Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə19/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   15   16   17   18   19   20   21   22   ...   228

 

 

64 



hamar bir şeydir. Orada çəngəllər, qarmaqlar və dəmir tikanlar vardır. Bunlar 

Nəcddə  bitən,  (üstü)  tikanla  (dolu),  sadan  deyilən  bir  bitkiyə  (bənzəyir). 

Möminlərdən – (kimisi) bir göz qırpımında, (kimisi) şimşək tək, (kimisi) külək 

kimi,  (kimisi)  quş  kimi,  (kimisi  də)  ən  bərk  qaçan  cins  at  və  ya  dəvə  kimi 

(sürətlə həmin körpünün üstündən) keçəcək. (Kimisi) sağ-salamat qurtulacaq. 

Kimisi (tikanlara ilişib) didik-didik ediləcək, lakin axırda xilas olacaq. Bəziləri 

də  Cəhənnəm  odunda  qalaqlanacaqlar.  Nəhayət,  möminlər  oddan  xilas 

olduqları  zaman  –  canım  Əlində  olan  Allaha  and  olsun  ki  –  sizlərdən  heç 

kəsin,  haqqı  araşdırmaq  xüsusunda  Allaha  yalvarıb-yaxarması,  Qiyamət 

günü  möminlərdən  Cəhənnəmə  düşmüş  qardaşları  üçün  Allaha  yalvarması 

qədər şiddətli ola bilməz. Onlar: “Ey Rəbbimiz! (Bu zavallılar) bizimlə bərabər 

oruc  tutar,  namaz  qılar  və  başqa  yaxşı  işlər  yerinə  yetirərdilər”–  deyəcəklər. 

Onda Allah buyuracaq: “Gedin, qəlbində dinar ağırlığında iman olan (hər) kəsi 

(oradan) çıxarın! Allah onların surətlərini yandırmağı Cəhənnəm oduna haram 

etmişdir”.  Beləliklə,  onlar,  ayağının  yarısına  qədər,  habelə  dizinə  qədər  atəşə 

giriftar  olmuş  bir  çox  insanları  (oradan)  çıxaracaqlar.  Allah  buyuracaq:  “Geri 

dönün, qəlbində yarım  dinar  ağırlığında iman olan  bir  kimsə  tapsanız, onu  da 

(oradan)  çıxarın!”.  Onlar  yenə  bir  çoxlarını  (oradan)  çıxaracaqlar.  Sonra 

deyəcəklər:  “Ey  Rəbbimiz!  Bizə  əmr  etdiyin  kimsələrdən  heç  kəsi  orada  bu-

raxmadıq”. Allah buyuracaq: “Geri dönün, qəlbində zərrə ağırlığında iman olan 

bir  kimsə  tapsanız, onu da (oradan) çıxarın!” Onlar yenə  bir çoxlarını  (oradan) 

çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Biz orada bir nəfər xeyirxah adam 

qoymadıq”.  Əbu  Səid:  “Mənim  danışdığım  bu  hədisə  inanmırsınızsa,  (bu 

ayəni) oxuyun:  “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun 



gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən ona böyük 

mükafat  verər”.  (ən-Nisa  40).  Bundan  sonra  İzzətli  və  Qüdrətli  Allah: 

“Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. 

(Şəfaət etməyən bircə rəhmlilərin Rəhmlisi qaldı” deyə buyuracaq. Sonra  da 

heç  vaxt  yaxşılıq  etməmiş),  (odda)  yanıb  kömürə  dönmüş  bir  toplumu 

ovuclayıb Cəhənnəmdən çıxaracaq və onları Cənnətin yollarında axan, Həyat 

çayı deyilən bir çaya atacaq. Beləliklə, onlar selin gətirdiyi toxumun cücərib 

yetişdiyi  kimi  diriləcəklər.  Məgər  (o,  yabanı  toxumların)  istər  daşın,  istərsə 

də  ağacın  dibində  necə  cücərdiyini  görmürsünüz?!  Günəş  (şüaları)  altında 

qalanı  sarı  və  yaşıl,  kölgədə  qalanı  isə  ağ  olur”.  (Səhabələrdən  bəziləri) 

dedilər: “Ya Rəsulullah! Sən sanki səhrada çobanlıq etmisən”. (Peyğəmbər  

davam edib) dedi: “Onlar boyunlarında (gözoxşayan) halqalar olduğu halda, 

özləri  də  mirvari  tək  gözəl  görkəmdə  (Həyat  çayından)  çıxaraq  Cənnətə 

girəcəklər. Cənnət əhli onları tanıyacaq (və deyəcək ki): “Nə bir (yaxşı) əməli, 

nə  də  özləri  üçün  əvvəlcədən  tədarük  gördükləri  xeyirləri  olmadığı  halda, 




 

 

65 



Allahın  Cənnətə  daxil  etdiyi,  azadlığa  buraxdığı  kimsələr  bunlardır!”  (Sonra 

Allah  (onlara)  belə  buyuracaq:  “Cənnətə  girin!  Gözünüzün  gördüyü  hər  nə 

varsa,  sizindir”.  Onlar  deyəcəklər:  “Ey  Rəbbimiz!  Sən  aləmlərdən  heç  kəsə 

vermədiyin  nemətləri  bizə  verdin!”.  Allah  buyuracaq:  “Sizə  bundan  da  üstün 

olanını  hazırlamışam!”  Onlar  deyəcəklər:  “Ey  Rəbbimiz!  Bundan  üstün  nə  ola 

bilər ki?” Allah buyuracaq: “Mənim rizam! Artıq bundan sonra Mənim sizə heç 

vaxt qəzəbim tutmayacaq)”. (Buxari 7439, Muslim 269, 472) 

 

 

 

Şəfaətin İsbatı Və Tövhid Əhlinin Oddan Çıxması 

 



 

116. Əbu Səid əl-Xudri  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Cənnət əhli 



Cənnətə,  Cəhənnəm  əhli  də  Cəhənnəmə  daxil  olduqdan  sonra  Uca  Allah 

buyuracaq:  “Qəlbində  xardal  dənəsi  ağırlığında  imanı  olan  hər  kəsi 

(Cəhənnəmdən) çıxarın!” Beləcə, onlar oradan qapqara qaralmış halda çıxarılıb 

yağışdan  əmələ  gələn  çaya  (və  ya  Həyat  çayına)  atılacaq  və  selin  kənarında 

qalan  toxumlar  necə  cücərirsə,  onlar  da  eləcə  cücərəcəklər.  Məgər  (torpağın 

üstünə)  çıxan  sapsarı,  əyilmiş  cücərtiləri  görmədinmi?”  (Buxari  22,  Muslim 

270, 475) 

 

 

 

Cəhənnəmdən Axırıncı Çıxan Kimsə  

 

 



 

 

117.  Abdullah  İbn  Məsud    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Mən 



cəhənnəmliklərdən Cəhənnəmdən son çıxacaq və cənnətliklərdən Cənnətə son 


 

 

66 



girəcək  kimsəni  tanıyıram.  O  kimsə  ki,  iməkləyə-iməkləyə  Cəhənnəmdən 

çıxacaq və Allah Təbarəkə və Təalə ona: “Get, Cənnətə gir!” deyə buyuracaq. O 

kimsə Cənnətə yaxınlaşacaq və ona elə gələcək ki, Cənnət dopdoludur. Onda o, 

geri  qayıdıb  deyəcək:  “Ey  Rəbbim!  Mən  Cənnəti  dopdolu  gördüm”.  Allah 

Təbarəkə  və  Təalə  yenə  ona:  “Get,  Cənnətə  gir!”  deyə  buyuracaq.  O  kimsə 

Cənnətə  yaxınlaşacaq  və yenə ona  elə  gələcək  ki,  Cənnət  dopdoludur.  O geri 

dönüb deyəcək: “Ey Rəbbim! Mən Cənnəti dopdolu gördüm”. Onda Allah ona 

belə  buyuracaq:  “Get,  Cənnətə  gir!  Dünya  və  onun  on  misli  qədər  (yer) 

sənindir,  (yaxud  dünyanın  on  misli  qədər  (yer)  sənindir)”.  Onda  bu  adam 

deyəcək:  “Sən  Hökmdar  olduğun  halda  mənə  lağ  edirsən,  (yaxud  mənə 

gülürsən)?”.  (Abdullah):  Mən  Peyğəmbərin    arxa  dişləri  görünənədək 

güldüyünü  gördüm.  (Səhabələr):  “Cənnət  əhlinin  ən  aşağı  dərəcə  sahibi  bu 

kimsədir” deyərdilər. (Buxari 6571, Muslim 272, 479) 

 

 

 

Cənnətdə Ən Aşağı Mənzili Olan Kimsə 

 

 



 

 

118. Ənəs İbn Malik  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Qiyamət günü 



Allah  insanları  (məhşərə)  toplayacaq.  (O  zaman)  onlar  deyəcəklər:  “Gəlin 

Rəbbimizin  yanında  bizə  şəfaət  (edəcək  bir  adam)  tapaq,  bizi  bu  (acınacaqlı) 

vəziyyətdən  qurtarsın”.  Bundan  sonra  onlar  Adəmin 

  yanına  gəlib 



deyəcəklər: “(Sən bəşəriyyətin atası Adəmsən!) Allah səni Öz Əli ilə yaratmış 

və  sənə  Öz  ruhundan  üfürmüşdür.  Sonra  mələklərə  əmr  etmiş  və  onlar  sənə 

səcdə  etmişlər.  (Elə  isə)  Rəbbinin  yanında  bizdən  ötrü  şəfaət  et,  bizi  bu 

(acınacaqlı) vəziyyətdən qurtarsın”. Adəm: “Mən bu (məqama) layiq deyiləm” 

deyə  cavab  verəcək,  sonra  etdiyi  xətanı  xatırlayacaq,  (buna  görə  Rəbbindən 

utanacaq və onlara): “Lakin siz Uca Allahın göndərdiyi ilk rəsulun – Nuhun 

 

yanına gedin!” deyəcək. Onda onlar Nuhun 



 yanına gələcəklər. Nuh: “Mən bu 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə