Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə20/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   16   17   18   19   20   21   22   23   ...   228

 

 

67 



(məqama) layiq  deyiləm”  deyə cavab verəcək, sonra etdiyi xətanı xatırlayacaq, 

(buna görə Rəbbindən utanacaq və onlara): “Lakin siz Allahın Özünə ən sevimli 

dost  tutduğu  İbrahimin 

  yanına  gedin!”  deyəcək.  Onda  onlar  İbrahimin 



 

yanına  gələcəklər.  İbrahim:  “Mən  bu  (məqama)  layiq  deyiləm”  deyə  cavab 



verəcək,  sonra  etdiyi  xətanı  xatırlayacaq,  (buna  görə  Rəbbindən  utanacaq  və 

onlara):  “Lakin siz Allahın  (bilavasitə)  danışdığı,  (özünə də Tövrat  bəxş  etdiyi) 

Musanın 

 yanına gedin!” deyəcək. Onda onlar Musanın 



 yanına gələcəklər. 

Musa:  “Mən  bu  (məqama)  layiq  deyiləm”  deyə  cavab  verəcək,  sonra  etdiyi 

xətanı  xatırlayacaq,  (buna  görə  Rəbbindən  utanacaq  və  onlara):  “Lakin  siz 

(Allahın Ruhu

28

 və Kəlməsi olan) İsanın 



 yanına gedin!” deyəcək. Onda onlar 

(Allahın Ruhu və Kəlməsi olan) İsanın yanına gələcəklər. İsa (onlara): “Mən bu 

(məqama)  layiq  deyiləm.  Lakin  siz  bütün  keçmiş  və  gələcək  xətaları 

bağışlanmış bir qulun  – Muhəmmədin   yanına gedin!” deyəcək. Peyğəmbər 

 buyurdu: “Sonra onlar mənim yanıma gələcəklər. Mən Uca Rəbbimdən izin 

istəyəcəyəm  və  mənə  izin  veriləcəkdir.  Mən  Onu  gördüyüm  an  səcdəyə 

qapanacağam.  Allah  istədiyi  qədər  məni  bu  vəziyyətdə  saxlayacaq.  Sonra 

(mənə  belə)  buyurulacaq:  “Ey  Muhəmməd!  Başını  qaldır,  söylə,  sözün 

dinlənəcək, istə, sənə (istədiyin) veriləcək,  şəfaət et, şəfaətin qəbul olunacaq”. 

Mən başımı (səcdədən) qaldırıb Uca Rəbbimin mənə öyrətdiyi həmd-sənalarla 

Rəbbimi tərifləyəcəyəm. Sonra şəfaət edəcəyəm. Mənim üçün hədd qoyulacaq 

və mən (bir çoxlarını) atəşdən çıxardıb Cənnətə daxil edəcəyəm. Sonra qayıdıb 

səcdəyə  qapanacağam.  Allah  məni  saxlamaq  istədiyi  qədər  bu  vəziyyətdə 

saxlayacaq.  Sonra  (mənə  belə)  buyurulacaq:  “Başını  qaldır,  ey  Muhəmməd! 

Söylə, sözün dinlənəcək, istə, sənə (istədiyin) veriləcək, şəfaət et, şəfaətin qəbul 

olunacaq”.  Mən  başımı  (səcdədən)  qaldırıb  Uca  Rəbbimin  mənə  öyrətdiyi 

həmd-sənalarla  Rəbbimi  tərifləyəcəyəm.  Sonra  şəfaət  edəcəyəm. Mənim  üçün 

hədd  qoyulacaq  və  mən  (yenə  bir  çoxlarını)  oddan    çıxardıb  Cənnətə  daxil 

edəcəyəm”.  (Ravi):  “Mən  bilmirəm,  Peyğəmbər    ya  üçüncüsündə,  ya 

dördüncüsündə  belə  buyurdu.  “Nəhayət,  mən  deyəcəyəm:  “Ey  Rəbbim! 

Odda, Quranın tutub saxladıqlarından başqa, (yəni özlərinə əbədi olaraq odda 

                                                

28

 Muhəmməd Peyğəmbərin   səhabələri və ilk  müsəlman  ilahiyyatçıları “Allah”  sözünün təyin olduğu  iki 



söz  birləşməsi  arasında  fərq  qoyardılar:  1).  söz  birləşməsində  təyin  edilən  söz  canlı  şəxs  olduqda  və  ya 

cansız əşya olduqda. Məsələn, Beytullah (Allahın Evi); Rəsulullah (Allahın Elçisi); Abdullah (Allahın qulu); 

Ruhullah (Allahın Ruhu). Bu və başqa belə ifadələrdə təyin olunan söz Uca Allah tərəfindən yaradılmışları 

bildirir.  “Allahın  Ruhu”  ifadəsi  onu  Allahın  yaratdığını  və  onun  Ona  məxsus  olduğunu  bildirir.  Bu  adla 

Allahın  peyğəmbəri İsa   çağırılır. Onu  yaradan zaman Allah: “Ol!”- deyə  buyurmuş  və o  peyğəmbər  də 

qeybdən  yaranmışdır.  Eynilə  bu  qaydada  Adəm    peyğəmbərin  də  ruhu  xəlq  edilmişdir.  2).  söz 

birləşməsində təyin olunan söz keyfiyyət bildirəndə. Məsələn: Elmullah (Allahın elmi); Kəlamullah (Allahın 

sözü);  Zatullah  (Allahın  Özü).  Bu  və  digər  belə  ifadələr  Uca  Allaha  xas  olan  ilahi  keyfiyyətləri  əks  etdirir. 



“İsmətini  qoruyan  Məryəmi  də  yada  sal!  Biz  ona  Öz  ruhumuzdan  Cəbrail  vasitəsilə  üfürdük,  onu  və  onun 

oğlunu aləmlərə bir möcüzə etdik”. (əl-Ənbiya 91).  


 

 

68 



qalmaq  vacib  buyurulanlardan  başqa)  bir  kimsə qalmamışdır”.  İbn  Ubeyd  öz 

rəvayətində  demişdir:  “Qətadə  demişdir:  “Yəni  özlərinə  əbədi  olaraq  (Cəhən-

nəmdə) qalmaq vacib buyurulanlar”. (Buxari 6565, 7440, Muslim 284, 495) 

 



 



 

119.  Ənəs    demişdir:  “Muhəmməd    bizə  belə  rəvayət  etmişdir:  “Qiyamət 

günü insanların arasına çaxnaşma düşəcək. (Nəhayət,) onlar Adəmin 

 

yanına 



gəlib  deyəcəklər:  “(Ey  Adəm!)  Rəbbinin  yanında  bizdən  ötrü  havadarlıq  et 

(şəfaətçi ol)!” (Adəm) deyəcək: “Mən buna layiq deyiləm. Lakin siz İbrahimin 

 

yanına gedin. Həqiqətən, o, Mərhəmətli Allahın ən sevimli dostudur.” Sonra 



onlar İbrahimin 

 

yanına gələcəklər. İbrahim: “Mən buna layiq deyiləm. Lakin 



siz  Musanın 

 

yanına  gedin.  Həqiqətən,  o,  Allahın  (bilavasitə)  danışdığı  (bir 



adamdır).”  Sonra  onlar  Musanın  yanına  gələcəklər.  Musa:  “Mən  buna  layiq 

deyiləm. Lakin siz İsanın yanına gedin. Həqiqətən, o, Allahın ruhudur və Onun 

Kəlməsidir”. Bundan sonra onlar İsanın 

 

yanına gələcəklər. İsa deyəcək: “Mən 



buna layiq deyiləm. Lakin siz Muhəmmədin  yanına gedin.” Beləliklə, onlar 

mənim yanıma gələcəklər. Onda mən deyəcəyəm: “Mən buna layiqəm!” Sonra 

mən Rəbbimdən izn istəyəcəyəm və mənə izn veriləcəkdir. Sonra Allah mənə 

indi  bilmədiyim  həmd-sənaları  təlqin  edəcək  və  mən  o  həmd-sənalarla  Ona 

təriflər  deyəcəyəm  və  səcdəyə  qapanacağam.  Onda  Allah  buyuracaq:  “Ey 

Muhəmməd!  Başını  qaldır,  danış,  sənə  qulaq  asılacaq,  istə,  sənə  istədiyin 

veriləcək,  havadarlıq  et,  havadarlığın  qəbul  olunacaq.”  Mən  deyəcəyəm:  “Ey 

Rəbbim!  Ümmətim,  ümmətim!”  Allah  buyuracaq:  “Get,  qəlbində arpa  dənəsi 

ağırlığında  imanı  olan  kimsələri  atəşdən  çıxart!”  Mən  gedib  onları  (oradan) 

çıxardacağam.  Sonra  geri  dönüb  həmin  həmd-sənalarla  Allaha  təriflər 

deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: 

“Ey  Muhəmməd!  Başını  qaldır,  danış, sənə  qulaq  asılacaq,  istə, sənə istədiyin 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə