Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə38/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   34   35   36   37   38   39   40   41   ...   228

 

 

133 



 

279.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    dəvəsini  yerə  çök-

dürüb ona tərəf namaz qılardı. (Buxari 507, Muslim 502/247, 1145) 

 

 



280.  Əbu  Cuheyfə    rəvayət  edir  ki,  Bilalı    azan  verərkən  gördüm.  Azan 

vaxtı ağzını o tərəfə, bu tərəfə döndərirdi”. (Buxari 634, Muslim 503/249, 1147)  

 





 



281. Əbu Cuheyfə    rəvayət  edir  ki,  mən  Peyğəmbəri   qırmızı  dəri çadırda 

olarkən  gördüm.  Habelə,  Bilalın  Peyğəmbərin    (dəstəmaz  aldıqdan  sonra 

qalmış) suyunu götürdüyünü və insanların bir-birini ötməyə çalışaraq bu suya 

doğru necə qaçdıqlarını da gördüm. Kimlərə bu sudan çatdısa, onu (bədəninə) 

sürtdü, su əldə edə bilməyənlər isə əllərini yoldaşlarının yaş əllərinə vurdular. 

Sonra  gördüm  ki,  Bilal  ucu  iti  bir  paya  götürüb  yerə  batırdı.  (Bundan  sonra) 

Peyğəmbər    qırmızı  paltarda,  (ətəyi  baldırının  yarısına  qədər)  qaldırılmış 

halda  (çadırdan)  çıxdı  və  bu  payaya  tərəf  üz  tutub  camaata  iki  rükət  namaz 

qıldırdı.  Mən  gördüm  ki,  insanlar  və  heyvanlar  o  payanın  qabağından  keçib 

gedirlər. (Buxari 376, Muslim 503/250, 1148) 

 





 

282. İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  Minada (camaata) sütrəsiz halda 

namaz  qıldırarkən  mən  dişi  eşşəyin  üstündə  oraya  yaxınlaşdım.  O  vaxt  mən 

artıq həddi-büluğa çatmışdım. Mən (eşşəyin üstündə) cərgələrdən birinin önün-

dən keçdim, (sonra da) eşşəyi otlamağa buraxdım. Özüm isə cərgəyə daxil ol-

dum.  Bu  (hərəkətimə)  görə  heç  kəs  mənə  irad  tutmadı.  (Buxari  76,  Muslim 

504/254, 1152) 

 

 

 

Bir Kəsin Namaz Qılanın Qarşısından Keçməsinin Qadağan 

Olması 



 

 

134 



 



 

283.  Əbu  Səid  əl-Xudri    cümə  günü  (qarşısından)  heç  kəs  keçməsin  deyə  bir 

sütrəyə doğru namaz qılarkən əbu Muit qəbiləsindən olan bir cavan oğlan onun 

önündən  keçmək  istədi.  Əbu  Səid  onu  sinəsindən  vurub  (kənara)  itələdi. 

Cavan  oğlan  ətrafa  nəzər  saldı,  lakin  onun  önündən  başqa  (keçməyə)  bir  yol 

tapmadı.  Odur  ki,  yenidən  (onun  qabağından)  keçməyə  cəhd  göstərdi.  (Bu 

dəfə)  Əbu  Səid  onu  əvvəlkindən  də  qüvvətlə  itələdi.  Belə  olduğu  təqdirdə,  o, 

Əbu  Səidi  söydü,  sonra  da  (Mədinə  valisi  olan)  Mərvanın  yanına  gedib  Əbu 

Səidin onunla  kobud  davranmasından şikayət  etdi.  Əbu  Səid   onun  dalınca 

Mərvanın yanına gəldi və (Mərvan) ondan: “Ey Əbu Səid, səninlə qardaşın oğlu 

arasında  nə  baş  verib?”  deyə  soruşdu.  Əbu  Səid  dedi:  “Mən  Peyğəmbərin   

belə dediyini eşitmişəm: “Sizdən biriniz (önündən) keçən olmasın deyə sütrəyə 

doğru  namaz  qıldığı  zaman  kimsə  onun  qabağından  keçmək  istəsə,  qoy  onu 

itələsin, əgər tərslik edərsə, qoy onunla vuruşsun, çünki o, şeytandır.” (Buxari 

509, Muslim 505/259, 1157) 

 

 



 

284.  Əbu  Cuheym    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: “Namaz  qılanın 

önündən keçən kimsə nə (qədər günah) qazandığını bilsəydi, (yəqin edərdi ki,) 

qırx  (il,  yaxud  qırx  ay  və  ya  qırx  gün  yerində)  dayanmaq  onun  üçün  namaz 

qılanın  önündən  keçməkdən  daha  yaxşıdır”.  (Buxari  510,  Muslim  507/261, 

1160) 


 

 

 

Namaz Qılanın Sütrəyə Yaxın Olması 

 





 


 

 

135 



285. Səhl İbn Səd  rəvayət edir ki, Peyğəmbərin  namaz qıldığı yerlə (qiblə 

istiqamətindəki)  divar  arasında  bir  qoyun  keçə  biləcək  qədər  məsafə  olardı. 

(Buxari 496, Muslim 508/262, 1162) 

 

 



286.  Sələmə    rəvayət  edir  ki,  (Peyğəmbərin)  məscidinin  divarı  ilə  minbərin 

yanı bir qoyun keçə biləcək məsafə olardı”. (Buxari 497, Muslim 509/263, 1163)

 

 

 



 



287.  (Yəzid  İbn  Əbu  Ubeyd  rəvayət  edir  ki,)  Sələmə  İbn  Əkva    (çox  vaxt) 

Quran  olan  sütunun  yanında  namaz  qılardı.  Mən  dedim:  “Ey  Əbu  Muslim, 

mən sənin həmişə bu sütunun yanında namaz qıldığını görürəm.” O dedi: “Mən 

Peyğəmbərin  çox vaxt onun yanında namaz qıldığını görmüşəm.” (Buxari 502, 

Muslim 509/264, 1164) 

 

 

 

Namaz Qılanın Önündə Uzanmaq 

 



 

288. Aişə 



 rəvayət edir ki, Peyğəmbər  namaz qılarkən o, yatağında onun-

la qiblə arasında ölü kimi uzanardı. (Buxari 383, Muslim 512/267, 1168) 

 



 

289. Aişə 



 rəvayət edir ki, Peyğəmbər  adətən, mən onun yatağında uzanıb 

yatmış  ikən  (mənə  doğru)  namaz  qılardı.  Vitr  namazını  qılmaq  istədikdə  isə 

məni  oyadardı  və  mən  də  vitr  namazını  (onunla  birlikdə)  qılardım.  (Buxari 

512, 997, Muslim 512/268, 1169) 

 

 




 

 

136 



290. Məsruq, Aişədən 

rəvayət edir ki, Aişənin 





yanında namazı poza 

biləcək  şeylər  barəsində  söz  açıldı.  Bunlr  köpək,  eşşək  və  qadındır  –  deyildi. 

Aişə:  “Sizlər  bizi  eşşə  və  köpəyə  bənzətdiniz.  Allaha  and  olsun  ki,  mən  sərir 

üzərində Peyğəmbərlə   qiblə arasında yatmış olduğum halda Peyğəmbəri   

namaz  qılarkən  gördüm.  Bir  ehtiyac  olduğu  halda  Peyğəmbərə    əziyyət 

verməməkdən ötrü yaq tərəfdən çıxardım”. (Buxari 514, Muslim 512/270, 1171)  

 



 

291.  Aişə 



  demişdir:

 

“Siz  bizi  it  və  eşşək  ilə  eynimi  tutursunuz?  Halbuki, 



mən yatağımda uzanmış ikən Peyğəmbər  gəlib üzünü yatağın ortasına tərəf 

tutub namaz qılardı. Mən (ayağa qalxmaq istədikdə) onunla üzbəüz gəlməyim 

deyə,  taxtın  ayaq  tərəfindən  astaca  sürüşüb  yorğanımın  altından  çıxardım. 

(Buxari 508, Muslim 512/271, 1172) 

 





 

292. Peyğəmbərin  zövcəsi Aişə 



 demişdir: “Mən Peyğəmbərin  qarşısın-

da  ayaqlarımı  onun  qibləsinə  tərəf  (uzadıb)  yatardım.  O,  səcdəyə  getdikdə 

(əlini) mənə toxundurar və mən ayaqlarımı yığardım, (səcdədən) qalxdıqda isə 

onları uzadardım”. Aişə dedi: “O vaxtlar evlərdə lampa yox idi.” (Buxari 382, 

513, Muslim 512/272, 1173) 

 

 

 



293. Meymunə 



rəvayət edir ki, Peyğəmbər , mən qarşısında və heyizli 



olduğum halda namaz qılırdı. Bəzən səcdə etdiyi zaman geyindiyi libası – mən 

heyizli  olduğum  halda  –  mənə  toxunardı.  Peyğəmbər  xurma  yarpaqlarından 

düzəldilmiş  səccadə  üzərində  namaz  qılardı”.  (Buxari  379,  Muslim  513/273, 

1174)  


 

 

 

Tək Paltarda Namaz Qılmaq Və Onun Geyinilməsinin 



Vəsfi 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə