Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə23/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   19   20   21   22   23   24   25   26   ...   228

 

 

76 



Lakin (Cənnətə sorğu-sualsız girənlər) bizim İslamda doğulan övladlarımızdır. 

(Yəqin ki, bunlar Peyğəmbərə  yoldaş olmuş kimsələrdir” dedilər. Bəziləri də: 

“Ola  bilsin  ki,  bunlar  İslam  dini  gəldikdən  sonra  doğulmuş  və  Allaha  şərik 

qoşmamış kimsələrdir” dedilər. Beləcə, onlar bir çox şeylər zikr etdilər. Bu vaxt 

Peyğəmbər    bayıra  çıxdı  və:  “Nə  haqda  mübahisə  edirsiniz?”  deyə  soruşdu. 

(Səhabələr mübahisə etdikləri məsələ barədə) ona xəbər verdilər). Bu müzakirə 

Peyğəmbərə  çatdı  və  O  buyurdu:  “Bunlar  ovsun  oxumayan,

29

 özlərinə  ovsun 



oxunmasını tələb etməyən, (hər hansı bir hadisəni) uğursuzluq əlaməti hesab et-

məyən  və  yalnız  Rəbbinə  təvəkkül  edən  kimsələrdir”.  (Bu  vaxt)  Ukkaşə  İbn 

Mihsən  ayağa qalxıb dedi: “(Ya Rəsulullah! Allaha dua et), mən onlardanam!” 

Peyğəmbər: “Sən onlardansan!” dedi. Sonra başqa bir adam  ayağa qalxıb: “(Ya 

Rəsulullah! Allaha dua et), məni onlardan etsin!” dedi. Peyğəmbər: “Bu xüsusda 

Ukkaşə səni qabaqladı”. (Buxari 5752, Muslim 323, 549) 

 

132. Abdullah (İbn Məsud)  demişdir: “(Bir dəfə) biz Peyğəmbərlə  birlikdə 



bir çadırın içində idik. Bu vaxt Peyğəmbər  buyurdu: “Cənnət əhlinin dörddə 

biri  olmaq  istəyirsinizmi?”.  Biz:  “Bəli!”  deyə  cavab  verdik.  Yenə  soruşdu: 

“Cənnət əhlinin üçdə biri olmaq istəyirsinizmi?”. Biz (bu səfər də): “Bəli!” deyə 

cavab  verdik.  Yenə  soruşdu:  “Cənnət  əhlinin  yarısı  olmaq  istəyirsinizmi?”.  Biz 

(bu  səfər  də):  “Bəli!”  deyə  cavab  verdik.  Onda  Peyğəmbər    belə  buyurdu: 

“Muhəmmədin canı Əlində olan (Allaha) and olsun ki, mən sizin Cənnət əhlinin 

yarısını  təşkil  edəcəyinizə  ümid  edirəm.  (Agah  olun  ki,)  Cənnətə  yalnız 

müsəlman  olan  kəs  girər.  (Bilin  ki,)  siz,  müşriklər  arasında  qara  öküzün 

dərisindəki ağ tük və ya qırmızı öküzün dərisindəki qara tük kimisiniz”. (Buxari 

6528, Muslim 325, 552) 

 

 

 

Allahın Adəmə: Hər 1000 Nəfərdən 999 Cəhənnəmdən 



Çıxarılması 

 

                                                



29

 Bu ləfz ravinin xətasıdır. Belə ki, Peyğəmbər  həm özünə, həm də başqalarına ruqya edərdi, habelə həm 

Cəbrail , həm də Aişə  ona ruqya edərdilər, həmçinin səhabələr də ruqya edərdi.  



 

 

77 



 

 

133.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Qiyamət 



günü) Allah buyuracaq: “Ey Adəm!” deyə buyuracaq. Adəm deyəcək: “Buyur, 

hüzurundayam  və  əmrinə  müntəzirəm.  Xeyir  yalnız  Sənin  Əlindədir!”  Allah 

buyuracaq:  “Cəhənnəmə  vasil  olacaq  kimsələri  ayır!”  Adəm  deyəcək: 

“Cəhənnəmə vasil olanların (sayı) nə qədərdir?”. Allah  buyuracaq: “Hər min 

nəfərdən  doqquz  yüz  doxsan  doqquzu  (Cəhənnəmə  gedəcək)”.  O  zaman 

uşaqların  saçları  ağaracaq,  hamilə  qadın  bətnindəkini  salacaq,  insanları 

sərxoş  görəcəksən,  halbuki  onlar  sərxoş  olmayacaqlar.  Ancaq  Allahın  əzabı 

çox şiddətlidir”. (əl-Həcc 2). Səhabələrə bu ağır gəldi və onlar: “Ya Rəsulullah, 

hansımız o  bir  nəfərdən olacaq?”  deyə soruşdular. Peyğəmbər:  “Sevinin!  Heç 

şübhəsiz ki, sizdən hər bir nəfərin müqabilində Yəcuc və Məcuc tayfalarından 

min  nəfər  (Cəhənnəmə  atılacaq)”.  Sonra  Peyğəmbər    davam  edib  buyurdu: 

“Canım Əlində olan Allaha and olsun ki, mən sizin Cənnət əhlinin üçdə birini 

təşkil edəcəyinizə ümid edirəm”. (Bunu eşidəndə) biz: “Allaha həmd etdik və 

təkbir gətirdik”. Sonra o belə buyurdu: “Canım Əlində olan Allaha and olsun 

ki,  mən  sizin  Cənnət  əhlinin  yarısını  təşkil  edəcəyinizə  ümid  edirəm.  Sizinlə 

əvvəlki  ümmətlərin  misalı,  qara  öküzün  dərisindəki  ağ  tükün  və  ya 

uzunqulağın  qılçasının iç tərəfində olan  dairəvarı  ləkənin  misalına  bənzəyir”. 

(Buxari 6530, 3348, Muslim 327, 554) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

78 



 



 

 

 

 



 

Təharət Kitabı

 

 

 

 

 



 



 

 

79 



 

 

Namaz Üçün Təharətin Vacib Olması 

 

 



 

 

134.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: “Sizdən biriniz 



təbii  ehtiyacını  dəf  etdikdən  sonra  dəstəmaz  almayınca,  onun  namazı  qəbul 

olunmaz!” (Buxari 6954, Muslim 330, 559) 

 

 

 

Dəstəmazın Sifəti Və Onun Kamilliyi 

 





 

135. Osman İbn Əffan  su gətizdirib (dəstəmaz aldı), əllərinə su töküb onları 

üç  dəfə  yudu;  sonra  sağ  əlini  qaba  salıb  su  götürdü  və  bununla  həm  ağzını 

yaxaladı,  həm  də  burnunun  içini  yudu;  sonra  üç  dəfə  üzünü  və  üç  dəfə 

qollarını  dirsəklərə  qədər  yudu;  sonra  başına  məsh  çəkdi;  sonra  üç  dəfə 

ayaqlarını  topuqlara  qədər  yudu,  sonra  da  dedi:  “Peyğəmbər    buyurdu: 

“Mənim  kimi  dəstəmaz  alıb,  qəlbindən  heç  bir  şey  keçirtmədən  iki  rükət 

namaz qılan kimsənin keçmiş günahları bağışlanar.” (Buxari 159, Muslim 332, 

561) 

 

 



 

Peyğəmbərin  Dəstəmazı 

 

 



 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə