Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə27/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   23   24   25   26   27   28   29   30   ...   228

 

 

93 



olduqda)  dəstəmaz  alsın!”  deyə  buyurdu.  (Buxari  132,  178,  Muslim  303,  456, 

721) 


 

 

 

Cunub Halında Yatmağın Caiz Olması Və Dəstəmaz Alıb 



Yatmağın Müstəhəbliyi 

 

 



 

 

 



176. Aişə  demişdir: “Peyğəmbər  cunub ikən yatmaq istədikdə, yatmazdan 

əvvəl  övrət  hissəsini  yuyar,  sonra  namaz  üçün  dəstəmaz  aldığı  kimi  dəstəmaz 

alardı”. (Buxari 288, Muslim 305, 460, 725, 726) 

 



 

177. Ömər İbn Xəttab   Peyğəmbərdən: “Bizdən birimiz cunub olduğu halda 



yata bilərmi?” deyə soruşdu. O dedi: “Bəli! Əgər sizdən biriniz cunub olduğu 

halda dəstəmaz alsa, yata bilər.” (Buxari 287, Muslim 306, 462, 728) 

 

 

 



 

 



 

178.  İbn  Ömər    rəvayət  edir  ki,  (bir  dəfə)  Ömər  İbn  Xəttab    gecə  cunub 

olduğunu  Peyğəmbərə    xəbər  verdi.  Peyğəmbər    ona  belə  buyurdu: 

“Dəstəmaz al, cinsiyyət orqanını yu, sonra da (uzan) yat!” (Buxari 290, Muslim 

306, 464, 730) 

 

 



 

 



179.  Ənəs    demişdir:  “Peyğəmbər    bir  gecədə  bütün  zövcələrini  dolaşardı 

(yaxınlıq  edərdi).  Bu  zaman  onun  doqquz  zövcəsi  vardı”.  (Buxari  284,  5215, 

Muslim 708, 734) 

 

 

 



 

 

94 



Qadından Məni Çıxdığı Halda Qüsl Almağın Vacibliyi 

 



 



 

180. Ummu Sələmə  rəvayət edir ki, Ummu Süleym Peyğəmbərin  yanına 

gəlib  dedi:  “Ya  Rəsulullah!  Allah  haqqı  deməkdən  həya  etməz.  Qadın 

pollyusiya

31

 halına  düşdükdə  qüsl  etməlidirmi?”  Peyğəmbər:  “Bəli,  əgər  su 



görübsə  (məni  axıdıbsa,)  etməlidir!”  Ummu  Sələmə  (utandığından)  üzünü 

yaşmaqla  örtdü  və:  “Ya  Rəsulullah!  Heç  qadın  da  pollyusiya  halına  düşə 

bilərmi?”  deyə  soruşdu.  Peyğəmbər:  “Əlbəttə,  (düşə  bilər).  Ay  yazıq!  Belə 

olmasa, övladı ona necə oxşaya bilər?” (Buxari 130, Muslim 313, 471, 738) 

 

 

 

Cənabət Qüslunun Vəsfi 

 





 

 

181. Aişə  rəvayət edir ki, Peyğəmbər  cunub olduqdan sonra qüsl etdikdə 



əvvəlcə  əllərini  yuyardı.  Sonra  namaz  üçün  dəstəmaz  aldığı  kimi  dəstəmaz 

alardı.  Sonra  barmaqlarını  suyun  içinə  salar  və  onlarla  saçlarının  dibini 

isladardı. Sonra əlləri ilə başına üç ovuc su tökər, sonra da bütün bədəninə su 

əndərərdi. (Buxari 248, Muslim 316, 475, 744, 747) 

 

 

 



182.  Məymunə    mənə  belə  rəvayət  etmişdir:  “Peyğəmbər    cənabət

32

 



qüslünü  alsın  deyə  mən  ona  su  gətirdim.  (Peyğəmbər)  sağ  əli  ilə  sol  əlinin 

üzərinə  su  tökərək  əllərini yudu.  Sonra  cinsiyyət  orqanının  (sol əli ilə)  yudu. 

Sonra (sol əlini) torpağa sürtdü və onu yudu (müstəhəbdir). Sonra ağzını yudu 

                                                

31

 Pollyusiya – yuxuda ikən sperma axıtmaqdır. 



32

 Qadınla yaxınlıq etdikdən, habelə şəhvət nəticəsində məni ifraz etdikdən sonrakı hal.  




 

 

95 



və  burnuna  su  çəkdi.  Sonra  üzünü  yudu  və  başı  üzərindən  su  axıtdı.  Daha 

sonra dayandığı yerdən (azacıq) kənara çəkildi və ayaqlarını yudu. Sonra mən 

ona qətfə gətirdim, lakin o, qətfə ilə silinmədi”.  (Buxari 259, Muslim  317, 472, 

748) 


 



 

183.  Aişə    rəvayət edir  ki, Peyğəmbər    cunub  olduğu  zaman  qüsl  etmək 

istədikdə  badya  boyda  bir  qabda  (su)  gətizdirər,  əli  ilə  (su)  götürüb  əvvəlcə 

başının sağ tərəfini, sonra da sol tərəfini yuyardı. Sonra iki əli ilə (su götürüb) 

başına tökərdi. (Buxari 258,Muslim 318, 478, 751) 

 

 

 

Cənabət Qüslunda Suyu Qədərində Istifadə Etməyin 

Müstəhəbliyi 

 



 

184. Aişə  rəvayət edir ki, mən Peyğəmbərlə  birlikdə bir qabdan "fərəq" 



deyilən  bir  qədəhdən su götürüb  qüsl  edərdik.  (Buxari  250, Muslim  319,  479, 

480, 752, 753) 

 





 

185. Aişədən  Peyğəmbərin  qüslü barədə soruşdular. Aişə bir qab  – təx-

minən bir saa (miqdarında su) gətizdirdi. Qüsl etdi və başına su əndərdi. (Bu 

əsnada)  bizimlə  onun  arasında  pərdə  tutulmuşdu.  (Buxari  251,  Muslim  320, 

481, 754) 

 



 



 

 

96 



186. Ənəs  rəvayət edir ki, Peyğəmbər  bir saadan

33

 beş mudda qədər su ilə 



qüsl edər, bir mudla dəstəmaz alardı. (Buxari 201, Muslim 325, 490, 763) 

 

 

 

Başin Üzərindən Və Digər Əzaların Üzərində Suyun Üç 

Dəfə Axıdılmasının Müstəhəbliyi 

 



 

187.  Cubeyr  İbn  Mutim    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Mənə 



gəldikdə  isə,  mən  başıma  üç  dəfə  su  tökürəm”  dedi  və  (bunu  başa  salmaq 

üçün) iki əli ilə işarə etdi. (Buxari 254, Muslim 327, 494, 495, 766, 767) 

 



 



188.  Bir  adam  Cabir  İbn  Abdullahdan    qüsl  barəsində  soruşdu.  Cabir: 

“Sənə  bir  saa  (su)  kifayət  edər”  deyə  cavab  verdi.  (Oradakılardan)  birisi: 

“Mənə  bəs  eləmir”  dedikdə  Cabir:  “Saçı  sənin  (saçından)  daha  gur,  özü  də 

səndən  daha  xeyirli  olan  birisinə  bəs  edərdi”  dedi,  sonra  əynində  bir  paltar 

olduğu  halda  bizə  imamlıq  edib  (namaz  qıldırdı).  (Buxari  252,  Muslim  329, 

496, 769) 

 

 

 

Heyzdən Yuyunan Qadının Qan Gələn Yerlərə Misk 



Sürməsinin Müstəhəb Olması 

 



 

189.  Aişə    rəvayət  edir  ki,  bir  qadın  Peyğəmbərdən    heyzdən  sonra  yu-



yunması  ba

ını  (başa  salıb) 

                                                

33

 Saa  –  ölçü  vahididir  və  dörd  mudda  bərabərdir.  Bir  mudd  isə  insanın  iki  ovucuna  bərabərdir  ki,  bu  da 



yeddi yüz qrama bərabərdir. Səmərul-Müstətab 1/28.  


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə