Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə35/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   31   32   33   34   35   36   37   38   ...   228

 

 

123 



Fitnəyə Səbəb Olmamaq Şərti İlə (Fitnə Yoxdursa) 

Qadınların Məscidlərə Getmələri, Lakin Ətirlənib 

Çıxmamaları 

 

 



253.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 

“Qadınlarınız sizdən məscidə getmək üçün izn istəsələr, onlara mane olmayın 

(izn verin)” (Buxari 873, 5238, Muslim 442, 666, 1016)  

 

 



254.  İbn  Ömər    deyir  ki:  Ömərin    bir  zövcəsi  vardır  ki,  sübh  və  işa 

namazlarını hər gün məsciddə cəmaatla qılardı. Ona: “Ömər bunu istəməz və 

qısqanır  olduğunu  bilirkən  niyə  məscidə  gedirsən?”  deyildi.  Qadın:  “Ömərin 

bunu  qadğan  etməsinə  səbəb  nədir  ki?”  dedi.  O,  da:  “Rəsulullahın,  Allahın 

qullarını,  Allahın  məscidlərinə  getməyi  qadağan  etməyin”  sözüdür  dedi. 

(Buxari 900, Muslim 442, 668, 1018)  

 

 

255. Aişə 





deyir ki, Peyğəmbər  bu günkü qadınların hallarını görsəydi 

İsrail  oğlları  qadınlrının  çölə  çıxmalarını  (məscidə  getmələrini)  qadağan 

etdiləri  kimi  bu  qadınları  da  qadağan  edərdi”.  Yəhyə  İbn  Səid,  Bəni  Amrəyə 

dedi:  “İsrail  oğulları  qadınları  qadağnmı  etmişlr?”  dedim.  Amrə:  “Bəli, 

qadağan etmişdilər” dedi. (Buxari 869, Muslim 445, 676, 1027)  

 

 

 

Səsli Namazda Səsli Oxuduğuna Görə Məfsədənin Ortaya 



Gəlməsindən Qorxduğu Zaman, Qiraətdə Səsli İlə Səssizin 

Arasında Orta Yolun Tutulması 

 



 

 

124 



 

256.  İbn  Abbas    deyir  ki:  “Namazını  nə  uca  səslə,  nə  də  pıçıltı  ilə  qıl. 



Bunların arasında orta bir yol tut”. (əl-İsra 110). Peyğəmbər  Məkkədə gizli 

yaşadığı  an  nazil  olmuşdur.  Lakin  Rəsulullah,  səhabələriylə  namaz  qıldıqları 

zaman  Quran  oxuyarkən  səslərini  yüksəldirdilər.  Müşriklər  isə  onların 

səslərini  eşitdikləri  zaman  həm  Qurana,  həm  Quranı  nazil  edəni,  həm  də 

Quran  nazil olanı  söyürdülər.  Allah:  “Namazını nə uca səslə, nə  də  pıçıltı ilə 

qıl.  Bunların  arasında orta  bir yol  tut”  ayəsini  nazil  etdi.  Yəni,  namazda  ikən 

səsini çox qaldırma ki, müşriklər eşitsinlər, nə də pıçıltılı etmə ki, səhabələr də 

eşitməsinlər.  Bunların  arasında orta  bir yol  tut. Uca səslə  qışqırmadan onlara 

eşitdir ki, Quranı səndən götürsünlər”. (Buxari 7490, Muslim 446, 677, 1029)  

 

 

 

Qiraəti Dinləmə 

 

 



257. İbn Abbas  Uca Allahın: “(Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-

tələsik  yadda  saxlamaq  üçün  dilini  tərpətmə!”.  (əl-Qiyamət  16).  ayəsini  izah 

edib demişdir: “Cəbrail Peyğəmbər vəhy nazil etdiyi zaman (Qurandan bir şey 

qaçırır  deyə)  dodaqlarını  tərpədərdi.  Ona:  “Vəhy  ilə  bərabər  dilini  hərəkət 

etdirmə”  deyildi.  Peyğəmbər    Qurandan  bir  şey  qaçırmasından  qorxurdu. 

Sonra Uca Allah (bu ayəni) nazil etdi: “And içirəm Qiyamət gününə”. “(Cəbrail 

sənə  Quranı  nazil  etdikdə)  onu  tələm-tələsik  yadda  saxlamaq  üçün  dilini 

tərpətmə! Şübhəsiz ki, onun (sənin qəlbində) qərar tutması və dilinlə oxunması 

Bizə  aiddir”.  (əl-Qiyamət  16-17).  yəni  burada  olan  “Cəmah”  –  Quranı  sənin 

köksündə  toplamaq  bizə  aiddir.  “Quranəhu”  -  Biz  onu  oxuduğumuz  zaman 



sən  onun  oxunuşunu  izlə”.  (əl-Qiyamət  18).  (yəni)  onu  dinlə  və  sus.  “Sonra, 

sözsüz  ki,  onu  izah  etmək  də  Bizə  aiddir”.  (əl-Qiyamət  19).  yəni,  onu  sənin 

dilin  üzərinə  bəyan  etmək  də  bizə  aiddir”.  (Buxari  4929,  5044,  Muslim  448, 

1032)  

 



 






 

 

125 



 





 

 



258. İbn Abbas  Uca Allahın: “(Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-

tələsik  yadda  saxlamaq  üçün  dilini  tərpətmə!”.  (əl-Qiyamət  16).  ayəsini  izah 

edib demişdir: “Allahın elçisi  nazil olan ayələrin (ağırlığından) çətinlik çəkər 

və  (tələm-tələsik)  dodaqlarını  tərpədərdi.”  İbn  Abbas:  “Allahın  elçisi  

dodaqlarını  necə  tərpədirdisə,  mən  də  dodaqlarımı  eləcə  tərpədirəm.”  Sonra 

Uca  Allah  (bu  ayəni)  nazil  etdi:  “(Cəbrail  sənə  Quranı  nazil  etdikdə)  onu 

tələm-tələsik  yadda  saxlamaq  üçün  dilini  tərpətmə!  Şübhəsiz  ki,  onun  (sənin 

qəlbində) qərar tutması və dilinlə oxunması Bizə aiddir”. (əl-Qiyamət 16-17). 

(yəni) oxuya biləsən deyə, onu sənin qəlbində cəm edər. Biz onu oxuduğumuz 



zaman  sən  onun  oxunuşunu  izlə”.  (əl-Qiyamət  18).  (yəni)  onu  dinlə  və  sus. 

“Sonra,  sözsüz  ki,  onu  izah  etmək  də  Bizə  aiddir”.  (əl-Qiyamət  19).  (yəni) 

Bizim öhdəmizə düşən odur ki, sən onu oxuya biləsən. Bundan sonra Cəbrail 

(hər dəfə) Peyğəmbərin  yanına gəldiyi zaman Peyğəmbər  onu dinləyərdi. 

Cəbrail getdikdən sonra isə Peyğəmbər    (Quranın ayələrini)  onun  oxuduğu 

kimi oxuyardı. (Buxari 5, Muslim 448, 680, 1033) 

 

 

 

Sübh Namazında Qiraəti Səslə Oxumaq Və Cinlərə Quran 

Oxumaq 

 

 



259.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    bir  dəstə  əshabəsi  ilə  Ukaz 

bazarına  getdi.  Artıq  şeytanlar  səmavi  xəbəri  (Allahın  mələklərə  nazil  etdiyi 

vəhyi)  oğrun-oğrun  öyrənməkdən  məhrum  olmuş  və  onları  yandırıb  yaxan 

ulduzlar  təqib  etmişdir.  Onlar  öz  qövmünün  yanına  qayıtdıqda  (onlardan): 

“Sizə  nə  olub?”  deyə  soruşdular  və  onlar  dedilər:  “Biz  səmavi  xəbəri 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə