini tapdayaraq Cəhənnəmə 

düşəcəklər.  Sonra  Nəsranilər  çağırılacaq  və  onlardan  soruşulacaq:  “Siz  nəyə 

                                                

24

 “Yəhudilər:  “Üzeyr  Allahın  oğludur”–  dedilər.  Xaçpərəstlər  də:  “Məsih  Allahın  oğludur”  dedilər.  Bu 



onların ağızlarından çıxan sözlərdir. Bu, daha əvvəlki kafirlərin sözlərinə oxşayır. Allah onları məhv etsin! 

Gör necə də haqdan döndərilirlər!”. (ət-Tovbə 30). 


 

 

63 



ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Məsihə ibadət edirdik.” 

Onlara  deyiləcək:  “Yalan  danışırsınız!  Allah  Özünə  nə  zövcə,  nə  də  övlad 

götürmüşdür”. Sonra onlardan: “Siz nə istəyirsiniz?” deyə soruşulacaq. Onlar: 

“Susamışıq,  ey  Rəbbimiz,  bizə  su  ver”  deyə  cavab  verəcəklər.  Onda  onlara 

(Cəhənnəm)  göstəriləcək  (və  deyiləcək):  “(Bundan)  içmək  istəmirsinizmi?” 

Onlar  ilğıma  bənzər,  alovlanan  atəşin  (kənarına)  toplanacaq  və  bir-birilərini 

tapdayaraq  Cəhənnəmə  düşəcəklər.  Nəhayət,  ancaq  Allaha  ibadət  edən 

kimsələr  –  xeyirxah,  yaxud  günahkar  adamlar  qaldıqda  Onlara:  “Nə 

gözləyirsiniz?!  Qoy  hər  bir  ümmət  ibadət  etdiyi  (məbudun)  ardınca  getsin!” 

Onlar  deyəcəklər:  “Biz  dünyada  ikən  insanlara  ehtiyacımız  ola-ola  onlardan 

ayrıldıq, əsla onlarla birlikdə olmadıq. Bir carçının səsləyərək: “Hər bir ümmət 

nəyə  ibadət  edirdisə,  qoy  onun  ardınca  getsin!”  dediyini  eşitdik.  Biz  ibadət 

etdiyimiz Rəbbimizi gözləyirik!”

25

 (Aləmlərin Rəbbi olan Allah onların yanına 



Onu  tanımadıqları  ən  yaxın  bir  surətdə

26

 gələcək  və  belə  buyuracaq:  “Mən 



sizin  Rəbbinizəm!”  Onlar:  “Səndən  Allaha  sığınırıq!”  (və  iki,  yaxud  üç  dəfə): 

“Biz  heç  nəyi  Allaha  şərik  qoşmuruq!”  deyəcəklər.  Hətta  bəziləri  (imtahanın 

çətinliyi  üzündən  həqiqətdən)  üz  döndərmək  istəyəcək).  Meydanda  olan 

möminlərə  Cabbar  olan  Allah  onlara  ilk  dəfə  gördükləri  surətdən  başqa  bir 

surətdə  gələcəkdir.  Mən  sizin  Rəbbinizəm!  Deyəcəkdir.  Onlar:  “Sən  bizim 

Rəbbimizsən!” deyəcəklər

27

. Artıq Onunla Peyğəmbərlərdən başqası danışmaz. 



O  buyuracaq:  “Sizinlə  Onun  arasında  bir  əlamət  varmı  ki,  bunun  sayəsində 

Onu tanıya biləsiniz?” Onlar: “Bəli! Səəq” deyə cavab verəcəklər. Bu vaxt Ayaq 

açılacaq və səmimi qəlbdən Allaha səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah 

ona  səcdə  etməyə  izin  verməsin.  Həmçinin  (insanlardan)  göstəriş  və  ya 

riyakarlıqla  səcdə  etmiş  elə  bir  kəs  qalmayacaq  ki,  Allah  onun  onurğa 

sümüyünü  bir  bütöv  sümük  etməsin.  (Beləsi  hər  dəfə  səcdə  etmək  istədikdə, 

(əksinə,)  qafası  üstə  düşəcək).  Bundan  sonra  Cəhənnəmin  üzərində  körpü 

qurulacaq.  Onlar:  “Yə  Rəsulullah!  Nə  körpüdür  elə?”  Dedi:  “Sürüşkən  və 

                                                

25

 O möminlər dünyada ikən Allaha itaət edir, onun buyuruqlarını yerinə yetirir və qadağan etdiyi  şeylərdən 



çəkinirdilər,  üstəlik  qohum-əqrəbalarından,  habelə  digər  yaxın  adamlarından  Allaha  asi  olan  kimsələri 

sevmirdilər, onlara ehtiyacları olsa da belə, onlara yaxınlıq vermirdilər. Uca Allah Quranda onları belə vəsf 

edir: “Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə 

düşmən  olanlarla  –  öz  ataları,  oğulları,  qardaşları,  qohum-əqrəbaları  olsalar  belə  –  dostluq  etsinlər.  Allah 

onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından 

çaylar  axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah  onlardan  razıdır,  onlar 

da  Allahdan  razıdırlar.  Onlar  Allahın  firqəsidir.  Həqiqətən,  məhz  Allahın  firqəsi  nicat  tapanlardır”  (əl-

Mucadilə 22). 

26

 Yəni  Allahın  isim  və  sifətlərinə  dair  Quran  və  Sünnədə  varid  olan  dəlillərdən  bildikləri  vəsflərə  uyğun 



surətdə gələcək. 

27

 Bu  hədislərdən  güman edilə  bilər  ki,  münafiqlər  də  möminlərlə  bərabər Uca Allahı  görəcəklər. Lakin bu 



fikir  batil  və  əsassız  bir  fikirdir.  Peyğəmbərin  :  “Axırda  bu  ümmət,  içində  olan  münafiqlərilə  birlikdə 

qalacaqdır”  sözü  münafiqlərin  Allahı  görəcəklərinə  dəlalət  etmir.  Əksinə,  Quran  və  Sünnədə  varid  olmuş 

dəlillərə əsasən, möminlərdən başqa heç kəs Allahı görməyəcəkdir. 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə